Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 229. Ayet:
Boşama (talaq) iki dəfədir. Bundan sonra (qadını) ya yaxşılıqla saxlamaq, yaxud da xoşluqla ayrılmaq lazımdır. Hər iki tərəfin Allahın hüdudlarında qala bilməməkdən qorxmaları istisna olmaqla, onlara (mehr kimi) verdiyinizdən bir şeyi geri almağınız sizə halal olmaz. Əgər Allahın hüdudlarında qala bilməyəcəklərindən qorxsanız,
(mehrdən
) ona (ərinə) bir şey verməsində heç birinə günah yoxdur. Bunlar Allahın hüdudlarıdır. Onları aşmayın! Kim Allahın hüdudlarını aşarsa, onlar əsil zalımlardır....
Bəqərə Suresi, 237. Ayet:
Mehrlərini təyin etdiyiniz qadınları yaxınlıq etmədən boşasanız, onların (qadınların), yaxud nikah müqaviləsi əlində olan kişilərin bağışlaması istisna olmaqla, təyin etdiyiniz mehrin yarısı onlarındır. Bağışlamağınız
(mehrdən
imtina etməyiniz) isə təqvaya daha yaxındır. Bir-birinizə yaxşılıq etməyi unutmayın! Şübhəsiz ki, Allah nə etdiyinizi görür....