Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Rum Suresi, 39. Ayet:
İnsanların mal-mülkü artsın deyə verdiyiniz hər hansı bir faiz Allah dərgahında artmaz. Allahın rizasını diləyərək verdiyiniz zəkata gəldikdə, bunu edənlər
(mənəvi
qazanclarını və mallarının bərəkətini) qat-qat artıran kimsələrdir....
Bəqərə Suresi, 248. Ayet:
(İsrail övladının) peyğəmbəri onlara dedi: “(Talutun) padşahlıq əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində (sizin üçün) Rəbbinizdən bir arxayınlıq, rahatlıq
(mənəvi
bir qüvvə, səbat), həmçinin Musa və Harun nəslindən qalan şeylər (Musanın əsası, Tövratın bəzi lövhələri, bir az qüdrət halvası və s.) vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, onda sizin üçün (peyğəmbərin verdiyi xəbərin doğruluğunu təsbit edən) qəti dəlil vardır”....
Fəth Suresi, 18. Ayet:
Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara
(mənəvi
) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı....
Fəth Suresi, 26. Ayet:
Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə
(mənəvi
)rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir....
Ənam Suresi, 137. Ayet:
Və beləcə şərikləri (müşriklərin Allaha şərik qoşduqları bütlər və cinlər) müşriklərin çoxuna (bölgüdə olduğu kimi) övladlarını (bütlərə qurban etmək məqsədilə) öldürməyi (də) zinətləndirdilər ki, onları
(mənəvi
) həlakətə sürükləsinlər və onların (İbrahim peyğəmbərin dini olan) dinlərini onlara anlaşılmaz və (xürafata) qarışıq göstərsinlər. Əgər Allah (məcbur etmək) istəsəydi, onlar o işi etməzdilər (lakin Allahın ənənəvi qanunlarında etiqad və əməldə məcbur etmək yoxdur). Buna görə də (sənə cih...
Ənfal Suresi, 42. Ayet:
(Ayrılıq günü) o zaman (idi) ki, siz vadinin (Mədinəyə) yaxın tərəfində (əlverişli olmayan bir mövqedə) idiniz, onlar (Mədinədən) uzaq tərəfdə (Məkkəyə yaxın olan və əlverişli olan bir mövqedə), (Qüreyşin ticarət) karvan(ı) isə sizdən aşağı hissədə idi (ki, onlar qaça bildilər). Əgər bir-birinizlə vədələşsəydiniz, həmin vədələşmənizdə fikir ayrılığına düçar olar, yaxud orada olmaqdan yayınardınız. Lakin Allahın, olmalı işi gerçəkləşdirməsi üçün (belə oldu və belə bir məcburi qarşıdurma yarandı v...
İsra Suresi, 82. Ayet:
Biz, Qur’andan möminlər üçün
(mənəvi
və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır....
Məryəm Suresi, 6. Ayet:
(Övlad əta et) ki, mənim və Yəqub övladlarının varisi olsun. Və ey mənim Rəbbim, onu
(mənəvi
kamilliklər baxımından) bəyənilən et!...
Nur Suresi, 46. Ayet:
Şübhəsiz, Biz aydınlıq gətirən ayələr nazil etmişik. Allah (ümumi hidayətdən sonra) istədiyini doğru yola
(mənəvi
kamilliklərə) tərəf yönəldir....
Nəml Suresi, 16. Ayet:
Süleyman (peyğəmbərliyi, elmi, möcüzəni və mal-dövləti) Davuddan irs olaraq apardı və dedi: «Ey insanlar, bizə quş dili öyrədildi və hər bir şeydən
(mənəvi
kamallardan və maddi vəsaitlərdən) bizə verildi. Həqiqətən, bu, həmin açıq-aşkar fəzilətdir»....
Fatir Suresi, 2. Ayet:
Allahın insanlar üçün açdığı hər hansı bir rəhmətin
(mənəvi
və maddi rəhmətlərin) qarşısını alacaq heç bir kəs ola bilməz, qarşısını aldığı bir şeyi isə Ondan sonra bir açacaq kəs ola bilməz. Yenilməz qüvvət və hikmət sahibi olan Odur....
Fussilət Suresi, 31. Ayet:
Biz dünya və axirətdə sizin başçı, dost və yoldaşlarınızıq. Orada nəfsiniz (maddi nemətlərdən) nə çəksə və
(mənəvi
ləzzətlərdən qəlb və dil ilə) hər nə istəsəniz hazırdır....
Şura Suresi, 19. Ayet:
Allah (Öz) bəndələrinə qarşı mülayim rəftarlı, onları çətinliyə salmayan və diqqətlidir. İstədiyinə
(mənəvi
və maddi) ruzi verir və O, qüvvətli və yenilməz qüdrət sahibidir....
Məaric Suresi, 4. Ayet:
Mələklər və Ruh (Cəbrail, yaxud mələklərdən olmayan digər bir şərafətli mövcud) müddəti (dünya günləri ilə müqayisədə) əlli min il olan bir gündə (yəni Qiyamət günü, varlıq aləminin icra işlərinin başa çatması və hesab – kitabı təqdim etmək üçün) Allaha sarı
(mənəvi
) ucalarlar....