Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nəhl Suresi, 36. Ayet:
Şübhəsiz, Biz hər bir
ümmətə:
“Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” - deyə (əmr etmələri üçün) peyğəmbər göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (peyğəmbərləri) yalanlayanların aqibətinin necə olduğunu görün!...
Nəhl Suresi, 36. Ayet:
Biz hər
ümmətə:
“Allaha ibadət edin, Tağutdan çəkinin! – deyə peyğəmbər göndərmişdik. Onlardan bir qismini Allah doğru yola yönəltmiş, bir qismi isə (Allahın əzəli elmi ilə) haqq yoldan azmalı olmuşdur. (Ey müşriklər!) Yer üzündə dolaşıb görün ki, (peyğəmbərləri) yalançı hesab edənlərin axırı necə oldu!...
Nəhl Suresi, 36. Ayet:
Biz hər
ümmətə:
“Allaha ibadət edin, tağutdan uzaq olun”– (deyə), elçi göndərdik. Onlardan kimisini Allah hidayət yoluna yönəltmiş, kimisinə də azmaq nəsib etmişdir. Yer üzündə gəzib dolaşın və görün (haqqı) yalan sayanların aqibəti necə oldu!...
Nəhl Suresi, 36. Ayet:
Və and olsun ki, Biz hər
ümmətə:
"Allaha ibadət edin və tağutdan[#291] çəkinin" deyə bir elçi göndərdik. Artıq, Allah bu ümmətlərdən bir qisiminə doğru yolu göstərdi, bir qisiminə da azğınlıq haqq oldu. İndi yer üzündə gəzib-dolaşın və baxın görün inkar edənlərin aqibəti necə oldu!...