Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 104. Ayet:
Ey iman gətirənlər! “Raina” (bizə qayğı göstər) deməyin! “Unzurna” (Bizə bax) deyin! Siz (Allahın hökmünə) qulaq asın! Kafirlər üçün şiddətli bir əzab vardır. (Həzrət Peyğəmbər
(s.ə.s.)
əshabına bir şey öyrədərkən onlar “bizə qayğı göstər” kimi mənalara gələn “Raina” sözünü işlədirdilər. İbrani dilində də söymək mənasına gələn buna yaxın bir söz vardı. Yəhudilər öz dillərindəki mənasını nəzərdə tutaraq bu sözlə Həzrət Peyğəmbərə
(s.ə.s.)
xitab etməyə başladılar. Bu səbəbdən yuxarıdakı ayə nazil ...
Bəqərə Suresi, 171. Ayet:
Kafirlərin halı çığırtı və bağırtıdan başqa heç nə eşitməyənləri qışqıraraq səsləyən kimsənin halına bənzəyir. Onlar kar, lal və kordurlar. Buna görə də onlar dərk etməzlər. (Bu ayədə Həzrət Peyğəmbərin
(s.ə.s.)
kafirləri haqq yola dəvət etməsi, çobanın qoyunlarına qışqırıb-bağırmasına bənzədilmişdir.)...
Bəqərə Suresi, 186. Ayet:
Qullarım Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Rəvayətə görə, bədəvi bir ərəb Həzrət Peyğəmbərdən
(s.ə.s.)
: “Rəbbimiz yaxındır yoxsa uzaq? Yaxındırsa, pıçıldayaraq Ona dua edək, yox əgər uzaqdırsa bağıraq!” – deyə soruşmuş, bundan sonra yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə Allah iman gətirib ixlasla itaət edənlərin duaları...
Bəqərə Suresi, 194. Ayet:
Haram ay haram ay müqabilindədir. Haram olanlara (qadağalara) riayət etmək qarşılıqlıdır. Kim sizə qarşı həddi aşarsa, siz də həmin ölçüdə ona qarşı həddi aşın! Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir. (Bu ayədə Həzrət Peyğəmbərin
(s.ə.s.)
dövründə müsəlmanlarla Məkkə müşrikləri arasında imzalanan Hüdeybiyyə müqaviləsinə və oradakı qarşılıqlı razılığa işarə edilmişdir.)...
Ali-İmran Suresi, 144. Ayet:
Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır. (Ühüd döyüşündə Abdullah ibn Qamiə adlı bir müşrikin atdığı daş nəticəsində Həzrət Peyğəmbərin
(s.ə.s.)
bir dişi qırılmış və üzü yaralanmışdı. Bu müşrikin: “Mühəmmədi öldürdüm!” – deyərək qışqırmasını eşidənlər: “Mühəmməd öldürüldü!” – deyə xəbər yaydıla...
Ali-İmran Suresi, 159. Ayet:
Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et. (Müəyyən dünyəvi) işlərdə onlarla məsləhətləş. Qəti qərara gəldiyin zaman isə Allaha təvəkkül et. Əlbəttə, Allah təvəkkül edənləri sevər. (Yuxarıdakı ayədən də görüldüyü kimi, İslam dini, müsəlmanların rəhbəri Həzrət Peyğəmbər
(s.ə.s.)
olsa da, ümmət üçün idarəçilikdə məsləhət və məşvərət m...
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayənin nazil olma səbəbi, kafirlərin Həzrət Peyğəmbərə
(s.ə.s.)
: “Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)...
Nisa Suresi, 60. Ayet:
Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi?! Onlar tağuta inanmamaları əmr olunduğu halda onun hüzurunda mühakimə olunmaq istəyirlər. Şeytan isə onları uzaq (dərin) bir zəlalətə salmaq istəyir. (Tağut kəliməsi Quranda, “büt, şeytan, zəlalətdə olan kimsə və s.” mənalarda işlədilmişdir. Yuxarıdakı ayənin nüzul səbəbi ilə əlaqəli olaraq bildirilir ki, münafiqlərdən biri mübahisə etdiyi şəxsə, aralarında hökm verməsi üçün Həzrət Peyğəmbərin (s.ə...
Nisa Suresi, 81. Ayet:
(Ey Rəsulum! Sənə:) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər. (Münafiqlər iman gətirmədikləri halda Həzrət Peyğəmbərin
(s.ə.s.)
hüzurunda ikən, o nə deyərsə, onu qəbul edib özlərini itaət edirmiş kimi göstərirdilər. Onun hüzurundan çıxdıqdan sonra isə gecələri gizli-gizli planlar q...
Nəhl Suresi, 42. Ayet:
Onlar Rəbbinə təvəkkül edən səbirli kəslərdir. (Yuxarıdakı iki ayədə xəbər verilən kimsələr, başda Həzrət Peyğəmbər
(s.ə.s.)
olmaqla Qüreyşlilərin zülmündən qaçaraq hicrət edənlərdir. Həqiqətən də, hicrətdən sonra Allah-Təala onlara din və dünya baxımından gözəl bir həyat bəxş etmişdir.)...
Kəhf Suresi, 28. Ayet:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə! (Qüreyş qəbiləsinin başçılarından bəziləri Həzrət Peyğəmbərdən
(s.ə.s.)
, Allaha və Peyğəmbərə səmimi-qəlbdən bağlı olan yoxsul möminləri qovmasını istəmiş və bu təqdirdə onunla görüşə biləcəklərini bildirmişdilər. Buna görə də yu...
Nur Suresi, 63. Ayet:
Peyğəmbəri öz aranızda bir-birinizi çağırdığınız kimi çağırmayın! Şübhəsiz ki, sizin içinizdən (icazəsiz) xəlvətcə aradan çıxanları Allah bilir. Buna görə də Onun əmrinə qarşı çıxanlar başlarına bir bəla gəlməsindən, yaxud acı bir əzaba düçar olmaqdan çəkinsinlər! (Bu ayə Həzrət Peyğəmbərə
(s.ə.s.)
adı ilə xitab etməyin, yaxud ondan bəhs edərkən ancaq adını söyləməyin doğru olmadığını və müsəlmanlara yaraşmadığını ifadə edir. Buna görə də Həzrət Peyğəmbərdən bəhs edərkən “Mühəmməd əleyhissəlam”,...
Şüəra Suresi, 196. Ayet:
Şübhəsiz ki, o, əvvəlkilərin kitablarında da vardır. (Təfsirçilərə görə, Qurani-Kərimin Həzrət Peyğəmbərə
(s.ə.s.)
endiriləcəyinə dair işarələr, yaxud Quranın əsas prinsiplərindən bir qismi əvvəlki ilahi kitablarda da mövcud idi. Yuxarıdakı ayədən bunların hər ikisi də başa düşülə bilər.)...
Ənam Suresi, 7. Ayet:
Əgər sənə kağız üstünə yazılmış bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunsaydılar, inkar edənlər yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”, - deyərdilər. (Qurani-Kərim Həzrət Peyğəmbərə
(s.ə.s.)
ya Cəbrail vasitəsilə, ya da vasitəsiz vəhy yolu ilə nazil olmuşdur. Hər iki halda da ayələr yazılmış surətdə yox, Peyğəmbərə vəhy edilərək qəlbinə yerləşdirilmişdir. Bəzi kafirlər isə ayələrin yazılı surətdə gəlməsini istəyirdilər. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilir və...
Ənam Suresi, 92. Ayet:
Bu (Quran), Ümmül-Qura (Məkkə) əhlini və onun ətrafındakıları xəbərdar etməyin üçün nazil etdiyimiz və özündən əvvəlkiləri doğrulayan mübarək bir kitabdır. Axirətə iman gətirən kimsələr ona iman gətirər və namazlarını qılmağa davam edərlər. (Məkkə şəhəri İslam dünyasının mənəvi mərkəzidir. Onun ətrafından məqsəd isə bütün dünyadır. Həzrət Mühəmməd
(s.ə.s.)
həm Məkkə xalqına, həm də digər bütün insanlara göndərilmiş bir peyğəmbər olduğu üçün Qurani-Kərim də bütün insanlara xitab edir. Buna görə d...