Nisa Suresi, 148. Ayet: Haqsızlığa məruz qalan istisna olmaqla, Allah pis sözün ucadan söylənməsini sevməz. Allah hər şeyi eşidəndir, biləndir. (Pis söz deyildikdə, birinin qeybətini qırmaq, söz daşımaq, yalan, iftira və s. başa düşülməlidir. İnsan bunları ürəyindən keçirsə belə, açıqdan söyləməsi günahdır. Ancaq haqsızlığa məruz qalan kimsə, haqsızlığın ortadan qalxması üçün bunu başqalarına danışarsa, bu qeybət və ya pis söz sayılmaz.)...
Tövbə Suresi, 24. Ayet: De: «Əgər atalarınızı,
oğullarınızı, qardaşlarınızı, zövclərinizi, əşirətinizi və o malı ki,
cəm edibsiniz və o ticarəti ki, kasad olmağından çəkinirsiniz
və məskənləri ki, ürəyiniz onlara xoşdur, Allahdan və Onun
rəsulundan və Onun yolunda cihad etməkdən artıq sevirsiniz,
bəs gözləyin, ta gələ Allah əmrilə və Allah hidayət etməz fasiq
qoumu!...
Bəqərə Suresi, 260. Ayet: Bir zamanlar İbrahim də, "Ey Rəbbim! Ölüləri necə diriltdiyini mənə göstər!" demişdi. Allah, "İnanmırsanmı?" dedi. İbrahim, "İnanıram, lakin ürəyimdəki bütün sual işarələrini aradan qaldıraraq xatircəm olmaq üçün" dedi. Allah, "Dərhal quşlardan dördünü tut və onları özünə öyrət. Sonra hər dağın üstünə onlardan bir parça qoy. Sonra da quşları çağır, qaça-qaça/sürətlə sənə gələcəklər. Və bil ki, Allah, ən üstün, ən güclü, ən şərəfli, məğlub edilməsi mümkün olmayan/mütləq qalib olandır, ən yaxşı qa...