Nisa Suresi, 36. Ayet: Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara (qul, kəniz, yaxud xidmətçilərə) yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz....
Həşr Suresi, 23. Ayet: O, elə bir Allahdır ki, Özündən başqa heç bir ilah yoxdur! O, hökmrandır, müqəddəsdir, salamatlıq bəxş edəndir, əmin-amanlıq verəndir, müşahidə edəndir, qüdrətlidir, məcbur etməyə qadirdir, çox ucadır. Allah (müşriklərin) Ona şərik qoşduqlarından uzaqdır....
Həşr Suresi, 23. Ayet: “Ondan başqa heç bir tanrı yoxdur!”– deyən Allahdır. O, Məlikdir, O, Kuddusdur, O, Salamdır, O, Mömindir, O, Müheymindir, O, Əzizdir, Cəbbardır, Mütəkəbdirdir. Allah onların Ona qoşduqları şəriklərdən ucadır....
İsra Suresi, 70. Ayet: Biz, Adəm övladını şərəfli və hörmətli elədik, onları suda və quruda (gəmilərə, heyvanlara və başqa nəqliyyat vasitələrinə) mindirib sahib etdik, özlərinə (cürbəcür nemətlərdən) təmiz ruzi verdik və onları yaratdığımız məxluqatın çoxundan xeyli üstün etdik. (İnsan şüur, nitq qabiliyyəti, gözəl surət, boy-buxun, əllə yemək və s. bu kimi məziyyətlərinə görə həmişə Allaha şükür edib yalnız Ona tapınmalı, Rəbbinə heç bir şərik qoşmamalıdır!)...
Həşr Suresi, 23. Ayet: O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, (haqqı )təsdiq edən, (hər şeyi) müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır....
Nisa Suresi, 12. Ayet: Sizin üçündür yarısı, nə ki, tərk edər zövcləriniz, əgər
övladları olmazsa.Və əgər övladları olarsa, onda sizin üçündür
dörddə biri, nədən ki, tərk ediblər - vəsiyyətini edəndən, yaxud
borcunu ödəyəndən sonra. Onlar üçündür dörddə biri, nədən ki,
tərk edərsiniz, əgər övladınız olmazsa. Və əgər övladınız olarsa,
onda onlar üçündür səkkizdə biri, nədən ki, tərk edərsiniz -
vəsiyyətiniz ediləndən, yaxud borcunuz ödənəndən sonra. Əgər
kişi varis olarsa böyürdən, yaxud arvad,əgər onun qardaşı ...