Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 41. Ayet:
Ey Peyğəmbər! Qəlbləri inanmadığı halda ağızları ilə: “İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar: “Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilmə...
Maidə Suresi, 82. Ayet:
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə: “Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (Təfsirlərdə yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb onlara sığınacaq verən xristianlar olduğu, yaxud Həzrət Peyğəmbərlə
(s.ə.s)
müqavilə bağlayan N...
Ali-İmran Suresi, 128. Ayet:
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır. (Buxarinin nəql etdiyi bir rəvayətə görə Ühüd döyüşündə Həzrət Peyğəmbər
(s.ə.s)
yaralandığı zaman o: “Özlərinə göndərilmiş bir peyğəmbəri yaralayan bir qövm necə xilas ola bilər?”, - demişdi. Ona görə də yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə, kafirlər haqqındakı hökmün məhz Allah tərəfindən veriləcəyi bildirilmişdir.)...
Hicr Suresi, 87. Ayet:
Şübhəsiz, Biz sənə təkrarlanan yeddi (ayəni) və uca Quranı verdik. (Həzrət Peyğəmbərdən
(s.ə.s)
rəvayət edilən bir hədisə görə, bu yeddi ayə namazların hər rükətində təkrarlanan “Fatihə” surəsidir.)...
Ənam Suresi, 8. Ayet:
Onlar dedilər: “Ona bir mələk endirilməli deyildimi?” Əgər bir mələk göndərsəydik, şübhəsiz, iş bitmiş olardı. Sonra onlara möhlət də verilməzdi. (Müşriklər Həzrət Peyğəmbərə
(s.ə.s)
iman gətirmək üçün gözləri ilə görə biləcəkləri bir mələyin göndərilməsini və onun peyğəmbərliyini təsdiq etməsini istəyirdilər. Allah-Təala bu ayədə, onların mələyi görsələr də yenə iman gətirməyəcəklərini və bunun müqabilində də tövbə etmələrinə möhlət verilməyib dərhal məhv ediləcəklərini xəbər vermişdir.)...
Ənam Suresi, 33. Ayet:
Həqiqətən, onların söylədikləri sözlərin səni çox kədərləndirdiyini bilirik. Əslində, onlar səni yalançı saymırlar, lakin o zalımlar Allahın ayələrini inkar edirlər. (Əbu Cəhl Həzrət Peyğəmbərə: “Biz sənin yalançı olduğunu demirik. Çünki sənin əmin və doğru bir insan olduğunu bilirik. Ancaq biz Allahın ayələrini inkar edirik”, – demişdi. Bu sözlər də Peyğəmbəri çox kədərləndirmişdi. Bunun nəticəsində Həzrət Peyğəmbəri
(s.ə.s)
təsəlli etmək məqsədilə yuxarıdakı ayə nazil olmuşdur.)...
Ənam Suresi, 35. Ayet:
Əgər onların (haqdan) üz çevirmələri sənə ağır gəlirsə, bacarırsansa, yerin daxilinə (enə biləcəyin) bir lağım, yaxud göyə çıxa biləcəyin bir nərdivan axtar ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah diləsəydi, onları doğru yol üzərində birləşdirərdi. Ona görə də əsla cahillərdən olma! (Yuxarıdakı ayədən də başa düşüldüyü kimi, möcüzə göstərmək Həzrət Peyğəmbərin
(s.ə.s)
əlində deyildi. Peyğəmbər
(s.ə.s)
möcüzə istəsə də, Allah diləmədikcə möcüzə göstərə bilməzdi.)...
Ənam Suresi, 50. Ayet:
De: “Mən sizə: “Allahın xəzinələri mənim yanımdadır”, - demirəm. Mən qeybi də bilmirəm. Həmçinin sizə: “Mən bir mələyəm”, - demirəm. Mən, sadəcə, mənə gələn vəhyə tabe oluram”. De: “Kor ilə gözü görən eyni olarmı? Heç düşünmürsünüzmü?” (Müşriklər Həzrət Peyğəmbərə
(s.ə.s)
: “Əgər sən Allahın peyğəmbərisənsə, bizim üçün bol-bol nemətlər verməsini Ondan istə! Yoxsa sənə iman gətirmərik”, - dedilər. Bu hadisədən sonra yuxarıdakı ayə nazil oldu və peyğəmbərlərin insanları zənginləşdirmək üçün deyil, ...
Ənam Suresi, 52. Ayet:
Rəbbinin rizasını diləyərək səhər-axşam Ona dua edənləri də qovma! Onların verəcəyi hesabın sənə, sənin verəcəyin hesabın da onlara heç bir aidiyyəti yoxdur ki, onları qovub zalımlardan olasan. (Qüreyş qəbiləsindən olan müşriklər Həzrət Peyğəmbərin
(s.ə.s)
yanına gəldikləri zaman kasıb möminlərin orada olmasını istəmirdilər. Peyğəmbər
(s.ə.s)
də onların bu istəklərini yerinə yetirmək üçün həmin möminləri oradan uzaqlaşdırmaq istədi. Buna görə də Cəbrail (ə.s) Peyğəmbərə
(s.ə.s)
yuxarıdakı ayəni ...
Ənam Suresi, 105. Ayet:
Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər və həmçinin onu (Quranı), anlayan bir qövm üçün açıqlayaq deyə ayələri bu şəkildə izah edirik. (Bu ayədə keçən “Onlar: “Sən (bunları başqasından) öyrənmisən!” – desinlər” ifadəsi təfsirçilər tərəfindən belə izah edilmişdir; Müşriklərdən bəziləri Həzrət Peyğəmbərə
(s.ə.s)
iftira ataraq Quran ayələrinin Allah tərəfindən gələn vəhy deyil, peyğəmbərin
(s.ə.s)
bəzi kimsələrdən öyrəndiyi sözlər olduğunu iddia edirdilər. Buna görə də Allah-Təala...
Əhzab Suresi, 40. Ayet:
Məhəmməd
(s.ə.s)
aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin Allahın Rəsuludur və Nəbilərin (Peyğəmbərlərin) Xatəmidir (Sonuncusudur). Allah hər şeyi ən yaxşı biləndir....
Zuxruf Suresi, 88. Ayet:
Onun (Hz. Məhəmmədin
(s.ə.s)
: ‘Ey Rəbbim, bunlar həqiqətən mömin olmayan bir qövmdür.’ deməsinə and olsun....
Fəth Suresi, 29. Ayet:
Allahın Elçisi Hz. Məhəmməd
(s.ə.s)
və Onunla birlikdə olanlar kafirlərə qarşı çox şiddətli (sərt), öz aralarında çox mərhəmətlidirlər. Onları rüku edərkən, səcdə edərkən və Allahdan fəzl və razılıq istəyərkən görərsən. Onların əlamətləri üzlərindəki səcdə izləridir. Məhz bunlar onların Tövratdakı və İncildəki vəsifləridir. Cücərtisini çıxaran sonra onu qüvvətləndirən, beləcə qalınlaşan, sonunda gövdəsi üzərində yüksələn, əkinçilərin xoşuna gələn əkin kimidir. Onlarla kafirləri qəzəbləndirmək üç...