Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Tövbə Suresi, 42. Ayet:
Əgər o, asan əldə olunan dünya malı və orta mənzilli bir səfər olsaydı, mütləq sənin ardınca gedərdilər. Ancaq məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, mütləq biz də sizinlə bərabər (səfərə)
çıxardıq”,
- deyə özlərini həlak edərcəsinə Allaha and içəcəklər. Halbuki Allah bilir ki, onlar yalançıdırlar....
Tövbə Suresi, 42. Ayet:
Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar: “Əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə
çıxardıq”,
- deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir....
Tövbə Suresi, 42. Ayet:
Əgər yaxın bir dünya mənfəəti və asan bir səfər olsaydı, (səfərdə iştirak etməyən münafiqlər də) mütləq sənə tabe olardılar. Lakin məşəqqətli yol onlara uzaq gəldi. Onlar: “Əgər gücümüz çatsaydı, əlbəttə, sizinlə birlikdə
çıxardıq”,
– deyə Allaha and içəcəklər. Onlar özləri özlərini məhvə sürükləyirlər. Allah bilir ki, onlar, həqiqətən, yalançıdırlar....