Bəqərə Suresi, 83. Ayet: Yadınıza gətirin ki, Biz bir zaman İsrail oğullarından: “Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə, yaxın qohumlarınıza, yetimlərə, yoxsullara ehsan (yaxşılıq, kömək) edin, insanlarla xoş danışın, namaz qılın, zəkat verin!” – deyə əhd-peyman aldıq. Sonra, az bir qisminiz müstəsna olmaqla, əhdinizdən döndünüz, çünki siz (İsrail övladı haqdan) üz döndərənsiniz....
İsra Suresi, 70. Ayet: Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)...
Nisa Suresi, 12. Ayet: Sizin üçündür yarısı, nə ki, tərk edər zövcləriniz, əgər
övladları olmazsa.Və əgər övladları olarsa, onda sizin üçündür
dörddə biri, nədən ki, tərk ediblər - vəsiyyətini edəndən, yaxud
borcunu ödəyəndən sonra. Onlar üçündür dörddə biri, nədən ki,
tərk edərsiniz, əgər övladınız olmazsa. Və əgər övladınız olarsa,
onda onlar üçündür səkkizdə biri, nədən ki, tərk edərsiniz -
vəsiyyətiniz ediləndən, yaxud borcunuz ödənəndən sonra. Əgər
kişi varis olarsa böyürdən, yaxud arvad,əgər onun qardaşı ...
Nisa Suresi, 176. Ayet: Səndən fitva istəyirlər. De: «Allah fitva verir sizə
böyürdə. Əgər ömrü həlakdır, deyil onun üçün övlad və onun
üçün bacı, onun üçündür yarısı, nə ki, tərk etdi. Və o varisdir
ona, əgər olmaya onun üçün övlad. Əgər oldu ikisi, hər ikisi
üçün üçdə ikisi, nədən ki, tərk etdi. Əgər oldular qardaşlar,
kişilər və qadınlar, kuşi üçün misli həzzi iki qadının». Bəyan
edır Allah sizin üçün ki, azmayasınız və Allah küllisi ilə şeyin
Alimdir!...
Nisa Suresi, 163. Ayet: Şübhəsiz, Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdiyimiz kimi sənə də vəhy göndərdik. Həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba, Əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana vəhy göndərdik. Və Davuda Zəburu əta etdik (deməli sən peyğəmbərlik iddiası etmək və kitab verilmək baxımından ilk şəxs deyilsən)....
Maidə Suresi, 110. Ayet: (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş ...