Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 17. Ayet:
Rəbbindən açıq-aydın bir dəlilə əsaslanan, Allah tərəfindən bir şahidin (Cəbrailin) izlədiyi və ondan əvvəl Musanın rəhbər və mərhəmət olan kitabının da şahidlik etdiyi kəs (başqaları kimi ola bilərmi)? Onlar
(müsəlmanlar)
ona inanırlar. Onu inkar edən zümrələrə vəd olunan yer cəhənnəmdir. Buna görə də onun barəsində şübhə etmə! Şübhəsiz ki, o, sənin Rəbbindən gələn haqdır. Ancaq insanların çoxu iman gətirməz....
Nisa Suresi, 83. Ayet:
Onlara (münafiqlərə bəzi müsəlmanların sadəlövhlüyü üzündən döyüş meydanından) əmin-amanlıq və ya qorxu xəbəri gəldikdə dərhal onu yayarlar. Halbuki əgər
(müsəlmanlar)
bunu (münafiqlərə deyil), Peyğəmbərə və ya özlərindən (möminlərdən) olan ixtiyar (əmr) sahiblərinə demiş olsaydılar, əlbəttə, həmin xəbəri onun mahiyyətinə varan (belə bir xəbərin yayılmasının məqsədəuyğun olub-olmadığını təyin etməyə qadir olan) kimsələr bilərdilər. Əgər Allahın lütfü (mərhəməti) üzərinizdə olmasaydı, şübhəsiz ki...
Həcc Suresi, 17. Ayet:
Həqiqətən, Allah iman gətirənlər
(müsəlmanlar)
, yəhudilər, sabiilər (ulduzpərəstlər), xaçpərəstlər, atəşpərəstlər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah hər şeyə şahiddir! (Onların nə etdiklərini və nəyə layiq olduqlarını çox gözəl bilir!)...
Hud Suresi, 17. Ayet:
Məgər Rəbbindən açıq-aydın bir dəlilə istinad edən, ardınca Ondan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl rəhbər və mərhəmət olmuş Musanın Kitabının (təsdiqlədiyi) kimsə (kafirə tay ola bilərmi)?
(Müsəlmanlar)
ona (Qurana) iman gətirirlər. Onu inkar edən firqələrin vəd olunduğu yer oddur. Sənin isə ona (Qurana) heç bir şübhən olmasın. Çünki bu, sənin Rəbbindən (gələn) haqdır, lakin insanların çoxu (buna) inanmır....
Ali-İmran Suresi, 73. Ayet:
Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud
(müsəlmanlar)
Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allahın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allahın Əlindədir və onu istədiyinə verir! Allah (hər şeyi) Əhatəedəndir, Biləndir”....
Həşr Suresi, 11. Ayet:
Münafiqlərin, Kitab əhlindən kafir olan qardaşlarına: “Əgər siz (yurdunuzdan) qovulsanız, biz də sizinlə birlikdə çıxıb gedəcək və sizə qarşı heç vaxt heç kəsə tabe olmayacağıq. Əgər
(müsəlmanlar)
sizə qarşı vuruşsalar, mütləq sizə kömək edəcəyik!”– dediklərini görmədinmi? Allah onların yalançı olduğuna şahiddir....
Həşr Suresi, 12. Ayet:
Əgər onlar (yurdlarından) qovulsalar, (münafiqlər) onlarla birlikdə çıxıb getməz,
(müsəlmanlar)
onlara qarşı vuruşsalar, onlara köməklik göstərməzlər. Əgər onlara yardım etmiş olsalar belə, geri dönüb qaçar, sonra da onlara heç bir kömək edilməz....
Rum Suresi, 4. Ayet:
(Gələcəkdə) bir neçə il ərzində. (Aləmin idarə olunma) iş(i) və ondan (o qələbədən) öncə və ondan sonra (bütün aləmdə olan nüfuzlu) əmr Allaha məxsusdur və o gün möminlər
(müsəlmanlar)
sevinəcəklər;...
Bəqərə Suresi, 62. Ayet:
Şübhəsiz, iman edənlər
(müsəlmanlar)
, yəhudilər, xristianlar və sabiilərdən3 (hər bir qrupun öz şəriətində) “Allaha və axirət gününə inanan və saleh işlər görənlər üçün Rəbləri qatında mükafat var; onlar üçün qorxu olmayacaq, onlar məhzun olmayacaqlar”, – (deyə hökm verilmişdir)....
Maidə Suresi, 69. Ayet:
Şübhəsiz, inananlar
(müsəlmanlar)
ilə yəhudilər, sabiilər və xristianlardan (hər birinin öz şəriətində) “Allaha və axirət gününə inanan və saleh əməl işləyənlər üçün heç bir qorxu yoxdur. Onlar qəm-qüssə də görməyəcəklər”, – (deyə hökm verilmişdir.)...