Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 163. Ayet:
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana
çəkirdik.
(Allah-Təala İsrail oğullarına şənbə günü ov etməyi qadağan etmiş və bu günə hörmət göstərmələrini istəmişdi. Bunun nəticəsində balıqlar o gün su üzünə çıxır və sərbəst şəkildə üzürdülər. Digər günlərdə isə balıqlar su üzünə çıxmırdı....
Əraf Suresi, 163. Ayet:
Onlardan dənizkənarı şəhərdəki vəziyyət barədə soruşun. Bilirsiniz, onlar şənbə qanununu pozaraq həddi aşırdılar. Balıq şənbə günü meydana çıxdı, digər günlərdə görünmədi. Biz onları azğınlıqlarına görə bu şəkildə imtahana
çəkirdik.
...
Əraf Suresi, 163. Ayet:
(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana
çəkirdik.
...