Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 63. Ayet:
Saleh dedi: “Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslansam, O mənə Öz tərəfindən bir mərhəmət
(peyğəmbərlik)
bəxş etsə və mən də Ona asi olsam, Allaha qarşı mənə kim yardım edə bilər?! Belə olan təqdirdə, siz mənə ziyandan başqa bir şey verməyəcəksiniz....
Yusif Suresi, 6. Ayet:
Beləcə, Rəbbin səni seçəcək və sənə yuxuların yozumunu öyrədəcəkdir. Daha əvvəl ataların İbrahimə və İshaqa
(peyğəmbərlik)
nemətini bəxş etdiyi kimi, sənə və Yaqub nəslinə də bəxş edəcəkdir. Şübhəsiz ki, Rəbbin hər şeyi biləndir, hikmət sahibidir”....
Məryəm Suresi, 12. Ayet:
“Ey Yəhya! Kitabdan (Tövratdan)möhkəm yapış!” O hələ uşaq ikən Biz ona hikmət
(peyğəmbərlik)
verdik....
Qəsəs Suresi, 14. Ayet:
Musa yetkinlik yaşına çatdığı zaman Biz ona hikmət
(peyğəmbərlik)
və elm verdik. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq....
Bəqərə Suresi, 251. Ayet:
Nəhayət, onlar Allahın izni (iradəsi və köməyi) ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət
(peyğəmbərlik)
verdi və ona istədiyini (zireh düzəltmək, quşların dilini bilmək, gözəl səslə oxumaq) öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır....
Hud Suresi, 28. Ayet:
(Nuh) dedi: “Ey camaatım! Bir deyin görək. Əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə (möcüzəyə) istinad etsəm, Rəbbim mənə Özündən bir mərhəmət
(peyğəmbərlik)
bəxş etsə və o sizə gizli qalsa (sizin bəsirətsiz gözünüz onu görməyə qadir olmasa), istəmədiyiniz halda, biz sizi ona (iman gətirməyə) məcburmu edə bilərik?!...
Hud Suresi, 63. Ayet:
(Saleh onlara) belə cavab verdi: “Ey camaatım! Bir deyin görək. Əgər mənim Rəbbimdən aşkar bir möcüzə olsa, O mənə Özündən bir mərhəmət
(peyğəmbərlik)
lütf etsə, mən də Ona asi olsam, məni Allahın əzabından kim qurtara bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız!...
Yusif Suresi, 6. Ayet:
(Yuxuda gördüyü kimi) Rəbbin səni (başqalarından) seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək, bundan əvvəl babaların İbrahimə və İshaqa nemətini tamamlayıb
(peyğəmbərlik)
verdiyi kimi, sənə və Yəqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən, Rəbbin (hər şeyi) biləndir, hikmət sahibidir!”...
Yusif Suresi, 22. Ayet:
(Yusif gəncliyinin) ən yetkin dövründə (18, 21, 30 yaxud 33 yaşına) çatdıqda ona hikmət
(peyğəmbərlik)
və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq!...
İbrahim Suresi, 11. Ayet:
Peyğəmbərləri onlara cavab verərək demişdilər: “(Bəli) biz də sizin kimi adi bir insanıq. Lakin Allah Öz bəndələrindən dilədiyinə nemət
(peyğəmbərlik)
bəxş edər. Allahın izni olmadan biz sizə heç bir dəlil (möcüzə) gətirə bilmərik (buna qüdrətimiz çatmaz). Möminlər yalnız Allaha təvəkkül etsinlər!...
Məryəm Suresi, 43. Ayet:
Atacan! Həqiqətən, sənə gəlməyən bir elm
(peyğəmbərlik)
mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım!...
Şüəra Suresi, 13. Ayet:
Ürəyim sıxılır, dilim də açılmır. Buna görə Haruna da
(peyğəmbərlik)
ver! (Cəbraili ona göndərib nübüvvət bəxş et!)...
Şüəra Suresi, 21. Ayet:
Buna görə də sizdən qorxub qaçdım. Sonra Rəbbim mənə hikmət
(peyğəmbərlik)
ehsan buyurdu və məni şəriət sahibi olan peyğəmbərlərdən etdi....
Saffat Suresi, 114. Ayet:
Biz Musa və Haruna da nemət
(peyğəmbərlik)
bəxş etdik....
Sad Suresi, 20. Ayet:
Biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət
(peyğəmbərlik)
və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik. (Davud çox müşkül məsələləri asanlıqla həll edər, ədalətli hökm çıxarardı)....
Zuxruf Suresi, 59. Ayet:
O (Məryəm oğlu İsa) ancaq nemət
(peyğəmbərlik)
verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir....
Hud Suresi, 28. Ayet:
(Nuh) dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə gözünüzə görünməyən bir mərhəmət
(peyğəmbərlik)
bəxş edibsə, onda necə olsun? Yoxsa siz onu (görmək) istəməyib (kor) qaldığınız bir halda, biz sizi ona (inanmağa) məcburmu edəcəyik?...
Hud Suresi, 63. Ayet:
O dedi: “Ey qövmüm! Bir deyin görək, əgər mən Rəbbimdən açıq-aydın bir dəlilə istinad edirəmsə, O da Öz tərəfindən mənə bir mərhəmət
(peyğəmbərlik)
bəxş edibsə, onda necə olsun? Əgər Allaha asi olsam, məni Ondan kim qoruya bilər? Siz mənə ziyandan başqa bir şey artırmayacaqsınız....
Şüəra Suresi, 21. Ayet:
Mən sizdən qorxduğum üçün yanınızdan qaçıb getdim. Amma sonradan Rəbbim mənə hökmranlıq
(peyğəmbərlik)
verdi və məni elçilərdən etdi....
Sad Suresi, 20. Ayet:
Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət
(peyğəmbərlik)
və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik....
Qəsəs Suresi, 14. Ayet:
(Musa) yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq
(peyğəmbərlik)
və elm əta etdik. Biz xeyirxah işlər görənləri belə mükafatlandırırıq....
Ənbiya Suresi, 74. Ayet:
Lutu da (yada sal!) Biz ona hökmranlıq
(peyğəmbərlik)
və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, pozğun bir camaat idilər....
Ənbiya Suresi, 79. Ayet:
Biz o hökmü Süleymana anlatdıq. Hər ikisinə hökmranlıq
(peyğəmbərlik)
və elm bəxş etdik. Biz dağları və quşları Davudla birlikdə (Allahı) tərifləmələri üçün (ona) ram etdik. Bunları Biz etdik....
Hud Suresi, 63. Ayet:
Salih dedi ki: “Ey qövmüm! Deyin görüm, əgər mən Rəbbim tərəfindən açıq bir dəlilə əsaslanıramsa və mənə rəhmətini
(peyğəmbərlik)
vermişsə, Ona qarşı gəldiyim təqdirdə məni Allahdan kim qoruya bilər? Deməli, ziyana salmaqdan başqa mənə xeyriniz toxunmaz”....
İbrahim Suresi, 11. Ayet:
Peyğəmbərləri onlara dedi ki: “Biz ancaq sizin kimi bir insanıq. Lakin Allah qullarından istədiyinə
(peyğəmbərlik)
nemətini bəxş edər. Allahın izni olmadıqca bizim sizə bir dəlil gətirməyimiz mümkün deyil. Möminlər yalnız Allaha təvəkkül etsinlər”....
Əraf Suresi, 134. Ayet:
Onlar əzaba məruz qaldıqda isə dedilər: "Ey Musa, Rəbbini sənə vardiyi
(peyğəmbərlik)
naminə bizim üçün çağır. Əgər sən bu əzabı üzərimizdən götürsən, and içirik ki, biz sənə hökmən inanacaq və İsrail övladlarını səninlə göndərəcəyik"....
Hud Suresi, 63. Ayet:
O dedi: "Ey camaatım, heç fikirləşirsinizmi ki, əgər mən öz Rəbbimdən olan aydın bir dəlilə istinad edirəmsə və Ondan mənə bir mərhəmət olaraq
(peyğəmbərlik)
gəlirsə, Allaha qulaq asmasam, kim məni Ondan qoruyar? Siz mənim üçün yalnız ziyanı artırırsınız....
Şüəra Suresi, 13. Ayet:
ürəyim sıxılar və dilim söz tutmaz. Haruna da
(peyğəmbərlik)
ver....