Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Ali-İmran Suresi, 152. Ayet:
Siz Onun (Allahın) izni ilə onları (düşmənlərinizi) əzib-qırdığınız zaman, Allah sizə verdiyi vədinə sadiq
çıxmışdı.
Nəhayət, (Allah) istədiyinizi (qələbəni) sizə göstərəndən sonra zəiflik göstərdiniz və (peyğəmbərin sizə verdiyi) əmr barəsində bir-birinizlə mübahisə edərək qarşı çıxdınız. Sizdən bəziləri dünyanı, bəziləri də axirəti istəyirdi. Sonra sizi imtahan etmək üçün onlardan (onları məğlub etməkdən) uzaqlaşdırdı. Əlbəttə, O sizi əfv etdi. Allah möminlərə qarşı lütfkardır....
Kəhf Suresi, 61. Ayet:
Onlar iki dənizin qovuşduğu yerə çatdıqları zaman balığı unutmuşdular. Həmin balıq isə dənizə girib gözdən itmişdi. (Rəvayətə görə, Həzrət Musa özündən daha elmli olan Xızır ilə görüşmək üçün Yuşa ibn Nun ilə səfərə
çıxmışdı.
Yanlarında da ölü bir balıq vardı. Musa peyğəmbərə bildirilmişdi ki, bu balığın canlanıb dənizə girəcəyi yer, məhz Xızır ilə görüşməli olduğu yerdir.)...
Əhzab Suresi, 9. Ayet:
Ey iman gətirənlər, Allahın sizə verdiyi nemətini xatırlayın! Vaxtilə bir ordu sizin üstünüzə gəlmişdi. Biz də onların üstünə külək və görmədiyiniz bir ordu göndərmişdik. Allah sizin etdiklərinizi görür. (Hicrətin beşinci ilində Qüreyş və Qətəfan qəbilələri birləşərək Mədinəyə hücum etmişdilər. Mədinədə müsəlmanlarla müttəfiq olan Bəni-Qüreyzə qəbiləsi isə xəyanət edərək düşmənlərin tərəfinə keçmişdi. Xəndək müharibəsi adlanan bu döyüşdən müsəlmanlar qalib
çıxmışdı.
Yuxarıdakı ayədə bu hadisəyə ...
Ənbiya Suresi, 83. Ayet:
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” - deyərək səslənmişdi. (Təfsirçilərin qeyd etdiyinə görə, Həzrət Əyyub zəngin və geniş ailəsi olan biri idi. Ancaq evinin dağılması nəticəsində ailə üzvlərindən bir çoxu vəfat etmişdi, mal-mülkü də əlindən
çıxmışdı.
Özü də on ildən çox davam edən ağır bir xəstəliyə tutulmuşdu. Bütün bunlara baxmayaraq o, halından narazıçılıq etmir, Rəbbinə şikayət etməkdən və sağalması üçün...
Ənbiya Suresi, 87. Ayet:
Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam”. (“Zünnun” Yunis peyğəmbərin ləqəbidir və “balıq sahibi” mənasına gəlir. Balıq onu udduğu üçün ona bu ləqəb verilmişdir. Yunis peyğəmbər uzun müddət qövmünü haqq dinə dəvət etmiş, ancaq insanların ona inanma...
Ənam Suresi, 7. Ayet:
Əgər sənə kağız üstünə yazılmış bir kitab nazil etsəydik və onlar əlləri ilə ona toxunsaydılar, inkar edənlər yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir”, - deyərdilər. (Qurani-Kərim Həzrət Peyğəmbərə (s.ə.s.) ya Cəbrail vasitəsilə, ya da vasitəsiz vəhy yolu ilə nazil olmuşdur. Hər iki halda da ayələr yazılmış surətdə yox, Peyğəmbərə vəhy edilərək qəlbinə yerləşdirilmişdir. Bəzi kafirlər isə ayələrin yazılı surətdə gəlməsini istəyirdilər. Yuxarıdakı ayədə bu hadisəyə işarə edilir və...
Saffat Suresi, 71. Ayet:
Onlardan əvvəlkilərin çoxu da yoldan
çıxmışdı.
...
Hədid Suresi, 27. Ayet:
Sonra onların ardınca dalbadal peyğəmbərlərimizi göndərdik. Sonra Məryəm oğlu İsanı göndərib ona İncili bəxş etdik. Onun ardınca gedənlərin ürəklərinə şəfqət və mərhəmət saldıq. Rahibliyi isə onlar özləri icad etdilər. Biz onlara bunu vacib buyurmamışdıq. Onlar bunu ancaq Allahın razılığını qazanmaq üçün etmişdilər. Lakin buna da lazımınca əməl etmədilər. Biz onların içərisində iman gətirənlərə öz haqlannı verdik, onlardan bir çoxu isə yoldan
çıxmışdı.
...