Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Nisa Suresi, 103. Ayet:
Namazı qıldıqdan sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edin! Təhlükədən əmin olduğunuz zaman isə namazı (tam
şəkildə)
qılın! Çünki namaz, müəyyən vaxtlarda olmaq üzrə möminlərə fərz edilmişdir. (Yuxarıdakı üç ayə səfərdə və müharibədə namazın necə qılınacağını izah edir. Sünnədən də məlumdur ki, səfər əsnasında, yaxud döyüş zamanı dörd rükətli fərz namazlar iki rükət olaraq qılınar. Doxsan kilometrlik və ondan daha uzaq məsafəyə səfər edənlər səfəri sayılırlar və onlar ...
Hicr Suresi, 85. Ayet:
Biz göyləri, yeri və onlar arasında olan hər şeyi yalnız haqq-ədalətlə (hər şeyi yerli-yerində, bir-birinə uyğun
şəkildə)
yaratdıq. O saat (qiyamət saatı) mütləq gələcəkdir. Sən (müşriklərdən) yaxşıca üz döndər (və ya onları alicənablıqla bağışla. Allah onsuz da onların cəzasını verəcəkdir!)....
Nəhl Suresi, 125. Ayet:
(Ya Rəsulum!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq
şəkildə)
mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!...
Talaq Suresi, 6. Ayet:
Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq (evdən çıxıb getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyi...
Furqan Suresi, 32. Ayet:
Kafirlər: ‘Nə üçün Quran Ona birdəfəlik bütöv halda nazil olmadı?’ dedilər. Bu, Quranı səninidrakına (sabitbir
şəkildə)
yerləşdirməyimiz üçündür. Onu qisim-qisim (hissə-hissə) oxuduq....
Nəml Suresi, 17. Ayet:
Süleyman (ə.s) üçün cinlərdən, insanlardan və quşlardan ordular toplandı. Sonra da onlar (intizamlı bir
şəkildə)
yerbəyer edildilər....
İnfitar Suresi, 8. Ayet:
İstədiyi surətdə (
şəkildə)
səni tərkib etdi (istədiyi şəkildə ölçü verdi)....
Nəml Suresi, 17. Ayet:
Süleymanın cinlərdən, insanlardan və quşlardan ibarət qoşunu toplanıldı. Onlar (müntəzəm )(
şəkildə)
yerbəyer edildilər....
Nisa Suresi, 1. Ayet:
Ey insanlar, Rəbbinizdən qorxun. O Allah(dan) ki, sizi bir candan (ilk möcüzəvi varlıq kimi torpaq və gildən yaratdığı adam, insan və bəşər adlı canlıdan) yaratdı, onun cinsindən (həmin cür möcüzəvi
şəkildə)
zövcəsini yaratdı (və onların arasında ər-arvadlıq nikahı bərqərar etdi) və o ikisindən (onların birinci nəslində ilkin şəriət qanunlarına müvafiq olaraq və ya naçarlıqdan bacı ilə qardaşın evlənməsi və ya qızlar üçün Cənnət oğlanları, oğlanlar üçün isə Cənnət qızları nazil etmək yolu ilə) ç...
Nisa Suresi, 12. Ayet:
Əgər arvadlarınızın (sizdən, yaxud başqa bir ərdən) uşağı yoxdursa etdikləri vəsiyyət və ya (boyunlarında olan) borc(un həmin maldan ayrılmasın)dan sonra onların mirasının yarısı sizindir, əgər uşaqları olsa onların mirasının dörddə biri sizindir. Həmçinin əgər sizin (ondan və ya qeyrisindən) övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya (öhdənizdə olan) borc(un ayrılmasın)dan sonra sizin mirasınızın dörddə biri onundur və əgər övladınız varsa, mirasınızın səkkizdə biri onundır. Əgər irsi bölünən...
Maidə Suresi, 93. Ayet:
İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi
şəkildə)
iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir....
Ənam Suresi, 63. Ayet:
De: «Yalvarışla (aşkar
şəkildə)
və gizlincə Onu çağırıb «əgər bizə bu həlakətdən nicat versə, mütləq şükr edənlərdən olacağıq» (deyərkən) quru və dənizin qaranlıqlarından sizə kim nicat verir?...
Əraf Suresi, 176. Ayet:
Əgər istəsəydik, həmin ayələrin vasitəsi ilə onu(n məqamını) mütləq (məcburi
şəkildə)
ucaldardıq. Lakin o(nu bəşəriyyətin yol seçməkdə ixtiyar sahibi olması ənənəsinə uyğun olaraq azad qoyduq və o) alçaqlığa meyl edərək yerə ürək bağladı və öz nəfsi istəklərinə tabe oldu. Buna görə də onun hekayəti (o) susuz və ya yorğun itin hekayətinə bənzəyir ki, ona hücum etsən də dilini çıxarar, boşlasan da dilini çıxarar (bu şəxsi qorxutmağınla nəsihət verməyin birdir). Bu, Bizim ayələrimizi təkzib etmiş d...
Kəhf Suresi, 19. Ayet:
Və onları bir-birlərini sorğu-suala tutmaları (işlərinin həqiqəti və Diqyanusun taxtdan düşməsinin onlara məlum olması) üçün (möcüzəvi şəkildə yatızdırdığımız kimi yenidən) elə (möcüzəvi
şəkildə)
də oyatdıq. Onlardan biri dedi: «(Burada, yuxuda) nə qədər qalmısınız?» Dedilər: «Bir gün, ya günün bir hissəsini qalmışıq.» (Digərləri bədənlərinin tüklərinin və dırnaqlarının qeyri-adi olmasını görüb) dedilər: «Nə qədər qaldığınızı Rəbbiniz daha yaxşı bilir. İndi aranızdan birini bu gümüş (pul) ilə (q...
Məryəm Suresi, 93. Ayet:
Göylərdə və yerdə olanların hamısı (qeyri-ixtiyari
şəkildə)
istisnasız, Rəhman olan Allahın qarşısında bəndə(lik əlaməti) olaraq baş əyərlər....
Həcc Suresi, 18. Ayet:
Məgər göylərdə və yerdə olan hər bir kəsin (və onlarda olan hər bir şeyin), günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların (qeyri-ixtiyari
şəkildə)
, həmçinin (mömin) insanların çoxunun (ixtiyari
şəkildə)
Allah qarşısında səcdə etmələrini və (səcdə etməkdən boyun qaçırdıqları üçün insan və cinlərin) bir çoxlarına (şeytanların isə hamısına) əzabın təsbit olunduğunu (qəlb gözü ilə) görmürsən? (Bəli, Allah onları alçaldıb.) Allahın alçaltdığı kəsi əsla əziz tutan olmaz. Çünki Allah qəti...
Həcc Suresi, 22. Ayet:
Nə vaxt qüssədən (onun çoxluğundan) oradan çıxmaq istəsələr (yenidən məcburi
şəkildə)
ora qaytarılarlar və (onlara deyilər:) dadın yandırıcı əzabı!...
Şüəra Suresi, 4. Ayet:
Əgər istəsək göydən onlara elə bir nişanə (məcburedici dəlil, ya xaredici bir əzab) nazil edərik ki, onun müqabilində onlar (məcburi
şəkildə)
boyun əyib itaət edərlər....
Sad Suresi, 35. Ayet:
Dedi: «Ey Rəbbim! Məni bağışla və mənə (möcüzəvi
şəkildə)
məndən sonra (bəşər cəmiyyətinin tərbiyəsi məqamında) heç kəsə nəsib olmayan bir hökmranlıq əta et. Çünki çox əta edən Sənsən!»...
Zümər Suresi, 8. Ayet:
(İmansız və ya imanı zəif olan) insana (suda boğulmaq və ölümə səbəb olan xəstəlik kimi) bir zərər-ziyan toxunan zaman o, (məcbur
şəkildə)
öz Rəbbinə tərəf qayıdan halda Onu çağırar. Sonra, Öz tərəfindən ona (həmin çətinlikdən nicat və sairə kimi) bir nemət əta edən zaman, keçmişdə, səbəbindən Allahı çağırdığı şeyi unudar və (yenidən insanları) Allahın yolundan azdırmaq üçün Ona (bütlərdən və sairədən) şəriklər qoşar. De: «Bir müddət öz küfründən bəhrələn ki, mütləq od əhlindən olacaqsan.»...
Zümər Suresi, 42. Ayet:
Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı
şəkildə)
tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis
şəkildə)
alan (həqiqətən) Allahdır. Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır....
Zümər Suresi, 75. Ayet:
(Həmin gün) mələkləri Rəbblərinə şükr etməklə birlikdə Onu pak sifətlərlə mədh edən halda Ərşi (haqqın səltənət qərargahı və Onun əmrlərinin verildiyi mərkəzi dairəvi
şəkildə)
əhatə edən görərsən. Onların (bütün Məhşər əhlinin) arasında haqq əsasında hökm çıxarılar (və Qiyamət hadisələri qurtardıqdan sonra) deyilər: «Həmd və şükr aləmlərin Rəbbi olan Allaha məxsusdur!»...
Mömin Suresi, 78. Ayet:
Şübhəsiz, səndən əvvəl (də bəşər cəmiyyətinə) peyğəmbərlər göndərdik. Onların bəzisinin hekayətini sənə danışdıq və bəzisini danışmadıq. Heç bir peyğəmbər heç vaxt Allahın izni olmadan bir ayə və möcüzə (yaxud bir əzab) gətirə bilməz (və bu ağıl baxımından da mümkün deyildir). Beləliklə (mələklərə hansısa bir millətin məhvi barəsində) Allahın əmri gələn zaman (onların arasında əməli
şəkildə)
haqq əsasında hökm olunar və orada batil düşünənlər, batil deyənlər və batilə meyl göstərənlər ziyana uğr...
Şura Suresi, 11. Ayet:
(O,) göyləri və yeri (ilk olaraq və misli görünməmiş
şəkildə)
yaradandır. Sizin üçün (mələk və cinlərdən deyil) öz cinsinizdən zövcələr yaratdı və (həmçinin) dördayaqlılardan (da erkək-dişi) cütlər (yaratdı). Sizi bununla (bu evlənmək tədbiri ilə) artırır və yayır. Heç nə Onun kimi deyil və eşidən və görən Odur!...
Qəmər Suresi, 27. Ayet:
(Salehə buyurduq:) «Həqiqətən Biz (onların istədiyi) o dişi dəvəni (yoxdan möcüzəvi
şəkildə)
onları sınamaq üçün göndərdik. Buna görə də onları(n aqibətlərinin necə olacağını) gözlə və səbr et.»...
Təğabun Suresi, 3. Ayet:
O, göyləri və yeri haqq ilə (uca və ali bir məqsəd naminə) yaratdı və sizə (belə xüsusi bir
şəkildə)
surət verdi və surətinizi (bədən üzvlərinizin ruhi və insani sifətlərlə uyğunluğu baxımından) gözəl etdi. (Sizin və digər canlıların) dönüş(ü) Ona tərəfdir....
Kəhf Suresi, 37. Ayet:
Yoldaşı ona cavab verərək dedi: “Səni torpaqdan, sonra bir damla nütfədən yaradan, sonra isə səni (nöqsansız
şəkildə)
bir insan surətinə salan Allahı inkar edirsən?”...
Rum Suresi, 29. Ayet:
Amma zülm edənlər nadanlıqla nəfslərinin istəklərinə uydular. Allahın (bu
şəkildə)
zəlalətə düçar etdiyi kimsələri kim doğru yola yönəldər? Onların heç bir yardımçıları da yoxdur....
Səba Suresi, 17. Ayet:
Nemətlərə qarşı nankorluq etmələri səbəbi ilə onları belə cəzalandırdıq. Biz (bu
şəkildə)
ancaq nankorları cəzalandırırıq....
Zuxruf Suresi, 18. Ayet:
Zinət içində (zərif bir
şəkildə)
yetişdirilən və mübahisədə (dəlilini kişilər kimi) açıqlaya bilməyəni Allaha isnad edirlər?...
İnsan Suresi, 14. Ayet:
Üstlərinə cənnətin kölgələri düşmüş, cənnətin meyvələri (asanlıqla dəriləcək
şəkildə)
yaxınlaşdırılaraq hazırlanmışdır....
Bələd Suresi, 4. Ayet:
biz insanı bir sıxıntı və çətinlik içində (olacaq və bunların öhdəsindən gələcək
şəkildə)
yaratdıq.1...