Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 26. Ayet:
Ey Adəm oğulları! Sizin üçün ayıb yerlərinizi örtən geyim və bər-bəzəkli libas nazil etdik
(yaratdıq).
Təqva geyimi isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir ki, bəlkə, düşünüb öyüd alalar. (Bəzi alimlər ayədəki “təqva geyimi” ifadəsinə “həya, saleh əməl, təvazökarlığın əlaməti olan sərt və yundan olan paltar, müharibə geyimi, Allah qorxusu” kimi izahlar vermişlər.)...
Möminun Suresi, 20. Ayet:
Bir də Sina dağında bitən (zeytun) ağacı
(yaratdıq).
O (ağac), yeyənlər üçün həm yağ, həm də (içinə çörək batırılan) şirə verir....
Əraf Suresi, 179. Ayet:
And olsun ki, cəhənnəmi insanların və cinlərin çoxu üçün hazırladıq
(yaratdıq).
Onların qəlbləri vardır, onunla idrak etməzlər. Onların gözləri vardır, onunla görməzlər. Onların qulaqları vardır, onunla eşitməzlər. Onlar heyvanlar kimidir. Hətta daha çox dəlalətdədirlər. Məhz onlar qafillərdir....
Fatir Suresi, 27. Ayet:
Allahın suyu səmadan endirdiyini görmədinmi? Beləcə onunla müxtəlif rənglərdə meyvələr çıxartdıq. Dağlarda müxtəlif rəngli ağ, qırmızı, tünd qara yollar
(yaratdıq).
...
Ənam Suresi, 99. Ayet:
Səmadan su endirən də Odur! Belə ki, onunla [su ilə] Biz hər bir şeyin bitkisini bitirdik, ondan yaşıllıq yaratdıq, ondan da bir-birinin üzərinə yığılmış dənələr çıxarırıq. Xurma ağacından, onun yenicə gülünü tökmüş meyvəsindən sallanmış salxımlar olur. Biri-birinə bənzəyən və bənzəməyən üzüm, zeytun və nar bağları da
(yaratdıq).
Bunların meyvə verməsinə və yetişməsinə bir nəzər salın! Həqiqətən, bunda iman gətirən insanlar üçün ayələr vardır....
Fatir Suresi, 27. Ayet:
Məgər sən Allahın göydən necə su endirdiyini görmədinmi? Biz onunla rəngbərəng meyvələr yetirdik. Dağlarda isə müxtəlif rəngli - ağ, qırmızı və qapqara zolaqlar
(yaratdıq).
...