Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nur Suresi, 62. Ayet:
Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirmiş kimsələrdir. Onlar ümumi bir iş üçün onunla
(Peyğəmbərlə)
birlikdə ikən, ondan icazə almadan (başqa bir yerə) getməzlər. (Ey Peyğəmbər!) Həqiqətən, səndən icazə istəyənlər Allaha və Onun Peyğəmbərinə inanmış kimsələrdir. Əgər bəzi işləri üçün səndən icazə istəsələr, onlardan istədiyinə icazə ver və onlar üçün Allahdan məğfirət dilə! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir....
Şura Suresi, 51. Ayet:
Allah insanla
(peyğəmbərlə)
yalnız vəhy vasitəsilə, yaxud pərdə arxasından danışar, ya da bir elçi (mələk) göndərər. O da Allahın izni ilə Onun istədiklərini vəhy edər. Həqiqətən, O, ucadır, hikmət sahibidir....
Mücadilə Suresi, 13. Ayet:
(Peyğəmbərlə)
gizli bir şey danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Çünki bunu etmədiniz, Allah da sizi bağışladı. Ona görə də namazı qılın, zəkatı verin, Allaha və Onun Peyğəmbərinə itaət edin! Allah sizin etdiklərinizdən xəbərdardır. (Təfsirçilərə görə, bu ayə özündən əvvəlki ayənin hökmünü nəsx etmiş və beləliklə, qeyd edilən sədəqəni vermək məcburiyyəti aradan qaldırılmışdır.)...
Mücadilə Suresi, 13. Ayet:
Məgər siz
(Peyğəmbərlə)
məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır!...
Nur Suresi, 62. Ayet:
Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən kimsələrdir. Onlar ümumi bir işə görə
(Peyğəmbərlə)
bir yerdə olduqda ondan izn almamış heç yerə getmirlər. Səndən izin istəyənlər, sözsüz ki, Allaha və Onun Elçisinə iman gətirənlərdir. Əgər onlar bəzi işləri üçün səndən izin istəsələr, onlardan istədiyin kəsə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir....
Nur Suresi, 62. Ayet:
Möminlər ancaq Allaha və peyğəmbərinə inanan, onunla
(peyğəmbərlə)
birlikdə ümumi bir işlə məşğulkən ondan izin almadan çıxıb getməyən kimsələrdir. Səndən izin istəyənlər ki var, onlar Allaha və Rəsuluna iman edən kimsələrdir. O halda əgər bəzi işlərini görmək üçün səndən izin istəsələr, onlardan istədiyinə izin ver və onlar üçün Allahdan bağışlanma dilə. Şübhəsiz, Allah çox bağışlayandır, çox mərhəmət edəndir....