Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl (ibadət vaxtı) üzünüzü şərqə və qərbə tərəf çevirməyiniz deyildir. Yaxşı əməl sahibləri o kəslərdir ki, Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə inanar, mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün sərf edər, namazı qılar, zəkatı verər, əhd etdikləri zaman əhdlərinə sadiq qalar, darlıqda, çətinlikdə, eləcə də döyüş vaxtı səbir edərlər. Onlar sadiqlərdir, əsil müttəqilərdir....
Bəqərə Suresi, 177. Ayet: Üzünüzü şərqə və qərbə çevirmək caiz deyil. Amma birr: Allaha, axirət gününə, mələklərə, kitablara və peyğəmbərlərə iman gətirmək; Var-dövlətini sevsə də, onu qohum-əqrəbasına, yetimlərə, kasıblara, müsafir oğluna, kömək istəyənə, ehtiyacı olana verir; “Namaz qılmaq, zəkat vermək” söz verdiyi zaman vədi yerinə yetirmək, sıxıntı, çətinlik və fəlakət zamanı səbirli olmaq deməkdir. Bunlar sadiq olanlardır. Onlar da təqvalılardır....
Bəqərə Suresi, 177. Ayet: Yaxşı əməl heç də (ibadət vaxtı) üzünü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövlətini çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, elə...
Furqan Suresi, 20. Ayet: (Ya Rəsulum!) Səndən əvvəl göndərdiyimiz peyğəmbərlər də, şübhəsiz ki, yemək yeyər, (ruzi qazanmaq üçün) bazarları gəzib dolaşardılar. Sizin bir qisminizi digərinizə sınaq vasitəsi etdik ki, görək (möhnətlərə) dözə biləcəksinizmi? (Birinizi varlı, digərinizi kasıb, birinizi sağlam, digərinizi xəstə, zəif etdik ki, hansınızın daha səbrli, daha dözümlü olduğunu, Allahın öz əzəli hökmü ilə ona verdiyi qismətə razı olub-olmadığını bilək). Sənin Rəbbin (çətinliklərə səbr edənləri və onlardan qorxanla...
Bəqərə Suresi, 177. Ayet: Üzlərinizi şərq və qərb tərəfinə çevirməyiniz (həqiqi imanı göstərən) birr (sizi əbrar edəcək davranış biçimi) deyil. Lakin birr insanın Allaha, yəvm'il axıra (hidayət gününə, vüslət gününə) mələklərə, Kitaba və peyğəmbərlərə iman etməsi və sevdiyi maldan qohumlara, yetimlərə, miskinlərə (çalışa bilməyən qocalara), yolda qalmış yolçulara, istəyən (möhtaclara), kölə və (xilas olmaları üçün) əsirlərə verməsi və namazı qılması, zəkatı verməsidir. (Allah və insanlarla) əhd bağladıqları zaman əhdləri...
Bəqərə Suresi, 196. Ayet: Allah üçün
tamamlayın həcci və imarəti! Əgər çətinlikdəsiniz və nə ki,
yüngüldür hədiyyədən. Qırxdırmayın başınızı, ta çata hədiyyə
öz məhəlləsinə. Kim oldu sizdən məriz, ya başından əziyyət
çəkən və onda fidyə yiməsdən, ya sədaqət, ya əskiklik Onda
ki, əminsiniz, kim mətahlanır imarətlə tərəfinə həccin və nə
yüngüldür hədiyyədən. Kim tapmadı, oruc üç gün həcdə və
yeddi gün onda ki qayıtdınız – bu, ondur kamil. Bu, kim üçün
ki olmur əhli onun hazır məscidil-harama. Və qorxun Allahdan
...
Nur Suresi, 61. Ayet: Yoxdur üzərində çətinlik korun və yoxdur üzərində çətinlik şilin və yoxdur üzərində çətinlik xəstələrin və yoxdur sizin üzərinizdə ki, təam yeyəsiniz öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarına malik olduğunuz, yaxud dostlarınızın- günah deyil sizə ki, təam yeyəsiniz...
Əhzab Suresi, 50. Ayet: Ay nəbi! Biz sənin üçün halal etdik sənin
zövcələrini, hansı ki, əta etmisən onlara ücrətlərini və əlinin
altında olan kənizlər, nədən fayda verdi Allah üzərinə sənin və
əmin qızları və bibin qızları və dayın qızları və xalan qızları,
hansı ki, səninlə birlikdə hicrət ediblər və o inanan arvadı ki,
bəxşiş edə öz nəfsini nəbi üçün və nəbi onunla nigah etmək
istəyə – bu, inananlardan başqa xalis sənin üçündür. Əlbəttə,
Biz bilirik nə ki, fərz etdik onların üzərində öz zövcələri və
əlləri a...
Bəqərə Suresi, 177. Ayet: Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını,çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağla...
Bəqərə Suresi, 177. Ayet: Yaxşılıq üzlərinizi şərq və qərb tərəfə çevirməniz (dən ibarət) deyildir. Əsl yax-şılıq Allaha, axirət gününə, mələklərə, kitab və peyğəmbərlərə iman edənlərin, mal-dövlətə olan sevgilərinə baxmayaraq onu yaxınlara, yetimlərə, yoxsullara, yolda qalmışa, (möhtac olduğu üçün) istəyənə və (azadlığa qovuşmaları üçün) kölələrə verənlərin, namazı düzgün qılan, zəkatı verən, əhd bağladıqda sözlərini yerinə yetirənlərin və çətinlikdə, xəstəlikdə və savaşın qızışdığı zamanlarda (dözüb) səbir edənlərin ha...
Nur Suresi, 61. Ayet: Kora çətinlik yoxdur, topala çətinlik yoxdur, xəstəyə də çətinlik yoxdur. Öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əlinizdə olan evlərdə, yaxud da dostlarınızın evlərində yemək yemənizdə də bir günah yoxdur. Bir yerdə və ya ayrı-ayrı yemək yemənizdə də bir günah yoxdur. Evlərə daxil olduğunuz...
Həcc Suresi, 78. Ayet: Allah yolunda layiqincə cihad edin. O, sizi seçmiş, atanız İbrahimin dinində olduğu kimi dində sizin üçün bir çətinlik yaratmamışdır. O, sizi əvvəllər də, indi də müsəlman adlandırmışdır ki, peyğəmbər sizə şahid olsun, siz də insanlara şahidlər olasınız. Elə isə namaz qılın, zəkat verin və Allahdan möhkəm yapışın! O, sizin mövlanızdır. Nə gözəl mövla, nə gözəl kömək göstərən!...
Nisa Suresi, 15. Ayet: Qadınlarınızdan həddi aşanlara/cinsi pozğunluq edənlərə qarşı, öz tərəfinizdən onların əleyhinə dərhal dörd şahid gətirin; əgər onlar şahidlik etsələr, artıq o qadınları, bu zillət, cahillik, düşkünlük, çətinlikli, bədbəxt hal, özlərini üst mərtəbəyə ulaştırana, şərəfli, yüksək, üstün əxlaq sahibi edənə qədər yaxud da Allah onlara bir yol açana qədər evlərdə saxlayın....
Həcc Suresi, 78. Ayet: O, sizi seçdi və dində; atanız İbrahimin dinində/həyat tərzində sizin üçün bir çətinlik yaratmadı. O, daha əvvəl də, Quranda da, Elçinin sizə şahid olması, sizin də insanlara şahid olmağınız üçün, sizə "Müsəlmanlar" adını verdi. Elə isə, səlatı yerinə yetirin [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını yaradın, qoruyun], zəkatı/verginizi verin və Allah[ın dinindən] möhkəm yapışın. O, sizin ixtiyar sahibiniz; yol göstərən, kömək edən, himayəçi yaxınınızdır. O, necə ...