Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Şüəra Suresi, 13. Ayet:
Ürəyim sıxılır, dilim də söz tutmur (kəkələyirəm). Buna görə Harunu da
(mənim
lə) elçi olaraq göndər!...
Zuxruf Suresi, 51. Ayet:
Firon öz qövmünə səslənərək belə dedi: “Ey qövmüm! Misirin hökmranlığı və ayaqlarımın altından axan bu çaylar mənim deyilmi? Məgər
(mənim
əzəmətimi) görmürsünüzmü?!...
Zariyat Suresi, 31. Ayet:
İbrahim dedi: “Elə isə sizin
(mənim
lə) nə işiniz var ey elçilər?”...
Ənbiya Suresi, 112. Ayet:
(Peyğəmbər) dedi: “Ey Rəbbim,
(mənim
lə onlar arasında) haqq ilə hökm ver! Sizin söylədiklərinizə qarşı yalnız Rəhman olan Rəbbimizdən kömək istənilər!”...
Yunus Suresi, 71. Ayet:
(Ya Rəsulum!) Müşriklərə Nuhun xəbərini söylə. Bir zaman o öz ümmətinə belə demişdi: “Ey ümmətim! Əgər aranızda qalmağım və Allahın ayələri ilə öyüd-nəsihət verməyim sizə ağır gəlirsə, mən (sizin mənə qarşı bütün pis niyyətlərinizdən) Allaha təvəkkül edirəm. Şəriklərinizlə birlikdə
(mənim
barəmdə) nə edəcəyinizi qərarlaşdırın. Görəcəyiniz iş gizli qalmasın (onu mənə də bildirir), sonra mənə heç möhlət də verməyib haqqımda istədiyinizi edin (istədiyiniz hökmü çıxarın!)....
Yunus Suresi, 72. Ayet:
Əgər siz
(mənim
öyüd-nəsihətimdən, dəvətimdən) üz çevirsəniz, (bilin ki) mən (bunun müqabilində) sizdən heç bir mükafat istəmirəm. Məni mükafatlandırmaq yalnız Allaha aiddir. Mənə müsəlmanlardan (özünü Allaha təslim edənlərdən) olmaq əmr edilmişdir!”...
Hud Suresi, 52. Ayet:
Ey camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın.
(Mənim
dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!”...
Nəml Suresi, 31. Ayet:
(Məzmunu belədir: ) ”Mənə qarşı təkəbbür göstərməyin və yanıma müti (müsəlman) olaraq gəlin!
(Mənim
dəvətimə saymazlıqla yanaşmayın. Allaha təslim olaraq yanıma gəlin)”....
Nəml Suresi, 39. Ayet:
Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qalxmamış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüvvətliyəm, etibarlıyam!
(Mənim
Bəlqisin taxtını götürüb gətirməyə gücüm çatar. Mən taxtın üzərində olan qızıl-gümüşə, ləl-cavahirata əlimi belə vurmaram, onlardan heç bir şey götürmərəm!)”...
Nəml Suresi, 92. Ayet:
Və mənə Quran oxumaq (buyurulmuşdur)!” Hər kəs doğru yolda olsa, yalnız özü (öz xeyri) üçün doğru yolda olmuş olar. Hər kəs doğru yoldan çıxsa, (ona) de: “Mən yalnız (insanları Allahın əzabı ilə) qorxudan peyğəmbərlərdənəm!”
(Mənim
vəzifəm ancaq dini təbliğ etməkdir. Həç kəsi iman gətirməyə məcbur edən deyiləm!)...
Yusif Suresi, 26. Ayet:
(Yusif) dedi: “O məni tovlayıb yoldan çıxartmaq
(mənim
lə yaxınlıq etmək) istədi!” Bir şahid (Züleyxanın beşikdə olan körpə əmisi oğlu) belə şəhadət verdi: “Əgər (Yusifin) köynəyi öndən cırılmışsa, (qadın) doğru deyir, o isə yalançılardandır....
Nəhl Suresi, 82. Ayet:
(Ya Rəsulum! Əgər bütün bunlardan sonra müşriklər) yenə də (səndən) üz döndərsələr (ürəyini qısma)! Çünki sənin vəzifən ancaq
(Mənim
dinimi, hökmlərimi) açıq-aşkar təbliğ etməkdir!...
Məryəm Suresi, 48. Ayet:
Mən sizi və sizin Allahdan başqa tapındığınız bütləri tərk edib bir kənara çəkilir və öz Rəbbimə dua (ibadət) edirəm. Ola bilsin ki, mən Rəbbimə ibadət etməklə bədbəxt (Onun mərhəmətindən naümid, məhrum) olmayım.
(Mənim
Allaha etdiyim ibadət, sizin bütlərə, tanrılara etdiyiniz ibadət kimi puça çıxmasın!)”...
Sad Suresi, 77. Ayet:
(Allah) buyurdu: “Çıx ordan (Cənnətdən). Sən
(Mənim
rəhmətimdən, dərgahımdan) qovulmuşun birisən!...
Zuxruf Suresi, 51. Ayet:
Firon öz qövmünə müraciət edib dedi: “Ey qövmüm! Məgər Misir səltənəti, altımdan (saraylarımın altından) axıb gedən bu çaylar mənim deyilmi?! Məgər
(mənim
qüdrətimi) görmürsünüzmü?!...
Zariyat Suresi, 29. Ayet:
(Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam!
(Mənim
necə uşağım ola bilər?)”...
Mümtahinə Suresi, 1. Ayet:
Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost (vəli) tutun! Onlar (kafirlər) sizə gələn haqqı (Quranı, Muhəmməd əleyhissəlamı) inkar etdikləri halda, siz onlarla dostluq edirsiniz (mehribanlıq göstərirsiniz). Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi (Məkkədən) çıxardırdılar. Əgər siz Mənim yolumda və Mənim rizamı qazanmaq uğrunda cihada çıxmısınızsa
(Mənim
düşmənlərimi dost tutmayın). Siz onlarla gizlində dostluq edirsiniz (dostluq üzündən ...
Mümtahinə Suresi, 4. Ayet:
İbrahim və onunla birlikdə olanlar (möminlər) sizin üçün gözəl örnəkdir. O zaman onlar öz qövmünə belə demişdilər: “Şübhəsiz ki, bizim sizinlə və sizin Allahdan başqa ibadət etdiklərinizlə (bütlərlə) heç bir əlaqəmiz yoxdur. Biz sizi (dininizi) inkar edirik. Siz bir olan Allaha iman gətirməyincə bizimlə sizin aranızda həmişə ədavət və nifrət olacaqdır!” Ancaq İbrahim öz atasına: “Mən (öz Rəbbimdən) mütləq sənin bağışlanmağını diləyəcəm. Mən heç vəchlə səni Allahdan (Allahın əzabından) qurtara bi...
Taha Suresi, 86. Ayet:
Musa qəzəbli, kədərli halda camaatının yanına qayıdıb dedi: “Ey ümmətim! Məgər Rəbbiniz (Tövratı nazil etmək, keçmiş günahlarınızı bağışlamaq, göydən qüdrət halvası və bildirçin endirmək haqqında) sizə gözəl bir vəd verməmişdimi? Yoxsa
(mənim
sizdən ayrılmağımdan) uzun bir müddət keçdi? (Nə tez hər şeyi unudub nankor oldunuz?) Yaxud Rəbbinizdən sizə bir qəzəb gəlməsini istəyib mənə verdiyiniz vədə xilaf çıxdınız?”...
Ənbiya Suresi, 112. Ayet:
(Peyğəmbər) dedi: “Ey Rəbbim!
(Mənim
lə məni təkzib edən Məkkə müşrikləri arasında) ədalətlə hökm et. Sizin mənə aid etdiyiniz sifətlərə (dediyiniz pis sözlərə) qarşı kömək dilənilməsi kimsə yalnız Rəhman olan Rəbbimizdir!”...
Ənam Suresi, 57. Ayet:
De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qurana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə
(mənim
əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!”...
Ənam Suresi, 104. Ayet:
Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçi deyiləm.
(Mənim
vəzifəm ancaq dini təbliğ etməkdir)...
İxlas Suresi, 1. Ayet:
(Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “
(Mənim
Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);...
Cin Suresi, 23. Ayet:
(Mənim
əlimdən) Allah dərgahından olanı və Onun göndərdiklərini (Quranı və dini hökmləri) təbliğ etməkdən başqa (heç bir şey gəlməz). Allah və Onun Peyğəmbərinə asi olanları cəhənnəm odu gözləyir. Onlar orada həmişəlik qalacaqlar!”...
Bəqərə Suresi, 186. Ayet:
Qullarım səndən Məni soruşduğu zaman şübhəsiz ki, Mən (onlara) yaxınam. Mənə dua edilincə dua edənin duasını (dəvətini) qəbul edərəm. O halda onlar da Məni
(Mənim
dəvətimi) qəbul etsinlər və Mənə amənu olsunlar (Mənə təslim olmağı diləsinlər). Ümid edilər ki, beləcə onlar irşad olarlar....
Əraf Suresi, 150. Ayet:
Musa (ə.s) (Allahu Təalanın hüzurundan) kədərli və qəzəbli halda döndüyü zaman (Allahu Təala ona qövmünün sapdığını söyləmişdi: Taha-85) onlara belə dedi: ‘Məndən sonra
(mənim
yoxluğumda) mənə nə pis xələf oldunuz (əvəz etdiniz). Rəbbinizin əmrinə tələsdinizmi (gözləmədiniz)?’ Və lövhələri atdı. Qardaşının başını tutdu. Onu özünə doğru çəkərkən, (Harun ə.s) belə dedi: ‘Ey anamın oğlu! Şübhəsiz ki, (bu) qövm məni zəif (gücsüz) gördü. Az qala məni öldürürdülər. Artıq mənimlə (mənə belə edərək) düş...
Yusif Suresi, 18. Ayet:
Üzərində saxta qan ləkəsi olan köynəyi gətirdilər. (Atası belə) dedi: ‘Xeyr. Sizi nəfsiniz bir işə sövq etmişdir. Artıq bundan sonrası
(mənim
üzərimə düşən yalnız) gözəl bir səbirdir. Sizin anlatdığınız şeyə qarşı istianə (yardım) istəniləcək olan yalnız Allahdır.’...
Kəhf Suresi, 76. Ayet:
(Musa ə.s) belə dedi: ‘Əgər bundan sonra səndən bir şey soruşsam artıq mənimlə yoldaşlıq etmə! Mənim tərəfimdən üzrlüsən
(mənim
lə yoldaşlıq etməməkdə haqqın var).’...
Məryəm Suresi, 5. Ayet:
Həqiqətən mən özümdən sonra vali olanlardan
(mənim
soyumdan gələnlər mənim kimi davranmazlar deyə) qorxdum. Mənim qadınım da sonsuz oldu (yaşlandı). Bu səbəblə mənə Sənin dərgahından bir vəli (dost, yardımçı övlad) bağışla....
Taha Suresi, 84. Ayet:
(Musa ə.s): ‘Onlar mənim izim üzərindədilər
(mənim
ardımca gəlirlər). Rəbbim, mən Sənin rizan üçün gəlməkdə tələsdim.’ dedi....
Ənkəbut Suresi, 24. Ayet:
Qövmünün cavabı isə ancaq: “Ya onu öldürün, ya da yandırın!”– demələri oldu. Lakin Allah onu oddan qorudu. Doğrudan da, bunda mömin adamlar üçün
(mənim
səməli bir) ibrət vardır....
Ənbiya Suresi, 112. Ayet:
(Peyğəmbər) dedi: “Ey Rəbbim!
(Mənim
lə kafirlər arasında) ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”....
Cin Suresi, 23. Ayet:
(Mənim
əlimdən gələn) ancaq Allahı və Onun göndərdiklərini təbliğ etməkdir. Kim Allaha və Onun Elçisinə asi olarsa, onun üçün içərisində əbədi qalacaqları Cəhənnəm odu hazırlanmışdır”....
Bəqərə Suresi, 258. Ayet:
Allahın verdiyi hökmdarlıq üzündən öyünərək İbrahimlə Rəbbi barəsində höcətləşən kəsi (Nəmrudu, qəlb gözü ilə) görmədinmi? İbrahim «mənim Rəbbim dirildən və öldürəndir» deyən zaman o dedi: «Mən (də) dirildirəm və öldürürəm (iki məhkumdan birini azad edir, digərini isə öldürürəm)». İbrahim dedi: «Həqiqətən
(mənim
) Allah(ım) günəşi şərqdən çıxarır, sən onu qərbdən çıxar!» Belə olan halda kafir olmuş kəs, mat-məəttəl qaldı. Allah zalım qövmü əsla hidayət etmir....
Bəqərə Suresi, 260. Ayet:
(Yada sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər». Dedi: «Məgər
(Mənim
qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə (imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi: «Belə isə, dörd (növ) quş götür, (cismlərində olan əlamətləri dəqiq görə bilməyin üçün) onları özünə yaxınlaşdır və (onları) tikə-tikə doğra(yıb bir-birinə qat). Sonra (bu ətrafdakı) hər dağın başına onlardan bir parça qoy. Daha sonra onları ...
Ənam Suresi, 80. Ayet:
Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin
(mənim
haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»...
Ənam Suresi, 135. Ayet:
De: «Ey qövmüm,
(mənim
dəvət və dinimlə mübarizədə) var gücünüzlə fəaliyyət göstərin ki, mütləq mən (də müqavimət vəzifəmə əsasən) fəal və çalışqanam. Tezliklə bu evin (zəfər) aqibətinin və o evin (gözəl) sonunun kimin olacağını başa düşəcəksiniz. Şübhəsiz, zalımlar əsla nicat tapmayacaqlar»....
Ənfal Suresi, 48. Ayet:
Və (xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü və dedi: «Mən sizdən uzağam
(mənim
sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını və kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir»....
Yunus Suresi, 53. Ayet:
Və səndən «görəsən o (Qiyamət, savab və cəza) haqdır?» (deyə) xəbər alırlar. De: «Bəli, Rəbbimə and olsun ki, o, haqdır və siz əsla aciz qoyan
(mənim
Allahımın əzabından qaça bilən) deyilsiniz»....
Yunus Suresi, 72. Ayet:
«Buna görə də əgər
(mənim
dəvətimdən) üz döndərsəniz (bu düzgün deyildir, çünki) mən ki, sizdən bir muzd istəməmişəm. Mənim muzdum yalnız Allahın öhdəsinədir və mənə (Onun əmrlərinə) təslim olanlardan olmaq əmr edilmişdir»....
Hud Suresi, 2. Ayet:
(Mənim
dəvətim bundan ibarətdir) ki: «Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən mən Onun tərəfindən sizin üçün bir qorxudan və müjdə verənəm.»...
Hud Suresi, 45. Ayet:
Nuh (tufandan qabaq) öz Rəbbini çağırıb dedi: «Ey Rəbbim, oğlum mənim ailəmdəndir. Və həqiqətən Sənin
(mənim
ailəmin nicatı barədəki) vədin haqdır və Sən hakimlərin ən yaxşısısan. (Bu kəlam Nuhun oğlunun nicatını istəməsi üçün bir müqəddimədir.)...
Yusif Suresi, 52. Ayet:
(Yusuf sözlərinin davamında dedi:) «Bu, (qadınların çağırtdırılmaları və onlardan sorğu-sual edilməsi təklifi Misir valisi Əzizin) mənim o olmayanda ona əsla xəyanət etmədiyimi bilməsi üçündür. [Və ya: (Əzizin zövcəsi dedi:) «
(Mənim
) bu (etirafım Yusuf) mənim o olmayanda (sorğu-sual məclisində) ona xəyanət etmədiyimi bilməsi üçündür.] Şübhəsiz, Allah xainlərin hiyləsini məqsədə çatdırmaz!»...
İbrahim Suresi, 14. Ayet:
«Və şübhəsiz, onlardan sonra həmin vilayətdə sizi yerləşdirəcəyik. Bu (vəd), Mənim məqamımdan
(Mənim
cəlal, əzəmət və ədalətimdən, ya Qiyamət günü Mənim hüzurumda durmaqdan) qorxan və Mənim hədələrimdən çəkinən kəs üçündür»....
Kəhf Suresi, 101. Ayet:
O kəslər(ə) ki, qəlb gözləri Məni anmaqdan pərdədə idi və
(Mənim
sözlərimi) eşidə bilmirdilər....
Taha Suresi, 71. Ayet:
Firon dedi: Mən sizə icazə verməmiş ona iman gətirdiniz?! Şübhəsiz, o, sizə sehr öyrətmiş böyüyünüz və başçınızdır. Buna görə də sizin əl və ayaqlarınızı çarpaz kəsəcək və sizi xurma ağacının gövdələrindən asacağam. Və (onda) bizlərdən hansı birimizin
(mənim
yoxsa Musanın Allahının) əzabının ağır və davamlı olmasını başa düşəcəksiniz....
Taha Suresi, 86. Ayet:
Musa acıqlı və heyfsilənən halda qövmünə tərəf qayıtdı. Dedi: Ey mənim qövmüm, məgər Rəbbiniz sizə gözəl bir vəd verməmişdi (ki, sizə Tövratı nazil etsin)? Yoxsa
(mənim
getdiyim) müddət sizə çox gəldi və ya Rəbbinizdən sizə bir qəzəb nazil olmasını istədiyiniz üçün mənim vədimə xilaf çıxdınız?...
Ənbiya Suresi, 111. Ayet:
Mən bilmirəm, bəlkə də
(mənim
) bu (xəbərdarlığım və vəd edilən əzabın gecikməsi) sizin üçün bir sınaq və (müəyyən) bir müddətədək bəhrələnmək (üçün bir möhlət)dir....
Ənbiya Suresi, 112. Ayet:
(Peyğəmbər) dedi: «Ey Rəbbim,
(mənim
lə bu müşriklərin arasında) haqq əsasında hökm çıxar. Və (ey müşriklər,) bizim mehriban Rəbbimiz sizin (qalib gələcəyiniz və müsəlmanların məğlub olacaqları barəsində) dedikləriniz müqabilində
(mənim
üçün) mədəd yeridir.»...
Furqan Suresi, 28. Ayet:
«Vay olsun mənə! Kaş
(mənim
azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım.»...
Nəml Suresi, 84. Ayet:
Hazır olduqları zaman (Allah) buyurar: «Mənim nişanələrimi onlara elminiz çatmadığı halda təkzib və inkarmı etdiniz? Yaxud siz nə edirdiniz
(Mənim
ayələrimlə necə rəftar edirdiniz)?»...
Səcdə Suresi, 13. Ayet:
«Və əgər istəsəydik, hər bir kəsə (möminə və kafirə) (onlar boyun əyənə qədər möcüzəni təkrar etməklə, iradədə-istəkdə məcburiyyət tətbiq etməklə) ona münasib doğru yol göstərərdik. Lakin Mənim sözüm (əzəldən) sabitdir və həyata keçəcəkdir, mütləq Cəhənnəmi
(Mənim
dəvətimi, dəlil-sübutumu tamamlandıqda da qəbul etməyən) cinlər və insanlarla dolduracağam!»...
Zümər Suresi, 10. Ayet:
(Mənim
bəndələrimə) de: «Ey Mənim iman gətirmiş bəndələrim, Rəbbinizdən qorxun! Bu dünyada (əməl və etiqadda) yaxşılıq edənlər üçün (həm dünyada, həm də axirətdə) gözəl mükafat vardır. Allahın yeri genişdir (əgər bir yerdə dindarlıq edə bilməsəniz başqa bir yerə hicrət edin). Şübhəsiz, səbrlilərin mükafatları saysız-hesabsız və kamil şəkildə veriləcəkdir....
Fussilət Suresi, 50. Ayet:
Əgər düçar olduğu zərər-ziyandan sonra ona Öz tərəfimizdən bir rəhmət dadızdırsaq, mütləq deyəcək: «Bu mənə məxsusdur
(mənim
öz ləyaqətimə görədir və onun hasil olmasında və istifadəsində heç kəsin əli yoxdur) və güman etmirəm Qiyamət də qopa. Əgər (birdən) Rəbbimə tərəf qaytarılsam, Onun yanında mənim üçün mütləq gözəl bir həyat olacaqdır.» Buna görə də Biz şübhəsiz, küfr etmiş kəsləri əməllərindən xəbərdar edəcək və onlara mütləq ağır və ağrılı bir əzab daddıracağıq....
Zuxruf Suresi, 61. Ayet:
Həqiqətən o (dünyaya gəlməsinin necəliyi, möcüzələri və ömrünün sonunda göydən yerə enməsi baxımından) Qiyamət elmi üçün bir nişanədir. Buna görə də ona (həmin günə) şübhə etməyin və Mənə
(Mənim
din və kitabıma) tabe olun ki, doğru yol budur....
Cin Suresi, 23. Ayet:
«
(Mənim
vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar....
Əraf Suresi, 73. Ayet:
Səmud qövmünə də qardaşları Salihi peyğəmbər olaraq göndərdik. Dedi ki: “Ey qövmüm! Allaha qulluq edin. Sizin üçün Ondan başqa bir ilah yoxdur. Həqiqətən, sizə Rəbbinizdən
(mənim
bir peyğəmbər olduğumu göstərən) açıq-aydın bir dəlil gəldi. Budur sizə bir möcüzə olaraq Allahın bu dəvəsi! Buraxın onu, Allahın mülkündə yesin, içsin. Ona bir pislik etməyin. Yoxsa sizi ağrılı-acılı bir əzab yaxalayar”....