Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Yusif Suresi, 80. Ayet:
Ondan ümidlərini kəsdikləri zaman (məsələni müzakirə etmək üçün) pıçıldaşaraq bir kənara
çəkildilər.
Onların böyük olanı belə dedi: “Atanızın sizdən Allah adına söz aldığını və daha əvvəl Yusif barəsində də etdiyiniz xətanı bilmirsinizmi? Atam mənə icazə verənə və ya Allah Öz hökmünü verənə qədər mən buradan əsla ayrılmayacağam! O, hökm verənlərin ən yaxşısıdır....
Yusif Suresi, 80. Ayet:
Artıq ondan ümidlərini kəsdikləri zaman bir kənara
çəkildilər.
Onların ən böyüyü gizlincə danışaraq belə dedi: ‘Atamızın sizdən Allah adına misaq aldığını və daha əvvəl Yusifə etdiyiniz təqsirinizi bilmirsinizmi? Atam mənə izn verənə qədər və ya Allah mənim haqqımda hökm verənə qədər, artıq buradan əsla ayrılmayacam. O hökm verənlərin ən xeyirlisidir.’...
Yusif Suresi, 80. Ayet:
Ondan ümidlərini kəsdikdə məsləhətləşmək üçün bir kənara
çəkildilər.
Onların böyüyü dedi: “Atanızın sizə Allaha and içdirməsi, bundan əvvəl də Yusufa qarşı haqsızlıq etdiyiniz yadınızdadırmı? Atam mənə izn verməyincə və ya mənə aid Allah hökm verməyincə mən bu yerdən ayrılmayacağam. O, hökm verənlərin ən yaxşısıdır....
Yusif Suresi, 80. Ayet:
Beləliklə, ondan (Yusufun onların təklifini qəbul etməsindən və qardaşlarının nicat tapmasından) naümid olduqdan sonra, pıçıldaşaraq bir kənara
çəkildilər.
Böyükləri dedi: «Məgər atanızın (Binyamin barəsində) sizdən möhkəm ilahi bir peyman almasını və keçmişdə də Yusuf barəsində nə nöqsanlara yol verdiyinizi bilmirsiniz?! Buna görə də, (şəxsən) mən atam mənə icazə verənə və ya Allah mənim barəmdə hökm çıxarana qədər bu diyardan əsla çıxmayacağam. O, hökm edənlərin ən yaxşısıdır»....
Yusif Suresi, 80. Ayet:
Ondan ümidlərini üzdükdə öz aralarında danışmaq üçün bir kənara
çəkildilər.
Böyükləri dedi ki: “Atanızın Allah adına sizdən söz aldığını, daha əvvəl də Yusuf barəsində etdiyiniz təqsiri bilmirsinizmi? Artıq atam mənə izin verənə qədər və ya Allah haqqımda hökm verənə qədər buradan əsla ayrılmayacağam. O, hökm edənlərin ən xeyirlisidir”....
Yusif Suresi, 80. Ayet:
Artıq nə zaman ki, ondan ümidi kəsdilər, o zaman pıçıldaşaraq bir yana
çəkildilər.
Onların böyüyü dedi: "Atanızın sizə Allah adına and içdirdiyini və daha əvvəl Yusif barəsində həddinizi aşdığınızı bilmirsinizmi? Atam mənə izn verənə və ya Allah mənim barəmdə bir hökm verənə qədər mən artıq buradan ayrılmaram. Və Allah, hökm Verənlərin ən xeyirlisidir. ...