Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 110. Ayet:
O zaman Allah belə buyuracaq: “Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla (Cəbraillə) dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı
(oxuyub
yazmağı), hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın...
Bəqərə Suresi, 121. Ayet:
Kitab verdiyimiz kəslər (nəbilər və rəsullar) onu həqiqi bir tilavət ilə tilavət edərlər
(oxuyub
açıqlayarlar). Onlar ona (kitaba) iman edərlər. Kim onu inkar etsə, onlar hüsranda olanlardır....
Bəqərə Suresi, 129. Ayet:
Rəbbimiz, onların içərisindən onlara Sənin ayələrini tilavət edəcək
(oxuyub
açıqlayacaq), onlara Kitabı (Quranı Kərimi) və hikməti öyrədəcək və onların (nəfsini) islah edəcək bir rəsul bəas et (həyata gətir, vəzifələndir). Şübhəsiz ki, Sən Əzizsən, Hakimsən....
Bəqərə Suresi, 151. Ayet:
Həmçinin sizə aranızda (vəzifəni yerinə yetirmək üzrə) sizdən (özünüzdən) bir Rəsul göndərdik ki, ayələrimizi sizə tilavət etsin
(oxuyub
açıqlasın) və sizi (nəfsinizi) islah etsin, sizə Kitabı və hikməti öyrətsin və (hikmətin də ötəsini) bilmədiyiniz şeyləri öyrətsin....
Ali-İmran Suresi, 108. Ayet:
Bunlar Allahın ayələridir, onları sənə haqq olaraq tilavət edirik
(oxuyub
açıqlayırıq). Allah aləmlərə zülm olmasını istəməz....
Səba Suresi, 44. Ayet:
Biz onlara tədris edəcəkləri
(oxuyub
çalışacaqları) kitablardan vermədik. Səndən əvvəl onlara bir nəzir də (xəbərdarlıq edən peyğəmbər) göndərmədik....
Əraf Suresi, 169. Ayet:
Onlardan sonra Kitaba varis olan xələflər gəldilər. Onlar bu fani dünya malını alıb: “Biz bağışlanacağıq!”– deyirdilər. Onlara buna bənzər mənfəətlər (yenə də) gəlsəydi, onu da alardılar. Məgər Allah barəsində haqdan başqa bir şey söyləməyəcəklərinə dair onlardan Kitabda yazılmış əhd alınmamışdımı? Halbuki onlar (Kitabda )olanları
(oxuyub
) öyrənmişdilər. Axirət yurdu müttəqilər üçün daha xeyirlidir. Məgər anlamırsınız?...
Ənkəbut Suresi, 48. Ayet:
Sən bu Qur`andan əvvəl nə bir kitab oxuyur, nə də onu sağ əlinlə yazırdın.
(Oxuyub
yazsaydın,) o təqdirdə batilin ardınca gedənlər şübhəyə düşərdilər....