Bəqərə Suresi, 258. Ayet: Allah ona hökmdarlıq verdi deyə, Rəbbi barəsində İbrahimlə mübahisə edən kəsi görmədinmi/heç düşünmədinmi? Bir vaxt İbrahim, "Mənim Rəbbim dirildən və öldürəndir" demişdi. O, "Mən dirildir və öldürürəm" demişdi. İbrahim, "Elə isə, şübhəsiz ki, Allah, günəşi məşriqdən gətirir, bacarırsansa, sən onu məğribdən gətir!" dedikdə, o kafir [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən adam] çaşıb qaldı. -Və Allah özlərinə haqsızlıq edənlər qövmünə doğru yolu göstərməz.-...
Nisa Suresi, 92. Ayet: Və səhvən olması istisna, bir möminin, digər bir mömini öldürməsi olmaz. Və kim bir mömini, qəsdsiz/səhvən öldürsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə/varislərinə bir qanbahası verməlidir. -Ancaq ölənin ailəsinin bağışlaması istisnadır.- Əgər öldürülən, mömin olmaqla birlikdə sizə düşmən bir tayfadan isə, o zaman öldürən, mömin bir kölə azad etməlidir. Əgər öldürülən, sizinlə əhd bağlamış bir tayfadan isə öldürən, ölənin ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bun...