Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Talaq Suresi, 1. Ayet:
Ey Peyğəmbər! Qadınları boşayacağınız zaman onları gözləmə müddətləri ərzində boşayın və gözləmə müddətini hesablayın! Rəbbiniz olan Allahdan qorxun və açıq-aşkar bir əxlaqsızlıq etmələri istisna olmaqla, onları (gözləmə müddəti ərzində) evlərindən
çıxartmayın,
özləri də çıxmasınlar! Bu, Allahın qoyduğu hüdudlardır. Kim Allahın hüdudlarını aşarsa, özünə zülm etmiş olar. Sən bilə bilməzsən. Ola bilsin ki, Allah bundan sonra bir çıxış yolu ortaya qoyar (onları barışdırar)....
Talaq Suresi, 1. Ayet:
Ey nəbi! Qadınları boşadığınız zaman onların iddətlərini (gözləmə müddətini) hesablayaraq iddətlərində boşayın. Rəbbiniz Allaha qarşı təqva sahibi olun. Onları evlərindən siz
çıxartmayın,
açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, onlar da (evlərindən) çıxmasınlar. Bunlar Allahın hüdudlarıdır. Kim Allahın hüdudlarını aşarsa, o zaman öz nəfsinə zülm etmiş olur. Sən bilməzsən, ola bilsin ki, Allah bundan sonra bir iş meydana gətirər (başqa bir qapı açar)....
Talaq Suresi, 1. Ayet:
Ey peyğəmbər, qadınları boşamaq istəyəndə iddə vaxtı (bir aybaşından sonra) boşayın, iddəni hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Aşkar bir qəbahət işlətməyiblərsə. onları öz evlərindən qovub
çıxartmayın,
onlar da çıxmasınlar. Allahın qoyduğu hüdudlar budur. Kim Allahın qoyduğu hüdudları aşarsa, özünə zülm etmiş olar. Sən bilmirsən, bəlkə də Allah bundan sonra başqa bir vəziyyət yaradar....