Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 157. Ayet:
(Onları lənətləməmizin bir səbəbi də,) “Biz Allahın elçisi Məryəm oğlu İsa əl-Məsihi öldürdük!” - demələridir. Halbuki, onu (İsanı) nə öldürdülər, nə də çarmıxa çəkdilər. Lakin onlara o (öldürdükləri şəxs), (İsaya) bənzər şəkildə göstərildi. Onun haqqında ixtilafda olanlar, əlbəttə, şübhə içərisindədirlər. Ona dair onların əlində heç bir (doğru) bilgi yoxdur. Onlar ancaq zənnə qapılırlar. Onu (İsanı) qətiyyən
öldürmədilər.
(Allah İsa peyğəmbəri, onu öldürmək istəyən yəhudilərin əlindən xilas e...
Nisa Suresi, 157. Ayet:
və “Biz Allahın peyğəmbəri Məryəm oğlu İsa Məsihi öldürdük”, – demələri səbəbi ilə onların qəlblərini möhürlədik. Halbuki onu öldürmədilər və asmadılar. Lakin onlara elə göstərildi. Onun haqqında ixtilafa düşənlər bu barədə qəti bir şübhə içərisindədirlər. Bu barədə heç bir bilgiləri yoxdur. Ancaq zənnə uyurlar. Qəti olaraq onu
öldürmədilər.
...
Nisa Suresi, 157. Ayet:
Biz, Allahın peyğəmbəri Məryəm oğlu İsa Məsihi həqiqətən öldürdük demələri səbəbiylə onlardan möhkəm bir əhd aldıq. Halbuki Onu öldürmədilər və ona qarşı sərt hərəkət etmədilər. Amma onlar üçün, İsa, bənzədildi. Həqiqətən, Onun haqqında ixtilafa düşənlər, qəti surətdə əksik məlumata sahibdirlər. Onların bu barədə zənnə qapılmaqdan başqa heç bir məlumatı yoxdur. Onu qətiyyən olaraq
öldürmədilər.
...