Bəqərə Suresi, 255. Ayet: Allah – Odur ki, yoxdur Ilahi, ancaq
Odur. Diridir, Qəyyumdur. Tutmaz Onu mürgü və ağır yuxu.
Onun üçündür nə ki, səmalarda və nə ki, ərzdə var. Kimdir o
kəs ki, Onun hüzurunda şəfaət edə, ancaq izni ilə Onun. O
bilir nə ki, arasında önlərinin və arxalarının və yoxdur
əhatələri bir şeylə Onun elmindən, ancaq Onun istəyi ilə.
Əhatə edib Onun kürsüsü səmaları və ərzi və onları hifz
etmək Onun üçün ağır deyil. O Alidir, Əzimdir!...
Yunus Suresi, 12. Ayet: Onda ki,
insana zərər toxundu, o halda ki, bir yanı üstə uzanıb, ya
oturub, ya ayaq üstə durub Bizi çağırar. Amma elə ki, Biz şəfa
etdik ondan zərərini, elə gedər ki, sanki Bizi o zərərdən ötrü ki,
ona toxunmuşdu, çağırmayıb. Belə zinətləndi israfkarlar üçün
etdikləri əməllər!...
Fussilət Suresi, 44. Ayet: Əgər Biz etsəydik onu əcəmi dilində Qur’an, onda deyərdilər:
«Əgər onun ayətləri aydın fəsillərlə olsaydı». Ə, məgər ki,
əcəmi və ərəbi! De: «O, o kəslər üçün ki, inanırlar, hidayət və
şəfadır. Və o kəslər ki, inanmırlar, qulaqlarında onların karlıq
var və o, onlar üzərində korluqdur. Həmin onlardır ki, çağırırlar
onları uzaq məkandan»....
Maidə Suresi, 110. Ayet: (Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey Məryəm oğlu İsa, Mənim sənə və anana olan nemətimi xatırla, o zaman ki, səni Ruhul-Qudusla qüvvətləndirdim və sən camaatla beşikdə ikən (möcüzə yolu ilə) və orta yaşlarında (vəhy yolu ilə) danışırdın; o zaman ki, sənə kitab (öz kitabını və səmavi kitabları), şəriət hökmlərini, əqli elmləri, Tövratı və İncili öyrətdim; o zaman ki, Mənim (yaradılış) iznimlə gildən quş şəklinə bənzər (bir şey) düzəldir, sonra ona üfürürdün və o, Mənim iznim və iradəmlə quş ...
Bəqərə Suresi, 255. Ayet: Allah, Özündən başqa məbud deyə bir şey olmayandır, hər zaman diridir, hər şeyi bərqərar saxlayandır, qoruyandır, diri və bütün kainatı idarə edəndir. Onu əsla mürgüləmə və yuxu tutmaz. Göylərdə olan şeylər və yer üzündə olan şeylər yalnız Onundur. Onun izni/xəbəri olmadan yanında yardım, şəfaət edə bilən kim var? O, onların önlərində və arxalarında olan şeyləri bilir. Onlar isə, Onun istədiyindən başqa, elmindən heç bir şeyi qavraya bilməzlər. Onun kürsüsü göyləri və yer üzünü əhatə etmişdir. O...