Nur Suresi, 61. Ayet: (Xüsusi olaraq) kora, topala, xəstəyə, (ümumilikdə isə) sizin özünüzə (bu on bir evdə:) öz evlərinizdə (övladlarınızın və yaxud həyat yoldaşlarınızın evlərində), atalarınızın evlərində, analarınızın evlərində, qardaşlarınızın evlərində, bacılarınızın evlərində, əmilərinizin evlərində, bibilərinizin evlərində, dayılarınızın evlərində, xalalarınızın evlərində, açarları ixtiyarınızda olan evlərdə və dostlarınızda (onların evlərində) yemək yeməkdə günah yoxdur. (Həmin evlərə) hamılıqla və ya ayrı-ay...
Nisa Suresi, 12. Ayet: Əgər xanımlarınızı övladları yoxdursa, mirasının yarısı sizindir. Əgər bir övladları varsa, o zaman etmiş olduğu vəsiyyətdən və borcdan sonra, mirasın dörddə-biri sizindir. Əgər siz övladınız olmadan ölsəniz, qoyub getdiyiniz malın dörddə-biri xanımlarınızındır. Əgər övladlarınız varsa, o zaman etdiyiniz vəsiyyətdən və borcdan sonra, mirasınızın səkkizdə-biri xanımlarınızındır. Əgər ölən bir kişi və ya qadın, birinci dərəcədə varisi; həyat yoldaşı, övladı və ana-atası olmadan miras qoyursa, özün...