Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 19. Ayet:
Bir karvan gəldi və sudaşıyanı (su dalınca) göndərdilər. O qabını
(quyuya)
saldı. (Yusifi görəndə:) “Müjdə! Bu bir oğlan uşağıdır!” - dedi. Onlar Yusifi satmaq məqsədi ilə qul kimi saxladılar. Allah onların etdiklərini biləndir....
Yusif Suresi, 19. Ayet:
Bir karvan gəldi. Sonra da suçularını
(quyuya)
göndərdilər. Beləcə su qabını
(quyuya)
saldı. ‘Müjdə! Bu bir oğlan uşağıdır.’ dedi. Onu ticarət malı olaraq gizlətdilər. Allah etdiklərini ən yaxşı biləndir....
Yusif Suresi, 19. Ayet:
(Quyunun yaxınlığına) bir karvan gəldi və suçularını (su dalınca) göndərdilər. O, su qabını
(quyuya)
saldı və: “Şad xəbər! Burada bir oğlan uşağı vardır!”– dedi. (Karvan əhli) onu satılacaq bir əşya kimi özləri ilə apardılar. Allah isə onların nə etdiklərini bilirdi....
Yusif Suresi, 19. Ayet:
Bir karvan gəlib çıxdı. Onlar (su gətirmək üçün quyuya) su daşıyanlarını göndərdilər. O, vedrəsini
(quyuya)
salladı və elə ki, quyudan çıxartdı, birdən) dedi: «Ay muştuluq! Bu, bir oğlan uşağıdır! Və (su daşıyanlar) onu (karvandan və ya karvançılar onu başqa yol yoldaşlarından) ticarət sərmayəsi kimi gizlətdilər. Allah onların etdiklərini bilirdi....
Yusif Suresi, 19. Ayet:
Bir dəstə yolçu gəldi və onlar özlərinin suçusunu (su üçün) göndərdilər. O, su qabını
(quyuya)
endirdi və dedi: “Xoş xəbər! Bu ki, oğlan uşağıdır!" Onlar onu bir satlıq mal kimi gizlətdilər. Allah isə onların nə etdiyini yaxşı bilirdi....