Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ənam Suresi, 143. Ayet:
(Erkək və dişi olmaqla) səkkiz cift
(yaratmışdır)
; qoyundan iki dənə, keçidən iki dənə. De: “(Allah) iki erkəyimi, iki dişinimi, yoxsa iki dişinin bətnindəki (balalarımı) haram etmişdir? Əgər doğru deyirsinizsə, bir elmə əsaslanaraq mənə bildirin!” (O dövrdə ərəblər bəzən heyvanların erkəyini, bəzən dişisini, bəzən də balasını haram hesab edirdilər. Yuxarıdakı ayədə Allah onların bu əməllərini pisləyir. )...
Ənam Suresi, 144. Ayet:
Dəvədən də iki dənə, inəkdən də iki dənə
(yaratmışdır)
. De: “(Allah bunların) iki erkəyinimi, iki dişisinimi, yoxsa iki dişinin bətnində olan balalarınımı haram etmişdir? Yoxsa Allahın bunu sizə tövsiyə etdiyinə şahidmi oldunuz?” Elmi olmadan insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Həqiqətən, Allah zalım qövmü doğru yola yönəltməz....