Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 37. Ayet:
Yalandan Allaha iftira yaxan, yaxud Onun ayələrini yalan sayan kimsədən daha zalım kim ola bilər?! Kitabdakı (ömür və ruzi) qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz
(mələklər)
canlarını almaq üçün gəlib: “Allahdan savayı yalvardıqlarınız haradadır?” – deyəcəklər. Onlar da: “Bizdən uzaqlaşıb yoxa çıxdılar!” - deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər....
Əraf Suresi, 206. Ayet:
Rəbbinin yanında olanlar
(mələklər)
, Ona ibadət etmək barəsində təkəbbürlənməz, Onun şəninə təriflər deyər və Ona səcdə edərlər....
Tövbə Suresi, 26. Ayet:
Sonra Allah Peyğəmbərə və möminlərə sükunət (rahatlıq və arxayınlıq) verdi. O, sizin görmədiyiniz əsgərlər
(mələklər)
endirdi və kafirlərə əzab verdi. Kafirlərin cəzası budur!...
Yunus Suresi, 21. Ayet:
Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki: “Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz
(mələklər)
qurduğunuz hiylələri yazırlar”. (Bu ayə Məkkə əhalisi haqqında nazil olmuşdur. Rəvayət olunduğuna görə, Məkkəyə yeddi il yağış yağmadı. Quraqlığa görə qıtlıq və xəstəliklər baş verdi və bunun nəticəsində bir çox insan və heyvan məhv oldu. Nəhayət, Allah-Təala ora bol yağış yağdırdı və Məkkə tək...
Hud Suresi, 69. Ayet:
Elçilərimiz
(mələklər)
İbrahimə müjdə gətirib: “Salam!” - demişdilər. O da: “Salam!” - demiş və çox keçmədən (onlar üçün) qızardılmış bir buzov gətirmişdi....
Hud Suresi, 73. Ayet:
(Mələklər)
dedilər: “Sən Allahın işinə təəccüblənirsən? Ey ev əhli, Allahın mərhəməti və bərəkəti sizinlə olsun! Şübhəsiz ki, Allah tərifə və şükür edilməyə layiqdir, çox comərddir”....
Hud Suresi, 77. Ayet:
Elçilərimiz
(mələklər)
Lutun yanına gəldikləri zaman Lut onlara görə pis oldu, ürəyi sıxıldı və: “Bu, çox çətin bir gündür!” - dedi. (Mələklər cavan oğlanlar surətində gəldikləri üçün Lut peyğəmbər onları insan zənn etmiş və qövmünün onlara zərər verəcəyindən qorxmuşdu. Çünki Lutun qövmündə pozğunçuluq həddindən artıq yayılmışdı.)...
Hud Suresi, 81. Ayet:
(Mələklər)
dedilər: “Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən, onlara vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”...
Nəml Suresi, 8. Ayet:
Ora gəldiyi zaman belə bir səs gəldi: “Odun yanındakı (Musa) və odun ətrafındakılar
(mələklər)
mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!...
Hicr Suresi, 52. Ayet:
Bir zaman
(mələklər)
onun hüzuruna daxil olub: “Salam!” - dedilər. (İbrahim isə:) “Biz, həqiqətən, sizdən qorxuruq!” - dedi....
Hicr Suresi, 55. Ayet:
(Mələklər)
dedilər: “Biz sənə haqq ilə müjdə veririk. Ona görə də əsla ümidsizliyə qapılanlardan olma!”...
Hicr Suresi, 63. Ayet:
(Mələklər)
dedilər: “Əksinə, biz sənə onların şübhə etdiklərini (əzabı) gətirmişik....
İsra Suresi, 57. Ayet:
Onların sitayiş etdikləri
(mələklər)
də Rəbbinə, hansı daha yaxın olacaq deyə vəsilə axtarır, Onun rəhmətini umur və əzabından qorxurlar. Həqiqətən, Rəbbinin əzabından həzər etmək lazımdır. (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə qeyd olunan “Allahdan başqa ilahlaşdırdıqları” ifadəsi ilə “mələklər”in qəsd olunduğunu bildirmişlər. Çünki müşriklər sitayiş etdikləri bütləri və heykəlləri mələklərin simvolları qəbul edirdilər. Bu ayədə mələklər də daxil olmaqla Allahdan başqa heç bir varlığın zə...
Mömin Suresi, 7. Ayet:
Ərşi daşıyanlar və onun ətrafındakılar
(mələklər)
Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru!...
Fussilət Suresi, 38. Ayet:
Əgər onlar təkəbbürlənsələr, (bilsinlər ki,) Rəbbinin yanındakılar
(mələklər)
usanmadan gecə-gündüz Onu təsbeh edirlər....
Zuxruf Suresi, 80. Ayet:
Yoxsa onlar öz sirlərini və gizli danışıqlarını eşitmədiyimizimi zənn edirlər?! Xeyr! Onların yanındakı elçilərimiz
(mələklər)
də yazırlar....
Ənbiya Suresi, 26. Ayet:
(Müşriklər:) “Rəhman (olan Allah mələkləri) özünə övlad götürdü!” - dedilər. O, (belə sifətlərdən) uzaqdır, pakdır! Əksinə,
(mələklər)
möhtərəm qullardır....
Ənbiya Suresi, 27. Ayet:
(Mələklər)
Ondan əvvəl danışmaz və yalnız Onun əmri ilə iş görərlər....
İnfitar Suresi, 11. Ayet:
Əməllərinizi yazan möhtərəm
(mələklər)
!...
Bəqərə Suresi, 30. Ayet:
(Ya Rəsulum!) Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir xəlifə (canişin) yaradacağam”, - dedikdə
(mələklər)
: “Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək bir kəsmi yaratmaq istəyirsən?”- söylədilər. (Allah onlara: ) “ Mən bildiyim şeyi siz bilmirsiniz!” – buyurdu....
Yunus Suresi, 21. Ayet:
İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz
(mələklər)
qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar!...
Hud Suresi, 69. Ayet:
Həqiqətən, elçilərimiz
(mələklər)
İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) gətirib: “Salam!” – dedilər. (İbrahim də: ) “Salam!” – deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi....
Hud Suresi, 77. Ayet:
Elçilərimiz
(mələklər)
Lutun yanına gəldikləri zaman (tayfası bu gözəl qonaqlara bir pislik yetirər deyə) əndişəyə düşdü, ürəyi sıxıldı və: “Bu, çox çətin (başabəlalı) bir gündür!” – dedi....
Hud Suresi, 81. Ayet:
(Mələklər)
dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə toxuna bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə çıx get. Heç kəs dönüb geri baxmasın. Təkcə övrətin istisnadır. Onlara toxunacaq əzab övrətinə də toxunacaqdır. Onların (ölüm) vaxtı səhərdir. Səhər yaxın deyilmi?”...
Rəd Suresi, 11. Ayet:
(İnsan üçün) onu öndən və arxadan təqib edənlər
(mələklər)
vardır. Onu (insanı) Allahın əmri ilə qoruyurlar. Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Ondan başqa onların heç bir hamisi də olmaz....
Hicr Suresi, 58. Ayet:
(Mələklər)
belə cavab verdilər: “Biz günahkar bir tayfaya (əzab vermək, onları məhv etmək üçün) göndərilmişik....
Hicr Suresi, 61. Ayet:
Elçilər
(mələklər)
Lutun yanına gələndə...
Hicr Suresi, 63. Ayet:
(Mələklər)
belə cavab verdilər: “Xeyr, biz sənə onların (ümmətindən olan kafirlərin) şübhə etdikləri şeyi (əzabı) gətirmişik!...
Mömin Suresi, 7. Ayet:
Ərşi daşıyanlar və onun ətrafında olanlar
(mələklər)
öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz! Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!...
Fussilət Suresi, 38. Ayet:
Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki, bunun zərəri Allaha deyil, ancaq özlərinədir). Çünki (Ya Rəsulum!) Sənin Rəbbinin dərgahında olanlar
(mələklər)
gecə-gündüz usanmadan Onu təqdis edib şəninə təriflər deyərlər....
Ənkəbut Suresi, 31. Ayet:
Elçilərimiz
(mələklər)
İbrahimə (İshaqın, sonra da Yəqubun doğulacağı barədə) müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini məhv edəcəyik, çünki onlar zalımdırlar (Allaha asi olmaqla, onun peyğəmbərini təkzib etməklə, çirkin işlər görməklə özləri-özlərinə zülm edirlər)”, dedilər....
Ənbiya Suresi, 27. Ayet:
(Mələklər)
Ondan qabaq söz danışmaz, Yalnız Onun əmri ilə iş görərlər....
Bəqərə Suresi, 32. Ayet:
(Mələklər)
: 'Sən Sübhansan.' dedilər. 'Sənin bizə öyrətdiyindən başqa heç bir elmimiz yoxdur. Şübhəsiz ki, Sən Alimsən, Hakimsən (hökm və hikmət sahibisən).'...
Nisa Suresi, 97. Ayet:
Şübhəsiz ki, mələklər öz nəsflərinə zülm edənləri öldürərkən: ‘Siz harada (nə işdə) idiniz?’ dedilər. (Onlar da): ‘Biz yer üzündə zəif (gücsüz) kimsələr idik.’ dedilər.
(Mələklər)
: ‘Allahın yer üzü geniş deyildimi? Elə isə orada hicrət etsəydiniz!’ dedilər. Onların gedəcəyi yer cəhənnəmdir və o pis bir dönüş yeridir....
Hud Suresi, 73. Ayet:
(Mələklər)
dedilər ki: ‘Allahın əmrinəmi təəccüblənirsən? Ey ev əhli, Allahın rəhməti və bərəkəti sizin üzərinizədir!’ Şübhəsiz ki, O, Həmiddir (çox təriflənən, çox həmd ediləndir), Məciddir (şanı uca olandır)....
Səba Suresi, 41. Ayet:
(Mələklər)
dedilər ki: ‘Sən Sübhansan. Bizim vəlimiz onlar deyil, Sənsən. Xeyr, onlar cinlərə tapınırdılar. Onların çoxu onlara (cinlərin söylədiklərinə) inananlardır.’...
Əraf Suresi, 206. Ayet:
Rəbbinin dərgahında olan
(mələklər)
Ona ibadət etməkdə təkəbbürlük göstərmir, Onu tərifləyir və yalnız Ona səcdə edirlər....
Bəqərə Suresi, 102. Ayet:
Onlar Suleymanın səltənətində şeytanların oxuduqlarının ardınca getdilər. Süleyman kafir olmadı. Lakin şeytanlar sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular.
(Mələklər)
: “Biz ancaq bir sınağıq, sən gəl kafir olma!”– deməmiş (onu) heç kəsə öyrətmirdilər. (Yəhudilər) ərlə arvadı bir-birindən ayıracaq işləri onlardan öyrənirdilər. Lakin onlar Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə zərər verən, faydası olmayan şeyləri öyrə...
Yunus Suresi, 21. Ayet:
İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şübhəsiz ki, elçilərimiz
(mələklər)
qurduğunuz hiylələri yazırlar....
Hud Suresi, 69. Ayet:
Elçilərimiz
(mələklər)
İbrahimə (İshaqın doğulacağı barədə) müjdə gətirdilər və: “Salam!”– dedilər. O da: “Salam!”– dedi və dərhal (gedib) qızardılmış bir buzov gətirdi....
Hud Suresi, 76. Ayet:
(Mələklər)
(dedilər:) “Ey İbrahim! Bundan (bu mübahisədən) əl çək. Çünki Rəbbinin əmri artıq gəlmişdir və onlara qarşısıalınmaz bir əzab gələcəkdir”....
Hud Suresi, 81. Ayet:
(Mələklər)
dedilər: “Ey Lut! Biz sənin Rəbbinin elçiləriyik. Onlar əsla sənə zərər yetirə bilməzlər. Gecənin bir vaxtında ailənlə birlikdə yola düş. Qoy içinizdən, arvadından başqa heç kəs dönüb arxaya baxmasın. Çünki onların başına gələcək müsibət onun da başına gələcəkdir. Onların (həlak olmaq) vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?”...
Ənfal Suresi, 50. Ayet:
Kaş sən kafirləri mələklər onların canını alarkən görəydin.
(Mələklər)
onların üzünə və yanlarına vura-vura (deyirdilər:) “Dadın yandırıcı odun əzabını!...
Hicr Suresi, 53. Ayet:
(Mələklər)
: “Qorxma! Həqiqətən, biz səni bilikli bir oğulla müjdələyirik!”– dedilər....
Səba Suresi, 41. Ayet:
(Mələklər)
deyəcəklər: “Sən paksan, müqəddəssən! Onlar deyil, Sənsən bizim Hamimiz! Xeyr, onlar cinlərə ibadət edirdilər. Əksəriyyəti də məhz onlara iman gətirmişdi”....
Mömin Suresi, 50. Ayet:
(Mələklər)
deyəcəklər: “Məgər elçiləriniz açıq-aydın dəlillər gətirməmişdilər?” Onlar: “Əlbəttə (gətirmişdilər)!”– deyəcəklər.
(Mələklər)
(də:) “Elə isə özünüz yalvarın!”– deyəcəklər. Kafirlərin yalvarması isə boş şeydir....
Ənbiya Suresi, 27. Ayet:
(Mələklər)
Ondan qabaq danışmazlar; onlar ancaq Onun əmrini yerinə yetirərlər....
Ənam Suresi, 61. Ayet:
Qullara aid (hər şeyə) Qadir olan da Odur. O sizə gözətçi
(mələklər)
göndərir. Nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz
(mələklər)
onun canını alırlar və heç bir səhvə yol vermirlər....
Hud Suresi, 70. Ayet:
Beləliklə, elə ki, onların əllərinin ona (yeməyə) çatmadığını (uzanmadığını) gördü, onları yad bildi və qəlbində onlardan bir qorxu duydu. Onlar dedilər: «Qorxma, həqiqətən biz (Allah tərəfindən) Lut qövmünə (onları məhv etmək üçün) göndərilmiş
(mələklər)
ik.»...
Hud Suresi, 73. Ayet:
(Mələklər)
dedilər: «Allahın rəhməti və Onun bərəkətləri sizin ailənizə olduğu halda Allahın işinə təəccüb edirsən?! Həqiqətən O, sifət və işləri mədh edilmiş, ümumi lütf və mərhəmət, geniş cəlal sahibidir»....
Hud Suresi, 81. Ayet:
(Mələklər)
dedilər: «Ey Lut, biz sənin Rəbbinin elçiləriyik. Onlar səni əsla ələ keçirə bilməzlər. Buna görə də, gecədən bir qədər keçmiş ailənlə birgə (məntəqədən çölə) yola düş, sizdən heç kəs yerdə qalmasın və heç kim arxasına dönüb baxmasın – zövcəndən başqa ki, şübhəsiz sənin qövmünə yetişəcək şey ona da yetişəcəkdir. Əlbəttə onların (əzablarının) vədə vaxtı səhərdir. Məgər səhər yaxın deyilmi?!»...
Ənbiya Suresi, 26. Ayet:
(Bütpərəst müşriklər) «Rəhman olan Allah (mələklərdən) övlad götürmüşdür!» dedilər. Allah (ağılın, peyğəmbərlərin və səma kitablarının hökmünə əsasən övlad götürməkdən) pak (və uzaq)dır! Əksinə, onlar
(mələklər)
möhtərəm bəndələrdir. (Onların həqiqətləri nur, yerləri uca məkan, işləri ibadət və danışıqları zikrdir.)...
Ənkəbut Suresi, 31. Ayet:
Göndərdiklərimiz
(mələklər)
İbrahimə müjdəni (övladı olması xəbərini) gətirdikdə, dedilər: «Əlbəttə Biz bu şəhərin (Lut qövmünün məskəninin) əhalisini də həlak edənik, çünki oranın əhalisi zalımdır»....
Səba Suresi, 41. Ayet:
(Mələklər)
deyərlər: «Sən (hər hansı bir eyb və nöqsandan uzaq), paksan, bizim dostumuz, hamimiz və yardımçımız yalnız Sənsən, onlar deyil. (Onların bizə ibadət etmələrinə razı deyildik). Əslində onlar cinlərə ibadət edirdilər (çünki cinlər onların ibadətlərinə razı idilər və) onların əksəriyyəti cinlərə iman gətirmişdi»....
Mömin Suresi, 7. Ayet:
(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar
(mələklər)
və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!»...
Əraf Suresi, 206. Ayet:
Şübhəsiz Rəbbinin qatındakılar
(mələklər)
Ona ibadət etməkdə təkəbbür göstərməzlər. Onu təsbih edərlər və yalnız Ona səcdə edərlər....
Ənfal Suresi, 48. Ayet:
Şeytan onlara etdiklərini süslü göstərmiş və: “Bu gün artıq insanlardan sizə qalib gələcək (heç kim) yoxdur, mütləq mən də sizə yardımçıyam”, – demişdi. Lakin iki tərəf (savaş meydanında) üz-üzə gəldiyi zaman (şeytan) geri dönüb: “Mən sizdən uzağam. Çünki mən sizin görmədiyiniz şeylər
(mələklər)
görürəm. Mən Allahdan qorxuram. Allahın cəzası şiddətlidir”, – demişdi....
Yunus Suresi, 21. Ayet:
Başlarına gələn bir müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq və xoşbəxtlik) daddırdığımız zaman bir də görərsən ki, ayələrimiz haqqında onların bir hiylələri (bəzi fəndləri və əsassız iddiaları) var. De ki: “Allah tədbir görməkdə daha sürətlidir”. Şübhəsiz, elçilərimiz
(mələklər)
qurduğunuz hiylələri yazırlar....
Hud Suresi, 69. Ayet:
And olsun, elçilərimiz
(mələklər)
İbrahimə müjdə gətirib: “Salam olsun sənə!” – dedilər. O: “Sizə də salam olsun”, – dedi və (gedib onlara) qızardılmış bir buzov gətirməkdə gecikmədi....
Hicr Suresi, 61. Ayet:
Elçilər
(mələklər)
Lutun ailəsinə gəldikdə...
Ənkəbut Suresi, 31. Ayet:
Elçilərimiz
(mələklər)
İbrahimə müjdə gətirdikləri zaman: “Biz bu məmləkət əhlini həlak edəcəyik. Çünki oranın əhalisi zalımlardır”, – dedilər....
Səba Suresi, 41. Ayet:
(Mələklər)
: “Səni nöqsanlardan uzaq tuturuq. Onlar deyil, Sən bizim dostumuzsan. Xeyr, onlar cinlərə ibadət edirdilər. Onların çoxu cinlərə inanırdı”, – deyərlər....
Mömin Suresi, 7. Ayet:
Ərşi daşıyanlar və onun ətrafında duranlar
(mələklər)
Rəblərini həmd edərək təsbih edərlər, Ona inanarlar və inananlar üçün (belə deyərək) əfv diləyərlər: “Ey Rəbbimiz! Sənin rəhmətin və elmin hər şeyi əhatə etmişdir. O halda tövbə edən və sənin yoluna uyanları bağışla və onları cəhənnəm əzabından qoru”....
Fussilət Suresi, 38. Ayet:
Əgər onlar təkəbbür göstərsələr, bilsinlər ki, Rəbbinin yanında olanlar
(mələklər)
gecə-gündüz heç usanmadan Onu təsbih edirlər....
Zuxruf Suresi, 80. Ayet:
Yoxsa onların sirlərini və gizli söhbətlərini eşitmədiyimizi zənn edirlər? Xeyr, elə deyil, yanlarındakı elçilərimiz
(mələklər)
yazırlar....