Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Səba Suresi, 12. Ayet:
Səhər gedişi bir aylıq məsafə, axşam dönüşü də bir aylıq məsafə olan küləyi Süleymanın xidmətinə verdik. Ərimiş mis mədənini də onun üçün sel kimi axıtdıq. Cinlərin bir qismi Rəbbinin izni ilə onun hüzurunda çalışırdı. Onlardan kim əmrimizdən
çıxırdısa,
alovlu odun əzabından ona daddırırdıq....
Səba Suresi, 12. Ayet:
Süleymana da küləyi ram etdik. O (külək) səhərdən günortaya qədər bir aylıq yol, günortadan axşama qədər də bir aylıq yol gedirdi (bir gündə iki aylıq məsafəni qət edirdi). Onun üçün mis mədənini sel kimi əridib axıtdıq. (Davud dəmiri əlində yumşaldıb istədiyini düzəltdiyi kimi, Süleyman da misdən istədiyini düzəldirdi). Cinlərin bir qismi Rəbbinin izni ilə onun yanında işləyirdi. Onlardan hər kəs (Süleymana itaət etməyib) əmrimizdən
çıxırdısa,
ona cəhənnəm odunun əzabından daddırırdıq....
Səba Suresi, 12. Ayet:
Səhər gedişi ilə bir aylıq, axşam gəlişi ilə bir aylıq məsafəni qət edən külək Süleyman üçündür (onun əmrinə tabe etmişdik). Ərimiş misi qaynağından onun üçün axıtdıq. Cinlərdən Rəbbinin icazəsiylə onun əlinin altında (əmrində) çalışanlar vardı. Onlardan kim əmrimizdən
çıxırdısa,
ona alovlu atəşin əzabını daddırırdıq....
Səba Suresi, 12. Ayet:
Səhər bir aylıq məsafəni qət edən, günortadan sonra (yenə) bir aylıq məsafəni qət edən küləyi də Süleymana (ram etdik). Biz onun üçün mis qaynağını sel kimi axıtdıq. Rəbbinin izni ilə cinlərin bir qismi onun qabağında işləyirdi. Onlardan kim ki, (Süleymana itaət etməyib) əmrimizdən
çıxırdısa,
onu Cəhənnəm oduna düçar edirdik....