Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 5. Ayet:
Əzabımız onlara gəldiyi zaman onların yalvarışı ancaq
:
“Biz həqiqətən, zalım kimsələrmişik!” - demələri oldu....
Əraf Suresi, 11. Ayet:
And olsun ki, sizi yaratdıq və sonra sizə (ən gözəl) surət verdik. Sonra mələklərə
:
“Adəmə səcdə edin!” - dedik. İblisdən başqa (hamısı) dərhal səcdə etdi. O, səcdə edənlərdən olmadı....
Əraf Suresi, 12. Ayet:
Allah buyurdu
:
“Mən sənə əmr etdiyim zaman səcdə etməyinə nə mane oldu?” (İblis) dedi
:
“Mən ondan daha xeyirliyəm (üstünəm). Məni oddan, onu isə palçıqdan yaratmısan”....
Əraf Suresi, 13. Ayet:
Allah buyurdu
:
“Elə isə oradan aşağı en! Orada təkəbbürlənmək sənə yaraşmaz. Dərhal (oradan) çıx! Şübhəsiz, sən zəlil olanlardansan”....
Əraf Suresi, 14. Ayet:
(İblis) dedi
:
“(İnsanların) diriləcəkləri günə qədər mənə möhlət ver!”...
Əraf Suresi, 15. Ayet:
Allah buyurdu
:
“Şübhəsiz, sən möhlət verilənlərdənsən”....
Əraf Suresi, 16. Ayet:
(İblis) dedi
:
“Sən məni azdırdığın üçün, mən də hökmən onları azdırmaq məqsədilə Sənin doğru yolunun üstünə oturacağam....
Əraf Suresi, 18. Ayet:
Allah buyurdu
:
“Rüsvay olub qovulmuş halda oradan çıx! Onlardan kim sənə uyarsa, (bilsin ki,) həqiqətən, cəhənnəmi sizin hamınızla dolduracağam. (İblis Allahın əmrinə qarşı çıxaraq səcdə etmədikdə cənnətdən, yaxud mələklərin olduğu yüksək məqamdan qovuldu. Bundan sonra Allahla onun arasında yuxarıdakı ayələrdə də bildirilən hadisə baş verdi. Nəticə etibarilə, Allah İblisə qiyamətə qədər yaşaması üçün möhlət vermiş və insanları haqq yoldan çıxarmasına fürsət vermişdir. Buna görə də, kim İblisin y...
Əraf Suresi, 19. Ayet:
(Allah buyurdu
:
) “Ey Adəm, sən və zövcən cənnətdə məskunlaşın və istədiyiniz yerdən yeyin, ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa (özlərinə) zülm edənlərdən olarsınız”....
Əraf Suresi, 20. Ayet:
Beləliklə, şeytan (örtülü olan) ayıb yerlərini onlara göstərmək məqsədilə vəsvəsə verib dedi
:
“Rəbbiniz sizə bu ağacı qadağan etdi ki, mələyə çevrilməyəsiniz, yaxud əbədi qalanlardan olmayasınız”....
Əraf Suresi, 21. Ayet:
Həmçinin (şeytan) onlara and verərək
:
“Mən həqiqətən, sizə nəsihət verənlərdənəm!” – dedi....
Əraf Suresi, 22. Ayet:
Beləcə, onları yalan sözlərlə aldatdı. Ağacın (meyvəsindən) daddıqları zaman ayıb yerləri onlara göründü və cənnət yarpaqları ilə üstlərini örtməyə başladılar. Rəbbi onlara
:
“Mən sizə bu ağacı qadağan etməmişdimmi? Sizə deməmişdimmi ki, şeytan sizin açıq-aşkar düşməninizdir?!” - deyə səsləndi....
Əraf Suresi, 23. Ayet:
O ikisi belə dedi
:
“Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər Sən bizi bağışlamaz və bizə rəhm etməzsən, həqiqətən, biz ziyana uğrayanlardan olarıq”....
Əraf Suresi, 24. Ayet:
Allah buyurdu
:
“Bir-birinizə düşmən olaraq (cənnətdən yer üzünə) enin! Yer üzündə sizin üçün müəyyən bir vaxta qədər sığınacaq yer və dolanacaq vardır”....
Əraf Suresi, 25. Ayet:
Allah buyurdu
:
“Orada yaşayacaq, orada öləcək və oradan (dirildilib) çıxarılacaqsınız”....
Əraf Suresi, 28. Ayet:
Onlar pis bir iş gördükləri zaman
:
“Atalarımızın bu yolda olduğunu gördük. Bunu bizə Allah əmr etmişdir”, - deyirlər. De
:
“Şübhəsiz, Allah ədəbsizliyi əmr etməz. Allaha qarşı bilmədiyiniz şeylərimi söyləyirsiniz?”...
Əraf Suresi, 29. Ayet:
De
:
“Rəbbim ədaləti əmr etdi. Hər səcdənizdə üzünüzü (Allaha) çevirin və dini yalnız Ona məxsus edərək dua edin! Sizi yoxdan yaratdığı kimi, yenə (Onun hüzuruna) qayıdacaqsınız....
Əraf Suresi, 32. Ayet:
De
:
“Allahın qulları üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etdi?” De
:
“Bunlar dünya həyatında, xüsusilə də qiyamət günündə möminlərə məxsusdur”. Biz anlayan bir qövm üçün ayələri belə bəyan edirik....
Əraf Suresi, 33. Ayet:
De
:
“Rəbbim ancaq açıq və gizli edilən pis işləri, günahı, haqsız yerə həddi aşmağı, haqqında heç bir dəlil nazil etmədiyi bir şeyi Allaha şərik qoşmağınızı və Allah haqqında bilmədiyiniz şeylər söyləməyinizi haram etmişdir....
Əraf Suresi, 37. Ayet:
Yalandan Allaha iftira yaxan, yaxud Onun ayələrini yalan sayan kimsədən daha zalım kim ola bilər?! Kitabdakı (ömür və ruzi) qismətləri onlara çatacaqdır. Nəhayət, elçilərimiz (mələklər) canlarını almaq üçün gəlib
:
“Allahdan savayı yalvardıqlarınız haradadır?” – deyəcəklər. Onlar da
:
“Bizdən uzaqlaşıb yoxa çıxdılar!” - deyəcək və kafir olduqlarına dair öz əleyhlərinə şahidlik edəcəklər....
Əraf Suresi, 38. Ayet:
Allah buyuracaq
:
“Sizdən əvvəl gəlib-keçmiş cin və insan tayfalarının arasında siz də cəhənnəmə girin!” Hər tayfa girdikcə yoldaşlarına lənət oxuyacaqlar. Nəhayət, hamısı bir-biri ardınca orada toplandığı zaman sonradan gələnlər, daha əvvəl gələnlər barəsində
:
“Ey Rəbbimiz! Bizi bunlar sapdırdı. Ona görə də onlara ikiqat cəhənnəm əzabı ver!” - deyəcəklər. (Allah da)
:
“Hər kəs üçün ikiqatı (əzab) vardır, lakin siz bilmirsiniz”, - deyəcəkdir....
Əraf Suresi, 39. Ayet:
Əvvəl gələnlər isə sonrakılara
:
“Sizin bizdən heç bir üstünlüyünüz yoxdur. Elə isə siz də qazandıqlarınıza (günahlarınıza) görə əzabı dadın!” - deyəcəklər....
Əraf Suresi, 43. Ayet:
Biz onların ürəklərindəki kin-küdurəti çəkib çıxardarıq. Onların (məskunlaşdığı cənnətin ağacları) altından çaylar axar. Onlar deyərlər
:
“Bunun üçün bizi doğru yola yönəldən Allaha həmd olsun! Əgər Allah bizi doğru yola yönəltməsəydi, biz doğru yolu tapa bilməzdik. Şübhəsiz ki, Rəbbimizin peyğəmbərləri həqiqəti gətirmişdilər”. Onlara
:
“Etdiyiniz əməllər müqabilində varisi olduğunuz cənnət budur!” - deyə səslənilər....
Əraf Suresi, 44. Ayet:
Cənnət əhli cəhənnəm əhlinə
:
“Biz Rəbbimizin bizə vəd etdiyinin həqiqət olduğunu gördük. Siz də Rəbbinizin vəd etdiyinin həqiqət olduğunu gördünüzmü?” - deyə səslənər. Onlar da
:
“Bəli!” - deyərlər. Bu zaman onların arasından bir carçı belə səslənər
:
“Allahın lənəti zalımlara olsun!”...
Əraf Suresi, 46. Ayet:
O ikisinin (cənnət əhli ilə cəhənnəm əhlinin) arasında bir maneə vardır. Əraf (sədd) üzərində isə hər kəsi simasından tanıyan insanlar vardır ki, çox arzuladıqları halda (hələlik) ora (cənnətə) girə bilməmişlər. Onlar cənnət əhlinə
:
“Sizə salam olsun!” - deyə səslənərlər. (Ayədəki “Əraf” cənnət və cəhənnəm arasındakı divar kimi yüksək bir yerdir. Savabları və günahları bərabər olan kimsələr burada dayanar və Allahın məğfirəti ilə cənnətə girməyi ümid edərlər. Onlar kimin cənnətə, kimin cəhənnə...
Əraf Suresi, 47. Ayet:
Ancaq gözləri cəhənnəm əhlinə tərəf çevrildiyi zaman
:
“Ey Rəbbimiz, bizi zalım qövmlə bərabər etmə!” - deyərlər....
Əraf Suresi, 48. Ayet:
Əraf əhli üzlərindən tanıdıqları (cəhənnəm əhlindən olan) adamlara səslənərək deyərlər
:
“Nə yığdıqlarınız, nə də təkəbbürləndiyiniz şeylər sizə bir fayda verdi!...
Əraf Suresi, 49. Ayet:
Allahın Öz mərhəmətinə nail etməyəcəyinə dair and içdiyiniz kimsələr bunlardırmı?!” (Cənnət əhlinə isə belə deyəcəklər
:
) “Girin cənnətə! Sizin heç bir qorxunuz yoxdur və siz qəm-qüssə görməyəcəksiniz”....
Əraf Suresi, 50. Ayet:
Cəhənnəm əhli cənnət əhlinə
:
“Suyunuzdan, yaxud Allahın sizə verdiyi ruzilərdən bizə də biraz verin!” – deyə səslənəcək. Onlar isə
:
“Həqiqətən, Allah bunları kafirlərə haram etmişdir”, - deyəcəklər....
Əraf Suresi, 53. Ayet:
Onlar isə, sadəcə, (Quranın xəbər verdiyi) aqibəti gözləyirlər. Onun (xəbər verdiyi) aqibəti gəldiyi gün, daha əvvəl onu unutmuş olanlar belə deyəcəklər
:
“Həqiqətən, Rəbbimizin peyğəmbərləri haqqı gətirmişdilər. Bizə şəfaət edəcək bir şəfaətçi varmı və ya (dünyaya) geri qaytarılmağımız mümkündürmü ki, etdiyimiz əməllərdən başqasını (yaxşı əməllər) edək? Onlar özlərini ziyana saldılar. Uydurduqları şeylər (bütlər) də onlardan uzaqlaşıb yoxa çıxdı. (Kafirlər Qurana iman gətirməyib
:
“Görək, bunun ...
Əraf Suresi, 59. Ayet:
And olsun ki, Nuhu öz qövmünə peyğəmbər göndərdik. O demişdi
:
“Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Mən sizə gələcək böyük bir günün əzabından qorxuram!”...
Əraf Suresi, 60. Ayet:
Qövmünün başçıları isə
:
“Həqiqətən, biz səni açıq-aydın bir azğınlıq içində görürük!” - demişdilər....
Əraf Suresi, 61. Ayet:
(Nuh) demişdi
:
“Ey qövmüm, məndə heç bir azğınlıq yoxdur, əksinə mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm....
Əraf Suresi, 65. Ayet:
Ad qövmünə də qardaşları Hudu (peyğəmbər göndərdik). O
:
“Ey qövmüm, Allaha ibadət edin! Sizin ondan başqa heç bir ilahınız yoxdur. (Allahın əzabından) qorxmursunuzmu?” – demişdi....
Əraf Suresi, 66. Ayet:
Qövmünün kafir başçıları belə demişdilər
:
“Həqiqətən, biz səni səfeh görür və yalançılardan hesab edirik!”...
Əraf Suresi, 67. Ayet:
Hud demişdi
:
“Ey qövmüm! Mən səfeh deyiləm, lakin aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm....
Əraf Suresi, 70. Ayet:
Onlar dedilər
:
“Sən bizə, yalnız Allaha ibadət etməyimiz və atalarımızın ibadət etdiyi şeylərdən əl çəkməyimiz üçünmü gəldin? Əgər doğru danışanlardansansa, bizə vəd etdiyini (əzabı) gətir!”...
Əraf Suresi, 71. Ayet:
Hud dedi
:
“Rəbbinizdən sizə əzab və qəzəb vacib olmuşdur. Allahın heç bir dəlil nazil etmədiyi, sizin və atalarınızın adlar verdiyi (bütlər) barəsində mənimlə mübahisəmi edirsiniz? Elə isə, (Allahın əzabını) gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyənlərdənəm”....
Əraf Suresi, 73. Ayet:
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi
:
“Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur! Rəbbinizdən sizə açıq-aydın bir dəlil gəlmişdir. Bu, sizin üçün bir möcüzə olaraq Allahın (göndərdiyi) dişi dəvəsidir. Onu buraxın Allahın torpağında otlasın. Ona pislik etməyin, yoxsa sizə acı bir əzab toxunar! (Allah Saleh peyğəmbəri Səmud qövmünə peyğəmbər göndərdikdən sonra onlar belə deyirdilər
:
“Əgər sən həqiqətən peyğəmbərsənsə, dua et ki, bu qaya...
Əraf Suresi, 75. Ayet:
Qövmünün təkəbbürlü başçıları, özlərindən olan iman gətirmiş zəif kimsələrə belə dedilər
:
“Siz Salehin (həqiqətən) Rəbbi tərəfindən göndərilmiş bir elçi olduğunu bilirsinizmi?!” Onlar
:
“Biz onunla göndərilənə inanırıq!” - dedilər....
Əraf Suresi, 76. Ayet:
Təkəbbürlənənlər
:
“Biz sizin inandığınızı inkar edirik”, - dedilər....
Əraf Suresi, 77. Ayet:
Beləcə, onlar dişi dəvəni kəsib Rəbbinin əmrindən çıxdılar və
:
“Ey Saleh! Əgər sən (həqiqətən) peyğəmbərlərdənsənsə, vəd etdiyini (əzabı) bizə gətir!” - dedilər....
Əraf Suresi, 79. Ayet:
O zaman (Saleh) onlardan üz döndərdi və dedi
:
“Ey qövmüm! Mən sizə Rəbbimin vəhyini təbliğ etdim və sizə öyüd-nəsihət verdim. Lakin siz öyüd-nəsihət verənləri sevmirsiniz”....
Əraf Suresi, 80. Ayet:
Lutu da (peyğəmbər) göndərdik. Bir zaman o öz qövmünə belə demişdi
:
“Siz özünüzdən əvvəl heç bir insanın etmədiyi əxlaqsızlığımı edirsiniz?...
Əraf Suresi, 82. Ayet:
Qövmünün cavabı isə ancaq belə demək oldu
:
“Onları (Lutu və ona inananları) məmləkətinizdən çıxarın! Çünki onlar çox-çox təmiz adamlarmış!”...
Əraf Suresi, 85. Ayet:
Mədyən qövmünə də qardaşları Şüeybi (peyğəmbər) göndərdik. O demişdi
:
“Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Sizə Rəbbinizdən açıq-aşkar bir dəlil gəlmişdir. Elə isə ölçüdə və tərəzidə düzgünlüyə riayət edin! İnsanların mallarını əskik verməyin! İslah edildikdən sonra yer üzündə fitnə-fəsad törətməyin! Əgər iman gətirmişsinizsə, bu sizin üçün daha xeyirlidir....
Əraf Suresi, 88. Ayet:
Şüeybin qövmündən olan təkəbbürlü başçılar
:
“Ey Şüeyb! Səni və səninlə birlikdə iman gətirənləri mütləq məmləkətimizdən çıxaracağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!” - dedilər. (Şüeyb) dedi
:
“Biz (bunu) istəməsək belə?!...
Əraf Suresi, 90. Ayet:
Qövmünün kafir başçıları dedilər
:
“Əgər siz Şüeybə uysanız, o zaman həqiqətən, ziyana uğrayarsınız!”...
Əraf Suresi, 93. Ayet:
Şüeyb onlardan üz döndərib dedi
:
“Ey qövmüm! Mən sizə Rəbbimin göndərdiyi vəhyləri təbliğ etdim və öyüd-nəsihət verdim. İndi kafir bir qövm üçün necə kədərlənim?”...
Əraf Suresi, 95. Ayet:
Sonra pisliyi yaxşılıqla əvəz etdik. Nəhayət, onlar artıb çoxaldılar və
:
“Atalarımıza da pislik və yaxşılıq üz vermişdi”, - dedilər. Biz onları, özləri də hiss etmədən qəflətən yaxaladıq....
Əraf Suresi, 104. Ayet:
Musa dedi
:
“Ey Firon, şübhəsiz ki, mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm!...
Əraf Suresi, 106. Ayet:
(Firon Musaya) belə dedi
:
“Əgər bir möcüzə gətirmisənsə və doğru deyirsənsə, onu göstər görək!”...
Əraf Suresi, 109. Ayet:
Firon qövmünün başçıları dedilər
:
“Həqiqətən, bu, çox bilikli bir sehrbazdır....
Əraf Suresi, 111. Ayet:
Onlar dedilər
:
“Onu da, qardaşını da saxla və şəhərlərə (sehrbazları) yığan adamlar göndər ki,...
Əraf Suresi, 113. Ayet:
Sehrbazlar Fironun yanına gələrək
:
“Əgər qalib gəlsək, bizə həqiqətən, bir mükafat veriləcək!” - dedilər....
Əraf Suresi, 114. Ayet:
Firon da
:
“Bəli, həm də siz mütləq yaxın adamlarımdan olacaqsınız”, - dedi....
Əraf Suresi, 115. Ayet:
(Sehrbazlar) dedilər
:
“Ey Musa! Ya sən (əsanı) at, ya da biz (əlimizdəkiləri) ataq?”...
Əraf Suresi, 116. Ayet:
Musa
:
“Siz atın!” - dedi. Onlar (əllərindəki ipləri və çomaqları) atdıqları zaman insanların gözlərini sehrlədilər və onları qorxudaraq böyük bir sehr göstərdilər. (Sehrbazlar ipləri və çomaqları ortaya atdıqları zaman o şeylər insanların gözünə hərəkət edən ilanlar kimi göründü.)...
Əraf Suresi, 117. Ayet:
Biz də Musaya
:
“Əsanı at!” - deyə vəhy etdik. Bir də baxdılar ki, (əsa ilana çevrilib) onların uydurduqları şeyləri udur....
Əraf Suresi, 121. Ayet:
Onlar dedilər
:
“Aləmlərin Rəbbinə iman gətirdik,...
Əraf Suresi, 123. Ayet:
Firon dedi
:
“Mən sizə icazə vermədən ona iman gətirdiniz? Şübhəsiz ki, bu, əhalisini çıxartmaq üçün şəhərdə qurduğunuz bir hiylədir. Siz (başınıza gələcək şeyləri) biləcəksiniz!...
Əraf Suresi, 125. Ayet:
(Sehrbazlar) dedilər
:
“Şübhəsiz ki, biz Rəbbimizin hüzuruna qayıdacağıq....
Əraf Suresi, 127. Ayet:
Fironun qövmünün əyanları isə belə dedilər
:
“Səni və sənin ilahlarını atıb yer üzündə fitnə-fəsad törətsinlər deyə Musanı və qövmünü buraxacaqsanmı?” O dedi
:
“Onların oğullarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Bizim onlara hökmranlıq etməyə gücümüz çatar”....
Əraf Suresi, 128. Ayet:
Musa öz qövmünə dedi
:
“Allahdan kömək diləyin və səbir edin! Şübhəsiz ki, yer üzü Allahındır. O, bəndələrindən dilədiyi kimsəni onun varisi edər. Gözəl aqibət təqva sahiblərinin olacaqdır”....
Əraf Suresi, 129. Ayet:
(İsrail oğulları) dedilər
:
“Sən bizə gəlməmişdən əvvəl də bizə əziyyət verilirdi, sən bizə gələndən sonra da”. (Musa) dedi
:
“Ümid olunur ki, Rəbbiniz düşməninizi məhv edər və (onların yerinə) sizi yer üzünün hakimi edər, sonra da necə hərəkət edəcəyinizə baxar”....
Əraf Suresi, 131. Ayet:
Onlara xeyir gəldiyi zaman
:
“Bu bizim haqqımızdır!” - deyirdilər. Əgər onlara bir pislik üz verərsə, Musa və onunla bərabər olanları uğursuz sayırdılar. Bilin ki, onların uğursuzluğu yalnız Allah tərəfindəndir. Lakin onların çoxu bilməz....
Əraf Suresi, 132. Ayet:
Onlar dedilər
:
“Bizi sehrləmək üçün nə qədər möcüzə gətirsən də sənə iman gətirən deyilik”....
Əraf Suresi, 134. Ayet:
Onlara əzab gəldiyi zaman dedilər
:
“Ey Musa! Sənə verdiyi əhdin hörmətinə bizim üçün Rəbbinə dua et! Əgər əzabı bizdən dəf etsən, mütləq sənə iman gətirəcək və hökmən İsrail oğullarını səninlə göndərəcəyik”....
Əraf Suresi, 138. Ayet:
İsrail oğullarını dənizdən keçirtdik və onlar, özlərinə xas bütlərə sitayiş edən bir qövmlə rastlaşdılar. (İsrail oğulları) dedilər
:
“Ey Musa! Bizə də onların ilahları kimi bir ilah düzəlt!” Musa dedi
:
“Həqiqətən, siz cahil bir qövmsünüz....
Əraf Suresi, 140. Ayet:
Musa dedi
:
“Allah sizi aləmlərə üstün etmiş ikən sizin üçün Allahdan başqa bir ilah istəyim?!”...
Əraf Suresi, 142. Ayet:
Musa ilə otuz gecə (ibadət etməsi) barədə vədələşdik və on gecə də ona əlavə etdik. Beləcə Rəbbinin təyin etdiyi müddət qırx gecə oldu. Musa qardaşı Haruna
:
“Sən qövmüm içərisində mənim yerimə keçib (onları) islah et və fitnə-fəsad törədənlərin yolunu izləmə!” – dedi....
Əraf Suresi, 143. Ayet:
Təyin etdiyimiz vaxtda Musa gəlib Rəbbi onunla danışdığı zaman o dedi
:
“Ey Rəbbim! Özünü mənə göstər ki, Sənə baxım!” Allah dedi
:
“Sən Məni əsla görə bilməzsən. Lakin bu dağa bax. Əgər o yerində dura bilsə, sən də Məni görəcəksən”. Rəbbi dağa təcəlla etdiyi zaman onu parça-parça etdi. Musa da bayılıb yerə yıxıldı. Ayıldığı zaman
:
“Sən pak və müqəddəssən! Sənə tövbə etdim və mən iman gətirənlərin birincisiyəm!” - dedi....
Əraf Suresi, 144. Ayet:
Allah dedi
:
“Ey Musa! Mən vəhylərimlə və səninlə danışmağımla səni insanlardan seçib üstün tutdum. Ona görə də sənə verdiyimi al və şükür edənlərdən ol!”...
Əraf Suresi, 148. Ayet:
(Tura gedən) Musanın ardınca qövmü zinət əşyalarından (düzəltdikləri) və böyürtüsü olan bir buzov heykəlini özlərinə (ilah) qəbul etdilər. Görmədilərmi ki, o (buzov) nə onlarla danışır, nə də onlara yol göstərə bilir?! Onu özlərinə (ilah) qəbul edərək zalım kimsələr oldular. (Həzrət Musa Turda qalma müddətinə on gün əlavə etdikdən sonra İsrail oğullarının içindən Samiri adında bir sənətkar insanların qızıl kimi zinət əşyalarını toplayıb əridərək ondan bir buzov heykəli düzəltdi və
:
“Sizin də, Mu...
Əraf Suresi, 149. Ayet:
Onlar (buzova sitayiş etməkdən) peşman olub haqq yoldan azdıqlarını gördükləri zaman dedilər
:
“Əgər Rəbbimiz bizə mərhəmət etməsə və bizi bağışlamasa, həqiqətən, biz ziyana uğrayanlardan olacağıq”....
Əraf Suresi, 150. Ayet:
Musa qəzəbli və kədərli halda qövmünün yanına qayıtdıqda
:
“Məndən sonra arxamca nə pis işlər görmüsünüz! Rəbbinizin əmrini (gözləməyib) tələsdinizmi?” - dedi və lövhələri yerə atıb qardaşını (Harunu) başından tutaraq özünə tərəf çəkdi. (Harun) dedi
:
“Ey anam oğlu! Həqiqətən, bu qövm məni zəif gördü və az qalsın məni öldürürdülər. Düşmənləri mənə güldürmə və məni də zalım qövmlə bir tutma!”...
Əraf Suresi, 151. Ayet:
Musa dedi
:
“Ey Rəbbim! Məni və qardaşımı bağışla! Bizi Öz mərhəmətinə daxil et. Sən rəhm edənlərin ən rəhmlisisən!”...
Əraf Suresi, 155. Ayet:
Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi
:
“Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən. (İsrail o...
Əraf Suresi, 156. Ayet:
Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz (nəsib et)! Biz Sənə döndük!” Allah buyurdu
:
“Dilədiyim kimsəni əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mərhəmətimi müttəqi olan, zəkatı verən və ayələrimizə iman gətirən kimsələrə yazacağam (nəsib edəcəyəm)”....
Əraf Suresi, 158. Ayet:
De
:
“Ey insanlar! Həqiqətən, mən göylərin və yerin hakimi olan Allah tərəfindən sizin hamınıza göndərilən peyğəmbəriyəm. Ondan başqa heç bir ilah yoxdur. O dirildir və öldürür. Elə isə, həm Allaha, həm də Allaha və Onun sözlərinə iman gətirən ümmi peyğəmbər olan rəsuluna iman gətirin! Ona tabe olun ki, bəlkə siz doğru yolu tapa biləsiniz!”...
Əraf Suresi, 160. Ayet:
Biz onları (İsrail oğullarını) on iki qəbiləyə ayırdıq. Qövmü ondan su istədiyi zaman biz Musaya
:
“Əsanı daşa vur!” – deyə vəhy etdik. Ondan dərhal on iki çeşmə fışqırdı. Hər qəbilə özünün su içmə yerini bildi. Buludlarla da onların üstünə kölgə saldıq. Onlara qüdrət halvası və bildirçin əti də endirdik. (Onlara dedik ki
:
) “Sizə verdiyimiz ruzilərin təmiz olanından yeyin!” Ancaq onlar (əmrlərimizə itaət etməyərək) Bizə deyil, özlərinə zülm edirdilər....
Əraf Suresi, 161. Ayet:
O zaman onlara belə deyilmişdi
:
“Bu şəhərdə (Qüdsdə) məskunlaşın. Ondan (nemətlərindən) istədiyiniz kimi yeyin. “Hittə!” (Bizi bağışla!) deyin və qapıdan əyilərək daxil olun ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərin mükafatlarını daha da artıracağıq....
Əraf Suresi, 164. Ayet:
O zaman onlardan bir qrup demişdi
:
“Allahın məhv edəcəyi, yaxud şiddətli bir əzab verəcəyi bir qövmə nə üçün nəsihət verirsiniz?” Onlar da
:
“Rəbbinizə üzrxahlıq etmək üçün və onlar (pis əməllərdən) çəkinərlər ümidi ilə (nəsihət veririk)”, - dedilər....
Əraf Suresi, 166. Ayet:
Təkəbbürlənərək qadağan edilən şeylərdən əl çəkmədikləri zaman onlara
:
“Zəlil meymunlar olun!” - dedik. (Bəzi təfsirçilərə görə, yəhudilərdən bir qrup insan şənbə günü qadağasına hörmət göstərmədikləri üçün Allah onları donuz və meymun şəklinə salmışdır. Digər bir qrup təfsirçiyə görə isə, onlar mənəvi və əxlaqi cəhətdən meymunlar kimi zəlil olub insanlar tərəfindən qınanmışdılar.)...
Əraf Suresi, 169. Ayet:
Onlardan sonra (ayələri təhrif etmək müqabilində) bu dəyərsiz dünya malını alaraq Kitaba varis olan və
:
“Onsuz da biz bağışlanacağıq”. - deyən kimsələr onların yerinə keçdilər. Onlara, ona bənzər başqa bir dünya malı gəlsəydi, onu da alardılar. Bəs onlardan, Allaha dair haqdan başqasını söyləməyəcəklərinə dair Kitabda yazılanlara uyğun əhd alınmamışdımı?! Halbuki, onlar onun içindəkiləri öyrənmişdilər. Axirət yurdu (Allahdan) qorxanlar üçün daha xeyirlidir. Hələ də düşünmürsünüzmü?...
Əraf Suresi, 172. Ayet:
Qiyamət günü siz
:
“Biz bundan xəbərsiz idik”, - deməyəsiniz deyə, Rəbbin Adəm oğullarının bellərindən nəsillərini çıxartdı və onları özlərinə şahid tutaraq
:
“Mən sizin Rəbbiniz deyiləmmi?” ( – buyurdu). Onlar da
:
“Bəli, buna şahid olduq!” - dedilər....
Əraf Suresi, 173. Ayet:
Yaxud
:
“Daha əvvəl atalarımız (Allaha) şərik qoşmuşdular. Biz də onlardan sonra gələn bir nəsil idik. Batil yolda olanların etdiklərinə görə bizi həlak edəcəksən?!” - deməməyiniz üçün (belə etdik)....
Əraf Suresi, 187. Ayet:
Səndən qiyamətin nə zaman qopacağını soruşurlar. De
:
“Onun bilgisi yalnız Rəbbimə məxsusdur. Vaxtı çatanda onu ortaya çıxaracaq yalnız Odur. Qiyamətin bilgisi göylərə də, yerə də ağır gəlmişdir. O sizə qəflətən gələcəkdir”. Sanki sən onun haqqında bir şey bilirsənmiş kimi səndən soruşurlar. De
:
“Onun bilgisi yalnız Allaha məxsusdur. Lakin insanların çoxu bilmir”....
Əraf Suresi, 188. Ayet:
De
:
“Allahın diləməsi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, əlbəttə, daha çox xeyir iş görmək istərdim və mənə heç bir zərər toxunmazdı. Mən, sadəcə olaraq iman gətirən bir qövmü xəbərdar edən və müjdələyən bir peyğəmbərəm”....
Əraf Suresi, 189. Ayet:
Sizi tək bir candan (Adəmdən) yaradan və onunla ünsiyyət etməsi üçün ondan da zövcəsini (Həvvanı) yaradan Odur. (Adəm) ona (Həvvaya) sarıldıqda (cinsi əlaqəyə girdikdə) o yüngül bir yüklə yükləndi (hamilə oldu) və onu (bətnində) daşıdı. (Hamiləliyi) ağırlaşdığı zaman Rəbbi olan Allaha
:
“Əgər bizə qüsursuz bir uşaq versən, həqiqətən, şükür edənlərdən olacağıq!” - deyə dua etdilər....
Əraf Suresi, 190. Ayet:
Ancaq Allah onlara sağlam bir övlad bəxş etdiyi zaman onlar həmin uşaq barəsində Ona şəriklər qoşdular. Allah isə onların qoşduqları şəriklərdən ucadır! (Bu ayənin təfsiri ilə əlaqəli bir neçə fərqli görüş vardır. Təbəri təfsirində bu ayənin izahı ilə əlaqəli belə bir hədis nəql olunmuşdur
:
“Həvva hamilə qaldığı zaman İblis onun ətrafında dolaşırdı. Çünki Həvvanın doğulan uşaqları yaşamırdı. İblis Həvvaya
:
“Sən ona Abdülharis adını qoy!” - demişdi. Həvva da hamilə olduğu uşağın adını Abdülharis ...
Əraf Suresi, 195. Ayet:
Yoxsa onların (bütlərin) yeriyən ayaqları, tutan əlləri, görən gözləri, eşidən qulaqlarımı var?! De
:
“Şərik qoşduqlarınızı çağırın! Sonra mənə tələ qurun və mənə heç möhlət də verməyin!...
Əraf Suresi, 203. Ayet:
Onlara bir ayə gətirmədiyin zaman
:
“Sən onu özündən uydurmalı deyildinmi?” - deyərlər. De
:
“Mən ancaq Rəbbimdən mənə vəhy olunana tabe oluram. Bu Quran Rəbbiniz tərəfindən göndərilmiş dəlillərdir, iman gətirən bir qövm üçün də hidayət və mərhəmət mənbəyidir”....
Bəqərə Suresi, 8. Ayet:
İnsanlardan elələri də var ki, inanmadıqları halda
:
“Allaha və axirət gününə inandıq”, - deyirlər....
Bəqərə Suresi, 11. Ayet:
Onlara
:
“Yer üzündə fitnə-fəsad törətməyin!” - deyildikdə onlar
:
“Biz yalnız islahedicilərik!” - deyərlər....
Bəqərə Suresi, 13. Ayet:
Onlara
:
“İnsanlar iman gətirdiyi kimi siz də iman gətirin!” - deyildiyi zaman
:
“Biz də səfehlər kimi iman gətirək?” - dedilər. Bilin ki, səfehlər onların özləridir. Lakin bunu bilmirlər....
Bəqərə Suresi, 14. Ayet:
Onlar möminlərlə qarşılaşdıqları zaman
:
“Biz də iman gətirmişik”, - deyərlər. Şeytanları (dostları) ilə yalnız qalanda isə
:
“Biz sizinləyik, onlara istehza edirik”, - deyərlər....
Bəqərə Suresi, 25. Ayet:
İman gətirib saleh əməl işləyənləri altından çaylar axan cənnətlərlə müjdələ! Onlara hər dəfə oradan bir ruzi verildikdə
:
“Bu, daha əvvəl bizim (dünyada) yediyimiz ruzidir”, - deyəcəklər. Halbuki (dünyada) onlara bunun bənzəri verilmişdi. Orada onlar üçün tərtəmiz zövcələr də var. Onlar orada əbədi qalacaqlar....
Bəqərə Suresi, 26. Ayet:
Şübhəsiz ki, Allah ağcaqanadı və (kiçiklikdə və ya böyüklükdə) ondan da üstününü misal verməkdən çəkinməz. İman gətirənlər onun (Quranın) Rəbbindən gələn bir həqiqət olduğunu bilirlər. Kafirlər isə
:
“Allah bu misalı verərək nə demək istəyir?” - deyirlər. Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salar, bir çoxlarını da hidayətə yönəldər. O, bununla yalnız fasiqləri zəlalətə salar....
Bəqərə Suresi, 30. Ayet:
(Ey peyğəmbər!) Vaxtilə sənin Rəbbin mələklərə
:
“Mən yer üzündə bir xəlifə yaradacağam”, - demişdi. Onlar belə demişdilər
:
“Orada fitnə-fəsad törədib qan tökəcək birinimi yaradacaqsan? Halbuki biz Sənə şükür edərək şəninə təriflər deyir və Səni müqəddəs tuturuq!” Allah
:
“Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm”, - demişdi....
Bəqərə Suresi, 31. Ayet:
Allah Adəmə hər şeyin adını öyrətdi. Sonra onları mələklərə göstərərək
:
“Əgər doğru deyirsinizsə, bunların adlarını Mənə bildirin!” - dedi....
Bəqərə Suresi, 32. Ayet:
Mələklər dedi
:
“Sən bütün nöqsanlardan uzaqsan! Biz Sənin bizə öyrətdiklərindən başqa heç bir şey bilmirik. Şübhəsiz ki, Sən hər şeyi bilənsən, hikmət sahibisən!”...
Bəqərə Suresi, 33. Ayet:
Allah dedi
:
“Ey Adəm, bunların adlarını onlara bildir!” Adəm mələklərə onların adlarını bildirdiyi zaman Allah dedi
:
“Sizə demədimmi ki, Mən göylərin və yerin qeybini, eləcə də sizin gizlətdiklərinizi və aşkar etdiklərinizi bilirəm?!”...
Bəqərə Suresi, 34. Ayet:
Biz mələklərə
:
“Adəmə səcdə edin!” – dedikdə İblisdən başqa hamısı səcdə etdi. O isə təkəbbürlənərək boyun qaçırdı və kafirlərdən oldu....
Bəqərə Suresi, 35. Ayet:
Biz dedik
:
“Ey Adəm, zövcən (Həvva) ilə cənnətdə məskunlaşın və oradakı nemətlərdən istədiyiniz qədər bol-bol yeyin! Ancaq bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”....
Bəqərə Suresi, 36. Ayet:
Lakin şeytan onları çaşdırdı və məskunlaşdıqları yerdən (cənnətdən) çıxartdı. Biz də
:
“Bir-birinizə düşmən olaraq yer üzünə enin və müəyyən bir vaxta qədər orada yaşayıb dolanın!” - dedik....
Bəqərə Suresi, 38. Ayet:
Biz dedik
:
“Hamınız oradan (cənnətdən) enin! Sizə Mənim tərəfimdən bir hidayət rəhbəri gəldikdən sonra kim ona tabe olarsa, onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”....
Bəqərə Suresi, 54. Ayet:
O vaxt Musa öz qövmünə belə demişdi
:
“Ey qövmüm! Siz buzova sitayiş etməklə həqiqətən, özünüzə zülm etdiniz. Dərhal sizi yaradana tövbə edin və özünüzü öldürün! Bu, Yaradanınızın yanında sizin üçün daha xeyirlidir!” Beləcə, Allah sizin tövbənizi qəbul etmişdi. Şübhəsiz ki, O, tövbələri qəbul edəndir, mərhəmətlidir. (Bu ayədəki “özünüzü öldürün!” ifadəsi bəzi təfsirçilərə görə, “sizdən mömin olanlar buzova sitayiş edənləri öldürsün!”, bəzilərinə görə isə “nəfslərinizi islah edin!” mənasına gəlir....
Bəqərə Suresi, 55. Ayet:
Bir zaman siz
:
“Ey Musa, Allahı açıq-aşkar görməyincə əsla sənə inanmayacağıq!” - demişdiniz. O anda gözünüz görə-görə sizi ildırım vurmuşdu....
Bəqərə Suresi, 58. Ayet:
Vaxtilə (yəhudilərə) belə demişdik
:
“Bu kəndə girin və bəyəndiyiniz yerdə, istədiyinizdən bol-bol yeyin! Qapısından da (Allaha) səcdə edərək daxil olun və
:
“Hittə!” (Bizi bağışla!) – deyin ki, Biz də sizin günahlarınızı bağışlayaq!” Yaxşı işlər görənlər üçün (mükafatlarını) artıracağıq....
Bəqərə Suresi, 60. Ayet:
Vaxtilə Musa öz qövmü üçün su istəmiş, Biz də
:
“Əsan ilə daşa vur!” - demişdik. Beləcə, oradan on iki çeşmə fışqırmış və hər qəbilə öz çeşməsini tanımışdı. (Biz onlara belə demişdik
:
) “Allahın verdiyi ruzidən yeyin-için və yer üzündə həddinizi aşaraq fitnə-fəsad törətməyin!”...
Bəqərə Suresi, 61. Ayet:
Bir zaman siz
:
“Ey Musa! Bir növ yeməyə dözə bilməyəcəyik. Bizim üçün Rəbbinə dua et ki, bizə torpağın bitirdiklərindən - tərəvəz, xiyar, sarımsaq, mərcimək və soğandan yetirsin!” - demişdiniz. Musa demişdi
:
“Xeyirli olanı daha az dəyəri olanlamı dəyişdirmək istəyirsiniz? Elə isə şəhərə gedin! Çünki sizin istədikləriniz orada vardır”. Beləcə, onlara zəlillik, miskinlik damğası vuruldu və Allahın qəzəbinə gəldilər. Bu ona görə idi ki, onlar Allahın ayələrini inkar edir, peyğəmbərləri haqsız yerə ...
Bəqərə Suresi, 63. Ayet:
Vaxtilə sizdən əhd almışdıq və dağı sizin üzərinizə qaldırıb
:
“Sizə göndərdiyimizi (Tövratı) möhkəm tutun və içindəkiləri unutmayın ki, bəlkə (günahlardan) qorunasınız”, - demişdik....
Bəqərə Suresi, 65. Ayet:
Şübhəsiz ki, içinizdən şənbə günü həddi aşanları da bilmişdiniz. Biz də onlara
:
“Həqir meymunlar olun!” - dedik....
Bəqərə Suresi, 67. Ayet:
Vaxtilə Musa öz qövmünə
:
“Allah sizə bir inək kəsməyinizi əmr edir!” - demişdi. Onlar
:
“Bizi məsxərəyəmi qoyursan?” - dedilər. Musa
:
“Cahillərdən olmaqdan Allaha sığınıram!” - dedi....
Bəqərə Suresi, 68. Ayet:
Onlar isə belə dedilər
:
“Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə oduğunu bizə bildirsin!” Musa dedi
:
“Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan bir inəkdir. Bu ikisinin arasında bir düyədir. Sizə əmr olunanı yerinə yetirin!”...
Bəqərə Suresi, 69. Ayet:
Onlar
:
“Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun rəngini bizə bildirsin!” - dedilər. Musa dedi
:
“Allah buyurur ki, o, tünd sarı rəngli və baxanlara xoş gələn bir inəkdir”....
Bəqərə Suresi, 70. Ayet:
Onlar belə dedilər
:
“Bizim üçün Rəbbinə dua et (soruş) ki, onun nə cür olduğunu bizə yaxşı-yaxşı izah etsin! Çünki biz inəkləri bir-birinə bənzədirik. Əgər Allah diləsə, əlbəttə, biz doğru yolu taparıq”....
Bəqərə Suresi, 71. Ayet:
Musa dedi
:
“Allah buyurur ki, o, boyunduruq götürməyən, yer sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz bir inəkdir”. (Bu zaman) onlar
:
“İndi həqiqəti söylədin”, - dedilər. Beləcə, onu (inəyi tapıb) kəsdilər. Az qala bunu etməyəcəkdilər....
Bəqərə Suresi, 73. Ayet:
Buna görə də Biz
:
“(Kəsilmiş inəyin) bir parçasını ona (ölüyə) vurun!” – demişdik. Allah ölüləri belə dirildər və sizə Öz möcüzələrini göstərər ki, bəlkə dərk edəsiniz....
Bəqərə Suresi, 76. Ayet:
Onlar iman gətirənlərlə qarşılaşdıqları zaman
:
“İman gətirdik”, - deyirdilər. Xəlvətdə olduqlarında isə bir-birlərinə belə deyirdilər
:
“Allahın sizə bildirdiyini onlara xəbər verirsiniz ki, Rəbbinizin yanında onları sizə qarşı dəlil gətirsinlər? Heç düşünmürsünüzmü?”...
Bəqərə Suresi, 79. Ayet:
Öz əlləri ilə kitab yazıb sonra da onunla bir az pul əldə etmək üçün
:
“Bu, Allah dərgahındandır!” - deyənlərin vay halına! Öz əlləri ilə yazdıqlarına görə onların vay halına! Qazandıqlarına görə də onların vay halına!...
Bəqərə Suresi, 80. Ayet:
Onlar
:
“Cəhənnəm odu bir neçə gündən artıq bizə toxunmayacaq!” – dedilər. De ki
:
“Allahdan bir vəd almısınız? Əgər elədirsə, Allah heç vaxt Öz vədindən dönməz. Yoxsa Allah haqqında bilmədiyiniz şeylərmi söyləyirsiniz?”...
Bəqərə Suresi, 83. Ayet:
Bir zaman İsrail oğullarından
:
“Allahdan başqasına ibadət etməyin! Valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə və yoxsullara yaxşılıq edin! İnsanlarla xoş danışın! Namazı qılın, zəkatı verin!” – deyə əhd almışdıq. Sonra, az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib (vədinizdən) döndünüz....
Bəqərə Suresi, 84. Ayet:
Vaxtilə sizdən
:
“Bir-birinizin qanını tökməyin və bir-birinizi yurdunuzdan çıxarmayın!” – deyə əhd almışdıq. Sonra şahidlik edərək (bu əhdi) təsdiqlədiniz....
Bəqərə Suresi, 88. Ayet:
Onlar (yəhudilər) belə dedilər
:
“Bizim qəlblərimiz örtülüdür (qapalıdır)”. Xeyr, Allah küfrlərinə görə onları lənətləmişdir. Buna görə də onların yalnız az bir qismi iman gətirər....
Bəqərə Suresi, 91. Ayet:
Onlara
:
“Allahın nazil etdiyinə iman gətirin!” - deyildiyi zaman onlar
:
“Biz özümüzə nazil olana iman gətiririk”, - deyirlər və ondan başqasını inkar edirlər. Halbuki o (Quran), onların əllərindəkini (Tövratı) təsdiqləyən həqiqətdir. De ki
:
“Əgər həqiqətən iman gətirmişdinizsə, bəs nə üçün əvvəllər Allahın peyğəmbərlərini öldürürdünüz?”...
Bəqərə Suresi, 93. Ayet:
Vaxtilə sizdən əhd alıb dağı üstünüzə qaldıraraq
:
“Sizə verdiyimizdən (Tövratdan) möhkəm yapışın, (oradakı hökmləri) dinləyin!” - demişdik. Onlar isə
:
“Eşitdik və qarşı çıxdıq!” - demişdilər. Küfrləri səbəbilə qəlblərini buzov sevgisi bürümüşdü. De ki
:
“Əgər iman gətirmisinizsə, imanınızın sizə onu əmr etməsi necə də pisdir!”...
Bəqərə Suresi, 94. Ayet:
De
:
“Əgər Allah yanındakı axirət yurdu (cənnət) başqa insanlara deyil, yalnız sizə məxsusdursa və doğru deyirsinizsə, onda ölümü arzulayın!”...
Bəqərə Suresi, 97. Ayet:
De
:
“Cəbrailə düşmən olan kəs bilsin ki, onu (Quranı), ondan əvvəlkiləri (Tövratı və İncili) təsdiqləyici, möminlər üçün də hidayət və müjdəçi kimi Allahın izni ilə sənin qəlbinə nazil edən Odur!”...
Bəqərə Suresi, 102. Ayet:
Onlar Süleymanın hökmranlığına dair şeytanların oxuduqlarına uydular. Süleyman isə kafir olmadı. Lakin şeytanlar cadunu və Babildə Harut və Marut adlı iki mələyə nazil olanı insanlara öyrədərək kafir oldular. Halbuki (o iki mələk)
:
“Biz sadəcə imtahan vəsiləsiyik. Ona görə də kafir olma!” - deməmiş heç kimə (cadu) öyrətmirdi. Beləcə, ər-arvad arasını vuran əməlləri onlardan öyrənirdilər. Ancaq onlar Allahın izni olmadan onunla heç kəsə zərər verə bilməzlər. Onlar özlərinə faydası olmayıb zərər v...
Bəqərə Suresi, 111. Ayet:
Onlar
:
“Yəhudi və ya xaçpərəstdən başqası əsla cənnətə girməyəcək!” - dedilər. Bu, onların boş xülyalarıdır. De
:
“Əgər doğru deyirsinizsə, dəlilinizi gətirin!”...
Bəqərə Suresi, 113. Ayet:
Yəhudilər
:
“Xaçpərəstlərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Xaçpərəstlər də
:
“Yəhudilərin heç bir əsasları yoxdur (doğru yolda deyillər)”, - dedilər. Halbuki onlar kitabı (Tövrat və İncili) oxuyurlar. Elmi olmayanlar da onların danışdığı kimi danışdılar. Allah qiyamət günü ixtilafa düşdükləri məsələlər barəsində onların arasında hökm verəcəkdir....
Bəqərə Suresi, 116. Ayet:
Onlar
:
“Allah Özünə övlad götürmüşdür”, - dedilər. O, pakdır (bu kimi sifətlərdən uzaqdır). Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Hər bir şey Ona itaət edir....
Bəqərə Suresi, 117. Ayet:
Allah göyləri və yeri yoxdan yaradandır. Bir şeyin olmasını istəyən zaman ona yalnız
:
“Ol!” - deyər, o da dərhal olar....
Bəqərə Suresi, 118. Ayet:
Cahillər isə
:
“Allah bizimlə danışmalı, yaxud bizə bir ayə gəlməli deyildimi?” - dedilər. Onlardan əvvəlkilər də onların sözlərinə bənzər şeylər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Yəqinliklə iman gətirən kimsələrə ayələri (dəlilləri) açıq-aydın bəyan etmişik....
Bəqərə Suresi, 120. Ayet:
Onların dininə tabe olmayınca yəhudi və xaçpərəstlər səndən əsla razı qalmayacaqlar. De ki
:
“Həqiqətən, Allahın göstərdiyi yol əsil doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəklərinə uysan, səni Allahdan qoruyan nə bir dost, nə də bir köməkçi tapılar....
Bəqərə Suresi, 124. Ayet:
Vaxtilə Rəbbi İbrahimi bir neçə sözlə sınağa çəkmişdi. O da onları tamamilə yerinə yetirdi. Allah dedi
:
“Mən səni insanlara imam (dini rəhbər) təyin edəcəyəm!” (İbrahim
:
) “Nəslimdən də (dini rəhbərlər təyin et)!” - dedi. Allah
:
“Zalımlar Mənim əhdimə nail ola bilməzlər”, - buyurdu....
Bəqərə Suresi, 125. Ayet:
Vaxtilə evi (Kəbəni) insanlar üçün savab qazanma və əmin-amanlıq yeri etmişdik. Siz də İbrahimin dayandığı yeri (özünüz üçün) namazgah edin! İbrahimə və İsmailə
:
“Evimi (Kəbəni) təvaf edən, özünü ibadətə həsr edən (etikafda olan), rüku və səcdə edənlər üçün təmizləyin!” – deyə əmr etmişdik....
Bəqərə Suresi, 126. Ayet:
O zaman İbrahim demişdi
:
“Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi
:
“Kafirləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”...
Bəqərə Suresi, 127. Ayet:
Bir zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər
:
) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən!...
Bəqərə Suresi, 131. Ayet:
Rəbbi ona
:
“Təslim ol!” – deyən zaman, o
:
“Aləmlərin Rəbbinə təslim oldum!” - demişdi....
Bəqərə Suresi, 132. Ayet:
İbrahim və Yaqub da
:
“Ey oğullarım, həqiqətən, Allah sizin üçün bu dini seçmişdir. Ona görə də ancaq müsəlman olaraq can verin!” – deyərək bunu öz oğullarına vəsiyyət etdilər....
Bəqərə Suresi, 133. Ayet:
Yoxsa Yaqubun əcəli gəlib çatdığı zaman yanında idiniz?! O öz övladlarına
:
“Məndən sonra nəyə ibadət edəcəksiniz?” - dedikdə onlar
:
“Sənin ilahına və ataların İbrahim, İsmail və İshaqın tək ilahına ibadət edəcəyik. Biz Ona təslim olanlarıq!” - deyə cavab vermişdilər....
Bəqərə Suresi, 135. Ayet:
Onlar
:
“Doğru yolda olmaq üçün yəhudi və ya xaçpərəst olun!” - dedilər. De
:
“Əksinə, biz hənif olan (Allaha şərik qoşmayan) İbrahimin dinindəyik. O, Allaha şərik qoşanlardan deyildi”....
Bəqərə Suresi, 136. Ayet:
Belə deyin
:
“Allaha və bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun övladlarına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirmişik. Onlardan heç biri arasında fərq qoymuruq və biz Ona (Allaha) təslim olanlarıq!”...
Bəqərə Suresi, 138. Ayet:
(Ey möminlər, deyin ki
:
) Allahın rəngi (ilə boyandıq)! Allahdan daha gözəl rəngi olan kimdir?! Biz yalnız Ona ibadət edənlərik. (Zəməxşərinin təfsirində qeyd edildiyinə görə, xristianlar yeni doğulan uşaqlarını rəngli bir suya batırır və beləcə həmin uşağın xristianlığa girdiyinə inanırdılar. Buna görə də yuxarıdakı ayədə müsəlmanlara
:
“Biz Allahın rəngi ilə boyandıq!” – demələri tövsiyə olunmuşdur. Buradakı “rəng” ilə İslam dini nəzərdə tutulmuşdur.)...
Bəqərə Suresi, 139. Ayet:
De
:
“Allah haqqında bizimlə mübahisəmi edirsiniz? Halbuki O, bizim də, sizin də Rəbbinizdir. Bizim əməllərimiz bizə, sizin əməlləriniz isə sizə aiddir. Biz Ona təslim olanlarıq”....
Bəqərə Suresi, 140. Ayet:
Yoxsa İbrahim, İsmail, İshaq, Yaqub və onun övladlarının yəhudi, yaxud xaçpərəst olduqlarınımı deyirsiniz? De ki
:
“Siz daha yaxşı bilirsiniz, yoxsa Allah? Allah tərəfindən bildirilən bu şahidliyi (dəlili) gizlədən kimsədən daha zalım kim ola bilər? Allah gördüyünüz işlərdən xəbərsiz deyildir”....
Bəqərə Suresi, 142. Ayet:
Səfehlər
:
“Onları (müsəlmanları) üz tutduqları qiblələrindən döndərən nədir”? - deyəcəklər. De ki
:
“Şərq də, Qərb də Allahındır. O, dilədiyini doğru yola yönəldər”....
Bəqərə Suresi, 156. Ayet:
Onlara (səbir edənlərə) bir müsibət üz verdiyi zaman
:
“Biz Allaha məxsusuq və Ona qayıdacağıq!” – deyərlər....
Bəqərə Suresi, 167. Ayet:
Tabe olanlar isə belə deyəcəklər
:
“Əgər dünyaya qayıtmaq əlimizdə olsaydı, onlar (indi) bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq”. Beləcə, Allah onlara əməllərini peşmançılıqlarının səbəbi kimi göstərəcək və onlar cəhənnəmdən çıxa bilməyəcəklər....
Bəqərə Suresi, 170. Ayet:
Onlara
:
“Allahın nazil etdiyinə tabe olun!” – deyiləndə onlar
:
“Xeyr, biz atalarımızın yolunu izləyirik!” - deyərlər. Bəs, əgər ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?!...
Bəqərə Suresi, 186. Ayet:
Qullarım Məni səndən soruşsalar, (de ki
:
) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman gətirsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Rəvayətə görə, bədəvi bir ərəb Həzrət Peyğəmbərdən (s.ə.s.)
:
“Rəbbimiz yaxındır yoxsa uzaq? Yaxındırsa, pıçıldayaraq Ona dua edək, yox əgər uzaqdırsa bağıraq!” – deyə soruşmuş, bundan sonra yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə Allah iman gətirib ixlasla itaət edənlərin duaları...
Bəqərə Suresi, 189. Ayet:
Səndən yeni doğan aylar (hilallar) barəsində soruşurlar. De ki
:
“Onlar insanlar və həcc üçün vaxt ölçüləridir”. Yaxşı əməl evlərinizə arxa tərəfdən girməyiniz deyildir. Yaxşı əməl pis işlərdən çəkinməkdir. Evlərə qapılarından daxil olun və Allahdan qorxun ki, bəlkə nicat tapasınız! (Əvvəllər ərəblər həcc ziyarətindən qayıtdıqları zaman evlərinə qapıdan deyil, evin arxasından girər və bunda bir xeyir olduğunu düşünərdilər. Yuxarıdakı ayə bu batil inancın əsassız olduğunu bildirir.)...
Bəqərə Suresi, 200. Ayet:
Həcc ibadətlərinizi qurtardığınız zaman (keçmişdə) atalarınızı yad etdiyiniz kimi, hətta ondan da güclü şəkildə Allahı yad edin! İnsanlardan eləsi var ki
:
“Ey Rəbbimiz, bizə bu dünyada ver!” – deyər. Beləsinin axirətdə heç bir nəsibi yoxdur....
Bəqərə Suresi, 201. Ayet:
Onlardan eləsi də var ki
:
“Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” - deyər....
Bəqərə Suresi, 206. Ayet:
Ona
:
“Allahdan qorx!” – deyildikdə lovğalıq onu günaha vadar edər. Ona cəhənnəm kifayətdir. Ora nə pis məskəndir!...
Bəqərə Suresi, 214. Ayet:
Yoxsa sizdən əvvəl gəlib keçənlərin (başına gələnlərin) bənzəri sizin başınıza gəlməmiş cənnətə daxil olacağınızımı güman edirsiniz? Onlara elə fəlakət və sıxıntı dəymiş və elə sarsılmışdılar ki, hətta peyğəmbər və onunla birlikdə iman gətirənlər
:
“Allahın köməyi nə zaman gələcəkdir?” - demişdilər. Bilin ki, Allahın köməyi yaxındır!...
Bəqərə Suresi, 215. Ayet:
Səndən nə infaq edəcəklərini soruşurlar. De ki
:
“Malınızdan verəcəyiniz hər bir xeyir (sədəqə) ata-anaya, qohumlara, yetimlərə, miskinlərə və yolda qalanlara məxsusdur”. Şübhəsiz ki, Allah etdiyiniz hər bir xeyirli işi biləndir....
Bəqərə Suresi, 217. Ayet:
Səndən haram ayda döyüşmək haqqında soruşurlar. De ki
:
“O ayda döyüşmək böyük günahdır. Ancaq Allahın yolundan döndərmək, Onu inkar etmək, Məscidi-harama girməyə mane olmaq və əhalisini oradan çıxarmaq Allah dərgahında daha böyük günahdır. Fitnə isə öldürməkdən daha böyük günahdır. Onlar bacarsalar, sizi dininizdən döndərənə qədər sizinlə vuruşmağa davam edəcəklər. Sizdən kim öz dinindən dönüb kafir olaraq ölərsə, onların əməlləri dünya və axirətdə puça çıxar və onlar cəhənnəm əhlidirlər. Onlar ...
Bəqərə Suresi, 219. Ayet:
Səndən içki və qumar haqqında soruşurlar. De
:
“Onlarda həm böyük günah, həm də insanlar üçün müəyyən faydalar vardır. Günahları isə faydalarından daha böyükdür”. Bir də səndən nə infaq edəcəklərini soruşurlar. De ki
:
“Ehtiyacınızdan artıq qalanını!” Allah ayələri sizə bu cür bəyan edir ki, bəlkə, düşünəsiniz....
Bəqərə Suresi, 220. Ayet:
Dünya və axirət barəsində (düşünün)! Səndən yetimlər haqqında da soruşurlar. De ki
:
“Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah fitnə-fəsad törədəni yaxşılıq edəndən ayırd edir. Əgər Allah istəsəydi, əlbəttə, sizi əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət və hikmət sahibidir....
Bəqərə Suresi, 222. Ayet:
Səndən aybaşı barəsində də soruşurlar. De ki
:
“O, əziyyətli bir haldır. Aybaşı vaxtı qadınlardan uzaq durun və təmizlənənə qədər onlara yaxınlaşmayın! Təmizləndiklərində isə, Allahın sizə əmr etdiyi yerdən onlara yaxınlaşın!” Şübhəsiz ki, Allah çox tövbə edənləri və təmizlənənləri sevir....
Bəqərə Suresi, 243. Ayet:
Sayları minlərlə olduğu halda ölüm qorxusu ilə öz yurdlarından çıxıb gedənləri görmədinmi?! Allah onlara
:
“Ölün!” - dedi. Sonra onları diriltdi. Həqiqətən, Allah insanlara qarşı lütüfkardır, lakin insanların çoxu şükür etməz. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, keçmişdə yəhudi qövmündən olan bir qrup insan məmləkətlərində Taun xəstəliyi yayıldığı üçün ölüm qorxusu ilə öz məmləkətlərini tərk etmişdilər. Allah-Təala da onları qaçıb getdikləri yerdə öldürmüş və insanlara ibrət olsun deyə t...
Bəqərə Suresi, 246. Ayet:
Musadan sonra İsrail oğullarından bir dəstəni görmədinmi?! Onlar öz peyğəmbərlərinə demişdilər
:
“Bizə bir hökmdar göndər ki, (onun rəhbərliyində) Allah yolunda vuruşaq!” O da
:
“Vuruşmaq sizə əmr olunduğu zaman bəlkə vuruşmadınız?!” - dedi. Onlar
:
“Bizə nə olub ki, Allah yolunda vuruşmayaq. Yurdumuzdan çıxarılmışıq və övladlarımızdan (ayrı düşmüşük)”, - dedilər. Vuruşmaq onlara vacib edilən zaman onlardan az bir qismi istisna olmaqla, (döyüşdən) üz çevirdilər. Allah zalımları çox yaxşı tanıyır....
Bəqərə Suresi, 247. Ayet:
Peyğəmbərləri onlara dedi
:
“Allah Talutu sizə hökmdar göndərdi”. Onlar belə dedilər
:
“O bizə necə hökmdar ola bilər? Axı, biz hökmdarlığa ondan daha layiqik. Ona çoxlu mal-mülk də verilməyib”. O (Peyğəmbər) dedi
:
“Həqiqətən, Allah sizin üçün onu seçdi, elm və bədəncə gücləndirdi. Allah Öz hökmranlığını dilədiyinə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir!”...
Bəqərə Suresi, 248. Ayet:
Peyğəmbərləri onlara belə dedi
:
“Onun hökmdarlığının əlaməti (Musaya verilən) sandığın sizə gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik, həmçinin Musa və Harun nəslinin arxada qoyduğu qalıntılar vardır. Onu mələklər gətirəcək. Əgər inanırsınızsa, bunda sizin üçün bir dəlil vardır”. (Rəvayətə görə, bu ayədə bəhs olunan sandığı Həzrət Musa müharibə vaxtı ordunun önündə aparar və beləcə, əsgərlərin əhval-ruhiyyəsi yüksələrdi. Ordu zəiflədikdən sonra bu sandıq düşmənləri olan Calutun əlinə ke...
Bəqərə Suresi, 249. Ayet:
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi
:
“Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra
:
“Bu gün Calut və onun qoşununa qarşı bizim gücümüz yoxdur”, - dedilər. Allaha qovuşacaqlarına inananlar isə belə dedilər
:
“Sayca az olan neçə-neçə dəstələr Al...
Bəqərə Suresi, 250. Ayet:
Onlar Calut və əsgərləri ilə qarşılaşdıqları zaman
:
“Ey Rəbbimiz, bizim üzərimizə səbir yağdır, ayaqlarımıza qüvvət ver və kafir qövmə qarşı bizə yardım et!” - dedilər....
Bəqərə Suresi, 258. Ayet:
Allah İbrahimə hökmranlıq verdiyinə görə Rəbbi barəsində onunla (İbrahimlə) mübahisə edən şəxsi (Nəmrudu) görmədinmi? O zaman İbrahim demişdi
:
“Mənim Rəbbim dirildir və öldürür”. O da
:
“Mən də dirildir və öldürürəm”, – demişdi. İbrahim
:
“Şübhəsiz ki, Allah Günəşi şərqdən gətirir. Sən də onu qərbdən gətir!” – demiş, həmin vaxt o kafir donub qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz!...
Bəqərə Suresi, 259. Ayet:
Yaxud xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin (Üzeyir əleyhissalamın xəbərini eşitmədinmi)? O demişdi
:
“Allah buranı ölümündən sonra necə dirildəcək?” Beləcə, Allah onu yüz illiyinə öldürdü. Sonra onu diriltdi və
:
“Nə qədər (yatıb) qaldın?” - dedi. O dedi
:
“Bir gün, yaxud bir gündən də az qaldım”. (Allah ona) dedi
:
“Əksinə, yüz il qalmısan. Yeməyinə və suyuna bax, hələ də xarab olmayıb. Bir də uzunqulağına bax (ölüb və sadəcə sümükləri qalıb)! Səni insanlar üçün ibrət dərsi etmək...
Bəqərə Suresi, 260. Ayet:
Bir vaxt İbrahim demişdi
:
“Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” (Allah ona)
:
“İnanmırsanmı?” – dedi. (İbrahim) dedi
:
“Bəli (inanıram), lakin ürəyimin rahat olması üçün (soruşdum)”. (Allah) dedi
:
“Dörd cür quş götür və onları özünə öyrəşdir. Sonra (onları tikə-tikə doğrayaraq) hər dağın üzərinə onlardan bir parça qoy. Sonra da onları çağır. Onlar tez sənin yanına gələcəklər. Bil ki, Allah yenilməz qüvvət və hikmət sahibidir!”...
Bəqərə Suresi, 275. Ayet:
Faiz yeyənlər (qəbirlərindən), şeytan vurmuş kimsənin qalxdığı kimi qalxacaqlar. Bu ona görədir ki, onlar
:
“Əlbəttə, alış-veriş də faiz kimidir!” - demişdilər. Halbuki, Allah alış-verişi halal, faizi isə haram etmişdir. (Bundan sonra) kimə Rəbbindən bir nəsihət gələr və (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər, faizlər) özünə qalar (bağışlanar). Onun işi (hesaba çəkilməsi) Allaha qalmışdır. Kim (yenidən sələmçiliyə) qayıdarsa, onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar....
Bəqərə Suresi, 285. Ayet:
Peyğəmbər və möminlər, Rəbbindən ona nazil edilənə (Qurana)iman gətirmişlər. Onların hamısı Allaha, mələklərinə, kitablarına və peyğəmbərlərinə iman gətirmişlər. Biz Onun peyğəmbərlərindən heç biri arasında fərq qoymuruq. Onlar belə demişdilər
:
“Eşitdik və itaət etdik! Ey Rəbbimiz, bizi bağışla! Qayıdış Sənədir!”...
Tövbə Suresi, 24. Ayet:
De
:
“Əgər atalarınız, oğullarınız, qardaşlarınız, zövcələriniz, qohumlarınız, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət və xoşunuza gələn məskənlər sizin üçün Allahdan, Onun Peyğəmbərindən və Onun yolunda cihad etməkdən daha sevimlidirsə, o zaman Allah Öz əmrini gətirənə qədər gözləyin! Allah fasiqlər qövmünü doğru yola yönəltməz....
Tövbə Suresi, 25. Ayet:
Həqiqətən, bir çox yerdə, həmçinin Hüneyn günü (baş verən döyüşdə) Allah sizə yardım etmişdi. O zaman çoxluğunuz xoşunuza gəlmiş, ancaq bu sizə heç bir fayda verməmişdi. Genişliyinə rəğmən yer üzü sizə dar gəlmiş, sonra da geri dönmüşdünüz. (Məkkənin fəthindən sonra on iki minlik müsəlman ordusu Həvazin və Saqif qəbilələrinin üstünə hücum etmişdi. İslam ordusunun sayca çoxluğunu görən bəzi müsəlmanlar öz aralarında
:
“Bu ordu artıq məğlub olmaz!” - deyərək qürurlanmışdılar. Ancaq Hüneyn vadisində...
Tövbə Suresi, 30. Ayet:
Yəhudilər
:
“Üzeyr Allahın oğludur”, - dedilər. Xristianlar da
:
“Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağızları ilə söylədiyi bu sözlər daha əvvəl kafir olmuş kimsələrin sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (haqq yoldan) döndərilirlər....
Tövbə Suresi, 35. Ayet:
(Bu qızıl və gümüşlər) cəhənnəm odunda qızdırılıb bunlarla alınları, böyürləri və belləri dağlanacağı gün (onlara belə deyilər
:
) “Bu, özünüz üçün yığdığınız şeylərdir. Ona görə də yığdıqlarınızı (yığdıqlarınıza görə verilən əzabı) dadın!”...
Tövbə Suresi, 40. Ayet:
Əgər siz ona (Peyğəmbərə) yardım etməsəniz, (bilin ki,) kafirlər ikinin ikincisini (Sövr mağarasına sığınan iki nəfərdən biri olan Peyğəmbəri Məkkədən) çıxartdıqları zaman Allah ona yardım etmişdi. İkisi mağarada ikən o, öz dostuna (Əbu Bəkrə)
:
“Kədərlənmə! Şübhəsiz ki, Allah bizimlə bərabərdir”, - deyirdi. Beləcə, Allah ona əminlik verdi, sizin görmədiyiniz əsgərlərlə (mələklərlə) onu dəstəklədi və kafirlərin sözünü alçaltdı. Allahın sözü isə ucadır. Allah yenilməz qüvvət və hikmət sahibidir. (...
Tövbə Suresi, 42. Ayet:
Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar
:
“Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə) çıxardıq”, - deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar....
Tövbə Suresi, 46. Ayet:
Əgər onlar (cihada) çıxmaq istəsəydilər, əlbəttə, ona hazırlıq görərdilər. Lakin Allah onların çıxmalarını istəmədi. Buna görə də onlara mane oldu. (Onlara
:
) “(Evlərində) oturanlarla birlikdə oturun!” - deyildi....
Tövbə Suresi, 49. Ayet:
Onlardan elələri də var ki
:
“Mənə (döyüşə getməməyə) izin ver və məni fitnəyə (günaha) salma!” - deyir. Bilin ki, onsuz da onlar fitnəyə düşüblər. Həqiqətən, cəhənnəm kafirləri mütləq bürüyəcəkdir! (Həzrət Peyğəmbər Təbük döyüşü üçün hazırlıq görərkən Cəd ibn Qeysə
:
“Ey Əbu Vəhb! Əsfər oğullarından kölə və xidmətçilərin olsun istəyirsənmi?” – deyə sual verdi. O da
:
“Ey Allahın Rəsulu! Qövmüm bilir ki, mən qadınlara meyilli biriyəm. Qorxuram ki, Əsfər oğullarının qızlarını görüncə özümü saxlaya b...
Tövbə Suresi, 50. Ayet:
Əgər sənə bir xeyir dəyərsə, bu, onları kədərləndirər. Əgər sənə bir müsibət üz verərsə, onlar
:
“Yaxşı ki, biz qabaqcadan tədbirimizi almışdıq”, - deyərlər və sevincək halda dönüb gedərlər....
Tövbə Suresi, 51. Ayet:
De
:
“Allahın bizim üçün təqdir etdiyindən başqası bizə üz verməz. O, bizim himayədarımızdır (yardımçımızdır). Ona görə də möminlər Allaha təvəkkül etsinlər!”...
Tövbə Suresi, 52. Ayet:
De
:
“Siz bizə iki yaxşılıqdan (qələbə çalmaq və şəhid olmaqdan) birinin gəlməsini gözləyirsiniz? Biz də Allahın Öz dərgahından və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözləyirik. Ona görə də gözləyin! Biz də sizinlə birlikdə gözləyirik”....
Tövbə Suresi, 53. Ayet:
De
:
“Malınızı istər könüllü, istərsə də könülsüz xərcləyin, (bu sədəqələr) sizdən qəbul olunmayacaqdır. Çünki siz fasiq (haqq yoldan çıxmış) bir tayfa oldunuz....
Tövbə Suresi, 59. Ayet:
Əgər onlar Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb
:
“Allah bizə yetər. Allah da bizə Öz lütfündən verəcək, Onun Peyğəmbəri də. Həqiqətən, biz Allahdan istəyirik!” - desəydilər (bu, onlar üçün daha yaxşı olardı)....
Tövbə Suresi, 61. Ayet:
Onların (münafiqlərin) arasında
:
“O, hər deyilənə qulaq asandır!” - deyərək Peyğəmbəri incidənlər də var. De ki
:
“O, sizin üçün xeyirli olana qulaq asandır. O, Allaha iman gətirir, möminlərə inanır və O, sizdən iman gətirənlər üçün bir rəhmətdir”. Allahın Peyğəmbərinə əziyyət verən kimsələr üçün acı bir əzab vardır....
Tövbə Suresi, 64. Ayet:
Münafiqlər qəlblərində olan şeyləri özlərinə xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De
:
“Siz istehza edin! Şübhəsiz ki, Allah çəkindiyiniz şeyləri ortaya çıxaracaqdır”....
Tövbə Suresi, 65. Ayet:
Əgər onlardan (nə üçün istehza etdiklərini) soruşsan
:
“Sadəcə olaraq başımız söhbətə qarışıb zarafatlaşırdıq”, - deyərlər. De ki
:
“Allaha, Onun ayələrinə və Peyğəmbərinəmi istehza edirsiniz?...
Tövbə Suresi, 66. Ayet:
Üzr istəməyin! Siz iman gətirdikdən sonra (təkrar) kafir oldunuz. Sizdən (tövbə edən) bir qrupu bağışlasaq belə, bir qrupu da günahkar olduqlarına görə cəzalandıracağıq”. (Rəvayətə görə, Həzrət Peyğəmbər Təbük səfərinə çıxarkən bir qrup münafiq Peyğəmbəri ələ salmaq üçün belə dedilər
:
“Buna baxın! Şam saraylarını fəth etmək istəyir. O hara, Şam saraylarını fəth etmək hara!” Onların bu hərəkətləri vəhy yolu ilə Həzrət Peyğəmbərə bildirildi. Münafiqlər çağırılıb onların nə üçün belə etdikləri soru...
Tövbə Suresi, 75. Ayet:
Onlardan bəzisi də
:
“Əgər Allah bizə Öz lütfündən (mal-mülk) verərsə, mütləq sədəqə verəcək və əməlisalehlərdən olacağıq”, - deyə Allaha söz verdilər....
Tövbə Suresi, 81. Ayet:
Allahın Peyğəmbərinə qarşı çıxaraq arxada qalanlar (səfərə çıxmayıb evdə) oturmalarına sevindilər. Onlar Allah yolunda malları və canları ilə cihad etməkdən xoşlanmadılar və
:
“İstidə döyüşə çıxmayın!” - dedilər. De
:
“Cəhənnəm odu daha istidir”. Kaş biləydilər!...
Tövbə Suresi, 83. Ayet:
Əgər Allah səni onlardan bir dəstənin yanına qaytarsa və səndən (başqa bir döyüşə) çıxmaq üçün izin istəsələr, de ki
:
“Mənimlə əsla (döyüşə) çıxmayacaq və heç bir düşmənə qarşı döyüşməyəcəksiniz! Çünki siz birinci dəfə (Təbük səfərində evdə) oturmağa razı oldunuz. Ona görə də arxada qalanlarla birlikdə (evinizdə) oturun!”...
Tövbə Suresi, 86. Ayet:
“Allaha iman gətirin və Onun Peyğəmbəri ilə bərabər cihad edin!” - deyə bir surə nazil edildiyi zaman onlardan sərvət sahibi olanlar səndən izin istəyər və
:
“Qoy biz (evdə) oturanlarla birlikdə qalaq!” - deyərlər....
Tövbə Suresi, 92. Ayet:
Minik təmin etməyin üçün sənin yanına gəldiklərində
:
“Sizi mindirməyə bir heyvan tapa bilmirəm”, - dediyin zaman xərcləyəcək bir şey tapa bilmədikləri üçün kədərdən gözlərindən yaş axa-axa geri dönən kimsələrə də (günah və qınaq) yoxdur. (Səhabələrdən çox kasıb olan bir qrup müsəlman Təbük səfərinə qatılmaq istəmiş, ancaq səfər üçün yemək, paltar və minik tapa bilməmişdilər. Bunları təmin etməsi üçün Həzrət Peyğəmbərə müraciət etdilər. Həzrət Peyğəmbər də onların ehtiyaclarını təmin edə bilmədik...
Tövbə Suresi, 94. Ayet:
(Döyüşdən) onların yanına qayıtdığınız zaman sizə üzrxahlıq edəcəklər. De
:
“Üzr istəməyin! Biz sizə inanmayacağıq. Çünki Allah sizin xəbərlərinizi bizə bildirmişdir. Sizin əməlinizi Allah da, Onun Peyğəmbəri də görəcəkdir. Sonra qeybi də, aşkarı da bilən Allaha qaytarılacaqsınız və O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”....
Tövbə Suresi, 103. Ayet:
Onların mallarından sədəqə al! Bununla onları (günahlardan) təmizləmiş və pak etmiş olarsan. Onlar üçün dua et! Şübhəsiz, sənin duan onlar üçün bir təskinlikdir. Allah hər şeyi eşidəndir, biləndir. (Təbük səfərinə qatılmayan bir dəstə müsəlman xətalarını anlayıb peşman olmuşdular. Buna görə də özlərini məscidin dirəklərinə bağlayaraq and içdilər ki, Allah və Rəsulu iplərini açmadıqca onlar da açmayacaqlar. Həzrət Peyğəmbər Mədinəyə qayıtdığı zaman onların vəziyyətini öyrəndikdə
:
“Onlar barəsində...
Tövbə Suresi, 105. Ayet:
De
:
“(İstədiyinizi) edin! Allah, Peyğəmbəri və möminlər əməllərinizi görəcəklər. Siz qeybi də, aşkarı da bilən Allahın hüzuruna qaytarılacaqsınız. O, etdiyiniz əməlləri sizə xəbər verəcəkdir”....
Tövbə Suresi, 107. Ayet:
(Münafiqlərin arasında möminlərə) zərər vermək, haqqı inkar etmək, möminlərin arasını vurmaq və əvvəllər Allaha və Peyğəmbərinə qarşı vuruşanları hazırlamaq üçün məscid tikən və
:
“Biz (bununla) yalnız yaxşılıq etmək istədik!” - deyə and içənlər var. Halbuki, Allah onların həqiqətən yalançı olduqlarına şahidlik edər....
Tövbə Suresi, 124. Ayet:
Bir surə nazil edildiyi zaman onlardan bəziləri
:
“Bu sizin hansınızın imanını artırdı?” - deyərlər. Möminlərə gəldikdə, bu surə onların imanını artırar və onlar sevinərlər....
Tövbə Suresi, 127. Ayet:
Bir surə nazil edildiyi zaman onlar bir-birinə baxıb
:
“Sizi görən varmı?” – deyər, sonra da aradan çıxarlar. Onlar (haqqı) anlamayan bir qövm olduqları üçün Allah onların qəlblərini (haqdan) döndərmişdir....
Tövbə Suresi, 129. Ayet:
(Ey Peyğəmbər!) Əgər onlar (haqdan) üz döndərsələr, de ki
:
“Mənə Allah yetər! Ondan başqa heç bir ilah yoxdur. Mən Ona təvəkkül etmişəm. O, böyük ərşin sahibidir”....
Yunus Suresi, 2. Ayet:
Onlardan birinə
:
“İnsanları xəbərdar et və iman gətirənləri müjdələ ki, onlar üçün Rəbbi yanında bir doğruluq məqamı vardır”, - deyə vəhy etməyimiz insanlara təəccüblümü gəldi?! Kafirlər
:
“Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır”, - dedilər....
Yunus Suresi, 10. Ayet:
Onların oradakı duası
:
“Ey Allahım, Sən pak və müqəddəssən!”, salamlaşmaları
:
“Salam!”, dualarının sonu isə
:
“Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusudur!” sözləridir....
Yunus Suresi, 15. Ayet:
(Öldükdən sonra) bizimlə qarşılaşacaqlarına ümid etməyənlər özlərinə ayələrimiz açıq-aydın oxunduğu zaman
:
“Ya bundan başqa bir Quran gətir, ya da onu dəyişdir!” - deyirlər. De ki
:
“Onu özbaşıma dəyişməyim mənə yaraşmaz. Mən ancaq mənə gələn vəhyə tabe oluram. Rəbbimə asi olacağım təqdirdə, həqiqətən, böyük günün əzabından qorxaram”....
Yunus Suresi, 16. Ayet:
De
:
“Əgər Allah diləsəydi, onu sizə oxumazdım və (Allah) onu sizə bildirməzdi. Mən (Quran nazil edilməzdən) əvvəl də sizin aranızda ömür sürmüşəm. Yenə də dərk etmirsinizmi?”...
Yunus Suresi, 18. Ayet:
Onlar Allahı qoyub özlərinə nə bir xeyir, nə də bir zərər verə bilən bütlərə ibadət edir və
:
“Bunlar, Allah dərgahında bizim şəfaətçilərimizdir!” - deyirlər. De ki
:
“ Siz Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz? Allah onların şərik qoşduğu şeylərdən uzaq və ucadır!”...
Yunus Suresi, 20. Ayet:
Onlar
:
“Ona (Mühəmmədə) Rəbbindən bir möcüzə nazil edilməli deyildimi?!” - deyirlər. De ki
:
“Qeyb yalnız Allaha məxsusdur. Ona görə də gözləyin! Şübhəsiz, mən də sizinlə birlikdə gözləyirəm”....
Yunus Suresi, 21. Ayet:
Başlarına gələn müsibətdən sonra insanlara bir rəhmət (rahatlıq) dadızdırsaq, yenə ayələrimiz barəsində onların bir hiyləsi olar. De ki
:
“Allahın hiyləsi daha sürətlidir”. Şübhəsiz, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar”. (Bu ayə Məkkə əhalisi haqqında nazil olmuşdur. Rəvayət olunduğuna görə, Məkkəyə yeddi il yağış yağmadı. Quraqlığa görə qıtlıq və xəstəliklər baş verdi və bunun nəticəsində bir çox insan və heyvan məhv oldu. Nəhayət, Allah-Təala ora bol yağış yağdırdı və Məkkə tək...
Yunus Suresi, 22. Ayet:
Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında
:
“Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər....
Yunus Suresi, 28. Ayet:
O gün onların hamısını bir yerə toplayacağıq, sonra da müşriklərə
:
“Siz və qoşduğunuz şəriklər, öz yerinizə (keçin)!” - deyəcəyik. Beləcə onları (möminlərdən) ayıracağıq. Qoşduqları şəriklər isə belə deyəcəklər
:
“Siz bizə ibadət etmirdiniz....
Yunus Suresi, 31. Ayet:
De
:
“Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqların və gözlərin sahibi kimdir? Ölüdən dirini, diridən də ölünü çıxardan kimdir? Hər cür işi nizamlayan kimdir?” Onlar
:
“Allah!” - deyə cavab verəcəklər. O zaman de ki
:
“Elə isə Allahdan çəkinmirsinizmi?!...
Yunus Suresi, 34. Ayet:
De
:
“Qoşduğunuz şəriklərin arasında bir canlını yoxdan yaradıb, (ölümündən) sonra onu dirildə bilən varmı?” De ki
:
“Allah bir canlını yoxdan yaradır, (ölümündən) sonra da onu dirildir. Elə isə necə (haqdan) döndərilirsiniz?”...
Yunus Suresi, 35. Ayet:
De
:
“Qoşduğunuz şəriklərin arasında haqq yola yönəldən biri varmı?” De
:
“Allah haqq yola yönəldir. Elə isə doğru yola yönəldənmi tabe olunmağa daha çox layiqdir, yoxsa doğru yol göstərilməyincə doğru yolu tapa bilməyənmi? Sizə nə olub? Siz necə hökm verirsiniz?”...
Yunus Suresi, 38. Ayet:
Yoxsa onlar
:
“(Mühəmməd) onu özündən uydurdu!” - deyirlər? De ki
:
“Əgər haqlısınızsa, Allahdan başqa bacardığınız kimsələri (köməyə) çağırın və siz də ona bənzər bir surə gətirin!”...
Yunus Suresi, 41. Ayet:
Əgər səni yalanlasalar, de ki
:
“Mənim əməlim mənə, sizin əməliniz də sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam!”...
Yunus Suresi, 48. Ayet:
Onlar
:
“Əgər doğru söyləyirsinizsə, vəd olunan bu əzab nə vaxt gələcək?” - deyirlər....
Yunus Suresi, 49. Ayet:
De ki
:
“Allahın istədiyi istisna olmaqla, mən özümə belə nə bir zərər, nə də bir xeyir verə bilərəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəlib çatan zaman nə bir an geri qala bilər, nə də irəli keçə bilərlər”....
Yunus Suresi, 50. Ayet:
De
:
“Deyin görək, əgər Onun əzabı sizə gecə, yaxud gündüz gələrsə, nə edərsiniz? Nəyə görə günahkarlar əzabın tez gəlməsini istəyirlər?!...
Yunus Suresi, 52. Ayet:
Sonra (şirk qoşaraq özlərinə) zülm edənlərə
:
“Dadın əbədi əzabı! Siz ancaq qazandıqlarınıza görə cəzalandırılacaqsınız!” - deyiləcəkdir....
Yunus Suresi, 53. Ayet:
Səndən
:
“O (əzab və axirət) həqiqətdirmi?” - deyə məlumat istəyirlər. De ki
:
“Bəli, Rəbbimə and olsun ki, o həqiqətdir və siz ona mane ola bilməzsiniz!”...
Yunus Suresi, 58. Ayet:
De
:
“Allahın lütfü (İslam) və mərhəməti (Quran) ilə - məhz bunlarla sevinsinlər. Bu, onların (dünyada) yığdıqlarından daha xeyirlidir”....
Yunus Suresi, 59. Ayet:
De
:
“Allahın sizə bəxş etdiyi ruzilərin bir qismini haram, bir qismini isə halal etməyiniz barədə nə deyirsiniz? De ki
:
“(Bunu etməyə) Allah sizə izin verdi, yoxsa siz Allaha iftira yaxırsınız?”...
Yunus Suresi, 69. Ayet:
De
:
“Şübhəsiz, Allaha böhtan atanlar nicat tapa bilməzlər!”...
Yunus Suresi, 71. Ayet:
Onlara Nuhun xəbərini oxu! Vaxtilə o öz qövmünə demişdi
:
“Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, bilin ki, mən Allaha təvəkkül edirəm. Siz də şəriklərinizlə birlikdə işinizi qərarlaşdırın. Sonra işiniz başınıza dərd olmasın. Sonra haqqımda verdiyiniz hökmü icra edin və mənə heç möhlət də verməyin!...
Yunus Suresi, 76. Ayet:
Tərəfimizdən onlara haqq gəldiyi zaman
:
“Şübhəsiz, bu açıq-aşkar bir sehrdir!” - dedilər....
Yunus Suresi, 77. Ayet:
Musa
:
“Sizə haqq gəldiyi zaman onun barəsində beləmi deyirsiniz? Bu sehrdirmi? Halbuki sehrbazlar nicat tapmazlar!” - dedi....
Yunus Suresi, 78. Ayet:
Onlar dedilər
:
“Bizi atalarımızın yolundan döndərəsiniz və yer üzündə hökmranlıq ikinizə qalsın deyəmi gəldiniz? Halbuki biz sizə iman gətirəsi deyilik”....
Yunus Suresi, 79. Ayet:
Firon dedi
:
“Bütün bilikli sehrbazları yanıma gətirin!”...
Yunus Suresi, 80. Ayet:
Sehrbazlar gəldiyi zaman Musa onlara
:
“Siz atacağınız şeyləri (sehr alətlərini) atın!” – dedi....
Yunus Suresi, 81. Ayet:
Onlar (əllərindəki ipləri yerə) atdıqları zaman Musa dedi
:
“Sizin etdiyiniz sehrdir. Şübhəsiz ki, Allah onu boşa çıxaracaqdır. Həqiqətən, Allah fitnə-fəsad törədənlərin əməlini islah etməz....
Yunus Suresi, 84. Ayet:
Musa dedi
:
“Ey qövmüm, əgər Allaha iman gətirib təslim olmusunuzsa, yalnız Ona təvəkkül edin!”...
Yunus Suresi, 85. Ayet:
Onlar da belə dedilər
:
“Biz Allaha təvəkkül etdik. Ey Rəbbimiz, bizi zalımların sınağına çevirmə!...
Yunus Suresi, 87. Ayet:
Musaya və qardaşına
:
“(Təhlükəsizlik məqsədilə) qövmünüz üçün Misirdə evlər hazırlayın və evlərinizi namazgah edin! Namazı düzgün qılın və (ey Musa!) möminləri müjdələ!” - deyə vəhy etdik....
Yunus Suresi, 88. Ayet:
Musa dedi
:
“Ey Rəbbimiz! Sən Firona və qövmünə dünya həyatında zinət və mal-mülk vermisən. Ey Rəbbimiz! (İnsanları) sənin yolundan azdırsınlar deyəmi (verdin)? Ey Rəbbimiz! Onların mal-mülkünü yox et və qəlblərini elə sərtləşdir ki, şiddətli əzabı görməyincə iman gətirməsinlər!”...
Yunus Suresi, 89. Ayet:
Allah buyurdu
:
“İkinizin də duası qəbul olunmuşdur. Ona görə də haqq yolunda möhkəm olun və bilməyənlərin yolundan getməyin!”...
Yunus Suresi, 90. Ayet:
İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onları izlədilər. Nəhayət, Firon boğularkən dedi
:
“Mən İsrail oğullarının inandığı ilahdan başqa bir ilah olmadığına iman gətirdim. Mən də müsəlmanlardanam!”...
Yunus Suresi, 101. Ayet:
De
:
“Bir baxın, göylərdə və yerdə nələr var! Lakin iman gətirməyən bir qövmə dəlillər və xəbərdarlıqlar fayda verməz....
Yunus Suresi, 102. Ayet:
Onlar özlərindən əvvəl gəlib-keçmiş kimsələrin (əzablı) günlərinin bir bənzərinimi gözləyirlər?” De
:
“Elə isə gözləyin! Əlbəttə, mən də sizinlə birlikdə gözləyirəm”....
Yunus Suresi, 104. Ayet:
De
:
“Ey insanlar! Əgər mənim dinimə şübhə edirsinizsə, bilin ki, mən Allahı qoyub sizin ibadət etdiklərinizə ibadət etmərəm. Lakin sizin canınızı alan Allaha ibadət edərəm. Mənə, iman gətirənlərdən olmağım əmr olunmuşdur....
Yunus Suresi, 108. Ayet:
De
:
“Ey insanlar! Rəbbinizdən sizə haqq (Quran) gəlmişdir. Artıq kim doğru yolu tutarsa, bu onun lehinə olar, kim də (doğru yoldan) azarsa, bu onun əleyhinə olar. Mən sizə zamin deyiləm”....
Hud Suresi, 7. Ayet:
Hansınızın əməlinin daha gözəl olacağını sınamaq üçün göyləri və yeri altı gündə yaradan Odur. O zaman Onun ərşi su üzərində idi. Əgər sən
:
“Həqiqətən, siz öldükdən sonra dirildiləcəksiniz!” - desən, kafirlər mütləq
:
“Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir”, - deyəcəklər. (Ərş kainatdakı hər şeyi əhatə edən və mahiyyətini bilmədiyimiz bir şeydir.)...
Hud Suresi, 8. Ayet:
Əgər onlara gələcək əzabı az bir vaxta qədər gecikdirsək, şübhəsiz
:
“Ona mane olan nədir?” - deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün onlardan dəf edilməyəcək və məsxərəyə qoyduqları əzab onları bürüyəcəkdir....
Hud Suresi, 10. Ayet:
Əgər dəyən zərərdən sonra ona bir nemət daddırsaq, mütləq
:
“Müsibətlər məndən sovuşdu”, - deyər və sevinib təkəbbürlənər....
Hud Suresi, 12. Ayet:
(Ey peyğəmbər!) Onların
:
“Ona bir xəzinə endirilməli, yaxud onunla birlikdə bir mələk gəlməli deyildimi?!” - demələri üzündən, bəlkə də, sənə gələn vəhyin bir hissəsini (təbliğ etməyi) tərk edəcəksən və buna görə ürəyin sıxılacaq. Sən ancaq xəbərdar edənsən. Allah hər şeyə vəkildir. (Müşriklər bəzən Həzrət Peyğəmbərdən göydən xəzinələr endirilməsini və ya onlara mələk göndərilməsini tələb edirdilər. Onların bu inadkar hərəkətləri Həzrət Peyğəmbəri çox kədərləndirirdi. Çünki onlara möcüzə gəlsə b...
Hud Suresi, 13. Ayet:
Yoxsa onlar
:
“Quranı özündən uydurdu!” - deyirlər?! De ki
:
“Əgər doğru deyirsinizsə, siz də Allahdan başqa kimi bacarırsınızsa, köməyə çağırın və onun kimi on surə uydurub gətirin!”...
Hud Suresi, 18. Ayet:
Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər?! Onlar (axirət günü) Rəbbinin hüzuruna gətiriləcəklər. Şahidlər də
:
“Bunlar Rəbbinə qarşı yalan söyləyənlərdir!” - deyəcəklər. Bilin ki, Allahın lənəti zalımlaradır....
Hud Suresi, 25. Ayet:
And olsun ki, Nuhu öz qövmünə elçi göndərdik. (Nuh belə demişdi
:
) “Mən sizi açıq-aydın xəbərdar edirəm!...
Hud Suresi, 27. Ayet:
Qövmünün kafir başçıları isə belə dedilər
:
“Biz sənin də bizim kimi adi bir insan olduğunu və yalnız aramızdakı avam olan səfillərin sənə tabe olduğunu görürük. Bizdən üstün bir cəhətinizi də görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”....
Hud Suresi, 28. Ayet:
Nuh dedi
:
“Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslanıramsa, Rəbbim mənə Öz dərgahından bir mərhəmət bəxş edibsə və o sizə gizli qalıbsa, istəmədiyiniz halda sizi ona məcbur edə bilərikmi?!...
Hud Suresi, 31. Ayet:
Mən sizə
:
“Allahın xəzinələri məndədir”, - demirəm. Mən qeybi də bilmirəm. Mələk olduğumu da söyləmirəm. Xor baxdığınız (iman gətirən) kimsələr barəsində
:
“Allah onlara heç bir xeyir verməyəcəkdir”, - demirəm. Allah onların qəlblərində olanı daha yaxşı bilir. Əgər belə etsəm, zalımlardan olaram”....
Hud Suresi, 32. Ayet:
Onlar
:
“Ey Nuh! Bizimlə mübarizə apardın və bizə qarşı mübarizəndə həddini aşdın. Əgər doğru söyləyirsənsə, bizi təhdid etdiyin əzabı gətir!” - dedilər....
Hud Suresi, 33. Ayet:
Nuh belə dedi
:
“İstədiyi vaxt yalnız Allah onu sizə gətirər və siz ona mane ola bilməzsiniz....
Hud Suresi, 35. Ayet:
Yoxsa onlar
:
“Onu özündən uydurdu!” - deyirlər?! De ki
:
“Əgər onu uydurmuşamsa, günahım mənə aiddir. Ancaq mən sizin işlədiyiniz günahlardan uzağam!”...
Hud Suresi, 36. Ayet:
Nuha belə vəhy olundu
:
“Qövmündən (indiyə kimi) iman gətirənlərdən başqası artıq iman gətirməyəcəkdir. Elə isə onların etdiklərinə görə kədərlənmə!...
Hud Suresi, 38. Ayet:
Nuh gəmini düzəldirdi. Qövmünün başçıları isə hər dəfə ona baş çəkdiklərində onu ələ salırdılar. Nuh demişdi
:
“Əgər bizi ələ salırsınızsa, bilin ki, siz bizi ələ saldığınız kimi biz də sizi ələ salacağıq....
Hud Suresi, 40. Ayet:
Nəhayət, əmrimiz gəlib yer üzünü su basdığı zaman Nuha dedik
:
“Heyvanların hər birindən bir cüt, (boğulacaqlarına dair) hökm verilmiş kimsələr istisna olmaqla, ailəni və iman gətirənləri gəmiyə mindir!” Onunla birlikdə çox az insan iman gətirmişdi....
Hud Suresi, 41. Ayet:
Nuh dedi
:
“Gəmiyə minin! Onun getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, mənim Rəbbim bağışlayandır, mərhəmətlidir!”...
Hud Suresi, 42. Ayet:
Gəmi onları dağlar kimi iri dalğaların arasında aparırdı. Nuh (gəmidən) uzaqda olan oğluna (Kənana)
:
“Oğlum, bizimlə birlikdə (gəmiyə) min və kafirlərlə birlikdə olma!” - deyə səsləndi. (Həzrət Nuhun oğlu Kənan iman gətirməmiş və atası möminləri gəmiyə mindirərkən o, minməkdən imtina etmişdi. Həzrət Nuhun digər oğulları olan Ham, Sam və Yafəs isə iman gətirmiş və gəmiyə minmişdilər.)...
Hud Suresi, 43. Ayet:
(Kənan) dedi
:
“Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh
:
“Bu gün Allahın əmrindən (əzabından) qoruyacaq heç kim yoxdur. Ancaq Onun rəhm etdiyi kimsələr istisnadır!” – dedi. Dalğa o ikisinin arasına girdi və o da boğulanlardan oldu....
Hud Suresi, 44. Ayet:
(Yerə və göyə) deyildi
:
“Ey yer, suyunu ud! Ey göy, yağışını saxla!” Su çəkildi və iş bitdi. Gəmi Cudi dağına oturdu və
:
“Zalımlar məhv olsun!” - deyildi....
Hud Suresi, 45. Ayet:
Nuh Rəbbinə səslənib dedi
:
“Ey Rəbbim! Oğlum mənim ailəmdəndir. Şübhəsiz, Sənin vədin də haqdır. Sən hakimlərin hakimisən (ən ədalətli hakimsən)!”...
Hud Suresi, 46. Ayet:
Allah buyurdu
:
“Ey Nuh! O sənin ailəndən deyildir. Çünki bu (onun etdiyi əməl), pis bir işdir. Ona görə də bilmədiyin bir şeyi Məndən istəmə! Sənə cahillərdən olmamağı tövsiyə edirəm”....
Hud Suresi, 47. Ayet:
Nuh dedi
:
“Ey Rəbbim! Şübhəsiz, bilmədiyim bir şeyi Səndən istəməkdən Sənə sığınıram. Əgər məni bağışlamaz və mənə rəhm etməzsən, ziyana uğrayanlardan olaram!”...
Hud Suresi, 48. Ayet:
(Allah tərəfindən) deyildi
:
“Ey Nuh! Sənə və səninlə birlikdə olan ümmətlərə bəxş etdiyimiz əmin-amanlıq və bərəkətlərlə gəmidən en! Dünyada dolanışıq verəcəyimiz, sonra da tərəfimizdən şiddətli bir əzabın toxunacağı ümmətlər də olacaqdır”....
Hud Suresi, 50. Ayet:
Ad qövmünə də qardaşları Hudu (peyğəmbər) göndərdik. O demişdi
:
“Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Siz yalnız (Allaha) böhtan atırsınız....
Hud Suresi, 53. Ayet:
Onlar dedilər
:
“Ey Hud! Sən bizə açıq-aşkar bir möcüzə gətirmədin. Biz sənin sözünlə ilahlarımızı tərk edən və sənə inanan deyilik!...
Hud Suresi, 54. Ayet:
Biz ancaq bunu deyə bilərik ki, ilahlarımızdan biri səni yaman pis çarpıb”. Hud dedi
:
“Mən Allahı şahid tuturam və siz də şahid olun ki, mən sizin qoşduğunuz şəriklərdən uzağam....
Hud Suresi, 61. Ayet:
Səmud qövmünə də qardaşları Salehi (peyğəmbər) göndərdik. O demişdi
:
“Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. O sizi torpaqdan yaratdı və orada sizi məskunlaşdırdı. Elə isə, Ondan bağışlanmağınızı diləyin və Ona tövbə edin! Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”....
Hud Suresi, 62. Ayet:
Onlar
:
“Ey Saleh! Bundan əvvəl sən bizim ümid bəslədiyimiz biri idin. Sən bizə atalarımızın ibadət etdiyi bütlərə sitayiş etməyi qadağanmı edirsən? Həqiqətən, sənin bizi dəvət etdiyin (din) barəsində şübhə içindəyik”, - dedilər....
Hud Suresi, 63. Ayet:
Saleh dedi
:
“Ey qövmüm! Deyin görək, əgər Rəbbimdən gələn açıq-aydın bir dəlilə əsaslansam, O mənə Öz tərəfindən bir mərhəmət (peyğəmbərlik) bəxş etsə və mən də Ona asi olsam, Allaha qarşı mənə kim yardım edə bilər?! Belə olan təqdirdə, siz mənə ziyandan başqa bir şey verməyəcəksiniz....
Hud Suresi, 65. Ayet:
Ancaq onlar dəvəni kəsdilər. Saleh
:
“Yurdunuzda üç gün daha yaşayıb kef çəkin! Bu, yalan olmayan bir vəddir”, - dedi....
Hud Suresi, 69. Ayet:
Elçilərimiz (mələklər) İbrahimə müjdə gətirib
:
“Salam!” - demişdilər. O da
:
“Salam!” - demiş və çox keçmədən (onlar üçün) qızardılmış bir buzov gətirmişdi....
Hud Suresi, 70. Ayet:
İbrahim onların əllərinin yeməyə uzanmadığını gördüyü zaman onlardan xoşu gəlmədi və onlara görə canına qorxu düşdü. Onlar
:
“Qorxma (biz mələyik)! Lut qövmünə göndərilmişik”, - dedilər....
Hud Suresi, 72. Ayet:
(Sara) dedi
:
“Vay halıma! Mən qoca bir qarı, bu ərim də yaşlı bir kişi ikən övladım ola bilərmi?! Həqiqətən, bu çox qəribədir!”...
Hud Suresi, 73. Ayet:
(Mələklər) dedilər
:
“Sən Allahın işinə təəccüblənirsən? Ey ev əhli, Allahın mərhəməti və bərəkəti sizinlə olsun! Şübhəsiz ki, Allah tərifə və şükür edilməyə layiqdir, çox comərddir”....
Hud Suresi, 76. Ayet:
(Mələklər dedilər
:
) “Ey İbrahim, bundan (mübahisə etməkdən) əl çək! Həqiqətən, artıq Rəbbinin əmri gəlmişdir. Şübhəsiz, onlara dəfedilməz bir əzab gəlir....
Hud Suresi, 77. Ayet:
Elçilərimiz (mələklər) Lutun yanına gəldikləri zaman Lut onlara görə pis oldu, ürəyi sıxıldı və
:
“Bu, çox çətin bir gündür!” - dedi. (Mələklər cavan oğlanlar surətində gəldikləri üçün Lut peyğəmbər onları insan zənn etmiş və qövmünün onlara zərər verəcəyindən qorxmuşdu. Çünki Lutun qövmündə pozğunçuluq həddindən artıq yayılmışdı.)...
Hud Suresi, 78. Ayet:
Qövmündən olan kişilər qaçaraq onun yanına gəldilər. Onlar daha əvvəl də pis işlər görürdülər. Lut dedi
:
“Ey qövmüm! Baxın, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha təmizdirlər. Allahdan qorxun və qonaqlarımın qabağında məni biabır etməyin! İçinizdə ağlı başında bir adam yoxdurmu?” (Bəzi təfsirçilərə görə, Həzrət Lutun qövmünə evlənmələri üçün təklif etdiyi qızlar öz qızları deyil, qövmünün qızları idi. Hər peyğəmbər öz qövmünün mənəvi atası sayıldığı üçün, o da
:
“Baxın, bunlar mənim qızl...
Hud Suresi, 79. Ayet:
Onlar
:
“Sənin qızlarına ehtiyacımız olmadığını bilirsən. Bizim nə istədiyimizi sən yaxşı bilirsən”, - dedilər....
Hud Suresi, 80. Ayet:
Lut dedi
:
“Kaş sizə gücüm çataydı və ya güclü bir qalaya (qəbiləyə) sığına biləydim!”...
Hud Suresi, 81. Ayet:
(Mələklər) dedilər
:
“Ey Lut! Biz Rəbbinin elçiləriyik. Onlar əsla sənə dəyə bilməzlər. Arvadın istisna olmaqla, ailənlə birlikdə gecənin bir vaxtı yola çıx və sizdən heç kim arxaya baxmasın! Onların düçar olacağı əzaba o (arvadın) da düçar olacaqdır. Həqiqətən, onlara vəd olunan əzabın vaxtı səhərdir. Səhər yaxın deyilmi?!”...
Hud Suresi, 84. Ayet:
Mədyənə də qardaşları Şüeybi (peyğəmbər göndərdik). O demişdi
:
“Ey qövmüm, Allaha ibadət edin! Sizin Ondan başqa heç bir ilahınız yoxdur. Ölçünü və çəkini əskiltməyin! Mən sizin rifah içində yaşadığınızı görürəm və sizi bürüyəcək bir günün əzabından qorxuram....
Hud Suresi, 87. Ayet:
Onlar (istehza edərək) dedilər
:
“Ey Şüeyb! Atalarımızın ibadət etdiklərindən, yaxud mallarımızı istədiyimiz kimi xərcləməkdən imtina etməyimizi namazınmı sənə əmr edir? Həqiqətən, sən yumşaq ürəklisən, çox ağıllısan!”...
Hud Suresi, 88. Ayet:
(Şüeyb) dedi
:
“Ey qövmüm! Deyin görək, əgər mən Rəbbimdən gələn açıq-aşkar bir dəlilə əsaslanıramsa və Allah mənə Öz dərgahından gözəl bir ruzi veribsə, onda necə?! Mən sizə qadağan etdiyimin əksinə hərəkət etmək istəmirəm. Yalnız gücüm çatdığı qədər (sizi) islah etmək istəyirəm. Mənim müvəffəqiyyətim yalnız Allahdandır. Mən Ona təvəkkül etmişəm və Ona dönəcəyəm....
Hud Suresi, 91. Ayet:
Onlar dedilər
:
“Ey Şüeyb! Dediklərinin çoxunu başa düşmürük və həqiqətən, biz səni içimizdə aciz görürük. Əgər qəbilən olmasaydı, mütləq səni daşa basardıq. Sənin bizə qarşı heç bir üstünlüyün yoxdur!”...
Hud Suresi, 92. Ayet:
(Şüeyb) dedi
:
“Ey qövmüm! Mənim qəbiləm sizə görə Allahdan daha üstündür ki, Ona arxa çevirdiniz? Həqiqətən, Rəbbim etdiyiniz əməlləri (elmi ilə) əhatə etmişdir....
Hud Suresi, 119. Ayet:
Ancaq Rəbbinin mərhəmət etdiyi kəslər istisnadır. Rəbbin onları bunun üçün yaratdı. Rəbbinin
:
“Həqiqətən, cəhənnəmi məhz cin və insanlarla dolduracağam!” sözü yerinə yetdi....
Hud Suresi, 121. Ayet:
İman gətirməyənlərə de
:
“Əlinizdən gələni edin, biz də (əlimizdən gələni) edəcəyik....
Maidə Suresi, 4. Ayet:
Onlar səndən özlərinə nəyin halal edildiyini soruşurlar. De
:
“Təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Allahın sizə öyrətdikləri sayəsində əhliləşdirib ov etməyi öyrətdiyiniz yırtıcı heyvanların sizin üçün tutduqlarından da yeyin və üzərinə Allahın adını (Bismillah) deyin! Allahdan qorxun! Şübhəsiz ki, Allahın haqq-hesabı sürətlidir....
Maidə Suresi, 7. Ayet:
Allahın sizə olan nemətini və
:
“Eşitdik və itaət etdik!” - dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın! Allahdan qorxun! Şübhəsiz, Allah ürəklərdə olanları biləndir. (Yuxarıdakı ayədə bəhs olunan əhd həm “Qalü-bəla” günündə bütün ruhların Allaha verdiyi söz, həm də Əqəbə və Hüdeybiyyədə müsəlmanların Allaha və Rəsuluna verdikləri söz kimi təfsir edilmişdir.)...
Maidə Suresi, 12. Ayet:
Şübhəsiz ki, Allah İsrail oğullarından əhd almışdı. Onlardan on iki nəzarətçi (vəkil) göndərmişdik. Allah (onlara) demişdi
:
“Mən sizinləyəm. Əgər namazı qılsanız, zəkatı versəniz, peyğəmbərlərimə iman gətirib onlara kömək etsəniz və Allaha gözəl bir borc versəniz (ehtiyacı olanlara faizsiz borc versəniz), əlbəttə, günahlarınızın üstünü örtər və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil edərəm. Bundan sonra sizdən kim küfrə düşərsə, doğru yoldan azmış olar”. (Allah-Təala İsrail oğulla...
Maidə Suresi, 17. Ayet:
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər həqiqətən, kafir oldular. De
:
“Əgər Allah Məryəm oğlu Məsihi, onun anasını və yer üzündə olanların hamısını məhv etmək istəsə, kim Allaha qarşı bir şey edə bilər?! Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. O, dilədiyini yaradar. Allah hər şeyə qadirdir”....
Maidə Suresi, 18. Ayet:
Yəhudilər və xristianlar
:
“Biz Allahın oğulları və sevimliləriyik”, - dedilər. De
:
“Bəs nə üçün günahlarınıza görə O sizə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz. O, dilədiyini bağışlayar, dilədiyinə də əzab verər. Göylərin, yerin və onların arasındakıların hakimiyyəti Allaha məxsusdur. Axır dönüş də Onadır”....
Maidə Suresi, 19. Ayet:
Ey kitab əhli! (Axirətdə)
:
“Bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi”, - deməyəsiniz deyə, peyğəmbərlərin arası kəsildiyi bir dövrdə sizə, (həqiqətləri) sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir....
Maidə Suresi, 20. Ayet:
Bir zamanlar Musa öz qövmünə belə demişdi
:
“Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın! Vaxtilə O sizin içinizdən peyğəmbərlər göndərdi, sizi hökmdarlar etdi və aləmlərdən (insanlardan) heç kimə vermədiyini sizə verdi....
Maidə Suresi, 22. Ayet:
Onlar isə demişdilər
:
“Ey Musa! Həqiqətən, orada zorba adamlar var. Onlar oradan çıxmayınca biz ora daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”....
Maidə Suresi, 23. Ayet:
Qorxanların arasından Allahın nemət verdiyi iki adam
:
“Onların üstünə qapıdan girin (hücum edin)! Ora girsəniz, siz mütləq qalib gələcəksiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” – dedi....
Maidə Suresi, 24. Ayet:
(İsrail oğulları) dedilər
:
“Ey Musa! Onlar orada olduqları müddətcə biz əsla ora girməyəcəyik. Sən və Rəbbin gedin, vuruşun! Biz burada oturacağıq”....
Maidə Suresi, 25. Ayet:
(Musa) dedi
:
“Ey Rəbbim! Mən özümdən və qardaşımdan başqasına hakim ola (söz keçirə) bilmirəm. Bizimlə günahkar qövmün arasını ayır!”...
Maidə Suresi, 26. Ayet:
(Allah) buyurdu
:
“Elə isə ora qırx il onlara haram edilmişdir. (Bu müddət ərzində) onlar yer üzündə çaşqınlıq içində gəzib dolaşacaqlar. Ona görə də günahkar qövm üçün kədərlənmə!”...
Maidə Suresi, 27. Ayet:
Onlara, Adəmin iki oğlunun əhvalatını həqiqət olaraq danış. Vaxtilə onlar qurban gətirmişdilər. Onlardan birinin (Habilin qurbanı) qəbul olunmuş, digərininki (Qabilin qurbanı) isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan qardaş qısqanclığından qardaşına) demişdi
:
“Səni mütləq, öldürəcəyəm!” (Qardaşı isə) demişdi
:
“Allah yalnız müttəqilərdən (qurbanı) qəbul edər....
Maidə Suresi, 31. Ayet:
Allah ona, qardaşının cəsədini necə basdıracağını göstərməsi üçün yeri eşən bir qarğa göndərdi. (Qarğanı gördüyü zaman) o dedi
:
“Vay halıma! Bu qarğa qədər də ola bilmədimmi ki, qardaşımın cəsədini basdırım?!” Beləcə, o, peşman olanlardan oldu....
Maidə Suresi, 32. Ayet:
Buna görə də İsrail oğullarına belə yazdıq (hökm verdik)
:
“Kim bir cana qıymamış, yaxud yer üzündə fitnə-fəsad törətməmiş bir kimsəni öldürərsə, bütün insanları öldürmüş kimi olar. Kim də onu dirildərsə (ölümdən xilas edərsə), bütün insanları diriltmiş (xilas etmiş) kimi olar. Elçilərimiz onlara açıq-aydın dəlillər (möcüzələr) gətirmişdilər. Ancaq onlardan bir çoxu bundan sonra da yer üzündə həddi aşmaqdadır. (Həqiqətən də, tarix boyu İsrail oğulları dünyada müharibələr, çevrilişlər, müxtəlif cü...
Maidə Suresi, 41. Ayet:
Ey Peyğəmbər! Qəlbləri inanmadığı halda ağızları ilə
:
“İnandıq”, - deyənlərdən küfrdə bir-birləri ilə yarışanlar səni kədərləndirməsin! Yəhudilərdən də elələri var ki, yalan sözlərə və sənin yanına gəlməyən başqa kimsələrə qulaq asırlar. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişdirirlər. Onlar
:
“Əgər bu sizə verilsə, onu alın. Əgər o sizə verilməsə, (ondan) uzaq durun!” - deyirlər. Allah bir kimsənin fitnəyə (zəlalətə) düşməsini istəyərsə, sən Allaha qarşı onun üçün heç bir şey edə bilmə...
Maidə Suresi, 52. Ayet:
Qəlblərində xəstəlik olan kimsələrin
:
“Başımıza bir fəlakət gəlməsindən qorxuruq!” - deyərək onlara tərəf qaçışdıqlarını görərsən. Ola bilsin ki, Allah (möminlərə) bir zəfər, yaxud Öz tərəfindən elə bir iş gətirər ki, onlar (münafiqlər) ürəklərində gizlətdikləri şeyə görə peşman olarlar....
Maidə Suresi, 53. Ayet:
İman gətirənlər isə
:
“Bunlarmı sizinlə birlikdə olacaqlarına dair Allaha möhkəm and içdilər?” - deyərlər. Onların əməlləri puça çıxdı və beləcə zərər çəkənlərdən oldular....
Maidə Suresi, 59. Ayet:
De
:
“Ey kitab əhli! Biz Allaha, bizə nazil edilənə və daha əvvəl nazil edilənlərə iman gətiririk deyəmi bizə qarşı kin bəsləyirsiniz? Həqiqətən, sizin çoxunuz (haqq yoldan çıxmış) fasiqlərdir....
Maidə Suresi, 60. Ayet:
De
:
“Allah yanında cəza etibarilə bundan (bu dediklərinizdən) daha pisini sizə xəbər verimmi? Allah kimə lənət etmiş, qəzəblənmiş, meymunlara və donuzlara döndərmiş, eləcə də tağuta ibadət edənlərə çevirmişsə, onların yeri daha pisdir və onlar doğru yoldan daha çox azmışlar”....
Maidə Suresi, 61. Ayet:
Sizin yanınıza küfrlə gəlib küfrlə çıxdıqları halda
:
“İman gətirdik!” - deyirlər. Allah onların (qəlblərində) gizlətdiklərini daha yaxşı bilir....
Maidə Suresi, 64. Ayet:
Yəhudilər
:
“Allahın əli bağlıdır (xəsisdir)!” - dedilər. Dediklərinə görə öz əlləri bağlansın və lənət olsun onlara! Əksinə, Onun əlləri açıqdır (Allah comərddir), istədiyi kimi sərf edər. Rəbbindən sənə nazil edilən (Quran) şübhəsiz, onlardan bir çoxunun azğınlığını və küfrünü artırır. Biz, qiyamət gününə qədər onların arasına düşmənçilik və kin saldıq. Onlar müharibə üçün hər dəfə od qaladıqlarında (fitnə-fəsad çıxardıqlarında), Allah onu söndürmüşdür. Onlar yer üzündə fitnə-fəsad törətməyə ça...
Maidə Suresi, 68. Ayet:
De
:
“Ey kitab əhli! Tövrata, İncilə və Rəbbinizdən sizə nazil edilənə (Qurana) əməl etməyincə bir şey (doğru yol) üzərində olmazsınız!” Rəbbindən sənə nazil edilən (Quran) onlardan bir çoxunun azğınlığını və küfrünü artıracaqdır. Ona görə də kafir qövm üçün kədərlənmə!...
Maidə Suresi, 72. Ayet:
“Allah Məryəm oğlu Məsihdir!” - deyənlər şübhəsiz ki, kafir olmuşlar. Halbuki, Məsih belə demişdi
:
“Ey İsrail oğulları! Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin! Kim Allaha şərik qoşarsa, şübhəsiz ki, Allah cənnəti ona haram edər. Onun sığınacağı yer cəhənnəmdir. Zalımların heç bir köməkçisi olmayacaq”....
Maidə Suresi, 76. Ayet:
De
:
“Allahı qoyub sizə nə bir zərər, nə də bir xeyir verə bilən şeylərəmi ibadət edirsiniz?! Allah hər şeyi eşidəndir, biləndir”....
Maidə Suresi, 77. Ayet:
De
:
“Ey kitab əhli, dininizdə haqsız yerə həddi aşmayın! Daha əvvəl öz yolundan azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış olan bir qövmün arzularına uymayın!”...
Maidə Suresi, 82. Ayet:
İman gətirənlərə düşmənçilik cəhətdən insanların ən şiddətlisi olaraq yəhudiləri və müşrikləri görərsən. Onların içində iman gətirənlərə sevgi cəhətdən ən yaxın olanların isə
:
“Biz xristianıq”, - deyənlər olduğunu görərsən. Çünki, onların içində keşiş və rahiblər vardır və onlar təkəbbürlənmirlər. (Təfsirlərdə yuxarıdakı ayədə bildirilən kimsələrin Həbəşistana hicrət edən müsəlmanları gözəl qarşılayıb onlara sığınacaq verən xristianlar olduğu, yaxud Həzrət Peyğəmbərlə (s.ə.s) müqavilə bağlayan N...
Maidə Suresi, 83. Ayet:
Peyğəmbərə nazil olanı eşitdikləri zaman bildikləri həqiqətə görə onların gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər
:
“Ey Rəbbimiz! Biz iman gətirdik. Bizi (haqqa) şahid olanlarla birlikdə yaz!...
Maidə Suresi, 100. Ayet:
De
:
“Pisin (haramın) çoxluğu xoşuna gəlsə belə pis və yaxşı (haram və halal) eyni ola bilməz. Ey ağıl sahibləri, Allahdan qorxun ki, bəlkə nicat tapasınız!”...
Maidə Suresi, 104. Ayet:
Onlara
:
“Allahın nazil etdiyinə və Peyğəmbərə tərəf gəlin!” – deyiləndə onlar
:
“Atalarımızı üzərində gördüyümüz (yol) bizə yetər”, - dedilər. Bəs ataları heç bir şey bilməyib doğru yolda deyildilərsə (onların halı necə olacaq)?!...
Maidə Suresi, 106. Ayet:
Ey iman gətirənlər! Sizdən birinizin ölümü çatdığı zaman vəsiyyət vaxtı içinizdən iki ədalətli şəxsi aranızda şahid tutun! Əgər siz səfərdə ikən başınıza ölüm müsibəti gələrsə, sizdən olmayan başqa iki nəfəri (şahid tutun). Əgər (şahidlərdən) şübhə etsəniz, namazdan sonra o ikisini tutub saxlayın və onlar
:
“Onu (andları) qohumlarımızın mənfəəti üçün olsa belə heç bir qiymətə satmayacaq və Allahın şahidliyini gizlətməyəcəyik. Yoxsa, biz şübhəsiz ki, günahkarlardan olarıq”, – deyə Allaha and içsin...
Maidə Suresi, 107. Ayet:
Əgər o ikisinin (yalan danışaraq) günah qazandıqları ortaya çıxarsa, o zaman (ölən şəxsə) daha yaxın olan başqa iki nəfər onların yerini tutar və hər ikisi
:
“Həqiqətən, bizim şahidliyimiz onların şahidliyindən daha doğrudur. Biz (yalandan and içib) həddi aşmamışıq. Əks halda, biz həqiqətən, zalımlardan olarıq!” - deyə Allaha and içərlər....
Maidə Suresi, 109. Ayet:
O gün (qiyamət günü) Allah peyğəmbərləri toplayaraq
:
“Sizə nə cavab verildi?” - deyəcəkdir. Onlar
:
“Biz heç bir şey bilmirik. Həqiqətən, gizli olanları bilən Sənsən!” - deyəcəklər....
Maidə Suresi, 110. Ayet:
O zaman Allah belə buyuracaq
:
“Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla! Vaxtilə Mən səni müqəddəs ruhla (Cəbraillə) dəstəkləmişdim. Sən həm beşikdə, həm də yetkin çağında insanlarla danışırdın. O vaxt sənə kitabı (oxuyub yazmağı), hikməti, Tövratı və İncili öyrətdim. İznimlə palçıqdan quşa bənzər bir şey düzəldir və ona üfürürdün, o da iznimlə quşa çevrilirdi. Həmçinin iznimlə anadangəlmə kora və cüzamlı xəstəyə şəfa verirdin və Mənim iznimlə ölüləri (yerdən dirildib) çıxardırdın...
Maidə Suresi, 111. Ayet:
Vaxtilə həvarilərə belə ilham etmişdim
:
“Mənə və elçimə iman gətirin!” Onlar da
:
“İman gətirdik. Şahid ol ki, biz (Allaha) təslim olmuşuq!” - demişdilər. (Həvarilər Həzrət İsa həyatda ikən ona iman edib sədaqət göstərmiş möminlərdir.)...
Maidə Suresi, 112. Ayet:
O zaman həvarilər demişdilər
:
“Ey Məryəm oğlu İsa! Rəbbin bizə göydən bir süfrə nazil edə bilərmi?” O da
:
“Əgər möminsinizsə, Allahdan qorxun!” – demişdi....
Maidə Suresi, 113. Ayet:
(Həvarilər) demişdilər
:
“İstəyirik ki, ondan yeyək, qəlblərimiz aram tapsın, bizə doğru dediyini bilək və ona (o möcüzəyə) şahidlik edənlərdən olaq”....
Maidə Suresi, 114. Ayet:
Məryəm oğlu İsa dedi
:
“Ey Allahım, ey Rəbbimiz! Bizə göydən bir süfrə nazil et ki, bizlər və bizdən sonrakılar üçün bayram və Səndən gələn bir möcüzə olsun! Bizə ruzi ver! Sən ruzi verənlərin ən xeyirlisisən”....
Maidə Suresi, 115. Ayet:
Allah buyurdu
:
“Mən onu sizə, əlbəttə, endirəcəyəm. Ancaq bundan sonra sizdən kim inkar edərsə, Mən ona aləmlərdən (insanlardan) heç kimə vermədiyim bir əzab verəcəyəm”....
Maidə Suresi, 116. Ayet:
Allah (axirətdə)
:
“Ey Məryəm oğlu İsa! Sənmi insanlara
:
“Allahı qoyub məni və anamı ilah qəbul edin!” – demisən?!” – buyurduğu zaman (İsa peyğəmbər belə) deyəcək
:
“Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər onu demiş olsaydım, Sən onu mütləq bilərdin. Sən ürəyimdə olanı bilirsən. Mən isə Sənin zatında olanı bilmirəm. Şübhəsiz ki, gizli olanları bilən Sənsən....
Maidə Suresi, 117. Ayet:
Onlara yalnız Sənin mənə əmr etdiyin
:
“Mənim də, sizin də Rəbbiniz olan Allaha ibadət edin!” – sözünü demişdim. Aralarında olduğum müddət ərzində onlara nəzarət edirdim. Sən məni vəfat etdirincə, onlara nəzarətçi Sən Özün oldun. Sən hər şeyi görənsən....
Maidə Suresi, 119. Ayet:
Allah buyuracaqdır
:
“Bu, doğru danışanlara doğruluqlarının fayda verəcəyi bir gündür. Onlar üçün (ağacları) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər vardır. Allah onlardan, onlar da Allahdan razı qalmışlar. Böyük uğur budur!”...
Ali-İmran Suresi, 7. Ayet:
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (mənası aydın olan) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (mənası dəqiq bilinməyən) ayələrdir. Ancaq qəlblərində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə
:
“Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, - deyərlər. Ağıl sahiblərindən başqası (bunu) dərk etmə...
Ali-İmran Suresi, 8. Ayet:
(Onlar belə dua edərlər
:
) Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən, (mərhəmət) bəxş edənsən....
Ali-İmran Suresi, 12. Ayet:
Kafirlərə de
:
“Siz məğlub olacaqsınız və cəhənnəmə yığılacaqsınız! (Ora) necə də pis bir yerdir!”...
Ali-İmran Suresi, 15. Ayet:
(Ey peyğəmbər!) De ki
:
“Sizə bunlardan daha yaxşısını xəbər verimmi? (Allahdan qorxub pis əməllərdən) çəkinənlər üçün Rəbbi yanında, altından çaylar axan və içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və Allahın razılığı vardır. Allah bəndələrini görəndir”....
Ali-İmran Suresi, 20. Ayet:
Əgər səninlə mübahisə edərlərsə, de ki
:
“Mənə tabe olanlarla birlikdə mən özümü Allaha təslim etmişəm”. Kitab verilmiş kimsələrə və ümmilərə (müşrik ərəblərə) də belə de
:
“Siz də (Allaha) təslim oldunuzmu?” Əgər təslim olarlarsa, doğru yola yönəlmiş olarlar. Əgər üz döndərərlərsə, sənin vəzifən ancaq təbliğ etməkdir. Allah bəndələrini görəndir....
Ali-İmran Suresi, 24. Ayet:
Bu ona görədir ki, onlar belə demişdilər
:
“Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmayacaq!” Öz dinləri barəsində uydurduqları şeylər onları aldatmışdır....
Ali-İmran Suresi, 26. Ayet:
De
:
“Ey mülkün sahibi olan Allah! Dilədiyin kimsəyə mülkü verərsən, dilədiyindən də mülkü alarsan. Dilədiyin kimsəni yüksəldər, dilədiyini də alçaldarsan. (Hər cür) xeyir Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən!...
Ali-İmran Suresi, 29. Ayet:
De
:
“Qəlblərinizdə olanı gizli saxlasanız da, üzə çıxartsanız da, Allah onu bilir. O, göylərdə və yerdə nə varsa, hamısını bilir. Allah hər şeyə qadirdir”....
Ali-İmran Suresi, 31. Ayet:
(Ey peyğəmbər!) De
:
“Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir”....
Ali-İmran Suresi, 32. Ayet:
De
:
“Allaha və Peyğəmbərə itaət edin! Əgər üz döndərərlərsə, (bilsinlər ki,) Allah kafirləri sevməz”....
Ali-İmran Suresi, 35. Ayet:
Bir zaman İmranın zövcəsi belə demişdi
:
“Ey Rəbbim, mən bətnimdəkini azad bir bəndə olaraq Sənin üçün nəzir etdim. (Onu) məndən qəbul et! Şübhəsiz ki, Sən eşidənsən, bilənsən”....
Ali-İmran Suresi, 36. Ayet:
Onu (bətnindəki uşağı) dünyaya gətirdiyi zaman dedi
:
“Ey Rəbbim, mən bir qız uşağı dünyaya gətirdim”. Halbuki, Allah onun nə doğduğunu yaxşı bilirdi. (O dedi
:
) “Axı, oğlan qız kimi deyil. Mən ona Məryəm adını qoydum. Mən onu və onun nəslini, qovulmuş Şeytandan Sənə sığındırıram!”...
Ali-İmran Suresi, 37. Ayet:
Və Rəbbi onu (Məryəmi) gözəl şəkildə qəbul etdi. Onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə onun yanına məbədə girəndə, onun yanında bir ruzi görür və
:
“Ey Məryəm, bu sənə haradan oldu?” - deyirdi. O da
:
“Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah dilədiyi kimsəyə saysız-hesabsız ruzi verir!” - deyirdi. (Zəkəriyya peyğəmbər, Həzrət Məryəmin xalasının əri idi. O, Beyti-məqdisdə Məryəmin yetişməsini öz üzərinə götürmüşdü. Zəkəriyya peyğəmbər hər dəfə Məryəmin məbəd...
Ali-İmran Suresi, 38. Ayet:
Orada Zəkəriyya Rəbbinə dua edib dedi
:
“Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”....
Ali-İmran Suresi, 39. Ayet:
Zəkəriyya mehrabda ayaq üstə namaz qılarkən mələklər ona belə səsləndi
:
“Allah sənə, Allahdan (gələn) kəlməni (İsanı) təsdiqləyici, eləcə də rəhbər, namuslu və əməlisalehlərdən bir peyğəmbər olaraq Yəhyanı müjdə verir”....
Ali-İmran Suresi, 40. Ayet:
Zəkəriyya dedi
:
“Ey Rəbbim! Mən qocaldığım, zövcəm də qısır olduğu halda mənim necə oğlum ola bilər?” Allah buyurdu
:
“(Bəli,) Elədir, (ancaq) Allah dilədiyini edər”....
Ali-İmran Suresi, 41. Ayet:
Zəkəriyya dedi
:
“Ey Rəbbim! Mənə bir nişanə göstər!” Allah buyurdu
:
“Sənin nişanən, üç gün insanlarla yalnız işarə yolu ilə (əl, baş və gözlə işarə edərək) danışmağındır. (Bundan əlavə,) Rəbbini çox zikr et və səhər-axşam təsbeh et (Allahın şəninə təriflər deyib Ona şükür et)!”...
Ali-İmran Suresi, 42. Ayet:
Bir zamanlar mələklər demişdi
:
“Ey Məryəm! Həqiqətən, Allah səni seçib tər-təmiz etdi və aləmlərin (insanların) qadınlarından üstün tutdu....
Ali-İmran Suresi, 45. Ayet:
O vaxt mələklər demişdilər
:
“Ey Məryəm! Həqiqətən, Allah sənə, Öz tərəfindən bir kəlməni müjdələyir. Onun adı Məryəm oğlu İsa Məsihdir. Dünyada və axirətdə şanı uca və Allahın Özünə yaxın tutduğu kimsələrdəndir. (“Məsih” İbrani (İvrit) dilində “müqəddəs” mənasına gəlir və Həzrət İsanın ləqəbidir.)...
Ali-İmran Suresi, 47. Ayet:
Məryəm dedi
:
“Ey Rəbbim! Mənə heç bir bəşər (kişi) toxunmadığı halda necə uşağım ola bilər?” Allah dedi
:
“Elədir, (ancaq) Allah dilədiyini yaradar! O, bir işin olmasına hökm etdiyi zaman ona yalnız
:
“Ol!” - deyər, o da dərhal olar....
Ali-İmran Suresi, 49. Ayet:
Və o, İsrail oğullarına peyğəmbər (olacaqdır). (İsa deyəcək
:
) “Mən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Sizin üçün palçıqdan quşa bənzər bir surət düzlədib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları və cüzam xəstəliyinə tutulanları sağaldaram. Allahın izni ilə ölüləri dirildərəm. Evlərinizdə yediklərinizi və yığdıqlarınızı da sizə xəbər verərəm. Əgər möminsinizsə, əlbəttə, bunda sizin üçün bir dəlil vardır....
Ali-İmran Suresi, 52. Ayet:
İsa onların (yəhudilərin) inkarçılıqlarını hiss etdikdə dedi
:
“Allaha gedən yolda mənim köməkçilərim kim olacaq?” Həvarilər dedilər
:
“Biz Allahın (dininin) köməkçiləriyik. Allaha iman etmişik və sən də şahid ol ki, biz (Allaha) təslim olmuşuq!”...
Ali-İmran Suresi, 53. Ayet:
(Həvarilər dedilər
:
) “Ey Rəbbimiz, nazil etdiyinə (İncilə) iman gətirdik və peyğəmbərinə tabe olduq. Elə isə, bizləri (Sənin birliyini və peyğəmbərini təsdiq edən) şahidlərlə birlikdə yaz!”...
Ali-İmran Suresi, 55. Ayet:
O zaman Allah buyurdu
:
“Ey İsa, həqiqətən, Mən sənin ruhunu alacağam və səni Öz dərgahıma qaldırıb kafirlərdən uzaqlaşdıracağam. Sənə tabe olanları da qiyamət gününə qədər kafirlərdən üstün tutacağam.Sonra qayıdışınız Mənədir və ixtilaf etdiyiniz şeylər barəsində aranızda hökm verəcəyəm!”...
Ali-İmran Suresi, 59. Ayet:
Həqiqətən, Allah nəzdində İsanın məsəli (İsanın atasız dünyaya gəlməsi) Adəmin məsəli kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona
:
“Ol!” - dedi, o da dərhal oldu....
Ali-İmran Suresi, 61. Ayet:
Sənə gələn bu elmdən sonra buna dair kim səninlə mübahisə edərsə, de ki
:
“Gəlin, sizlər və bizlər də daxil olmaqla, siz öz oğlanlarınızı, biz də öz oğlanlarımızı, siz öz qadınlarınızı, biz də öz qadınlarımızı çağıraq! Sonra da (Allaha) dua edib Allahın lənətinin yalançıların üzərinə olmasını diləyək!” (Bu ayəyə “Mübahilə ayəsi” deyilir ki, bir məsələ barəsində mübahisə edən iki tərəf, hansının haqlı olduğunu ortaya çıxarmaq üçün qarşılıqlı lənətləşirlər.)...
Ali-İmran Suresi, 64. Ayet:
De
:
“Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (ortaq) bir sözə gəlin! (Beləki,) Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!” Əgər yenə də onlar üz döndərərlərsə, belə deyin
:
“Şahid olun ki, biz müsəlmanlarıq!”...
Ali-İmran Suresi, 72. Ayet:
Kitab əhlindən (yəhudilərdən) bir dəstə dedi
:
“Möminlərə nazil edilənə (Qurana) səhər iman gətirin, axşam isə inkar edin ki, bəlkə onlar (şübhəyə düşərək öz dinlərindən) üz döndərələr....
Ali-İmran Suresi, 73. Ayet:
Və sizin dininizə tabe olanlardan başqa heç kəsə inanmayın!”(- dedilər). (Ey peyğəmbər!) De ki
:
“Əlbəttə, doğru yol Allahın yoludur”. (Yəhudilər yenə öz aralarında belə dedilər
:
) “Sizə verilənin (Tövratın) bənzərinin başqa birisinə (müsəlmanlara) veriləcəyinə, yaxud Rəbbiniz nəzdində sizinlə mübahisə edəcəklərinə (inanmayın)!” De
:
“Həqiqətən, lütf Allahın əlindədir. Onu, dilədiyi şəxsə bəxş edər. Allah (lütfü ilə) genişdir, (hər şeyi) biləndir”....
Ali-İmran Suresi, 75. Ayet:
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər
:
“Ümmilərə görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Bu ayədəki “ümmi” kəlməsi “əhli-kitabdan olmayan ərəblər” mənasındadır.)...
Ali-İmran Suresi, 79. Ayet:
Allah kitab, hikmət və peyğəmbərlik bəxş etdikdən sonra insanlara
:
“Allahı buraxıb mənə qul olun!” - demək heç kimə yaraşmaz. Əksinə (o belə deyər
:
) “Öyrətdiyiniz kitaba və öyrəndiklərinizə uyğun olaraq Rəbbə xalis qullar olun!” (Xristianlar Həzrət İsanın ilah olduğunu iddia edirlər. Həzrət İsanın gətirdiyi dində olmayan və Allahın birliyinə zidd olan bu iddia İslam dininə görə batil bir inancdır. Yuxarıdakı ayədə bu məsələyə işarə olunur.)...
Ali-İmran Suresi, 81. Ayet:
Bir vaxt Allah peyğəmbərlərdən
:
“Sizə kitab və hikmət verdim. Sonra sizdə olanı təsdiqləyən bir peyğəmbər gəldiyi zaman mütləq ona iman gətirəcək və ona yardım edəcəksiniz!” – deyə əhd almış və onlara
:
“Təsdiq edib əhdimi qəbul etdinizmi?” – demişdi. Onlar da
:
“Qəbul etdik!” - demişdilər. (O zaman Allah)
:
“Elə isə, şahid olun! Mən də sizinlə bərabər şahid olanlardanam!” – demişdi....
Ali-İmran Suresi, 84. Ayet:
De
:
“Allaha, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun oğullarına nazil edilənə iman gətirdik. Rəbbi tərəfindən Musaya, İsaya və (digər) peyğəmbərlərə verilənlərə də (iman gətirdik). Onların heç biri arasında fərq qoymur və Biz Ona (Allaha) təslim oluruq!”...
Ali-İmran Suresi, 93. Ayet:
Tövratın göndərilməsindən əvvəl İsrailin (Yaqub peyğəmbərin) özünə haram etdiyi şeylər istisna olmaqla, hər növ yeməklər İsrail oğullarına halal idi. De
:
“Əgər doğru söyləyirsinizsə, Tövratı gətirin və oxuyun!”...
Ali-İmran Suresi, 95. Ayet:
De
:
“Allah doğru demişdir. Ona görə də, hənif (Allahın birliyini tanıyan) olan İbrahimin dininə tabe olun! O, müşriklərdən deyildi”....
Ali-İmran Suresi, 98. Ayet:
De
:
“Ey kitab əhli! Allah sizin etdiklərinizə şahid olduğu halda nə üçün Allahın ayələrini inkar edirsiniz?”...
Ali-İmran Suresi, 99. Ayet:
De
:
“Ey kitab əhli! Nə üçün (həqiqəti) gördüyünüz halda onu əyri göstərmək məqsədilə iman gətirənləri Allahın yolundan döndərməyə çalışırsınız? Allah sizin etdiklərinizdən qafil deyildir”....
Ali-İmran Suresi, 106. Ayet:
O gün bəzi üzlər ağaracaq, bəziləri də qaralacaqdır. Üzləri qaralan kəslərə (belə deyiləcək)
:
“İman gətirdikdən sonra kafirmi oldunuz? Elə isə, kafir olduğunuza görə dadın əzabı!”...
Ali-İmran Suresi, 119. Ayet:
Baxın, siz o kimsələrsiniz ki, onlar sizi sevmədikləri halda siz onları sevirsiniz. Siz bütün kitablara inanırsınız. Sizinlə görüşdükləri zaman
:
“Biz iman etmişik”, - deyərlər. Ancaq xəlvətdə olduqları zaman sizə qarşı qəzəblərindən barmaqlarının uclarını gəmirərlər. De
:
“Ölün acığınızdan!” Şübhəsiz ki, Allah ürəklərdə olanları biləndir....
Ali-İmran Suresi, 124. Ayet:
O zaman möminlərə belə deyirdin
:
“Rəbbinizin üç min mələk endirərək yardım etməsi sizə kifayət etmirmi?”...
Ali-İmran Suresi, 128. Ayet:
(Ey Rəsulum!) Bu işdə sənin edəcəyin bir şey yoxdur. Allah ya onların tövbələrini qəbul edər, ya da onlara əzab verər. Çünki onlar həqiqətən, zalımlardır. (Buxarinin nəql etdiyi bir rəvayətə görə Ühüd döyüşündə Həzrət Peyğəmbər (s.ə.s) yaralandığı zaman o
:
“Özlərinə göndərilmiş bir peyğəmbəri yaralayan bir qövm necə xilas ola bilər?”, - demişdi. Ona görə də yuxarıdakı ayə nazil olmuşdur. Bu ayədə, kafirlər haqqındakı hökmün məhz Allah tərəfindən veriləcəyi bildirilmişdir.)...
Ali-İmran Suresi, 144. Ayet:
Mühəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib getmişlər. İndi o ölsə, yaxud öldürülsə, geri (əvvəlki dininizəmi) dönəcəksiniz? Kim geri dönərsə, Allaha heç bir zərər yetirmiş olmaz. Allah şükür edənləri mükafatlandıracaqdır. (Ühüd döyüşündə Abdullah ibn Qamiə adlı bir müşrikin atdığı daş nəticəsində Həzrət Peyğəmbərin (s.ə.s.) bir dişi qırılmış və üzü yaralanmışdı. Bu müşrikin
:
“Mühəmmədi öldürdüm!” – deyərək qışqırmasını eşidənlər
:
“Mühəmməd öldürüldü!” – deyə xəbər yaydıla...
Ali-İmran Suresi, 147. Ayet:
Onlar yalnız
:
“Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və kafirlər qövmünə qarşı bizə yardım et!” – deyirdilər....
Ali-İmran Suresi, 154. Ayet:
Sonra kədərin arxasınca sizə, bir qisminizi bürüyən və əminlik verən xəfif bir yuxu göndərdi. Bir qisminiz isə Allaha qarşı haqsız yerə cahiliyyə düşüncələrinə qapılaraq öz canlarının dərdinə düşüb deyirdilər
:
“(Ühüd döyüşü barəsində alınan bu) qərarda bizim rolumuz vardımı?” De
:
“Şübhəsiz, bütün qərarlar Allaha məxsusdur”. Onlar, sənə açıqdan demədiklərini içlərində gizlədərək belə deyirlər
:
“Əgər qərar verilərkən bizim də fikrimiz alınsaydı, elə buradaca öldürülməzdik”. De
:
“Evlərinizdə olsay...
Ali-İmran Suresi, 156. Ayet:
Ey iman gətirənlər! Siz, yer üzündə səfərə (cihada) çıxan və ya müharibədə olan qardaşları haqqında
:
“Əgər bizim yanımızda olsaydılar nə ölər, nə də öldürülərdilər!” - deyən kafirlər kimi olmayın! Allah bunu, onların ürəklərində bir həsrət (yarası) olsun deyə etdi. Həyat verən də, öldürən də Allahdır. Allah sizin etdiklərinizi görəndir....
Ali-İmran Suresi, 165. Ayet:
(Bədr döyüşündə düşmənin başına) ikiqat müsibət gətirdiyiniz halda, sizin başınıza (Ühüd döyüşündə) bir müsibət gəldiyi zaman
:
“Bu haradan (gəldi)?” - dediniz. De
:
“O, sizin özünüzdəndir (öz xətanız ucbatındandır)”. Həqiqətən, Allah hər şeyə qadirdir. (Bədr döyüşündə müsəlmanlar müşriklərdən yetmiş nəfəri öldürüb yetmiş nəfəri də əsir götürmüşdülər. Ühüd döyüşündə isə müsəlmanlardan yetmiş nəfər şəhid olmuşdu. Ayədəki müsibət ifadəsi ilə bu hadisəyə işarə edilmişdir. Eyni zamanda bu müsibətin, p...
Ali-İmran Suresi, 167. Ayet:
Və münafiqləri bəlli etsin. Onlara
:
“Gəlin, Allah yolunda vuruşun, yaxud müdafiədə olun!” – deyildiyi zaman onlar belə dedilər
:
“Əgər vuruşmağı bilsəydik, əlbəttə, sizin arxanızca gələrdik”. Onlar o gün imandan çox küfrə yaxındılar. Qəlblərində olmayan bir şeyi ağızları ilə söyləyirlər. Halbuki, Allah onların (qəlblərində) gizlətdikləri şeyi daha yaxşı bilir....
Ali-İmran Suresi, 168. Ayet:
(Evlərində) oturub qardaşları barəsində
:
“Əgər bizə tabe olsaydılar, öldürülməzdilər”, - deyənlərə de ki
:
“Onda, əgər doğru deyirsinizsə, ölümü özünüzdən uzaqlaşdırın!”...
Ali-İmran Suresi, 173. Ayet:
Bunlar o kimsələrdir ki, insanlar onlara
:
“Həqiqətən, (düşməniniz olan) insanlar sizə qarşı (əsgər) toplayıblar. Onlardan qorxun!” - dedikləri zaman bu, onların imanını daha da artırdı və onlar
:
“Allah bizə yetər. O nə gözəl vəkildir!” - dedilər....
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil. Allah sizə qeybi də bildirən deyildir. Lakin Allah, Öz peyğəmbərlərindən dilədiyi kimsəni seçər. Elə isə Allaha və Onun peyğəmbərlərinə iman gətirin! Əgər iman gətirib müttəqi olsanız, sizin üçün böyük bir mükafat vardır. (Təfsirlərdə qeyd edildiyinə görə, bu ayənin nazil olma səbəbi, kafirlərin Həzrət Peyğəmbərə (s.ə.s.)
:
“Ey Mühəmməd! Bizdən kimin iman gətirib-gətirmədiyini bizə xəbər ver!” - demələridir.)...
Ali-İmran Suresi, 180. Ayet:
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ayədəki “miras” kəlməsi təfsirlərdə belə izah edilmişdir
:
“Göylərdə və yerdə nə varsa, hamısı Allahın mülküdür. Ondan faydalanan insanlar da onu bir-birlərindən miras kimi alırlar”.)...
Ali-İmran Suresi, 181. Ayet:
Şübhəsiz ki, “Allah kasıbdır, biz isə varlıyıq!” – deyənlərin sözlərini Allah eşitdi. Biz onların bu dediklərini və peyğəmbərləri haqsız yerə öldürmələrini yazacaq və onlara
:
“Dadın yandırıcı əzabı!” - deyəcəyik....
Ali-İmran Suresi, 183. Ayet:
“Həqiqətən, Allah bizə əmr etdi ki, (göydən enən) alovun yeyəcəyi (yandırıb yox edəcəyi) bir qurban gətirməyincə heç bir peyğəmbərə inanmayaq!” – deyənlərə de ki
:
“Məndən əvvəl sizə peyğəmbərlər açıq-aşkar möcüzələr və (xüsusilə) sizin dediyinizi (möcüzəni) gətirmişdilər. Əgər doğru kimsələrsinizsə, bəs nə üçün onları öldürdünüz?” (Təfsirlərdə nəql edilən rəvayətlərə görə, Mədinədəki yəhudilərin müsəlman olmamaq üçün bəhanə etdikləri xüsusi möcüzə, Həzrət İsa peyğəmbərin göndərilməsidir. Bu möcü...
Ali-İmran Suresi, 187. Ayet:
Bir zaman Allah kitab verilənlərdən
:
“Onu mütləq insanlara açıqlayacaq və gizlətməyəcəksiniz!” – deyə əhd almışdı. Onlar isə bunu qulaqardına vurdular və onu az bir qiymətə satdılar (dəyişdirdilər). Onların alış-verişi necə də pisdir!...
Ali-İmran Suresi, 191. Ayet:
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər
:
) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru!...
Ali-İmran Suresi, 195. Ayet:
Rəbbi də onların duasını qəbul etdi (və dedi
:
) “Kişi və ya qadın olmaqla sizdən heç bir əməl sahibinin əməlini puça çıxarmaram. Sizlər bir-birinizdənsiniz. Hicrət edən, öz yurdlarından çıxardılan, Mənim yolumda əziyyətə düçar olan və vuruşub öldürülənlərin Allah dərgahından bir mükafat olaraq, günahlarının üstünü örtəcəyəm və onları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah dərgahındadır....
Ali-İmran Suresi, 196. Ayet:
Kafirlərin (bolluq içində) ölkə-ölkə gəzib dolaşmaları səni əsla aldatmasın! (Bəzi möminlər, kafirlərin maddi imkanlarının yaxşı olduğunu və bolluq içində yaşadıqlarını gördüyü zaman
:
“Görünən odur ki, Allahın düşmənləri bolluq içində yaşayır, biz isə əziyyət çəkirik”, - demişdilər. Buna görə də yuxarıdakı ayə nazil olmuşdur.)...
Nisa Suresi, 18. Ayet:
Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman
:
“Mən indi tövbə etdim”, - deyən kimsələrin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Onlar üçün şiddətli bir əzab hazırlamışıq....
Nisa Suresi, 46. Ayet:
Yəhudilərin bir qismi sözlərin yerini dəyişdirir və dillərini əyib-büzərək dinə tənə vurmaq məqsədilə
:
“Eşitdik və qarşı çıxdıq! Eşit! Eşitməz olasan! “Raina!” (Bizə qayğı göstər!) - deyirlər. Əgər onlar
:
“Dinlədik və itaət etdik. Dinlə və bizə bax!” - desəydilər, şübhəsiz ki, bu onlar üçün daha yaxşı və daha doğru olardı. Lakin küfrləri səbəbilə Allah onlara lənət etmişdir. Az bir hissəsi istisna olmaqla, onlar iman gətirməzlər. (Yəhudilər, Allahın onlara göndərdiyi Tövratı təhrif edərək, ondak...
Nisa Suresi, 51. Ayet:
Özlərinə kitabdan (yazıb-oxumaqdan) bir pay verilənləri görmədinmi?! Onlar Cibtə (bütə) və Tağuta (bütə və ya şeytana) inanır və kafirlər haqqında
:
“Bunlar möminlərdən daha doğru yoldadırlar”, - deyirlər....
Nisa Suresi, 61. Ayet:
Onlara
:
“(Aranızda hökm verilməsi üçün) Allahın nazil etdiyinə (Qurana) və Peyğəmbərə gəlin!” - deyildiyi zaman münafiqlərin səndən tamamilə üz döndərdiklərini görərsən....
Nisa Suresi, 62. Ayet:
Bəs öz əlləri ilə etdikləri (əməllər) səbəbilə onların başına bir müsibət gəldiyi zaman sənin yanına gələrək
:
“Biz yalnız yaxşılıq etmək və barışıq yaratmaq istədik”, – deyə Allaha and içdikləri vaxt (onların halı) necə olacaq?!...
Nisa Suresi, 66. Ayet:
Əgər Biz onlara
:
“Özünüzü öldürün, yaxud yurdlarınızdan çıxın!” – deyə əmr etsəydik, onlardan az bir hissəsi istisna olmaqla, bunu yerinə yetirməzdilər. Əgər özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli olacaq və imanlarını daha çox möhkəmləndirəcəkdi....
Nisa Suresi, 72. Ayet:
Sizdən elələri var ki, (cihada çıxdığınız zaman) ağır tərpənər və əgər sizə bir müsibət üz verərsə, belə deyər
:
“Allah mənə lütf etdi ki, mən onlarla birlikdə olmadım”. (Yuxarıdakı ayədə qeyd edilən “ağır tərpənərlər” ifadəsindən məqsəd müxtəlif bəhanələr gətirərək cihada çıxmaq istəməyən və başqalarının da cihada çıxmasına mane olmaq istəyən münafiqlərdir.)...
Nisa Suresi, 73. Ayet:
Əgər Allahdan sizə bir lütf (zəfər) yetişərsə, sanki sizinlə onun arasında heç bir yaxınlıq yoxmuş kimi belə deyər
:
“Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”...
Nisa Suresi, 77. Ayet:
“(Müharibədən) əllərinizi çəkin, namazı qılın və zəkatı verin!” - deyilən kimsələri görmədinmi?! Müharibə etmək onlara vacib olduqda isə onlardan bir qismi Allahdan qorxan kimi, yaxud daha da şiddətli bir şəkildə insanlardan qorxuya düşdülər və
:
“Ey Rəbbimiz! Müharibəni nə üçün bizə vacib etdin? Nə olardı ki, yaxın bir zamana qədər bizi təxirə salsaydın (bir müddət daha müharibəni vacib etməsəydin)”, - dedilər. (Onlara) de ki
:
“Dünya mənfəəti azdır (fanidir). Axirət isə müttəqilər üçün daha xey...
Nisa Suresi, 78. Ayet:
Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır”. Əgər onlara bir yaxşılıq yetişərsə
:
“Bu, Allah tərəfindəndir!” - deyərlər. Əgər onlara bir pislik toxunarsa
:
“Bu səndəndir!” - deyərlər. De
:
“Hamısı Allahdandır”. Bu insanlara nə olub ki, az qala söz də başa düşmürlər!...
Nisa Suresi, 81. Ayet:
(Ey Rəsulum! Sənə
:
) “Baş üstə!” - deyirlər. Sənin yanından çıxıb getdikləri zaman isə onların bir qismi, sənin dediyindən başqa bir şeyi gizlicə planlaşdırır. Allah onların gizlicə planladıqlarını yazır. Elə isə, onlardan üz çevir və Allaha təvəkkül et! Vəkil olaraq Allah yetər. (Münafiqlər iman gətirmədikləri halda Həzrət Peyğəmbərin (s.ə.s.) hüzurunda ikən, o nə deyərsə, onu qəbul edib özlərini itaət edirmiş kimi göstərirdilər. Onun hüzurundan çıxdıqdan sonra isə gecələri gizli-gizli planlar q...
Nisa Suresi, 86. Ayet:
Sizə salam verilən zaman, siz ondan daha gözəl bir şəkildə və ya eynisi ilə salama cavab verin! Şübhəsiz ki, Allah hər şeyin haqq-hesabını çəkəndir. (Salamlaşmaq müsəlmanlar arasında sevgini gücləndirən və əmin-amanlığı ifadə edən gözəl bir ünsiyyət vasitəsidir. Salamı verən kimsə
:
“Əssələmu aleykum!” – deyər. Ona cavab vərən müsəlman isə ya daha gözəl bir şəkildə
:
“Və aleykumussələm və rahmətullahi və bərakətuh”, ya da eynisilə “Və aleykumussələm”, - deyərək salamı alar.)...
Nisa Suresi, 94. Ayet:
Ey iman gətirənlər! Allah yolunda (cihad etmək üçün) səfərə çıxdığınız zaman (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Sizə salam verən bir kimsəyə, dünya həyatının müvəqqəti mənfəətini arzulayaraq
:
“Sən mömin deyilsən!” - deməyin! Allah dərgahında çoxlu qənimətlər vardır. Daha əvvəl siz də belə ikən Allah sizə lütf etdi. Elə isə, (qarşılaşdığınız kimsənin müsəlman olub-olmadığını) yaxşıca araşdırın! Şübhəsiz ki, Allah sizin etdiklərinizdən xəbərdardır. (Buxaridə qey...
Nisa Suresi, 97. Ayet:
Mələklər özlərinə zülm edənlərin canlarını alarkən dedilər
:
“Nə işlə məşğul idiniz?” Onlar dedilər
:
“Biz yer üzündə aciz idik”. Mələklər dedilər
:
“Allahın yeri hicrət edəcəyiniz qədər geniş deyildimi?!” Onların sığınacaqları yer cəhənnəmdir. O necə də pis dönüş yeridir!...
Nisa Suresi, 118. Ayet:
Allah ona (şeytana) lənət etmiş, o isə demişdi
:
“Mütləq, qullarından müəyyən bir qismini ələ keçirəcəyəm....
Nisa Suresi, 127. Ayet:
Səndən qadınlar barəsində fitva istəyirlər. De
:
“Verilməsi vacib olan (mirası) verməyib nikahlamaq istədiyiniz yetim qadınlar, aciz uşaqlar və yetimlərə qarşı ədalətlə rəftar etməyiniz barəsində fitvanı sizə Allah və Kitabda oxunan (ayələr) verir. Şübhəsiz ki, etdiyiniz hər bir xeyir işi Allah bilir....
Nisa Suresi, 141. Ayet:
Allahdan sizə bir qələbə nəsib olarsa, sizi kənardan izləyənlər (münafiqlər) belə deyərlər
:
“Biz də sizinlə birlikdə deyildikmi?” Əgər kafirlərə (zəfər) nəsib olarsa, (bu dəfə onlara
:
) “Biz (müharibədə) üstünlüyünüzü təmin edib sizi möminlərdən qorumadıqmı?” - deyərlər. Qiyamət günü Allah sizin aranızda hökm verəcək və kafirlərə, möminlərin əleyhinə bir yol verməyəcəkdir....
Nisa Suresi, 150. Ayet:
Şübhəsiz, Allahı və peyğəmbərlərini inkar edən, Allah və peyğəmbərlərini, (iman gətirmək etibarilə) bir-birindən ayırmaq istəyərək
:
“(Peyğəmbərlərin) bir qisminə inanırıq, bir qisminə isə inanmırıq”, - deyən və bunlar (iman və küfr) arasında bir yol tutmaq istəyənlərə gəldikdə;...
Nisa Suresi, 153. Ayet:
(Ey Rəsulum!) Kitab əhli (yəhudilər) səndən, özlərinə göydən bir kitab endirməyini istəyirlər. Halbuki, onlar Musadan bundan daha böyüyünü istəyərək belə demişdilər
:
“Bizə Allahı açıq bir şəkildə göstər!” Zülmləri səbəbilə onları ildırım vurmuşdu. Bunun ardınca, onlara açıq-aydın dəlillər gəldikdən sonra buzovu özlərinə ilah qəbul etdilər. Biz bunu da bağışladıq və Musaya açıq bir dəlil (səlahiyyət) verdik....
Nisa Suresi, 154. Ayet:
Verdikləri sözə riayət etsinlər deyə, Turu (dağı) onların üzərinə qaldırdıq və onlara
:
“Qapıdan səcdə edərək daxil olun!” - dedik. Həmçinin biz
:
“Şənbə günü həddi aşmayın (ov qadağasını pozmayın)!” – dedik və onlardan möhkəm bir əhd aldıq....
Nisa Suresi, 155. Ayet:
(Onları lənətləməyimiz,) verdikləri əhdi pozmaları, Allahın ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri və
:
“Ürəklərimiz pərdəlidir!” - demələrinə görədir. Xeyr, küfrlərinə görə Allah onların qəlblərini möhürləmişdir. Artıq, onların az bir qismi iman gətirər....
Nisa Suresi, 176. Ayet:
Səndən fitva istəyirlər. De
:
“Atası və övladı olmayan şəxsin (mirası) haqqında Allah sizə fitva verir ki, əgər övladı olmayıb bir bacısı olan adam vəfat edərsə, mirasın yarısı onundur (bacısınındır). Övladı olmayan bir qadın vəfat etdikdə, qardaşı, onun varisidir. Əgər (vəfat edənin) iki (bacısı) varsa, mirasın üçdə ikisi onlarındır. Əgər (vəfat edənin daha çox) qardaşları və bacıları varsa, kişiyə (bir qardaşa), iki qadına (iki bacıya) düşən pay qədər (miras) düşür. Allah (bunu) doğru yoldan çı...
Ənfal Suresi, 1. Ayet:
Səndən qənimətlər haqqında soruşurlar. De
:
“Qənimətlər Allaha və Peyğəmbərə məxsusdur. Ona görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızı düzəldin (münaqişələrə son verin), Allaha və Onun Peyğəmbərinə itaət edin!”...
Ənfal Suresi, 6. Ayet:
Həqiqət ortaya çıxdıqdan sonra, ölümə sürüklənirlərmiş kimi (narazıçılıq içində) baxaraq onun barəsində səninlə mübahisə edirlər. (Bədr döyüşündən əvvəl müsəlmanlardan bəziləri Həzrət Peyğəmbərin yanına gələrək döyüş barəsində onunla mübahisə etmiş və belə demişdilər
:
“Biz karvanı ələ keçirmək üçün yola çıxmışdıq. Əgər döyüşə getdiyimizi bilsəydik, bunun üçün hazırlıq görərdik”. Yuxarıdakı ayədə, onların həddindən artıq ölümdən qorxduqları üçün bu şəkildə mübahisə etdiklərinə işarə olunmuşdur.)...
Ənfal Suresi, 9. Ayet:
(Xatırlayın ki,) o zaman siz Rəbbinizdən yardım diləmişdiniz. O da
:
“Mən sizə, bir-birinin ardınca gələn min mələklə yardım edəcəyəm!” – deyə sizin duanızı qəbul etmişdi. (Həzrət Peyğəmbər Bədr döyüşündə səhabələrin az, müşriklərin isə çox olduğunu görən zaman qibləyə yönələrək əllərini uzatmış və dua etmişdi. Allah-Təala da onun duasını qəbul etmiş və min mələklə ona yardım etmişdi.)...
Ənfal Suresi, 12. Ayet:
O zaman Rəbbin mələklərə
:
“Həqiqətən, Mən sizinlə birlikdəyəm. Möminlərə dəstək verin! Kafirlərin qəlblərinə qorxu salacağam. Onların boyunlarını vurun və bütün barmaqlarını doğrayın!” - deyə vəhy edirdi. (Yuxarıdakı ayədə Allah-Təala müsəlmanlara verdiyi mənəvi dəstəyi açıqlamaqdadır. Kafirlərin qəlblərinə qorxu salmaq, psixoloji baxımdan onlara təsir göstərmək və əhval-ruhiyyələrini pozmaq üçün Uca Allah mələklərə belə səslənmişdir. Eyni zamanda bu ayə, mələklərin müharibədə həqiqətən iştirak ...
Ənfal Suresi, 21. Ayet:
Eşitmədikləri halda
:
“Eşitdik!” - deyənlər kimi olmayın!...
Ənfal Suresi, 31. Ayet:
Ayələrimiz onlara oxunduğu zaman dedilər ki
:
“Eşitdik. İstəsəydik, biz də bunun bənzərini əlbəttə, söyləyə bilərdik. Bu, əvvəlkilərin əfsanələrindən başqa bir şey deyil”....
Ənfal Suresi, 32. Ayet:
Onlar vaxtilə belə demişdilər
:
“Ey Allahım! Əgər bu (Quran) Sənin dərgahından gələn bir həqiqətdirsə, onda başımıza göydən daş yağdır, yaxud bizə acı bir əzab gətir!”...
Ənfal Suresi, 38. Ayet:
Kafirlərə de
:
“Əgər (küfrdən və Peyğəmbərə qarşı düşmənçilikdən) əl çəksələr, onların keçmiş günahları bağışlanacaq. Əgər (o işlərə) geri qayıtsalar, əvvəlkilərin başına gələnlər onların da başına gələcəkdir....
Ənfal Suresi, 48. Ayet:
O zaman şeytan onlara etdikləri əməlləri gözəl göstərdi və dedi ki
:
“Bu gün insanlardan, sizə qalib gələ biləcək heç kim yoxdur və əlbəttə, mən də sizin yanınızdayam!” Ancaq iki dəstə bir-birini gördüyü zaman geri döndü və dedi ki
:
“Mən sizdən uzağam. Mən sizin görmədiyiniz şeyləri (mələkləri) görürəm. Mən Allahdan qorxuram. Allahın əzabı şiddətlidir!”...
Ənfal Suresi, 49. Ayet:
O zaman münafiqlər və ürəklərində xəstəlik olanlar (sizin haqqınızda)
:
“Bunları, öz dinləri aldatdı”, - deyirdilər. Kim Allaha təvəkkül edərsə, şübhəsiz, Allah qüdrətlidir, hikmət sahibidir....
Ənfal Suresi, 50. Ayet:
Kaş mələklər üzlərinə və arxalarına vurub
:
“Dadın yandırıcı cəhənnəm əzabını!” - deyərək kafirlərin canlarını alarkən onları görəydin!...
Ənfal Suresi, 70. Ayet:
Ey Peyğəmbər! Əlinizdə olan əsirlərə de ki
:
“Əgər Allah qəlblərinizdə bir xeyir olduğunu bilsə, sizdən alınandan (fidyədən) daha xeyirlisini sizə verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir....
Əhqaf Suresi, 4. Ayet:
De
:
“Deyin görüm, Allahdan başqa dua etdikləriniz torpaqdan nə yaradıblar?! Yoxsa onların göylərdə bir şərikliyimi var?! Əgər doğru deyirsinizsə, mənə bundan əvvəlki (sizə nazil olmuş) bir kitab, yaxud (əvvəlki peyğəmbərlərin gətirdiyi) elmdən qalan bir şey gətirin!”...
Əhqaf Suresi, 7. Ayet:
Ayələrimiz kafirlərə açıq-aydın oxunduqda və haqq olan (Quran) gəldikdə onlar
:
“Bu, açıq bir sehrdir!” - dedilər....
Əhqaf Suresi, 8. Ayet:
Yoxsa
:
“Onu özündən uydurmuşdur!” - deyirlər?! De
:
“Əgər onu özümdən uydurmuşamsa, onda Allahdan (gələcək əzaba qarşı) məni heç cür qoruya bilməzsiniz. O, sizin (Quran barəsində) etdiyiniz dedi-qoduları çox yaxşı bilir. Mənimlə sizin aranızda şahid olaraq Allah yetər. O, bağışlayandır, rəhmlidir”....
Əhqaf Suresi, 9. Ayet:
De
:
“İlk peyğəmbər mən deyiləm. Onun (Allahın) mənə və sizə nə edəcəyini də bilmirəm. Mən yalnız mənə gələn vəhyə tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdarlıq edən bir peyğəmbərəm”....
Əhqaf Suresi, 10. Ayet:
De
:
“Deyin görüm, əgər (bu Quran) Allah tərəfindən nazil olduğu halda siz onu inkar etsəniz, İsrail oğullarından da bir şahid onun bənzərini (Tövratı) görüb iman gətirdiyi halda siz təkəbbürlənsəniz, zülm etmiş olmazsınızmı? Şübhəsiz ki, Allah zalımları doğru yola yönəltməz”. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, bu ayədə keçən “İsrail oğullarından olan şahid” Musa peyğəmbərdir. Digər bir rəvayətə görə isə, Həzrət Peyğəmbərin dövründə İslam dinini qəbul edən yəhudi əsilli Abdullah ibn Sala...
Əhqaf Suresi, 11. Ayet:
Kafirlər iman gətirənlər barəsində
:
“Əgər o (İslam dini) yaxşı bir şey olsaydı, onlar bu məsələdə bizdən önə keçə bilməzdilər”, - deyirlər. Ancaq onlar bununla doğru yola gəlmək istəmədikləri üçün
:
“Bu, keçmişdən qalan bir yalandır!” - deyəcəklər. (İslamı ilk qəbul edənlər əsasən kölələr, kasıblar və acizlər olduğu üçün Qüreyş qəbiləsinin öndərləri İslamın xeyir gətirmədiyini və bunun da İslam dinini qəbul edənlərin səviyyələrindən bəlli olduğunu iddia etmişdilər. Yuxarıdakı ayədə onların bu hər...
Əhqaf Suresi, 13. Ayet:
Şübhəsiz ki
:
“Rəbbimiz Allahdır!” - deyib sonra doğru yolda gedənlər üçün heç bir qorxu yoxdur və onlar qəm-qüssə görməyəcəklər....
Əhqaf Suresi, 15. Ayet:
Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər
:
“Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”....
Əhqaf Suresi, 17. Ayet:
Ata-anasına
:
“Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-keçdiyi halda siz (yenidən dirildilib qəbirdən) çıxardılacağımla məni təhdid edirsiniz?” – deyənə onlar
:
“Vay sənin halına! İman gətir! Həqiqətən, Allahın vədi haqdır”, - deyərək Allahdan yardım istəyərlər. Ancaq o
:
“Bu yalnız əvvəlkilərin əfsanələridir”, - deyər....
Əhqaf Suresi, 20. Ayet:
Kafirlər cəhənnəmin qarşısına gətirildikləri gün (onlara belə deyiləcək)
:
“Dünya həyatınızda sahib olduğunuz nemətlərdən istifadə edib zövq aldınız. Ancaq yer üzündə haqsız yerə təkəbbürləndiyinizə və haqq yoldan çıxdığınıza görə bu gün siz alçaldıcı əzabla cəzalandırılacaqsınız!”...
Əhqaf Suresi, 21. Ayet:
Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi Əhqafda olan qövmünü belə xəbərdar etmişdi
:
“Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”. (Bu ayədə keçən “Əhqaf” kəlməsi “yüksək qum təpələri” mənasına gəlir. Hud əleyhissəlamın göndərildiyi Ad qövmü Yəməndə dəniz kənarındakı qum təpələri arasında məskunlaşdığı üçün həmin əraziyə “Əhqaf” deyilmişdir.)...
Əhqaf Suresi, 22. Ayet:
Onlar
:
“Sən bizi ilahlarımızdan döndərmək üçün gəlmisən? Əgər doğru deyirsənsə, bizə vəd etdiyini (əzabı) gətir!” - dedilər....
Əhqaf Suresi, 23. Ayet:
Hud dedi
:
“(Əzabın nə vaxt gələcəyi haqqında) məlumat yalnız Allah dərgahındadır. Mən sizə yalnız mənə göndərilənləri çatdırıram. Ancaq görürəm ki, siz cahil bir qövmsünüz”....
Əhqaf Suresi, 24. Ayet:
Onu (əzabı) vadilərinə tərəf yayılan bulud şəklində gördükləri zaman
:
“Bu, bizə yağış yağdırası buluddur!” - dedilər. Xeyr! O, sizin tez gəlməsini istədiyiniz şeydir. O, içində acı bir əzab olan küləkdir....
Əhqaf Suresi, 29. Ayet:
Bir zaman cinlərdən bir dəstəni Quranı dinləmələri üçün sənin yanına göndərmişdik. Onlar Qurana qulaq asmaq üçün gəldikləri zaman (bir-birinə)
:
“Qulaq asın!” - demişdilər. Quran tilavəti qurtardıqda onlar öz tayfalarını bundan xəbərdar etmək üçün geri qayıtmışdılar. (Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, Həzrət Peyğəmbər Taif səfərində ikən Nəhl vadisində sübh namazını qıldırmışdı. Bu əsnada yeddi, yaxud doqquz nəfərdən ibarət cin dəstəsi Həzrət Peyğəmbərin oxuduğu Quranı dinləmək üçün gəl...
Əhqaf Suresi, 30. Ayet:
Onlar belə dedilər
:
“Ey qövmümüz! Həqiqətən, biz Musadan sonra nazil edilmiş, özündən əvvəlkiləri təsdiq edən, haqqa və doğru yola yönəldən bir Kitab dinlədik....
Əhqaf Suresi, 34. Ayet:
Kafirlər cəhənnəmin qarşısına gətiriləcəkləri gün (onlara belə deyiləcək)
:
“Bu, həqiqət deyilmi?” Onlar
:
“Bəli, Rəbbimizə and olsun ki, (həqiqətdir)!” - deyə cavab verəcəklər. Allah
:
“Elə isə, inkar etdiyinizə görə dadın əzabı!” - deyəcəkdir....
Nəml Suresi, 7. Ayet:
Bir zaman Musa öz ailəsinə
:
“Mən (uzaqda) bir od gördüm. Sizə oradan bir xəbər gətirəcəyəm, yaxud bir köz gətirəcəyəm ki, isinəsiniz”, - demişdi....
Nəml Suresi, 8. Ayet:
Ora gəldiyi zaman belə bir səs gəldi
:
“Odun yanındakı (Musa) və odun ətrafındakılar (mələklər) mübarəkdirlər. Aləmlərin Rəbbi olan Allah pak və müqəddəsdir!...
Nəml Suresi, 10. Ayet:
Əsanı at!” Musa əsanın ilan kimi qıvrıldığını gördüyü zaman arxasına baxmadan dönüb qaçdı. (Ona dedik
:
) “Ey Musa, qorxma! Çünki, peyğəmbərlər Mənim hüzurumda qorxmazlar....
Nəml Suresi, 13. Ayet:
Möcüzələrimiz açıq bir şəkildə onlara gəldiyi zaman
:
“Bu, açıq-aydın bir sehrdir!” - dedilər....
Nəml Suresi, 15. Ayet:
Biz Davuda və Süleymana da elm verdik. Onlar
:
“Bizi mömin qullarının çoxundan üstün edən Allaha həmd olsun!” - dedilər....
Nəml Suresi, 16. Ayet:
Süleyman Davuda varis olmuş və
:
“Ey insanlar! Bizə quş dili öyrədildi və hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür”, - demişdi....
Nəml Suresi, 18. Ayet:
Nəhayət, onlar qarışqa vadisinə gəldikdə bir qarışqa belə dedi
:
“Ey qarışqalar, yuvalarınıza girin ki, Süleyman və ordusu fərqinə varmadan sizi əzməsinlər!”...
Nəml Suresi, 19. Ayet:
Süleyman onun sözünə gülümsəyib dedi
:
“Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh qullarının arasına daxil et!”...
Nəml Suresi, 20. Ayet:
Süleyman quşları nəzərdən keçirib dedi
:
“Hüdhüdü (şanapipiyi) nə üçün görmürəm? Yoxsa o yoxdurmu?...
Nəml Suresi, 22. Ayet:
Çox keçmədən (hüdhüd gəlib) dedi
:
“Sənin bilmədiyin bir şey öyrəndim. Səbədən sənə dəqiq bir xəbər gətirmişəm. (“Səbə” Yəməndəki bir qəbilənin adı idi.)...
Nəml Suresi, 27. Ayet:
(Süleyman şanapipiyə) dedi
:
“Baxaq görək, doğru söyləyirsən, yoxsa yalançılardansan....
Nəml Suresi, 29. Ayet:
(Səbə hökmdarı Bəlqis) dedi
:
“Ey əyanlar! Mənə mühüm bir məktub atıldı....
Nəml Suresi, 30. Ayet:
O məktub Süleymandandır və belə başlayır
:
“Rəhman və Rəhim olan Allahın adı ilə!...
Nəml Suresi, 32. Ayet:
(Sonra Bəlqis
:
) “Ey əyanlar! Bu iş barədə mənə fikrinizi bildirin! Siz olmadan mən heç bir işə qəti qərar verən deyiləm!” - dedi....
Nəml Suresi, 33. Ayet:
Onlar
:
“Biz çox güclüyük və çətin döyüşlər görmüşük. Qərar sənindir. Buna görə də nə əmr edəcəyini özün fikirləş!” - dedilər....
Nəml Suresi, 34. Ayet:
(Bəlqis) dedi
:
“Hökmdarlar bir məmləkətə girdikləri zaman orada fitnə-fəsad törədərlər. Xalqının böyüklərini də alçaldarlar. Onlar da belə edəcəklər....
Nəml Suresi, 36. Ayet:
(Elçi hədiyyə ilə) Süleymanın hüzuruna gəldiyi zaman o belə dedi
:
“Siz mənə mal-mülkləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Bu hədiyyələrinizlə siz sevinirsiniz....
Nəml Suresi, 38. Ayet:
(Sonra Süleyman) dedi
:
“Ey əyanlar! Onlar təslim olub mənə gəlmədən hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?”...
Nəml Suresi, 39. Ayet:
Cinlərdən çox güclü biri
:
“Sən yerindən qalxmadan mən onu sənə gətirərəm. Həqiqətən, mənin buna gücüm çatar və mən etibarlıyam!” - dedi....
Nəml Suresi, 40. Ayet:
Kitabdan xəbərdar olan kimsə belə dedi
:
“Mən bir göz qırpımında onu sənə gətirərəm!” Süleyman onu (Bəlqisin taxtını) yanında hazır vəziyyətdə gördüyü zaman dedi
:
“Bu, Rəbbimin lütfündəndir. O, bununla məni sınayır ki, görək şükür edəcəyəm, yoxsa nankorluq edəcəyəm. Kim şükür edərsə, yalnız özü üçün şükür etmiş olar. Kim nankorluq edərsə, (bilsin ki,) Rəbbim heç bir şeyə möhtac deyildir, kərəm sahibidir!”...
Nəml Suresi, 41. Ayet:
Süleyman
:
“Onun taxtını tanınmaz bir hala salın, görək, (Bəlqis onu) tanıyacaq, yoxsa tanımayacaq?” - dedi....
Nəml Suresi, 42. Ayet:
O (Bəlqis) gəldiyi zaman ona
:
“Sənin taxtın beləydimi?” - deyildi. O da
:
“Sanki odur!” – dedi. (Süleyman dedi
:
) “Bizə daha əvvəl elm verilmiş və biz (Allaha) təslim olmuşuq!”...
Nəml Suresi, 44. Ayet:
Ona
:
“Saraya daxil ol!” - deyildi. Oranı görən zaman onu dərin bir su gölməçəsi zənn etdi və ətəyini qaldırdı. (Süleyman) dedi
:
“Bu, büllurdan düzəldilmiş bir döşəmədir”. (Bəlqis
:
) “Ey Rəbbim! Həqiqətən, mən özümə zülm etmişəm. Süleymanla birlikdə aləmlərin Rəbbi olan Allaha təslim oldum!” - dedi....
Nəml Suresi, 46. Ayet:
Saleh
:
“Ey qövmüm! Nə üçün yaxşılıqdan əvvəl pisliyə tələsirsiniz? Allahdan bağışlanmağınızı diləməli deyilsinizmi? Ola bilsin ki, sizə mərhəmət edilər”, - dedi....
Nəml Suresi, 47. Ayet:
Onlar dedilər ki
:
“Sənin və səninlə birlikdə olanların ucbatından biz uğursuzluğa düçar olduq”. Saleh dedi
:
“Sizin uğursuzluğunuz Allah tərəfindəndir. Xeyr, siz sınağa çəkilən bir qövmsünüz”. (Qövmü Saleh peyğəmbəri təkzib etdiyi zaman Allah-Təala onları qıtlığa düçar etmişdi. Onlar da bunu “uğursuzluq” adlandırmışdılar.)...
Nəml Suresi, 49. Ayet:
Onlar öz aralarında Allaha and içərək belə dedilər
:
“Gecə ona (Salehə) və ailəsinə hücum edək (hamısını öldürək), sonra da vəlisinə
:
“Onun ailəsinin öldürüldüyü əsnada biz orada olmamışıq. Həqiqətən, biz doğru deyirik”, - deyək....
Nəml Suresi, 54. Ayet:
Lutu da (yad et)! Bir zaman o, öz qövmünə demişdi
:
“Göz görə-görə əxlaqsızlıqla məşğul olursunuz?...
Nəml Suresi, 56. Ayet:
Qövmünün cavabı isə yalnız
:
“Lut ailəsini məmləkətinizdən çıxarın! Çünki onlar çox təmiz kimsələrdir”, - demələri oldu....
Nəml Suresi, 59. Ayet:
De
:
“Həmd olsun Allaha! Seçmiş olduğu qullarına da salam olsun! Allah xeyirlidir, yoxsa onların şərik qoşduqları?...
Nəml Suresi, 64. Ayet:
(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa əvvəlcə yaradıb sonra (axirətdə) onu təkrar dirildən və sizə həm göydən, həm də yerdən ruzi verən?! Allahla yanaşı başqa bir ilah varmı?! De
:
“Əgər doğru söyləyirsinizsə, dəlilinizi gətirin!”...
Nəml Suresi, 65. Ayet:
De
:
“Allahdan başqa göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz. Onlar nə zaman dirildiləcəklərini də bilməzlər”....
Nəml Suresi, 67. Ayet:
Kafirlər dedilər
:
“Biz və atalarımız torpaq olduqdan sonra həqiqətən, (dirildilib qəbirlərimizdən) çıxardılacağıqmı?...
Nəml Suresi, 69. Ayet:
De ki
:
“Yer üzündə dolaşın və günahkarların aqibətinin necə olduğuna bir baxın!”...
Nəml Suresi, 71. Ayet:
Onlar
:
“Əgər doğru söyləyirsinizsə, bu vəd (əzab) nə vaxt gerçəkləşəcək?” - deyirlər....
Nəml Suresi, 72. Ayet:
De ki
:
“Tez gəlməsini istədiyinizin (əzabın) bir hissəsi, ola bilsin ki, yaxınlaşmışdır” ....
Nəml Suresi, 84. Ayet:
Onlar gəldikləri zaman Allah buyuracaq
:
“Siz Mənim ayələrimi tam dərk etmədən yalanladınızmı? Yoxsa (dünyada) nə etdiniz?”...
Nəml Suresi, 90. Ayet:
Hər kim pis əməllərlə (Allahın hüzuruna) gələrsə, onlar üzü üstə cəhənnəmə atılacaqlar. (Onlara belə deyiləcək
:
) “Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkirsiniz!”...
Nəml Suresi, 91. Ayet:
(De
:
) Şübhəsiz, mənə bu şəhərin (Məkkənin) Rəbbi olan və oranı müqəddəs edən Allaha ibadət etməyim əmr olunmuşdur. Hər şey Onundur. Mənə (Allaha) təslim olanlardan olmağım əmr olunmuşdur....
Nəml Suresi, 92. Ayet:
Quran oxumağım da (əmr olunmuşdur). Artıq kim doğru yolu tutarsa, ancaq özü üçün doğru yolu tutmuş olar. Kim doğru yoldan azarsa, de ki
:
“Mən yalnız xəbərdar edənlərdənəm”....
Nəml Suresi, 93. Ayet:
De
:
“Həmd Allaha məxsusdur! O, dəlillərini sizə göstərəcək, siz də onları biləcəksiniz”. Rəbbin sizin etdiklərinizdən xəbərsiz deyildir....
Rum Suresi, 42. Ayet:
De
:
“Yer üzündə gəzib dolaşın və əvvəlkilərin aqibətinin necə olduğuna baxın! Onların çoxu müşrik idi....
Rum Suresi, 56. Ayet:
Elm və iman verilənlər isə (o günahkarlara) belə deyəcəklər
:
“And olsun ki, Allahın Kitabında (hökm verildiyi kimi) diriliş gününə qədər qaldınız. Bax bu, diriliş günüdür! Lakin siz onu inkar edirdiniz”....
Rum Suresi, 58. Ayet:
Şübhəsiz ki, Biz bu Quranda insanlar üçün hər cür məsəllər çəkdik. Onlara möcüzə gətirsən də, kafirlər mütləq
:
“Siz ancaq batil şeylər uydurursunuz”, - deyəcəklər....
Yusif Suresi, 4. Ayet:
Bir zaman Yusif atasına belə demişdi
:
“Atacan! Mən (yuxuda) on bir ulduz, günəşi və ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər”....
Yusif Suresi, 5. Ayet:
(Atası Yaqub) dedi
:
“Can oğlum! Yuxunu qardaşlarına danışma, yoxsa sənə hiylə qurarlar. Həqiqətən, şeytan insanın açıq-aşkar düşmənidir....
Yusif Suresi, 8. Ayet:
O zaman (Yusifin qardaşları) belə demişdilər
:
“Biz çox olduğumuz halda Yusif və qardaşı (Bünyamin) atamıza bizdən daha əzizdir. Həqiqətən, atamız açıq-aşkar səhv edir. (Yusif və Bünyamin bir ananın uşaqları, digər qardaşları isə başqa bir ananın uşaqlarıydı. Yəni, onlar atabir qardaşdılar.)...
Yusif Suresi, 9. Ayet:
(Qardaşları öz aralarında belə dedilər
:
) “Yusifi öldürün və ya (uzaq) bir yerə atın ki, atanız yalnız sizə meyil etsin. Ondan sonra da (tövbə edib) saleh kimsələr olarsınız”....
Yusif Suresi, 10. Ayet:
Onlardan biri dedi
:
“Yusifi öldürməyin! Əgər hökmən nə isə edəcəksinizsə, onu bir quyunun dibinə atın ki, (oradan keçən) karvanlardan biri onu götürsün”. (Bu təklifi irəli sürən Yəhuda adlı qardaşı idi. Nəhayət, qardaşlar onun bu təklifini qəbul etdilər və atalarının yanına gəldilər.)...
Yusif Suresi, 11. Ayet:
Onlar dedilər
:
“Ay ata! Sənə nə olub ki, Yusif barəsində bizə etibar etmirsən? Halbuki, biz onun yaxşılığını istəyirik....
Yusif Suresi, 13. Ayet:
Yaqub dedi
:
“Onu aparmağınız məni çox kədərləndirər və qorxuram ki, siz ondan xəbərsiz ikən onu qurd yeyər”....
Yusif Suresi, 14. Ayet:
Onlar
:
“Biz bu qədər çox olduğumuz halda qurd onu yeyərsə, o zaman biz aciz olarıq axı!” - dedilər....
Yusif Suresi, 15. Ayet:
(Qardaşları) onu aparıb quyunun dibinə atmaq üçün sözləşdikləri zaman Biz Yusifə belə vəhy etdik
:
“Həqiqətən, etdikləri bu işi gözləmədikləri bir vaxtda sən onlara xəbər verəcəksən!” (Təfsirçilərin əksəriyyəti yuxarıdakı ayədə keçən “Yusifə vəhy etdik” ifadəsinə əsaslanaraq Həzrət Yusifə peyğəmbərliyin həmin vaxt verildiyi fikrindədirlər. Çünki, həqiqətən də, Allahın bu vədi daha sonra gerçəkləşmiş, Yusif peyğəmbər buradan xilas olmuş və bütün bunları qardaşlarına bildirmişdi.)...
Yusif Suresi, 17. Ayet:
Onlar dedilər
:
“Ay ata! Biz bir-birimizlə yarışmaq üçün (uzağa) getmişdik. Yusifi də əşyalarımızın yanında qoymuşduq. Bir də gördük ki, qurd onu yeyib. Biz doğru söyləsək də, sən bizə inanmayacaqsan”....
Yusif Suresi, 18. Ayet:
Onlar (Yusifin) saxta qana bulanmış köynəyini də gətirdilər. (Yaqub peyğəmbər) dedi
:
“Əksinə, nəfsiniz sizə bu (pis) işi gözəl göstərdi. Ona görə də, mənə düşən gözəl bir şəkildə səbir etməkdir. Söylədiklərinizin qarşısında (mənə) yalnız Allah kömək edə bilər”. (Rəvayətə görə, qardaşları Yusifin köynəyini qana bulayıb atalarına gətirdikləri zaman bu acı xəbəri eşidən Yaqub peyğəmbər fəryad etməyə başladı və onun köynəyini istədi. Köynəyi üzünə sürtüb ağladı və belə dedi
:
“Bu günə qədər belə yumş...
Yusif Suresi, 19. Ayet:
Bir karvan gəldi və sudaşıyanı (su dalınca) göndərdilər. O qabını (quyuya) saldı. (Yusifi görəndə
:
) “Müjdə! Bu bir oğlan uşağıdır!” - dedi. Onlar Yusifi satmaq məqsədi ilə qul kimi saxladılar. Allah onların etdiklərini biləndir....
Yusif Suresi, 21. Ayet:
Yusifi Misirdə satın alan şəxs zövcəsinə dedi
:
“Ona yaxşı bax! Ola bilsin ki, bizə faydası olar, yaxud onu oğulluğa götürərik”. Beləcə, Yusifi o yerdə (Misirdə) yerləşdirdik və ona yuxuların yozumunu öyrətdik. Allah Öz işini gerçəkləşdirməyə qadirdir, lakin insanların çoxu (bunu) bilməz. (Təfsirlərdə qeyd edilən rəvayətlərə görə, Həzrət Yusifi öz himayəsinə götürən şəxs Misirin maliyyə naziri idi. O, Yusifin zəkasını və qabiliyyətini sezmiş və buna görə də gələcəkdə ondan istifadə edə biləcəyini...
Yusif Suresi, 23. Ayet:
Yusifin qaldığı evdəki qadın (Züleyxa) onu tovlamaq istədi və qapıları bağlayıb
:
“Haydı gəl!” - dedi. Yusif isə
:
“Mən Allaha sığınıram! O (sənin ərin) mənim ağamdır. O mənə yaxşı davranır. Şübhəsiz ki, zülm edənlər (zinakarlar) nicat tapmazlar!” - dedi....
Yusif Suresi, 25. Ayet:
İkisi də qapıya tərəf qaçdılar. (Züleyxa) onun köynəyini arxadan cırdı. Qapının ağzında (Züleyxanın) əri ilə rastlaşdılar. (Züleyxa) dedi
:
“Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana atılmaq, yaxud şiddətli bir işgəncədir!”...
Yusif Suresi, 26. Ayet:
Yusif dedi
:
“O məni tovlayıb yoldan çıxartmaq istədi!” (Züleyxanın) qohumlarından biri belə şahidlik etdi
:
“Əgər Yusifin köynəyi qabaqdan cırılmışsa, deməli, (Züleyxa) doğru deyir, o isə yalançılardandır....