Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yunus Suresi, 28. Ayet:
O gün onların hamısını bir yerə toplayacağıq, sonra da müşriklərə: “Siz və qoşduğunuz şəriklər, öz yerinizə (keçin)!” - deyəcəyik. Beləcə onları
(möminlərdən
) ayıracağıq. Qoşduqları şəriklər isə belə deyəcəklər: “Siz bizə ibadət etmirdiniz....
Ənfal Suresi, 16. Ayet:
(Təkrar) döyüşmək üçün bir kənara çəkilənlər və ya
(möminlərdən
ibarət digər bir) dəstəyə qoşulanlar istisna olmaqla, o gün kim onlara (düşmən ordusuna) arxasını çevirərsə, şübhəsiz, o, Allahın qəzəbinə düçar olar. Onun sığınacağı yer cəhənnəmdir. Ora nə pis dönüş yeridir!...
Yasin Suresi, 59. Ayet:
(Günahkarlara isə belə deyilər:) “Ey günahkarlar, bu gün
(möminlərdən
) ayrılın!”...
Nisa Suresi, 15. Ayet:
Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan
(möminlərdən
) dörd şahid tutun! Əgər onlar (bu işə) şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!...
Nisa Suresi, 83. Ayet:
Onlara (münafiqlərə bəzi müsəlmanların sadəlövhlüyü üzündən döyüş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər (müsəlmanlar) bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən
(möminlərdən
) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını təyin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki...
Kəhf Suresi, 12. Ayet:
Sonra iki tayfadan
(möminlərdən
və kafirlərdən) hansının onların (mağarada) qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq....
Şüəra Suresi, 89. Ayet:
Ancaq sağlam (təmiz, daxilində şəkk-şübhəyə, küfrə, şirkə və nifaqa yer olmayan) bir qəlblə Allahın hüzuruna gələn kimsədən
(möminlərdən
) başqa!”...
Yasin Suresi, 59. Ayet:
(Kafirlər Cəhənnəmə varid edilərək onlara belə deyiləcək: ) “Ey günahkarlar! Bu gün
(möminlərdən
) ayrılın!”...
Bürüc Suresi, 8. Ayet:
Onlardan
(möminlərdən
) yalnız yenilməz qüvvət sahibi, (hər cür) şükrə (tərifə) layiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar....
Ali-İmran Suresi, 118. Ayet:
Ey amənu olanlar! Özünüzdən
(möminlərdən
) başqasını sirdaş tutmayın. Onlar sizi fitnə-fəsada salmaqdan əl çəkməzlər və sizin sıxıntıya düşməyinizi istəyərlər. Kin və nifrətləri ağızlarından (sözlərindən) bəlli olmuşdur. Sinələrində gizlətdikləri şey (kinləri) daha da böyükdür. Ağıl işlətmiş olsaydınız, sizə ayələri açıqlamışdıq....
Yasin Suresi, 59. Ayet:
“Bu gün
(möminlərdən
) ayrılın, ey günahkarlar!...
Nisa Suresi, 15. Ayet:
(Ey İslam hakimiləri,) qadınlarınızdan çirkin əmələ (zinaya və ya müsahiqəyə) mürtəkib olanlara qarşı (bu töhməti vuran şəxsin vasitəsi ilə) özünüzdən
(möminlərdən
) dörd kişinin şahidlik etməsini istəyin. Beləliklə əgər şəhadət versələr, onları (bu əməlin cəzası olaraq əbədi həbs kimi) ölüm yetişərək onların canını alana və ya Allah onlar üçün (başqa) bir yol açana qədər evlərdə saxlayın. (Bu hökm İslamın ilkin çağlarında mövcud olub. Sonralar digər bir yol kimi onlara zina üçün müəyyənləşdirilm...
Maidə Suresi, 106. Ayet:
Ey iman gətirənlər, sizdən birinin ölümü çatan zaman, vəsiyyət vaxtı aranızdakı şahid, sizin özünüzdən
(möminlərdən
) iki adil kişi olsun. Yaxud əgər ölüm müsibəti sizə səfərdə olduğunuz zaman yetişsə (və möminlərdən şahid tapmasanız), özünüzdən olmayan iki nəfər (şahid) olsun. Əgər (şəhadət verdikləri zaman onların düz danışmalarına) şəkk etsəniz, hər ikisini namazdan sonra saxlayırsınız və onlar da Allaha and içirlər ki: biz (şahidlik etdiyimiz məsələ) qohumlarımız(la əlaqədar) olsa belə öz şəh...
Talaq Suresi, 2. Ayet:
(Təlaq verilmiş qadınlar) iddə müddətinin axırına yaxınlaşdıqda, ya onları (evliliyə qayıtmaqla) yaxşılıqla (evlilik vəzifələrinə əməl etməklə) saxlayın, yaxud (iddə qurtardıqdan sonra) xoşluqla ( mehriyyəni və vacib hüquqları ödəməklə) onlardan ayrılın. (Təlaq icra olunan zaman) özünüzdən
(möminlərdən
) olan iki adil kişini şahid tutun və (siz ey şahidlər,) şəhadəti Allaha görə verin (saxtakarlıq etməyin). Bununla (bu əmrlərlə) Allaha və axirət gününə iman gətirən şəxsə öyüd-nəsihət verilir. Kim...
Yasin Suresi, 59. Ayet:
Ey günahkarlar, bu gün siz
(möminlərdən
) ayrılın!...