Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əraf Suresi, 84. Ayet:
Onların üstünə (daş) yağışı yağdırdıq. Bax gör, günahkarların aqibəti necə oldu! (Həzrət İbrahim peyğəmbərin qardaşı nəvəsi olan Həzrət Lut Sodom
şəhərinin
xalqına peyğəmbər göndərilmişdi. Oranın xalqı başqa insanların etmədiyi əxlaqsız işlər görürdülər. Onlar Həzrət Lutun nəsihətlərinə qulaq asmadılar. Nəhayət, Həzrət Lut özünə iman gətirənlərlə birlikdə gecə vaxtı oranı tərk etdi. Geridə qalanlar isə, zəlzələ və başlarına yağan daşlarla məhv oldular.)...
Saffat Suresi, 147. Ayet:
Biz onu yüz min və daha çox kimsəyə peyğəmbər göndərdik. (Təfsirlərdə Həzrət Yunisin Mosuldakı Ninova
şəhərinin
xalqına peyğəmbər göndərildiyi qeyd olunur.)...
Hicr Suresi, 76. Ayet:
Həqiqətən, o (Lut tayfasının yaşadığı Sədum
şəhərinin
xarabaları Qüreyş kafirlərinin Məkkədən Şama getdikləri) yolun üstündə hələ də durmaqdadır!...
Fəth Suresi, 1. Ayet:
(Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə (müsəlmanların fütuhatının başlanğıcını qoyan, Kəbənin yerləşdiyi Məkkə
şəhərinin
, habelə bir çox başqa məmləkətlərin fəthinə səbəb olacaq Hüdeybiyyə sülhü ilə) açıq-aşkar bir zəfər bəxş etdik!...
Əraf Suresi, 163. Ayet:
Və onlardan dəniz sahilində yerləşən cəmiyyətin (Mədyən əhalisinin və ya Fələstinin Təbəriyyə dənizinin kənarındakı Əylə
şəhərinin
əhalisinin) halını soruş: o zaman onlar şənbə günü həddi (balıq ovunun həmin gün haram olması hökmünü) aşırdılar; o zaman onların balıqları şənbə günündə aşkar surətdə suyun üzünə çıxır, şənbə olmayan gündə isə gəlmirdilər. Biz onları itaətsizliklərinin müqabilində belə imtahan edirdik....
Tövbə Suresi, 70. Ayet:
Məgər onlardan qabaqkıların Nuhun (suda batmış) qövmü(nün), Adın (Hudun külək əsməsi ilə həlak olmuş qövmünün), Səmudun (Salehin göydən gələn bir bağırtı ilə məhv olmuş qövmünün), İbrahimin (ağcaqanad və digər əzabların göndərilməsi ilə məhv olmuş) qövmünün, Mədyən əshabının (Şüeybin od yağdıran buludla həlak olmuş qövmünün) və alt-üst edilmiş məlum şəhərlərin (Lut qövmünün üç
şəhərinin
) xəbəri onlara çatmayıb? Peyğəmbərləri onlara açıq-aşkar dəlillər gətirdilər. Beləliklə, Allah onlara zülm etm...
Qəsəs Suresi, 22. Ayet:
O, Mədyən (şəhərinə) tərəf üz tutan zaman dedi: «Ümidvaram (ola bilsin ki,) Rəbbim məni düzgün yola (Mədyən
şəhərinin
yoluna) yönəltsin»....
Qəsəs Suresi, 23. Ayet:
(Musa) Mədyən
şəhərinin
suyuna yetişdikdə, bir dəstə adamın (öz qoyunlarına) su verdiyini gördü. Onların yanında (isə) (öz heyvanlarını camaatın heyvanlarına qarışmağa) qoymayan iki qadın görüb dedi: «Sizin işiniz nədir? (Niyə burada durmusunuz?)» Dedilər: «Bu çobanlar (öz heyvanlarını) qaytarıb aparmayınca biz (öz heyvanlarımıza) su vermərik. Bizim atamız (Şüeyb adında) yaşlı qoca bir kişidir»....
Fəcr Suresi, 7. Ayet:
Hündür qəsrləri, uca sütunları və qədd – qamətli insanları olan İrəm (
şəhərinin
əhalisi) ilə...