Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Rum Suresi, 30. Ayet:
Allahın insanları yaratdığı fitrət üzrə hənif olaraq üzünü dinə (İslama) çevir! Allahın (insanları fitrət
üzrə)
yaratmasında heç bir dəyişiklik yoxdur. Doğru din budur! Lakin insanların çoxu bunu bilmir. (“Hənif” tək olan Allaha inanan kimsəyə deyilir. Əsasən Həzrət İbrahim peyğəmbərin tövhid dini mənasında işlədilir.)...
İbrahim Suresi, 33. Ayet:
O, (öz orbiti
üzrə)
dövr edən Günəşi və Ayı da sizin xidmətinizə verdi. Gecəni və gündüzü də sizin ixtiyarınıza verdi....
Bəqərə Suresi, 222. Ayet:
(Ya Rəsulum!) Səndən heyz (aybaşı) barəsində sual edənlərə söylə: “Heyz əziyyətli bir haldır. Heyz zamanı qadınlardan kənar olun, (heyzdən) təmizlənməyənə qədər onlarla yaxınlıq etməyin, təmizləndikdən sonra isə Allahın sizə əmr etdiyi yerdən (buyurduğu qayda
üzrə)
onlara yaxınlaşın!” Allah (günahından) tövbə edənləri, (təmiz və) pak olanları sevər!...
Əhzab Suresi, 28. Ayet:
Ya Peyğəmbər! (Artıq xərclik və pal-paltar istəyən) zövcələrinə belə de: “Əgər siz dünya həyatını və onun dəbdəbəsini istəyirsinizsə, gəlin sizə talaq haqqınızı verim və (sonra da) gözəl bir tərzdə (Allahın buyurduğu qayda
üzrə)
boşayım!...
Ənam Suresi, 143. Ayet:
(Allah o heyvanları) səkkiz cift yaratdı: (erkək və dişi olmaq
üzrə)
bir cüt qoyun və bir cüt keçi. De: “(Allah) iki erkəyi, yoxsa iki dişini, yaxud da iki dişinin qarınlarındakı (müxtəlif cinsli) balaları haram etdi? Əgər (Allahın nəyi halal, nəyi haram buyurduğunu bildiyinizi) doğru deyirsinizsə, bir elmə əsaslanaraq (bu haqda) mənə xəbər verin!”...
Bəqərə Suresi, 151. Ayet:
Həmçinin sizə aranızda (vəzifəni yerinə yetirmək
üzrə)
sizdən (özünüzdən) bir Rəsul göndərdik ki, ayələrimizi sizə tilavət etsin (oxuyub açıqlasın) və sizi (nəfsinizi) islah etsin, sizə Kitabı və hikməti öyrətsin və (hikmətin də ötəsini) bilmədiyiniz şeyləri öyrətsin....
Tövbə Suresi, 36. Ayet:
Şübhəsiz ki, Allahın kitabında (ifadə edildiyi
üzrə)
ayların sayı Allahın dərgahında səmaların və yerin yaradıldığı gün (zaman) on ikidir. Onlardan dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu (din) qəyyum olan dindir. Artıq o aylarda nəfslərinizə zülm etməyin. Onların hamınızla savaşdığı kimi siz də müşriklərin hamısıyla savaşın. Bilin ki, şübhəsiz Allah, təqva sahibləri ilə bərabərdir....
Qəsəs Suresi, 73. Ayet:
Rəhmətindən (olmaq
üzrə)
sizin üçün dincələsiniz və Onun fəzlindən istəyəsiniz deyə gecəni və gündüzü yaratdı. Ola bilsin ki, siz beləcə şükür edərsiniz....
Saffat Suresi, 57. Ayet:
Əgər Rəbbimin neməti olmasaydı, mütləq mən də (cəhənnəmdə yanmaq
üzrə)
hazır olanlardan olardım....
Həcc Suresi, 47. Ayet:
Bir də əzabın tez gəlməsini səndən istəyirlər. Halbuki Allah əsla öz vədinə xilaf çıxmaz. Şübhəsiz, Rəbbinin nəzdindən bir gün sizin saydığınız (hesab
üzrə)
min il kimidir....
Rum Suresi, 25. Ayet:
Əmri ilə göyün və yerin (öz nizamları
üzrə)
durması da Onun (varlığının və qüdrətinin) dəlillərindəndir. Sonra sizi yerdən (qalxmağa) çağıran kimi bir də görərsiniz ki, (dirilərək) çıxırsınız....
Mürsəlat Suresi, 11. Ayet:
Peyğəmbərlər üçün (ümmətlərinə şahid etmək
üzrə)
vaxt təyin olunduğu zaman (qiyamət gerçəkləşər)....