Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nəml Suresi, 43. Ayet:
Allahdan başqa ibadət etdikləri ona
(tövhid
dininə girməsinə) mane olmuşdu. Həqiqətən, o, kafir bir qövmdən idi....
Zuxruf Suresi, 86. Ayet:
Ondan başqa dua etdikləriniz şəfaət etməyə qadir deyillər. Ancaq bilərək haqqa
(tövhid
ə) şahidlik edənlər bundan istisnadır....
Ənbiya Suresi, 24. Ayet:
Yoxsa Ondan başqa tanrılarmı qəbul etdilər? De: “(Buna dair) dəlilinizi gətirin! Mənimlə birlikdə olanların da, məndən əvvəlkilərin də söylədiyi budur
(tövhid
inancıdır)!” Xeyr, onların çoxu haqqı bilmir. Buna görə də onlar (haqdan) üz döndərirlər....
Hud Suresi, 62. Ayet:
Onlar dedilər: “Ey Saleh! Sən bundan əvvəl içərimizdə (böyüyümüz, ağsaqqalımız olmağa) ümid edilən bir adam idin. İndi atalarımızın ibadət etdiyinə (bütlərə, tanrılara) ibadət etməyi bizə qadağanmı edirsən? Doğrusu, biz sənin bizləri dəvət etdiyin
(tövhid
) barədə şəkk-şübhə içindəyik”....
Hud Suresi, 107. Ayet:
Rəbbinin istədiyi
(tövhid
və iman əhli) istisna olmaqla, onlar orada əbədi göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. (Günahkar möminlər kafirlərdən fərqli olaraq bir müddət Cəhənnəmdə qalıb günahları təmizlənəndən sonra Allahın iznilə Cənnətə daxil ediləcəklər)....
Nisa Suresi, 89. Ayet:
Onlar özləri kafir olduqları kimi, sizin də kafir olub özlərilə bərabər olmanızı istərlər. Onlar Allah yolunda (Məkkədən) hicrət etməyənə qədər onlardan (özünüzə) dost tutmayın! Əgər onlardan
(tövhid
dən və hicrət etməkdən) üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan özünüzə nə bir dost, nə də bir köməkçi tutun!...
Nəml Suresi, 42. Ayet:
(Bəlqis) gəldikdə ona: “Taxtın bu cürdürmü?” – deyildi. O da: “Sanki odur!” – deyə cavab verdi. (Süleyman qadının dərin zəka sahibi olduğunu görüncə dedi: ) “Bizə ondan daha öncə
(tövhid
haqqında) elm verilmiş və biz (ondan daha qabaq Allaha) müti (müsəlman) olmuşuq!”...
Nəml Suresi, 89. Ayet:
Hər kəs (Rəbbinin hüzuruna) yaxşı əməllə
(tövhid
kəlməsi ilə, səmimi-qəlbdən imanla) gəlsə, onu (bu əməlin) müqabilində daha yaxşı bir mükafat (Cənnət) gözləyir. Belələri o gün (qiyamət günü) dəhşətli qorxudan da əmin olarlar....
Yusif Suresi, 38. Ayet:
Mən ata-babalarım İbrahim, İshaq və Yəqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu
(tövhid
) Allahın bizə və (bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti (Ona) şükür etməz!...
Nəhl Suresi, 64. Ayet:
Biz Kitabı (Quranı) sənə yalnız (müşriklərə) ixtilafda olduqları
(tövhid
, qiyamət, qəza-qədər və s. bu kimi) məsələləri izah etmək və möminlərə bir hidayət və mərhəmət olsun deyə nazil etdik!...
Möminun Suresi, 52. Ayet:
Bu
(tövhid
dini islam) tək bir din olaraq sizin dininizdir, Mən də sizin Rəbbinizəm. Məndən (əzabımdan) qorxun!”...
Fatir Suresi, 10. Ayet:
Hər kəs (dünyada) izzət-qüdrət (şərəf-şan) istəsə, (bilsin ki, dünyada da, axirətdə də) bütün izzət-qüdrət (şərəf-şan) ancaq Allaha məxsusdur. (Buna yalnız Allaha itaət və ibadət etməklə nail olmaq mümkündür). Pak söz
(tövhid
kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar. (Allah pak sözü eşidəndir, saleh əməli də qəbul edər). Pis əməllər edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr boşa çıxar....
Sad Suresi, 6. Ayet:
Onların əyanları (toplandıqları məclisdən) çıxıb gedərək (bir-birinə) belə dedilər: “Gedin öz tanrılarınıza (ibadətdə) möhkəm (səbatlı) olun. (Bizdən) istənilən şey budur
(tövhid
dir)....
Fussilət Suresi, 5. Ayet:
(Ya Peyğəmbər!) Onlar deyərlər: “Sənin bizi dəvət etdiyinə
(tövhid
dininə) qarşı qəlblərimiz örtülü, qulaqlarımız da kardır və bizimlə sənin aranda pərdə vardır. Sən (öz dininə) əməl et, biz də (öz dinimizə) əməl etməkdəyik! (Sən öz istədiyini et, biz də öz istədiyimizi!)”...
Şura Suresi, 13. Ayet:
(Ya Peyğəmbər!) Allah: “Dini doğru-dürüst tutun (qoruyub saxlayın), onda ayrılığa düşməyin!” – deyə Nuha tövsiyə etdiyini, sənə vəhy buyurduğunu, İbrahimə, Musaya, və İsaya tövsiyə etdiyini dində sizin üçün də qanuni etdi. Sənin dəvət etdiyin
(tövhid
dini) müşriklərə ağır gəldi. Allah istədiyi kimsəni özünə (peyğəmbər) seçər və tövbə edib Ona tərəf qayıdan kimsəni də doğru yola yönəldər!...
Şura Suresi, 14. Ayet:
Onlar yalnız özlərinə
(tövhid
haqqında) elm gəldikdən sonra aralarındakı ədavət (həsəd) üzündən ayrılığa düşdülər. Əgər (cəzanın) müəyyən bir vaxtadək (qiyamət gününə qədər təxirə salınması barədə) öncə Rəbbindən bir söz olmasaydı, aralarında dərhal hökm verilərdi (hamısı elə dünyada əzaba düçar edilər, bununla da iş, yəqin ki bitmiş olardı). Onlardan sonra kitaba varis olanlar da (yəhudilər, xaçpərəstlər və ya özlərinə Quran göndərilmiş müşriklər də) onun (Quranın, peyğəmbər əleyhissəlamın) bar...
Zariyat Suresi, 36. Ayet:
Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman
(tövhid
dinində olan) tapmadıq....
Ənkəbut Suresi, 61. Ayet:
(Ya Rəsulum!) Həqiqətən, əgər (Məkkə müşriklərindən): “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram (öz əmrinə, insanların mənafeyinə kim tabe) etmişdir?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar
(tövhid
dən, yalnız Allaha ibadət etməkdən) niyə döndərilirlər?...
Ənbiya Suresi, 92. Ayet:
(Ey insanlar!) Həqiqətən, bu
(tövhid
dini olan islam) tək bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Buna görə də yalnız Mənə ibadət edin!...
Casiyə Suresi, 17. Ayet:
Onlara din işində (dini məsələlərdə və ya Muhəmməd əleyhissəlamın peyğəmbər göndəriləcəyi barədə) açıq-aşkar dəlillər vermişdik. Onlar yalnız
(tövhid
, dini əmrlərin büsbütün həqiqət olduğu haqda) özlərinə elm (qəti dəlillər) gəldikdən sonra aralarındakı həsəd (ədavət) üzündən (dində) ixtilafa düşdülər. (Ya Rəsulum!) Həqiqətən, sənin Rəbbin ixtilafda olduqları məsələlər barəsində qiyamət günü onların arasında hökm edəcəkdir!...
Ali-İmran Suresi, 64. Ayet:
De ki: ‘Ey Kitab Əhli! Sizinlə bizim aramızda eyni olan bir kəlməyə
(Tövhid
sözünə) gəlin. Allahdan başqasına qul olmayaq və Ona heç bir şeyi şirk (ortaq) qoşmayaq və bir qismimiz bəzilərini Allahdan başqa Rəbb qəbul etməsin.’ Bundan sonra əgər üz döndərsələr, o zaman; ‘Bizim müsəlman olduğumuza (təslim olduğumuza) şahid olun’ deyin....
Nəml Suresi, 43. Ayet:
Allahdan başqa tapındığı şeylər o qadını
(tövhid
dən) yayındırmışdır. Çünki o, kafir bir tayfadan idi....
İbrahim Suresi, 9. Ayet:
Sizdən əvvəlkilərin – Nuh, Ad və Səmud tayfalarının, onlardan sonrakıların xəbərləri sizə gəlib çatmadımı? Bu haqda Allahdan başqa heç kəs (heç nə )bilmir. Elçiləri onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə əllərini ağızlarının üstünə qoyub dedilər: “Biz sizinlə göndərilənlərə inanmırıq və bizləri dəvət etdiyiniz
(tövhid
) barəsində şübhə doğuran şəkk içindəyik!”...
Şura Suresi, 13. Ayet:
(Allah) Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin
(tövhid
) müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və (Ona) üz tutanı Özünə tərəf yönəldər....
Şura Suresi, 15. Ayet:
Buna görə də sən
(tövhid
ə) dəvət et və sənə əmr olunduğu kimi düz yolla get. Onların nəfslərinin istəyinə uyma və de: “Mən Allahın nazil etdiyi Kitaba iman gətirdim. Mənə sizin aranızda ədalətli olmaq əmr edilmişdir. Allah bizim də Rəbbimiz, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin də əməlləriniz sizə aiddir. Bizimlə sizin aranızda mübahisə ediləcək bir şey yoxdur. Allah hamımızı bir yerə toplayacaqdır. Dönüş də yalnız Onadır”....
Bəqərə Suresi, 39. Ayet:
«Kafir olan və Bizim (tovhid və təkliyimiz barəsindəki əqli və nəqli) nişanələrimizi təkzib edənlər isə Cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.»...
Bəqərə Suresi, 73. Ayet:
Buna görə də dedik: «(Kəsilmiş inəyin) üzvlərinin bir parçasını ona (öldürülmüş şəxsin bədəninə) vurun (ki, dirilərək öz qatilini tanıtdırsın).» Allah ölüləri bu cür dirildir və Öz (tovhid və qüdrət) nişanələrini sizə göstərir ki, bəlkə düşünəsiniz....
Bəqərə Suresi, 118. Ayet:
(Müşrik və kafirlərdən olan) nadanlar dedilər: «Allah bizimlə nə üçün danışmır və ya bizə (sənin peyğəmbərliyinə dəlalət edən) bir möcüzə gəlmir?!» Onlardan qabaqkılar da buna bənzər sözlər dedilər. Onların qəlbləri (nadanlıq və inadkarlıqda) bir-birinə bənzəyir. Şübhəsiz, Biz (tovhid və Öz dinimiz barəsindəki) aydın dəlilləri inam əhli üçün bəyan etmişik....
Bəqərə Suresi, 131. Ayet:
O zaman Rəbbi (tovhid dəlillərini göstərdikdən sonra, ilham yolu ilə) ona «təslim ol!» buyuranda o, «aləmlərin Rəbbinə təslim oldum» dedi. Həmçinin (peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona «əmrə təslim ol!» buyuranda o, «Allahın əmrlərinə təslim oldum» dedi....
Bəqərə Suresi, 151. Ayet:
(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir)....
Bəqərə Suresi, 209. Ayet:
Buna görə də əgər sizə (tovhid və nübuvvətin) aydın dəlillər(i) gəldikdən sonra səhv etsəniz (və şirk və küfrü seçsəniz), bilin ki, Allah qüdrətli və hikmətlidir (və sizə Öz hikməti əsasında əzab verəcəkdir)....
Bəqərə Suresi, 252. Ayet:
Bunlar Allahın ayələridir (tovhid və qüdrət nişanələridir) ki, haqq olaraq sənə oxuyuruq. Həqiqətən sən göndərilənlərdənsən....
Ali-İmran Suresi, 103. Ayet:
V? ham?l?qla Allah?n ipind?n (dind?n, kitabdan v? v?hyi g?tir?nl?rd?n) mohk?m yap?s?n v? parcalanmay?n. Allah?n sizin bar?nizd? bir-birinizl? dusm?n ik?n q?lbl?riniz aras?nda ulf?t yaratd?g? zamandak? nem?tini xat?rlay?n ki, Onun nem?ti say?sind? bir-birinizl? qardas oldunuz. H?mcinin siz od ucurumunun astanas?nda idiniz, sizi ondan xilas etdi. Allah Oz (tovhid, qudr?t v? hikm?t) nisan?l?rini sizin ucun bu cur b?yan edir ki, b?lk? hiday?t olas?n?z....
Nisa Suresi, 56. Ayet:
Şübhəsiz, ayələrimizi (Qur’anı) və (tovhid) nişanələrimizi inkar edənləri tezliklə (ölən kimi Bərzəx aləmində, yaxud Allahın nəzərində tez olan Qiyamətdə yandırıcı) oda daxil edəcək və onun istiliyini onlara daddıracağıq. Dəriləri yanıb bişdiyi zaman onların yerinə başqa dərilər gətirərik ki, əzabı (tam) dadsınlar. Doğrudan da Allah qüdrətli və hikmət sahibidir....
Maidə Suresi, 70. Ayet:
Həqiqətən, Biz İsrail övladlarından (tovhid və peyğəmbərlərə iman barəsində) əhd-peyman aldıq və onlara peyğəmbərlər göndərdik. Nə vaxt (hansısa) bir peyğəmbər onlara ürəkləri istəməyən bir şey gətirirdisə, (həmin peyğəmbərlərin) bir qismini təkzib edir, bir qismini öldürürdülər....
Ənam Suresi, 80. Ayet:
Qövmü onunla (tovhid barəsində) mübahisə və qalmaqala başladı. O dedi: «Allah məni (həm elm, həm də göz yəqinliyinə) hidayət etdiyi halda, siz Mənimlə Onun barəsində mübahisə edirsiniz? Mən Rəbbimin (mənim haqqımda) istəyəcəyi şeydən başqa (heç şeydən, o cümlədən) sizin Ona qoşduğunuz şəriklərdən qorxmuram. Allahın elmi hər bir şeyi əhatə etmişdir. Məgər öyüd-nəsihət almırsınız?»...
Ənam Suresi, 83. Ayet:
O (tovhid barəsindəki dəlillər), Bizim dəlil-sübutumuz idi ki, qövmünün müqabilində İbrahimə əta etdik. İstədiyimiz şəxsi dərəcə-dərəcə ucaldırıq (və İbrahimi peyğəmbərlik, imamət və dostluq dərəcələri ilə ucaltdıq). Doğrudan da sənin Rəbbin xilqət və şəriətdə möhkəm yaradılış sahibi və (hər şeyi) biləndir....
Əraf Suresi, 73. Ayet:
Və Səmud (qövmünə) onların (qəbilə və ya qan) qardaşı Salehi (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, sizin üçün Rəbbiniz tərəfindən bir dəlil-sübut gəlmişdir. Bu, Allahın (tovhid, qüdrət və rəhmətindən) sizin üçün bir nişanə olan dişi dəvəsidir. Buna görə də onu buraxın Allahın (yaratdığı) yer üzündə otlasın, ona zərər və ziyan vurmayın, yoxsa sizi ağrılı bir əzab yaxalayar»....
Əraf Suresi, 105. Ayet:
Allah barəsində yalnız haqqı deməyə borcluyam. Şübhəsiz, sizin üçün (tovhid və öz nübuvvətim barəsində) aydın bir dəlil gətirmişəm. Odur ki, (onları qəbul et və) Bəni-İsraili mənimlə (öz əsl vətənləri olan Beytül-Müqəddəsə) göndər»....
Əraf Suresi, 172. Ayet:
O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?» (Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər. (Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tovhid və rübubiyyətdən) qa...
Yunus Suresi, 74. Ayet:
Sonra onun (Nuhun) ardınca (Hud, Saleh və Lut kimi) peyğəmbərləri öz qövmlərinə göndərdik. Beləliklə onlar üçün
(tövhid
in və öz peyğəmbərliklərinin isbatında) aydın dəlillər gətirdilər. Və (lakin) onlar (özlərinin ya atalarının) bundan qabaq təkzib etdikləri şeyə iman gətirən deyildilər. Biz həddini aşanların qəlblərinə belə (bədbəxtlik) möhür(ü) vururuq....
Hud Suresi, 59. Ayet:
Bu Ad (qövmü) idi. Onlar özlərinin Rəbbinin nişanələrini
(tövhid
in aydın dəlillərini və Hudun peyğəmbərliyinin aşkar əlamətlərini) inkar etdilər, Onun peyğəmbərlərinə itaətsizlik göstərdilər və hər bir inadkar zor işlədənin əmrinə tabe oldular....
Yusif Suresi, 38. Ayet:
«Və atalarım İbrahimin, İshaqın və Yəqubun dininə tabe olmuşam. Biz(im ailəmiz)ə Allaha heç bir şeyi şərik qoşmaq yaraşmaz. Bu (tovhid və hidayət), Allahın bizə və bütün insanlara olan lütflərindəndir. Lakin insanların çoxu şükr etmirlər.»...
Rəd Suresi, 25. Ayet:
Allahın (tovhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır....
İbrahim Suresi, 9. Ayet:
Məgər sizdən qabaqkıların – Nuh, Ad və Səmud qövmünün və onlardan sonra olub (sayları və hallarını) Allahdan başqa heç kəsin bilmədiyi kəslərin xəbəri sizə çatmayıb?! Peyğəmbərləri onlara (tovhid və öz nübuvvətləri barədə) aydın dəlillər gətirdilər. Onlar isə peyğəmbərlərin əllərini ağızlarına qaytardılar (ki, sakit olun, yaxud öz əllərini öz ağızlarına qoydular ki, susun və ya əllərini ağızlarına qoyub qəzəbdən sıxdılar) və dedilər: «Biz sizin göndərildiyiniz (gətirdiyiniz) şeyi inkar edirik və...
İbrahim Suresi, 24. Ayet:
Məgər (qəlb gözü ilə) Allahın necə məsəl çəkdiyini görmədin? Pak kəlməni (tovhidi) kökü (yerdə) möhkəm, budağı (isə) göydə olan pak ağaca (bənzədib). (Tovhid ağacının kökü cəmiyyətin etiqadının əsasları, onun budaqları isə dinin şəriətdə buyurduğu əməllərdir ki, yüksək bir cəmiyyətin səmasına ucalır.)...
İbrahim Suresi, 27. Ayet:
Allah iman gətirmiş kəsləri möhkəm söz (tovhid kəlməsi) ilə dünya həyatında və axirətdə sabitqədəm edir. Və həmçinin, Allah zalımları zəlalətdə boşlayır. Allah istədiyini edir....
İsra Suresi, 1. Ayet:
Öz bəndəsini (MuhəmmədiÖsəlləllahu əleyhi və alihi və səlləm) Özümüzün (tovhid, qüdrət və hikmətimizin) bəzi nişanələrimizi ona göstərmək üçün bir gecə Məscidül-Həramdan ətrafını (nazil olmuş mələklərin və oradan çıxmış peyğəmbərlərin mənəviyyatı, çoxlu ağacların yaşıllığı və çaylar ilə) mübarək (bərəkətli) etdiyimiz Məscidül-Əqsaya aparan Allah (hər bir eybdən) pak və nöqsansızdır. Əlbəttə (Öz bəndəsinin və yuxarı aləmin sakinlərinin danışığını) eşidən və (onların hamısının halını) görən Odur (...
İsra Suresi, 73. Ayet:
Həqiqətən az qalmışdı (müşriklər) sənə vəhy etdiyimizdən başqa şeyi yalandan Bizə isnad etməyin (və bütləri tərifləməyin) üçün səni vəhy etdiyimizdən (tovhiddən və dinin əməl üslubundan) döndərsinlər və onda (belə olacağı təqdirdə) səni mütləq özlərinə dost götürərdilər....
İsra Suresi, 101. Ayet:
Həqiqətən Musaya (tovhidin və onun peyğəmbərliyinin isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından (Musanın möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm»....
Kəhf Suresi, 105. Ayet:
Onlar öz Rəbblərinin (tovhid) ayələrinə və (axirət günü) Onunla görüşəcəklərinə küfr etmiş kəslərdir. Beləliklə onların əməlləri (küfrlərinə görə) puç və batil oldu və nəticədə Qiyamət günü onlara heç bir dəyər verməyəcək və əməllərinin ölçülməsi üçün bir tərəzi qurmayacağıq....
Məryəm Suresi, 73. Ayet:
Bizim aşkar (tovhid) nişanələrimiz və (kitabımızdakı) aydın ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslər (lovğalanaraq) iman gətirmiş kəslərə «(biz) iki dəstədən hansı biri(miz) məqam, mənsəb, yer və məkan baxımından daha yaxşı, məclisin fəzilət, kəramət və təntənəsi baxımından daha gözəldir?!» deyərlər....
Məryəm Suresi, 77. Ayet:
Bizim (tovhid) nişanələrimizə və (kitabdakı) ayələrimizə kafir olub «(şirki seçməklə dünyada çoxlu sərvət və övlad əldə edirəm, əgər axirət olmuş olsa orda da) mənə mal və övlad veriləcəkdir» deyən kəsi gördünmü?!...
Taha Suresi, 3. Ayet:
Lakin (Biz onu) qorxan (tovhid fitrəti əsasında xilqətində yaradılışın mənşəyi və məad qorxusu olan) hər bir kəsə bir öyüd olması üçün (göndərdik)....
Ənbiya Suresi, 18. Ayet:
Əksinə, Biz haqqın vasitəsi ilə batilin başına vurarıq, (gedib) onun beyninə çatar. Beləliklə batil birdən məhv olar. (Aşkar tovhid dəlillərini və Qur’an ayələrini küfr və şirk əqidəsi üzərinə tökərik ki, onları tamamilə batil və puç etsin.) (Tovhid, peyğəmbərlik və məad barəsində) söylədiklərinizə görə vay olsun sizə!...
Ənbiya Suresi, 24. Ayet:
Onlar Allahın yerinə məbudlar götürüblər? De: «Dəlil-sübutunuzu gətirin. Bu (tovhidə dəvət və şirkin batil olması) mənimlə olanların və məndən qabaq olmuş kəslərin (peyğəmbərlərin) dilinin sözüdür. (Müşriklər dəlil-sübut və məntiq əhli deyildirlər,) əksinə, onların çoxu haqqı tanımırlar və buna görə də (ondan) üz döndərirlər.»...
Həcc Suresi, 57. Ayet:
Küfr etmiş və Bizim (tovhid, kitabın doğruluğu və din) nişanələrimizi təkzib və inkar etmiş kəslər üçün isə alçaldıcı əzab vardır....
Həcc Suresi, 72. Ayet:
Bizim (tovhid və ilahi maarifin) aydın dəlillər(i) olan ayələrimiz onlara oxunan zaman küfr etmiş kəslərin üzündə inkar (əlamətləri) görərsən. Az qalır ayələrimizi onlara oxuyan kəslərə hücum etsinlər (və onları vursunlar). De: «Sizə bundan (bu qəzəb və narahatçılığınızdan) da pisini xəbər verimmi? (O,) Allahın küfr etmiş kəslərə vəd etdiyi oddur və (o,) pis sonluqdur.»...
Nur Suresi, 1. Ayet:
(Bu,) Bizim bəlkə ibrət götürəsiniz deyə nazil etdiyimiz, (məzmununa əməl etməyi) vacib buyurduğumuz və içində (tovhid və dini maarif barəsində) aydın ayə və dəlillər nazil etdiyimiz bir surədir....
Furqan Suresi, 77. Ayet:
(Müşriklərə) de: «Əgər mənim Rəbbim (ümumi mərhəmətin və bəhanəyə yer qoymamaq üçün dəlil-sübutun tamamlanmasının tələbinə əsasən) sizi (tovhid və imana) dəvət etmək istəməsəydi, sizə əhəmiyyət verməzdi. Çünki həqiqətən siz (Onun ayələrini) təkzib etdiniz. Buna görə də (bu təkzib) tezliklə (sizin üçün) ayrılmaz və daimi bir əzab olacaqdır.»...
Qəsəs Suresi, 36. Ayet:
Beləliklə Musa Bizim aydın ayələrimizi onlara gətirdikdə, dedilər: «Bu uydurulmuş (quraşdırılmış) sehrdən başqa bir şey deyildir və biz belə bir şeyi (tovhidə dəvəti) öz ata-babalarımız arasında eşitməmişik»....
Qəsəs Suresi, 59. Ayet:
Sənin Rəbbin mərkəzlərinə Bizim (tovhidimizin və xilqətin məqsədlərinə dair) ayə və nişanələrimizi oxuyan bir peyğəmbər göndərmədən əsla şəhərləri və kəndləri məhv etməmişdir. Biz (peyğəmbərləri göndərdikdən sonra da) yalnız əhalisi zülmkar olan şəhərləri və kəndləri yox etmişik....
Ənkəbut Suresi, 23. Ayet:
Allahın (tovhid və kitab) nişanələrinə və Onunla görüşə kafir olanlar (inanmayanlar) mənim rəhmətimdən ümidlərini üzənlərdir. Onlar üçün şiddətli bir əzab vardır....
Ənkəbut Suresi, 38. Ayet:
Ad və Səmud qövmünü də (məhv etdik) və onların (viran olmuş) məskənlərindən (pis aqibətləri) sizə bəlli oldu. Şeytan onların (çirkin) əməllərini nəzərlərində zinətləndirdi, beləliklə də onları (Allahın) yol(un)dan saxladı. Halbuki bundan öncə (tovhid və din barədə) bəsirət əhli idilər....
Ənkəbut Suresi, 39. Ayet:
Və Qarunu, Fironu və Hamanı da (məhv etdik). Şübhəsiz, Musa (tovhid və şəriətlər barədə) Bizim aydın dəlillərimizi onlara gətirmişdi, onlar isə yer üzündə təkəbbür və tüğyan etdilər. Amma əsla Bizim iradəmizdən önə keçən deyildilər (Bizim əzabımızdan qaça bilməzlər)....
Rum Suresi, 9. Ayet:
Məgər onlar yer üzündə gəzib – dolanmadılarmı ki, görsünlər onlardan öncəkilərin aqibəti necə olmuşdur? Onlar bunlardan daha qüvvətli idilər və torpağı (əkinçilik, bağçılıq və s. üçün) şumlamış və bunların abad etdiklərindən çox abad etmişdilər. Peyğəmbərləri onlara (tovhid, peyğəmbərlik və məad barədə) aydın dəlillər gətirdilər, (lakin inkar və təkziblərinin cəzası olaraq məhv oldular), beləliklə Allah onlara zülm edən deyildi. Lakin onlar özləri-özlərinə zülm edirdilər....
Rum Suresi, 20. Ayet:
(Sizin ilk baba və nənənizi vasitəsiz olaraq), sizi (bir neçə vasitə ilə) torpaqdan yaratması, sonra da sizin (saysız-hesabsız) bir bəşər (dəstəsi) olub daim (yer üzünə) yayılmağınız Onun (tovhid və qüdrət) nişanələrindəndir....
Rum Suresi, 46. Ayet:
Öz rəhmətindən sizə daddırması (küləkləri əsdirməsi), gəmilərin onun mütləq iradəsi altında hərəkət etməsi üçün küləkləri müjdəverici olaraq (yağışın yağma müjdəsini versin deyə) göndərməsi, Onun fəzlindən (külək və yağış vasitəsi ilə yaranan ruzini) axtarmanız Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir. Bəlkə şükr edəsiniz!...
Rum Suresi, 59. Ayet:
Allah bilməyənlərin (tovhid və din elminə yiyələnməyənlərin) qəlblərinə beləcə (bədbəxtlik və anlamazlıq) möhür(ü) vurar....
Loğman Suresi, 31. Ayet:
Sizə öz (tovhid, qüdrət və hikmət) nişanələrindən bəzisini göstərsin deyə gəmilərin Allahın nemətləri sayəsində (dənizin suyu, külək və hava sayəsində) dənizdə hərəkət etdiyini (və Onun nemətlərini daşıdığını) görmədinmi?! Həqiqətən, bunda daim səbrli olan hər bir şükr edən kəs üçün nişanələr (ibrətlər) vardır....
Səba Suresi, 9. Ayet:
Məgər önlərində və arxalarında olana, göyə və yerə baxmadılarmı? Əgər istəsək onları yerə batırar, yaxud göy (cisimlərinin) parçalarını onların başlarına tökərik! Həqiqətən, bunda (Bizim bu vüsət və qüdrətimizdə) hər bir tövbəkar və Allaha tərəf qayıdan hər bir bəndə üçün (tovhid və peyğəmbərlərin doğruluğuna dair) bir nişanə vardır....
Saffat Suresi, 14. Ayet:
Bir (tovhid) nişanə(si və möcüzə) gördükdə, bərk məsxərəyə qoyarlar və başqalarını da məsxərəyə qoymağa çağırarlar....
Saffat Suresi, 78. Ayet:
Və sonrakı ümmətlər arasında ondan
(tövhid
ə çağırış, şirk ilə mübarizə mücahidi, ilk kitab və şəriət sahibi olmaq kimi) gözəl ad qoyduq....
Saffat Suresi, 108. Ayet:
Ondan, sonrakı ümmətlərin arasında (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, böyük fədakar və yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq....
Saffat Suresi, 119. Ayet:
Və sonrakı ümmətlərin arasında onlardan (tovhidə dəvət, şirk ilə mübarizə mücahidi, yeni kitab və şəriət sahibi kimi) yaxşı ad qoyduq....
Saffat Suresi, 129. Ayet:
Sonrakı ümmətlərin arasında ondan (tovhidə dəvət və şirk ilə mübarizə mücahidi kimi) yaxşı ad qoyduq....
Sad Suresi, 1. Ayet:
Sad. (Bu, Allahla Onun Peyğəmbəri arasında olan rəmzdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdur, lakin heç kəsin onun kimisini gətirmək qüdrəti yoxdur. Bu kitabın «möhkəm» və bu cür «mütəşabih» ayələri vardır.) And olsun şərəfli və (tovhidi, peyğəmbərləri və haqq maarifini) yada salan Qur’ana (ki, sən peyğəmbərsən və sözlərin doğrudur)!...
Mömin Suresi, 22. Ayet:
Onun (həmin cəzanın) səbəbi bu idi ki, peyğəmbərləri onlara həmişə (tovhid və özlərinin peyğəmbərlikləri barəsində) aşkar dəlillər gətirir, lakin onlar küfr edirdilər. Beləliklə Allah onları əzabla yaxaladı. Həqiqətən O, qüvvətli və ağır cəza verəndir....
Mömin Suresi, 25. Ayet:
Beləliklə elə ki, (Musa) onlara Bizim tərəfimizdən haqqı (tovhidin dəlillərini və möcüzələri) gətirdi, dedilər: «Musa ilə (Allaha) iman gətirənlərin oğullarını öldürün və qadınlarını diri saxlayın.» Lakin kafirlərin hiylə və məkrləri yalnız azğınlıqdadır (və heç vaxt məqsədə çatmaz)....
Mömin Suresi, 34. Ayet:
«Həqiqətən Yusuf bundan (Musadan) qabaq sizin üçün (tovhid və özünün peyğəmbərliyi barəsində) aydın dəlillər gətirdi. Siz həmişə onun gətirdiyi barəsində şəkk içərisində idiniz. Nəhayət elə ki, o öldü, dediniz: «Allah ondan sonra heç vaxt peyğəmbər göndərməyəcəkdir. (Həyatında onu təkzib etdiniz, ölümündən sonra qəbul etdiniz və gələcək peyğəmbərləri inkar etdiniz.) Allah israfçı və şübhə edəni beləcə azğınlıqda boşlayır....
Mömin Suresi, 63. Ayet:
Daim Allahın (tovhid) ayələrini inkar edənlər (haqdan) beləcə (sənin qövmün kimi) döndərilirlər....
Mömin Suresi, 69. Ayet:
Məgər Allahın (tovhidlə bağlı) ayə və nişanələri barəsində mübahisə və qalmaqal edənlərə baxmadınmı ki, onlar (aydın dəlillərdən) necə və hara döndərilirlər?...
Mömin Suresi, 81. Ayet:
(Allah) həmişə (dünyanın müxtəlif yerlərində və sizin özünüzdə) Öz (tovhid və əzəmət) nişanələrini sizə göstərir. Belə isə Allahın ayələrinin hansı birini inkar edirsiniz?!...
Fussilət Suresi, 37. Ayet:
Gecə, gündüz, günəş və ay Onun (tovhid, qüdrət və rübubiyyət) nişanələrindəndir. Əgər siz (yalnız) Ona ibadət edirsinizsə günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin....
Fussilət Suresi, 39. Ayet:
Onun (tovhid və qüdrət) nişanələrindən(biri də) budur ki: Sən yeri quru və ölmüş görürsən. Onun üzərinə (yağış, qar və dolu şəklində) su endirdiyimiz zaman o, canlanar və (həm özü, həm də yetirdiyi bitkilər) qalxar. Həqiqətən onu (yeri və qurumuş bitkiləri) dirildən şübhəsiz, (Qiyamətdə) ölüləri (də) dirildəcəkdir. Çünki O hər şeyə qadirdir....
Fussilət Suresi, 53. Ayet:
Tezliklə varlıq aləmində (Məkkənin və yer üzünün digər üfüqlərində) və onların öz vücudlarında Özümüzün (tovhid və qüdrət) nişanələrimizi (müsəlmanların həmin əsrdəki zəfərlərini, İslamın gələcəkdə dünyada yayılmasını və insanların Allahın onların vücudlarında olan hikmətlərini başa düşmələrini) onlara (Məkkə müşriklərinə və tarix boyu olacaq bütün insanlara) göstərəcəyik ki, Onun (Allahın və Qur’anın) haqq olması onlara aydın olsun. Məgər Rəbbinin hər şeyə şahid olması (və Onun bütün varlıqlara...
Şura Suresi, 13. Ayet:
(Allah) sizin üçün (siz bəşər cəmiyyəti üçün səma) din(in)dən (ilk şəriət sahibi olan peyğəmbər) Nuha tövsiyə etdiyini, (son şəriət sahibi olan) sənə vəhy etdiyimizi və (aradakı şəriət sahibləri) İbrahim, Musa və İsaya tövsiyə etdiyimizi qanun etdi. (Bu qanundan məqsəd odur ki,) bu dini (hamılıqla və birliklə) bərqərar edəsiniz və onda parçalanmayasınız. Sənin müşrikləri tərəfinə dəvət etdiyin şey (Allah, Rəbb və dinin bir olması) onlara çətin və ağır gəlir. Allah istədiyi (və layiq bildiyi) kəs...
Şura Suresi, 16. Ayet:
Allahın dəvəti (fitrət, sağlam ağıl və kitab əhlinin insaflı alimləri tərəfindən) qəbul olunduqdan sonra Onun (tovhid və rübubiyyəti) barəsində höcətləşərək mübahisə edənlərin dəlilləri Rəbblərinin yanında puç və batildir. Onlar üçün (Allahdan) bir qəzəb və şiddətli bir əzab olacaqdır....
Şura Suresi, 32. Ayet:
Dənizdə üzən dağ gövdəli gəmilər (də) Onun (tovhid, qüdrət və hikmət) nişanələrindəndir....
Zuxruf Suresi, 62. Ayet:
Məbada Şeytan sizi (tovhid və din yolundan) saxlasın. Doğrudan da o, sizin aşkar düşməninizdir....
Casiyə Suresi, 31. Ayet:
Küfr edənlərə gəldikdə isə (onlara belə deyiləcəkdir:) «Məgər Mənim (tovhid) ayələrim sizə oxunmurdu?! Amma siz təkəbbür göstərirdiniz və (onda siz) günahkar bir dəstə idiniz.»...
Əhqaf Suresi, 23. Ayet:
Dedi: «Elm yalnız Allahın yanındadır (həmin əzabın nə, necə və nə vaxt olacağını yalnız Allah bilir) və mən yalnız (çatdırılmasına) göndərildiyim şeyi çatdırıram (tovhidə dəvət edir və itaətsizlik göstərib həddini aşanları əzab nazil olmasından qorxuduram). Lakin sizi həmişə nadanlıq edən bir tayfa görürəm.»...
Əhqaf Suresi, 27. Ayet:
Həqiqətən Biz siz (Məkkə əhlin)in ətrafınızda olan cəmiyyətləri (Hicr yoldaşlarını, Səmud və Lut qövmlərini) həlak etdik və onlara (Özümüzün) müxtəlif (tovhid və əzəmət) ayələri(mizi) göstərdik ki, bəlkə (haqqa) qayıtdılar....
Fəth Suresi, 26. Ayet:
(Yada sal) o zaman(ı) ki, kafirlər öz qəlblərində cahiliyyət qəzəb və təəssübü yerləşdirdilər (və Hüdeybiyyədə Peyğəmbərin və onun səhabələrinin Məkkəyə daxil olmalarının qarşısının alınması müqaviləsini imzaladılar). Onda Allah Öz Peyğəmbərinə və möminlərə xatircəmlik və qəlb rahatlığı nazil etdi və təqva (tovhid, səbat və təslim) kəlməsini onlara qoşdu. Və onlar ona və onun əhlinə daha layiq idilər. Allah həmişə hər şeyi biləndir....
Nəcm Suresi, 33. Ayet:
(Tovhiddən, cihaddan və malını Allah yolunda xərcləməkdən) üz çevirəni gördünmü?...
Qəmər Suresi, 42. Ayet:
Onlar Bizim bütün (tovhid) ayə və nişanələrimizi (və peyğəmbərlərimizin doğruçuluqlarını) təkzib etdilər. Biz də onları qalib və qüdrətli hökmdar kimi yaxaladıq....
Hədid Suresi, 19. Ayet:
Rəbbləri yanında siddiqlər (etiqad, söz və əməlləri bir-biri ilə müvafiq və həqiqətlə üst-üstə düşən kəslər) və şahidlər (Məhşərdə insanların əqidə və əməllərinə şahidlik edənlər) Allaha və Onun peyğəmbərlərinə iman gətirmiş kəslərdir. Bunların mükafatları və nurları onlarındır. Küfr edən və Bizim (tovhid və din) nişanələrimizi təkzib və inkar edənlər cəhənnəm əhlidirlər....
Təğabun Suresi, 6. Ayet:
O (əzab) buna görədir ki, daim peyğəmbərləri (tovhid və öz peyğəmbərlikləri barədə) onlara aydın dəlillər gətirirdilər, onlar(sa) deyirdilər: «Məgər (özümüzdən olan) bəşərmi bizi doğru yola yönəldəcək?!» Beləliklə, kafir oldular və üz çevirdilər. Allah (onları məhv edərək iman və itaətlərinə) ehtiyacı olmadığını izhar etdi. Allah (zatən heç bir şeyə) möhtac deyil və sifətləri həmd olunmuş, həmd-səna edən və sitayiş olunandır....
Cin Suresi, 23. Ayet:
«(Mənim vəzifəm) yalnız Allah tərəfindən (tovhid, cəlal və camal məsələlərini) çatdırmaq və Onun risalətləri(ni yetirmək)dir. Allaha və Onun Rəsuluna asi olanlar üçün, şübhəsiz Cəhənnəm əzabı vardır. Onlar orada əbədi qalarlar....
Müddəssir Suresi, 16. Ayet:
Əsla (artırmaram), çünki, o daim Bizim (tovhidimiz və Rəsulumuzun risaləti barədə olan) nişanələrimizə qarşı inad edir....
Naziat Suresi, 20. Ayet:
Beləliklə, (tovhid və öz peyğəmbərliyi barədə olan) o çox böyük nişanəni (müxtəlif hallara düşən əsanı) ona göstərdi....
Fəcr Suresi, 23. Ayet:
Və Cəhənnəmin (yaxına) gətiriləcəyi gün-məhz o gün insan (tovhid həqiqətlərini, yaradılış və şəriət məqsədlərini) xatırlayar, amma bu xatırlamaqdan ona nə (fayda)?!...