Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 152. Ayet:
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə ədalətə riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər
(məsuliyyət)
yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız....
Bəqərə Suresi, 233. Ayet:
Analar (nikahlı olsun və ya boşanmış olsun) uşaqlarını tam iki il əmizdirərlər. (Bu hökm) süd əmizdirməyi tamamlamaq istəyən kimsələr üçündür. (Anaların) yeməkləri və geyimləri marufla (adət-ənənəyə uyğun olaraq) uşağın atasının üzərinə düşür. Heç kimsə öz gücünün çatdığından artığı ilə mükəlləf (məsuliyyətli) tutulmasın. Nə ana uşağı ilə, nə də ata uşağı ilə zərərə uğradılmasın. Varisin üzərindəki
(məsuliyyət)
də bunun kimidir. Lakin əgər (ana ilə ata) müşavirə edərək (məsləhətləşərək) razılıql...
Nur Suresi, 54. Ayet:
De ki: ‘Allaha və Rəsula itaət edin. Bundan sonra əgər dönsəniz (itaət etməsəniz), Rəsulun üzərinə düşən
(məsuliyyət)
yalnız Ona yüklədiləndir (təbliğdir).’ Sizin üzərinizə düşən
(məsuliyyət)
sizə yüklədiləndir. Əgər ona itaət etsəniz, hidayətə ərərsiniz. Rəsulun üzərində açıqca təbliğdən başqa bir
(məsuliyyət)
yoxdur....
Ənkəbut Suresi, 18. Ayet:
Əgər təkzib etsəniz (yalanlasanız) sizdən əvvəlki ümmətlər də təkzib etmişdilər. Rəsulların üzərində açıq-aşkar təbliğdən başqa bir şey
(məsuliyyət)
yoxdur....
Təğabun Suresi, 12. Ayet:
Allaha və Rəsula itaət edin! Əgər hələ üz çevirirsəniz, bundan sonra rəsulumuzun üzərində olan
(məsuliyyət)
sadəcə açıq-aşkar təbliğdir....