Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 31. Ayet:
Əgər sizə qadağan edilmiş böyük günahlardan
çəkinərsinizsə,
sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə (cənnətə) daxil edərik....
Nisa Suresi, 31. Ayet:
Əgər sizə qadağan olunmuş böyük günahlardan
çəkinərsinizsə,
Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq....
Ali-İmran Suresi, 120. Ayet:
Sizə bir yaxşılıq toxunsa, bu, onları məyus edər. Başınıza pis bir şey gəlsə, ona sevinərlər. Əgər siz səbirli olar, Allaha qarşı gəlməkdən
çəkinərsinizsə,
onların hiylələri sizə heç bir zərər verməz. Çünki Allah onların əməllərini əhatə etmişdir....
Ali-İmran Suresi, 179. Ayet:
Allah pisi təmizdən ayırıncaya qədər möminləri içində olduğunuz bu vəziyyətdə buraxacaq deyil. Allah sizə qeybi bildirəcək də deyil. Lakin Allah peyğəmbərlərindən istədiyini seçər (qeybi ona bildirər). O halda Allaha və peyğəmbərlərinə iman edin. Əgər iman edər və Allaha qarşı gəlməkdən
çəkinərsinizsə,
sizin üçün böyük bir mükafat var....
Ali-İmran Suresi, 186. Ayet:
And olsun ki, mallarınız və canlarınız barəsində imtahan ediləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və Allaha şərik qoşanlardan bir çox acı söz eşidəcəksiniz. Əgər səbir edər və Allah qarşı gəlməkdən
çəkinərsinizsə,
bilin ki, bunlar əzmkarlıq istəyən işlərdəndir....
Nisa Suresi, 128. Ayet:
Əgər bir qadın ərinin onunla pis rəftar etməsindən, yaxud üz döndərməsindən narahat olarsa, uzlaşaraq aralarını düzəltmələrində ikisinə də bir günah yoxdur. Uzlaşmaq daha xeyirlidir. Nəfslər isə qısqanclığa və xudbin həvəslərə hazır (əlverişli) yaradılmışdır. Əgər yaxşılıq edər və Allaha qarşı gəlməkdən
çəkinərsinizsə,
şübhəsiz, Allah etdiklərinizdən xəbərdardır....
Nisa Suresi, 129. Ayet:
Nə qədər çalışsanız da qadınlar arasında ədaləti təmin edə bilməzsiniz. Elə isə (birinə) tamamilə könül verib digərini asılı qalmış (nə ərli, nə ərsiz bir) qadın kimi buraxmayın. Əgər aranı düzəldər və Allaha qarşı gəlməkdən
çəkinərsinizsə,
şübhəsiz, Allah çox bağışlayan və çox mərhəmət edəndir....
Məhəmməd Suresi, 36. Ayet:
Şübhəsiz, dünya həyatı sadəcə bir oyun və əyləncədir. Əgər iman edər və Allaha qarşı gəlməkdən
çəkinərsinizsə,
O, sizə mükafatınızı verər və sizdən mallarınızı (tamamilə xərcləməyinizi) istəməz....