Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
İsra Suresi, 70. Ayet:
Şübhəsiz, Adəm oğullarını (bir çox nemətlər verməklə) şərəfləndirdik. Onları
(müxtəlif
minik vasitələri ilə) quruda və dənizdə daşıdıq. Onlara təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik....
Sad Suresi, 42. Ayet:
(Biz ona belə buyurmuşduq:) “Ayağını yerə vur! Bu, yuyunacaq və içiləcək sərin sudur”.
(Müxtəlif
xəstəliklərə tutulan Həzrət Əyyub bu su ilə yuyunmuş və bir möcüzə olaraq onun sayəsində bütün xəstəliklərdən sağalmışdı.)...
Maidə Suresi, 48. Ayet:
(Ya Rəsulum!) Biz (Quranı) sənə haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) olaraq endirdik. Sən onların arasında Allahın nazil etdiyi (Quran) ilə hökm et. Sənə gələn haqdan ayrılıb onların nəfslərinin istədiyinə uyma. Sizin hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi (eyni şəriətə tabe) vahid bir ümmət edərdi. Lakin bu
(müxtəlif
lik) Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. ...
Rəd Suresi, 41. Ayet:
Məgər onlar (kafirlər) Bizim (hökmümüzlə, qüdrətimizlə) yer üzünə gəlib onu
(müxtəlif
) tərəflərindən əskiltdiyimizi (müsəlmanların get-gedə onların torpaqlarını fəth etdiklərini) görmürlərmi? Hökm edən Allahdır. Heç kəs Onun hökmünü dəf edə bilməz. (Allah) tezliklə haqq-hesab çəkəndir!...
Hicr Suresi, 91. Ayet:
O kəslər ki, Quranı
(müxtəlif
) hissələrə böldülər! (Yəhudilər və xaçpərəstlər, yaxud müşriklər Quranın bir qisminə inanıb, digər qismini inkar edirdilər. Onların bəzisi Quranı şer, bəzisi sehr, bəzisi isə kahinlik əsəri adlandırırdı)....
Möminun Suresi, 51. Ayet:
(Müxtəlif
zamanlarda ayrı-ayrı ümmətlərə göndərdiyimiz peyğəmbərlərə belə buyurduq: ) “Ey peyğəmbərlər! Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün! (Vacib və könüllü ibadətləri həm zahirən, həm də gizli, həmişə yerinə yetirin!) Mən, həqiqətən, sizin nə etdiklərinizi bilirəm!...
Möminun Suresi, 53. Ayet:
Amma (ümmətlər) öz dinini aralarında parçalayıb firqə-firqə oldular
(müxtəlif
məzhəblərə ayrıldılar). Hər firqə öz dininə sevinir. (Öz dinini haqq, digər dinləri batil hesab edib bundan məmnun olur)....
Ənbiya Suresi, 5. Ayet:
Onlar
(müxtəlif
fikirlərə düşərək) belə dedilər: “Xeyr, (bu Quran) qarmaqarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o, bir şairdir. (Əgər o, həqiqi peyğəmbərdirsə, bunu sübut etmək üçün) qoy əvvəlki peyğəmbərlərə göndərilən möcüzələr kimi bizə bir möcüzə gətirsin!”...
Casiyə Suresi, 5. Ayet:
Gecə və gündüzün bir-birinin ardınca gəlib-getməsində, Allahın ruzi vermək üçün göydən yağış yağdırmasında, onun vasitəsilə yeri ölümündən (quruduqdan) sonra diriltməsində və küləkləri
(müxtəlif
tərəflərə) yönəltməsində ağılla düşünənlər üçün (Allahın hər şeyə qadir olmasını sübut edən) dəlillər vardır....
Ənam Suresi, 132. Ayet:
Hər kəs üçün etdiyi əməllərə görə dərəcələr
(müxtəlif
mükafatlar və cəzalar) vardır. Rəbbin onların nə etdiklərindən qafil deyildir!...
Ənam Suresi, 143. Ayet:
(Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq üzrə) bir cüt qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı
(müxtəlif
cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!”...
Ənam Suresi, 144. Ayet:
(Həmçinin erkək və dişi olmaqla) bir cüt dəvə və bir cüt inək. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki
(müxtəlif
cinsli) dişinin qarınlarındakı balaları haram buyurdu? Yoxsa Allah bunu (iddia etdiyinizi) sizə tövsiyə etdiyi zaman (orada) şahid idiniz? Heç bir biliyi olmadan insanları (haqq yoldan) azdırmaq üçün Allaha qarşı yalan uyduran şəxsdən daha zalım kim ola bilər? Həqiqətən, Allah zalım tayfanı doğru yola salmaz!...
Nəhl Suresi, 13. Ayet:
Yer üzündə sizin üçün nə yaradıb çoxaltdısa, hamısının rəngləri növ-növdür
(müxtəlif
dir). Şübhəsiz ki, bunda zikr edən (təzəkkür edən) bir topluluq üçün əlbəttə ayə (dəlil) vardır....
Nuh Suresi, 14. Ayet:
O, sizi haldan hala
(müxtəlif
hallardan) keçirərək yaratmışdır....
Ali-İmran Suresi, 163. Ayet:
Onlar Allah dərgahında
(müxtəlif
) dərəcələrdə olacaqlar. Allah onların nə etdiklərini görür!...
Əhqaf Suresi, 27. Ayet:
Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Biz ayələri onlara
(müxtəlif
cür) izah etdik ki, bəlkə (küfrdən) əl çəkələr....
Rəd Suresi, 4. Ayet:
Yer üzündə bir-birinə yaxın
(müxtəlif
iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır....
Bəqərə Suresi, 168. Ayet:
168. Ey insanlar, yer üzündə olan şeylərin
(müxtəlif
yeməklər və digər varlıqların) halal və paklarından yeyin, faydalanın və şeytanın addımlarına tabe olmayın ki, o sizin aşkar düşməninizdir....
Bəqərə Suresi, 224. Ayet:
Allahı yaxşılıq etməməyiniz, təqvalı olmamağınız və insanların arasını düzəltməməyiniz kimi andlarınıza hədəf etməyin
(müxtəlif
bəhanələrə görə Ona and içməyin. Və ya: Allahı yaxşılıq edəcəyiniz, təqvalı olacağınız və insanların arasını düzəldəcəyiniz barəsindəki öz (təkrar) andlarınıza hədəf etməyin). (Allahın adını bu cür, hər şeyə görə Ona and içməklə hörmətdən salmayın.) Allah eşidən və biləndir....
Kəhf Suresi, 12. Ayet:
Sonra o iki
(müxtəlif
) dəstədən hansının (mağarada) qaldıqları müddəti daha düzgün hesablamalarını bilmək (və Bizim əzəli elmimizin gerçəkləşməsi) üçün onları (yuxudan) oyatdıq....
Nur Suresi, 43. Ayet:
Məgər görmürsənmi ki, Allah
(müxtəlif
istiqamətlərdən) buludu yavaş-yavaş qovur sonra onu(n parçalarını) bir-birinə qovuşdurur, daha sonra onları üst-üstə yığır? Beləliklə onun (buludun) arasından yağışın çıxdığını görürsən. Həmçinin (Allah) göydən, onda olan donmuş bulud dağlarından qar və dolu nazil edir. Onun vasitəsi ilə (dünyada cəzalandırmaq) istədiyi qövmə ziyan vurur və onu, istədiyi qövmdən sovuşdurur. Onun şimşəyinin parıltısı az qalır gözləri(n işığını) yox etsin....
Səba Suresi, 16. Ayet:
(Lakin onlar Allahdan və Onun dinindən) üz döndərdilər və Biz onlara «Ərim» bəndinin selini göndərdik. Onların
(müxtəlif
meyvələrlə dolu olan) iki bağını acı meyvələri, yulğun ağacları və bir qədər sidr ağacı olan iki bağa döndərdik....
Fatir Suresi, 9. Ayet:
Buludu hərəkətə gətirən küləkləri göndərən Allahdır, Biz onu (buludu) ölmüş (bitkiləri qurumuş) bir torpağa tərəf sövq etdik və onunla o torpağı öldükdən sonra diriltdik
(müxtəlif
bitkilərin toxumlarını cücərtdik). (Qiyamət günü) dirilmə də belədir (torpağın köksündə parçalanıb dağılmış bədənlərin zərrələrini hərəkətə gətirərək, onları bir-birlərilə birləşdirəcək və dirildəcəyik)....
Saffat Suresi, 73. Ayet:
Buna görə də bax gör
(müxtəlif
əzablarla məhv edilmiş) qorxudulanların aqibəti necə oldu....
Mömin Suresi, 64. Ayet:
Allah yeri sizin üçün yaşayış yeri və göyü
(müxtəlif
bərəkətləri sizə nazil olsun deyə başınızın üzərində) bina edən, sizi şəkillərə salan və surətlərinizi gözəl edən və sizə (var-dövlət, övlad və həyat yoldaşı kimi maddi və ağıl, elm və din kimi mənəvi) paklardan ruzi verəndir. Sizin Rəbbiniz bu Allahdır. Buna görə də aləmlərin Rəbbi olan Allah müqəddəs və bol xeyir-bərəkətlidir....
Casiyə Suresi, 5. Ayet:
Həmçinin gecə ilə gündüzün get-gəlində, onların artıb azalmasında, Allahın (yağış və günəşin nuru kimi) göydən nazil etdiyi və vasitəsi ilə yeri öldükdən sonra diriltdiyi (toxumlara, bitkilərə və fidanlara inkişaf ruhu verdiyi) ruzidə, eləcə də küləklərin
(müxtəlif
istiqamətlərə) dolandırılmasında düşünənlər üçün nişanələr vardır....
Casiyə Suresi, 33. Ayet:
Pis əmələrinin cəzası onlara (gerçəklik şəklində) zahir olacaq və istehza etdikləri şey
(müxtəlif
əzablar) onları bürüyəcəkdir....
Fəth Suresi, 4. Ayet:
Möminlərin imanları üstünə iman artırmaq üçün onların qəlblərinə xatircəmlik və rahatlıq nazil edən Odur. Göylərin və yerin
(müxtəlif
) orduları (həm yaradılış aləmində ixtiyara malik mələklər, cinlər və insanlar, həm də səbəblər silsiləsində fəaliyyət göstərən ixtiyara malik olmayanlar) Allaha məxsusdur. Allah həmişə bilən və hikmət sahibidir....
Fəth Suresi, 7. Ayet:
Göylərin və yerin
(müxtəlif
) orduları Allaha məxsusdur. Allah həmişə yenilməz qüdrət və hikmət sahibidir....
Mürsəlat Suresi, 25. Ayet:
Məgər yeri fəzada sürətlə hərəkət edən və
(müxtəlif
sakinlər üçün) geniş və məskunlaşdırıcı etmədikmi?...
Nəbə Suresi, 34. Ayet:
Və
(müxtəlif
şərablar və şərbətlərlə) dolu camlar (vardır)....
Naziat Suresi, 20. Ayet:
Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni
(müxtəlif
hallara düşən əsanı) ona göstərdi....
Əbəsə Suresi, 27. Ayet:
Beləliklə orada dən
(müxtəlif
və saysız – hesabsız növlərdə dənli bitkilər) bitirdik;...
Zuxruf Suresi, 32. Ayet:
Rəbbinin rəhmətini onlar bölüşdürürlər? Dünya həyatında onların dolanacaqlarını aralarında biz bölüşdürdük. Bir-birilərinə iş gördürmələri üçün
(müxtəlif
sahələrdə) bəzilərini bəzilərindən dərəcə baxımından üstün tutduq. Rəbbinin rəhməti onların yığdıqları (dünya malı) şeylərdən daha xeyirlidir....
Bəqərə Suresi, 164. Ayet:
Həqiqətən də göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, insanlar üçün faydalı şeylərlə dənizdə üzən gəmidə, Allahın göydən endirdiyi və torpağı ölümdən sonra cana gətirdiyi suda, orada hər cür heyvanatı yaymasında, küləkləri və yerlə göy arasında (Allahın əmrinə) tabe buludları
(müxtəlif
səmtlərə) hərəkətə gətirməsində əql sahibləri üçün dəlillər vardır....
Rəd Suresi, 4. Ayet:
Yer üzündə bir-birinə qonşu
(müxtəlif
keyfiyyətli) torpaq sahələri, üzüm bağları və əkin sahələri vardır. Eyni su ilə suvarılan, bir və ya ayrı-ayrı köklərdən olan elə xurmalıqlar vardır ki, biz yeyərkən birinin (meyvəsini) digərindən üstün tuturuq. Doğrudan da anlayan adamlar üçün bunda dəlillər vardır....