Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən vəfat edib (arxalarında) arvadlarını qoyub gedənlər öz zövcələri üçün vəsiyyət etməlidirlər ki, (evlərindən)
çıxarılmamaq
şərtilə bir il müddətində baxılsınlar (qoyub getdikləri mallarından faydalansınlar). Əgər (öz istəkləri ilə) çıxıb gedərlərsə, öz barələrində etdikləri məşru işlər üçün sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir....
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən
çıxarılmamaq
şərtilə, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!...
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək (evlərindən)
çıxarılmamaq
şərtilə baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (şəriətə) müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir....
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən kimsələr vəfat edib arvadları qalarsa, arvadlarına il tamam olana qədər, evlərindən
çıxarılmamaq
şərtilə baxılması vəsiyyət olunmalıdır. Əgər arvadlar özləri (evdən) çıxsalar, onların qəbul olunmuş qayda üzrə özləri etdikləri işlərə görə sizə günah düşmür. Allah qüvvət və hikmət sahibidir !...
Bəqərə Suresi, 240. Ayet:
Və sizlərdən vəfat edib özlərindən sonra zövcələri qalanlar, zövcələri üçün bir il müddətlə evlərindən
çıxarılmamaq
şərti ilə onlara çatacaq qədər malı vəsiyyət etməlidirlər. Əgər onlar çıxsalar, adətlərə uyğun/hər kəs tərəfindən qəbul edilmiş şəkildə özlərinin elədikləri işdən sizin üçün bir günah yoxdur. Və Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qanun qoyandır, pozulmağın qarşısını yaxşı alan/möhkəm edəndir....