Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Mücadilə Suresi, 8. Ayet:
Gizli söhbət etmələri qadağan edildikdən sonra təkrar qadağan edilən işlərə geri dönərək günah, düşmənçilik və Peyğəmbərə qarşı çıxmaq barədə öz aralarında gizlicə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman Allahın səni salamlamadığı kimi səni salamlayır və
ürəklərində:
“Allah dediklərimizə görə bizə əzab verməli deyildimi?” - deyirlər. Girəcəkləri cəhənnəm onlara yetər. O nə pis bir qayıdış yeridir!...
Mücadilə Suresi, 8. Ayet:
(Ya Peyğəmbər!) Məgər məxfi danışmaq qadağan edildikdən sonra yenə də qadağan olunduqları əmələ qayıdıb günah, ədavət və Peyğəmbərin əleyhinə çıxmaq barədə öz aralarında pıçıldaşanları (münafiqlərlə yəhudiləri) görmədinmi? Onlar yanına gəldikləri zaman səni Allahın salamladığı kimi salamlamır (“əssəlamu əleykə” əvəzinə “əsammu əleykə - sənə ölüm olsun!” – deyərək guya salam verir) və
ürəklərində:
“(Əgər Məhəmməd həqiqi peyğəmbərdirsə) bəs niyə Allah bizi dediklərimizə görə əzaba düçar etmir?” – ...
Mücadilə Suresi, 8. Ayet:
Məgər gizlicə danışmaq qadağan edildikdən sonra qadağan olunduqları şeyi işləyən və günah, düşmənçilik və Peyğəmbərə üsyandan danışanları görmədinmi? Sənin yanına gəldikləri zaman Allahın səni salamladığı salamla salamlayırlar. Ürəklərində: “Söylədiklərimizdən ötrü Allah bizə əzab etsin görək!” – deyirlər. Cəhənnəm onlara yetər! Oraya girəcəklər. Ora nə pis mənzildir!...
Mücadilə Suresi, 8. Ayet:
Pıçıldaşmaq qadağan edildikrən sonra yenə də qadağan olunan [əməli] işləməyə çalışanları, günah, düşmənçilik və Elçiyə itaətsizlik barədə pıçıldaşanları görmədinmi? Onlar sənin yanına gəldikləri zaman səni Allahın salamladığı ilə salamlamırlar. Öz
ürəklərində:
"Dediklərimiz bu sözlərə görə Allah bizi əzaba düçar etməli deyildimi?" deyirlər. Cəhənnəm onlara kifayət edər. Oraya söykənəcəklər. Necə də pis qayıdış yeridir!...