Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 163. Ayet:
Onlardan dəniz kənarındakı qəsəbə (xalqı) haqqında soruş! O zaman onlar şənbə günü həddi aşırdılar. Çünki şənbə günü balıqlar dəstə-dəstə onlara tərəf gəlir, şənbə günündən başqa günlər isə gəlmirdilər. Günah işlədiklərinə görə onları bu şəkildə imtahana çəkirdik. (Allah-Təala İsrail oğullarına şənbə günü ov etməyi qadağan etmiş və bu günə hörmət göstərmələrini istəmişdi. Bunun nəticəsində balıqlar o gün su üzünə çıxır və sərbəst şəkildə üzürdülər. Digər günlərdə isə balıqlar su üzünə çıxmırdı....
Əraf Suresi, 166. Ayet:
Təkəbbürlənərək qadağan edilən şeylərdən əl çəkmədikləri zaman onlara: “Zəlil meymunlar olun!” - dedik. (Bəzi təfsirçilərə görə, yəhudilərdən bir qrup insan şənbə günü qadağasına hörmət göstərmədikləri üçün Allah onları donuz və meymun şəklinə salmışdır. Digər bir qrup təfsirçiyə görə isə, onlar mənəvi və əxlaqi cəhətdən meymunlar kimi zəlil olub insanlar tərəfindən qınanmışdılar.)...
Bəqərə Suresi, 65. Ayet:
Şübhəsiz ki, içinizdən şənbə günü həddi aşanları da bilmişdiniz. Biz də onlara: “Həqir meymunlar olun!” - dedik....
Nisa Suresi, 47. Ayet:
Ey kitab əhli! Biz (bəzi) üzləri dümdüz edib arxalarına çevirməzdən, yaxud şənbə günü əhlini lənətlədiyimiz kimi onları da lənətləməzdən əvvəl əlinizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir! (Yuxarıdakı ayədə keçən “şənbə günü əhli”, yəhudilərə görə müqəddəs sayılan şənbə günündə o günün qadağalarına riayət etməyən bəzi yəhudilərdir. Bu qadağalara riayət etmədiklərinə görə Allah onları lənətləmişdir.)...
Nisa Suresi, 154. Ayet:
Verdikləri sözə riayət etsinlər deyə, Turu (dağı) onların üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!” - dedik. Həmçinin biz: “
Şənbə
günü həddi aşmayın (ov qadağasını pozmayın)!” – dedik və onlardan möhkəm bir əhd aldıq....
Nəhl Suresi, 124. Ayet:
Şənbə
günü (ibadət etmək) yalnız onun barəsində ixtilafda olanlara fərz buyurulmuşdur. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü onların ixtilafda olduqları məsələlər barəsində aralarında hökm verəcəkdir....
Bəqərə Suresi, 65. Ayet:
Şənbə
qadağasını pozaraq öz hüdudlarından kənara çıxanları təbii ki, tanıyırsınız. Buna görə də onlara dedi: «Təvazökar meymunlar olun». dedik....
Nisa Suresi, 47. Ayet:
Ey kitab verilənlər! Biz bəzi üzlərin hissələrini silib arxaları kimi hamar etməmişdən və ya şənbə haramını pozanları lənətlədiyimiz kimi sizi də lənətləməmişdən əvvəl sizin yanınızda olanı təsdiq etmək üçün nazil etdiyimizə iman gətirin. Çünki Allahın hökmü mütləq gerçəkləşəcəkdir....
Nisa Suresi, 154. Ayet:
Biz onların möhkəm vədlərinə görə turu yüksəltdik. Onlara dedi: “Qapıdan səcdə edərək daxil olun”. dedik. Yenə onlara dedi: “
Şənbə
günü həddi aşmayın”. dedik. Biz onlardan möhkəm söz aldıq....
Əraf Suresi, 163. Ayet:
Onlardan dənizkənarı şəhərdəki vəziyyət barədə soruşun. Bilirsiniz, onlar şənbə qanununu pozaraq həddi aşırdılar. Balıq şənbə günü meydana çıxdı, digər günlərdə görünmədi. Biz onları azğınlıqlarına görə bu şəkildə imtahana çəkirdik....
Nəhl Suresi, 124. Ayet:
Şənbə
yalnız ixtilaf edənlər üçün qeyd edildi. Şübhəsiz ki, sənin Rəbbin onların arasında mübahisə etdikləri şeylər barəsində Qiyamət günü hökm verəcəkdir....
Əraf Suresi, 163. Ayet:
(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik....
Bəqərə Suresi, 65. Ayet:
Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bəzi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik....
Ali-İmran Suresi, 50. Ayet:
Məndən əvvəl göndərilmiş Tövratı təsdiq edərək (eyni zamanda orada) sizə haram edilmiş bəzi şeyləri (dəvə əti, qarın və bağırsaq piyi yemək, şənbə günü işləmək və s.) halal etmək üçün gəldim və sizə Rəbbiniz tərəfindən (peyğəmbərliyimin doğru olduğunu sübut edən) bir möcüzə gətirdim. İndi Allahdan qorxun və mənə itaət edin!...
Nisa Suresi, 47. Ayet:
Ey kitab verilmiş kimsələr! Bəzi üzləri tanınmaz hala salıb ənsələrinə (arxalarına) çevirməmişdən və şənbə gününün hörmətini saxlamayanlara (əshabus-səbtə) etdiyimiz kimi, onlara da lənət etməmişdən əvvəl əlinizdə olanı (Tövratı) təsdiqləyən olaraq nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir!...
Nisa Suresi, 154. Ayet:
Əhdə riayət etsinlər deyə, Tur dağını onların (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan (ibadət çadırının qapısından) səcdə edərək daxil olun, şənbə gününün qayda-qanununu pozmayın!” – dedik. Və onlardan möhkəm əhd aldıq....
Nəhl Suresi, 124. Ayet:
Şənbə
günü (ibadət etmək) ancaq onun barəsində ixtilafda olanlara (ibadət və istirahət günümüz cümə deyil, şənbə olsun deyə, mübahisə edən yəhudilərə) vacib edildi. Həqiqətən, Rəbbin qiyamət günü ixtilafda olduqları məsələlər barəsində onların arasında hökm verəcəkdir....
Bəqərə Suresi, 65. Ayet:
And olsun ki, siz içinizdən şənbə günündəki (ovlama yasağını) tapdalayanları bilirdiniz. O zaman onlara: ‘Alçaq meymunlar olun.’ dedik....
Nisa Suresi, 47. Ayet:
Ey özlərinə kitab verilənlər! Yanınızdakını (Tövratı və İncili) təsdiqedici olaraq endirdiyimizə ‘üzləri silməmişdən (dümdüz etməmişdən) beləcə onları arxalarına çevirməmişdən öncə və ya əshabi səbti (‘şənbə günü yasağı’nı tapdalayanları) lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə’ iman edin. Allahın əmri edilmişdir (yerinə gəlmişdir)....
Nisa Suresi, 154. Ayet:
Misaqlarına (əhdlərinə) görə Turu (Tur dağını) onların üzərinə qaldırdıq. Onlara: ‘Bu qapıdan səcdə edərək girin.’ dedik. Onlara: ‘
Şənbə
günündə hüdudları aşmayın.’ dedik və onlardan ‘çox möhkəm misaq (əhd)’ aldıq....
Əraf Suresi, 163. Ayet:
Onlardan (bir zamanlar) dəniz kənarında olan qəsəbə barəsində soruş. Balıqlar şənbə günlərində axın-axın gəldiyi zaman, (o gün) şənbə günündə həddi aşırdılar (qadağanı pozurdular).
Şənbə
dən başqa günlərdə onlara (balıqlar) gəlmirdi. Fisqə düşmüş olduqlarına görə onları beləcə imtahan edirdik....
Nəhl Suresi, 124. Ayet:
Yalnız onun haqqında ixtilafa düşənlərin üzərinə şənbə günü (balıq ovlamaq yasaq) qılındı. Şübhəsiz ki, sənin Rəbbin qiyamət günü onların arasında haqqında ixtilaf etmiş olduqları şeydə əlbəttə hökm verəcək....
Əraf Suresi, 163. Ayet:
Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular.
Şənbə
günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq....
Bəqərə Suresi, 65. Ayet:
Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!”– dedik....
Nisa Suresi, 47. Ayet:
Ey Kitab verilmişlər! Üzləri sıyırıb (dümdüz edərək) arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici (kimi) nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir....
Nisa Suresi, 154. Ayet:
Biz (onlarla bağladığımız) əhdə görə dağı (başları) üzərinə qaldırdıq və onlara: “Qapıdan səcdə edərək daxil olun!”– dedik. Biz onlara: “
Şənbə
günü (üçün qoyulmuş qadağanı) pozmayın!”– dedik. Biz onlarla möhkəm bir əhd-peyman bağlamışdıq....
Nəhl Suresi, 124. Ayet:
Şənbə
günü ancaq o günün barəsində ixtilafa düşənlərə vacib edildi. Şübhəsiz ki, Rəbbin Qiyamət günü, ixtilafa düşdükləri şey barəsində onların arasında hökm verəcəkdir....
Bəqərə Suresi, 65. Ayet:
Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun və (Bizim dərgahımızdan) qovulmuşlar olun!» (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular.)...
Nisa Suresi, 47. Ayet:
Ey (səmavi) kitab verilmiş kəslər, bəzi üzləri məhv edərək arxalarına çevirməmişdən (cisimlərini bu hala salmamışdan və ya ruhlarını imandan küfrə döndərməmişdən), yaxud Əshabus-səbti (şənbə günü balıq tutan balıqçıları) lənətlədiyimiz (və eybəcər hala saldığımız) kimi onlara da lənət edərək (rəhmətimizdən) uzaqlaşdırmamışdan qabaq yanınızda olan (din və kitab)ın təsdiqi olan (və bu Peyğəmbərin və onun kitabının sizin yanınızda olan əlamətləri ilə uyğun gələn) nazil etdiyimizə (Qur’ana) iman gət...
Nisa Suresi, 154. Ayet:
Tur dağını əhd-peymanlarına görə (Tövratı qəbul və ona əməl etmək barəsində əhd-peyman bağlamaq üçün) onların başı üzərinə qaldırdıq və onlara «bu qapıdan (Beytül-Müqəddəsin qapısından) səcdə edən halda (tam təvazökarlıqla) daxil olun» dedik. Onlara həmçinin «şənbə günü (balıq ovlamağın haramlığı) həddi(ni) aşmayın» dedik Onlardan möhkəm bir əhd-peyman aldıq....
Əraf Suresi, 163. Ayet:
Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə şəhərinin əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik....
Nəhl Suresi, 124. Ayet:
Həqiqətən şənbə günü, onun barəsində ixtilafa düşmüş kəslərə qarşı qərara alındı (həmin günün cəza məqsədi ilə mütləq tətil edilməsi və ehtiramının saxlanılması hökmü, onda ov ovlamağın haramlığı barəsindəki əvvəlki hökm haqqında ixtilafa düşmüş, bəziləri qəbul etməyən və bəziləri hiylə işlədən yəhudilər üçün çıxarıldı). Rəbbin Qiyamət günü mütləq, onların arasında ixtilaf etdikləri bütün şeylər barəsində hökm çıxaracaqdır....
Bəqərə Suresi, 65. Ayet:
Şübhəsiz ki, siz aranızdan şənbə günü qadağasına6 əməl etməyənləri bilirsiniz. Biz onlara: “Alçaq meymunlar olun!” – demişdik....
Nisa Suresi, 47. Ayet:
Ey kitab verilənlər! Bəzi üzləri silib tərsinə çevirmədən, yaxud şənbə camaatını lənətlədiyimiz kimi onları lənətləmədən, yanınızda olanı (Tövratı) təsdiqləyici olaraq endirdiyimiz bu kitaba (Qur`ana) iman edin. Allahın əmri mütləq yerinə yetəcəkdir....
Nisa Suresi, 154. Ayet:
Verdikləri möhkəm söz(ə əməl etməmələri) səbəbi ilə “Tur”u onların üstünə qaldırdıq və onlara: “Təvazö ilə qapıdan girin”, – dedik. Yenə onlara: “
Şənbə
günü (qadağaları) barəsində həddi aşmayın”, – dedik və onlardan möhkəm bir söz aldıq....
Əraf Suresi, 163. Ayet:
(Ey Muhamməd!) Onlardan dəniz sahilində yerləşən şəhər əhalisinin halını soruş. Bir zaman onlar şənbə (qadağası) barəsində həddi aşırdılar. Çünki tətil etdikləri şənbə günü balıqlar onlara sürü-sürü gəlir, tətil etmədikləri (digər) günlərdə isə gəlmirdilər. Yoldan çıxmaları səbəbi ilə onları məhz belə imtahan edirdik....
Nəhl Suresi, 124. Ayet:
Şənbə
gününə ehtiram ancaq onda ixtilafa düşənlərə fərz buyuruldu. Şübhəsiz, Rəbbin ixtilafa düşdükləri şeylər barəsində qiyamət günü aralarında hökm verəcək....
Bəqərə Suresi, 65. Ayet:
İçərinizdə şənbə gününü (onun qadağalarını) pozanları tanıyırsınız. Biz onlara dedik: "Mənfur meymunlar olun !"...
Nisa Suresi, 47. Ayet:
Ey Kitab bəxş olunanlar! Əlinizdə olanı təsdiqləmək üçün sizə nazil etdiyimizə [Qurana] üzləri tanınmaz hala salıb arxaya çevirməzdən və şənbə əhli kimi onları lənətləməzdən əvvəl iman gətirin! Allahın əmri yerinə yetəcəkdir....
Nisa Suresi, 154. Ayet:
Əhd-peymana əməl etsinlər deyə, Biz Tur dağını onların başı üzərinə qaldırdıq və dedik: “Səcdə edərək qapıdan daxil olun!" Onlara: "
Şənbə
gününü pozmayın!" - dedik və onlardan möhkəm bir əhd aldıq....
Əraf Suresi, 163. Ayet:
Sən onlardan dəniz sahilindəki kənd barəsində soruş. O zaman şənbə günü onlar həddi aşmışdılar.
Şənbə
günləri balıqları suyun üzərində dəstələrlə gəlirdilər, şənbədən başqa günlərdə isə onların yanına gəlmirdilər. Biz onları etdikləri azğınlığa görə beləcə sınayırdıq!...
Nəhl Suresi, 124. Ayet:
Şənbə
günü ancaq onun [həmin günün] barəsində ixtilafda olanlar üçün müəyyən edildi. Sənin Rəbbin onların ixtilafda olduqları şeylər barəsində qiyamət günü aralarında hökm verəcəkdir....