Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yunus Suresi, 87. Ayet:
Musaya və qardaşına: “
(Təhlükə
sizlik məqsədilə) qövmünüz üçün Misirdə evlər hazırlayın və evlərinizi namazgah edin! Namazı düzgün qılın və (ey Musa!) möminləri müjdələ!” - deyə vəhy etdik....
Zuxruf Suresi, 33. Ayet:
Əgər insanların (inkar edənlərə rəğbət göstərən) bir ümmət olmaları
(təhlükə
si) olmasaydı, yalnız Rəhman olan Allahı inkar edənlərin evlərinin tavanlarını və çıxdıqları nərdivanları gümüşdən edərdik. (Bu ayədə dünya nemətlərinin Allahın nəzdində tamamilə dəyərsiz olduğu vurğulanmışdır.)...
Əhzab Suresi, 13. Ayet:
Bu vaxt onlardan bir dəstə: “Ey Yəsrib (Mədinə) xalqı, sizin üçün burada qalacaq yer yoxdur, geri qayıdın!” – demişdi. Onlardan bir dəstə də Peyğəmbərdən izin istəyərək: “Həqiqətən, evlərimiz açıqdır
(təhlükə
altındadır)”, - deyirdilər. Halbuki, evləri açıq deyildi. Onlar sadəcə olaraq (döyüşdən) qaçmaq istəyirdilər....
Ənam Suresi, 63. Ayet:
De: “Qurunun və dənizin qaranlıqlarından
(təhlükə
lərindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz....
Bəqərə Suresi, 239. Ayet:
Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın).
(Təhlükə
dən sovuşmağınıza) əmin olduqda isə Allahı, bilmədiyiniz şeyləri (namazı, duanı) sizə (Peyğəmbər və Quran vasitəsilə) nə cür öyrədibsə, o cür anın (zikr edin, namaz qılın)!...
Ali-İmran Suresi, 97. Ayet:
Orada aydın nişanələr – İbrahimin məqamı vardır. Ora daxil olan şəxs əmin-amanlıqdadır
(təhlükə
dən kənardır). Onun yoluna (ərzaq, minik, və sağlamlıq baxımından) gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur. Kim bunu (bu borcu) inkar edərsə (özünə zülm etmiş olar). Əlbəttə, Allah aləmlərə (heç kəsə) möhtac deyildir!...
Zuxruf Suresi, 33. Ayet:
Əgər insanların (müşriklərin cah-calal içində yaşadıqlarını görüb cahillikləri üzündən küfrdə birləşəcək) bir tək ümmət olmaq ehtimalı
(təhlükə
si) olmasaydı, Rəhmanı inkar edənlərin (axirət əzabını daha da artırmaq məqsədilə) evlərinin tavanlarını və (damlarına) çıxdıqları nərdivanları gümüşdən edərdik....
Bəqərə Suresi, 239. Ayet:
Lakin əgər (həyati bir təhlükədən) qorxsanız, o zaman piyada gedərkən və ya minikdə ikən (namazınızı qılın). Nəhayət əmin olduğunuz zaman
(təhlükə
sovuşduqda Allahı necə zikr edəcəyinizi) siz bilmirkən sizə öyrətdiyi şəkildə artıq Allahı zikr edin....
Ali-İmran Suresi, 97. Ayet:
Orada (Beytullahda) aşkar bəyyinələr, Hz.İbrahimin məqamı vardır. Kim oraya girsə əmin-amanlıqda
(təhlükə
sizlikdə) olar. Onun yoluna (Həccə getməyə) gücü çatanlara, Allah üçün o Beytin həcc edilməsi insanların üzərinə fərzdir. Kim inkar etsə, artıq şübhəsiz ki, Allah aləmlərdən ğanidir (heç bir şeyə möhtac deyil)....
Maidə Suresi, 2. Ayet:
Ey amənu olanlar (Allaha yönəlib təslim olmağı diləyənlər)! Allahın (qoyduğu) şəriət hökmlərinə, Haram aya, (hədiyyə olaraq Kəbəyə göndərilən) qurbanlıqlara, boynuna nişan taxılmış (boyunları bağlı) qurbanlıq dəvələrə, Rəbblərinin fəzlini və (Onun) rizasını istəyərək Beyt-əl Harama gələnlərin güvənliyinə
(təhlükə
sizliyinə) hörmətsizlik etməyin. İhramdan çıxdığınız zaman ov edə bilərsiniz. Sizi Məscid-əl Harama daxil olmağa qoymadığına görə bir qövmə bəslədiyiniz kin, əsla sizi həddi aşmağa sövq ...
Nisa Suresi, 102. Ayet:
(Təhlükə
zamanı) aralarında olub onlar üçün (xof) namaz(ını camaat namazı şəklində) qıldığın zaman, onlardan bir dəstə (sənin namazının birinci rükətində) səninlə birgə qalxsınlar (və namaz qılsınlar) və əlbəttə öz silahlarını da götürsünlər. Elə ki, səcdəyə getdilər (və namazın ikinci rükətini camaat namazı deyil, tək qılınan namaz niyyəti ilə tamamladılar, gedib) sizin arxanızda (düşmənin qarşısında) dursunlar və namazını qılmamış digər bir dəstə gəlsin və öz namazlarını sənin (ikinci rükətin)...
Furqan Suresi, 22. Ayet:
Mələkləri (ölüm mələklərini və ya Bərzəx aləminin mələklərini və yaxud Qiyamət səhnəsinin mələklərini) görəcəkləri gündə günahkarlara bir müjdə olmaz və onlar (mələklərə) deyəcəklər: «Bizə tam
(təhlükə
siz) bir aman (və sığınacaq) verin.» Mələklər deyəcəklər: «(Allahın rəhmət və Cənnəti) sizə qəti qadağandır.»...
Bəqərə Suresi, 196. Ayet:
Həcci də, ümrəni də Allah üçün tamamlayın. Əgər (düşmən, xəstəlik və bu kimi səbəblərlə) maneə ilə qarşılaşsanız, artıq sizə asan olan qurbanı göndərin. Bu qurban yerinə çatana qədər başınızı qırxmayın. Sizdən kim xəstələnər və ya başında bir ağrı olar (başını qırxdırmaq məcburiyyətində qalar)sa, fidyə olaraq ya oruc tutmalı, ya sədəqə verməli, ya da qurban kəsməlidir.
(Təhlükə
və maneələrin aradan qalxdığına) əmin olduğunuz zaman həccə qədər ümrə ilə savab qazanmaq istəyən kəs özü üçün asan ola...
Ənam Suresi, 63. Ayet:
De ki: “Siz aşkara və gizlin Ona, “Əgər bizi bundan qurtararsa, əlbəttə, şükür edənlərdən olacağıq”, – deyə dua edərkən sizi qurunun və dənizin qaranlıqlarından
(təhlükə
lərindən) kim xilas edir?”...
Ənkəbut Suresi, 65. Ayet:
Gəmidə olarkən
(təhlükə
ilə üzləşdikdə) onlar dinin ancaq Allaha aid olduğuna inanaraq Onu (imdada) çağırarlar. Elə ki, O, onları xilas edib quruya çıxarar, onlar (Ona) şərik qoşarlar...