Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən vəfat edib (arxalarında) arvadlarını qoyub gedənlər öz zövcələri üçün vəsiyyət etməlidirlər ki, (evlərindən) çıxarılmamaq
şərtilə
bir il müddətində baxılsınlar (qoyub getdikləri mallarından faydalansınlar). Əgər (öz istəkləri ilə) çıxıb gedərlərsə, öz barələrində etdikləri məşru işlər üçün sizə günah olmaz. Allah qüdrətlidir, hikmət sahibidir....
Maidə Suresi, 1. Ayet:
Ey iman gətirənlər, əhdləri yerinə yetirin! Siz ehramda ikən ov etməyi halal saymamaq
şərtilə
(aşağıda) sizə oxunacaq olanlar istisna olmaqla (digər) heyvanlar sizə halal edildi. Şübhəsiz ki, Allah istədiyinə hökm edər....
Maidə Suresi, 5. Ayet:
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq
şərtilə
, mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır....
Maidə Suresi, 34. Ayet:
Ancaq siz qalib gəlib onları ələ keçirmədən əvvəl tövbə edənlər istisnadır. Bilin ki, Allah bağışlayandır, mərhəmətlidir. (İslam bir insanın haqsız yerə öldürülməsini, bütün insanların öldürülməsi ilə bir tutaraq bunu böyük bir cinayət saymışdır. Ancaq quldurluq edən, insanların dinc həyatına müdaxilə edən və dövlətə qarşı qiyam qaldıranlara qarşı sərt tədbirlər qoymuşdur. Əksər alimlərə görə, silahlanaraq dövlətə qarşı qiyam qaldırmaq və quldurluq kimi hərəkətlərin cəzası ölümdür. Həm öldürüb, ...
Nisa Suresi, 24. Ayet:
(Müharibədə əsir alaraq) sahib olduğunuz cariyələr istisna olmaqla, ərli qadınlar da, Allahın yazısı (əmri) olaraq sizə (haram edilmişdir). Onlardan başqalarını isə namuslu olmaq və zina etməmək
şərtilə
mallarınızla (mehrini verib) istəməyiniz sizə halal edildi. Onlardan faydalanmağınız əvəzində vacib olan mehrlərini verin! (Mehr) müəyyən edildikdən sonra razılaşmanızda sizə günah yoxdur. Həqiqətən, Allah biləndir, hikmət sahibidir....
Nisa Suresi, 25. Ayet:
Sizlərdən kimin azad mömin qadınlarla evlənməyə maddi imkanı yoxdursa, onda sahib olduğunuz mömin cariyələrlə evlənsinlər. Allah sizin imanınızı daha yaxşı bilir. Siz bir-birinizdənsiniz (hamınız Adəmin nəslindənsiniz). Elə isə, iffətli olmaları, zina etməmələri və aşnası olmaması
şərtilə
sahiblərindən icazə alıb mehrlərini müvafiq qaydada verməklə onlarla evlənin. Əgər ərə getdikdən sonra zina edərlərsə, onların (cəzası) azad qadınlara verilən cəzanın yarısı qədərdir. Bu (cariyə ilə evlənmə ica...
Ənfal Suresi, 72. Ayet:
Şübhəsiz ki, iman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar. İman gətirdikləri halda hicrət etməyənlərə gəldikdə, onlar hicrət edənə qədər sizə onların mirasından heç bir pay yoxdur. Əgər onlar din mövzusunda sizdən yardım istəsələr, sizinlə müqaviləsi olan bir tayfa əleyhinə olmaması
şərtilə
onlara yardım etmək sizin borcunuzdur. Allah sizin etdiklərinizi görür....
Kəhf Suresi, 66. Ayet:
Musa ona: “Sənə öyrədilmiş doğru yolu göstərən elmdən mənə öyrətmək
şərtilə
səninlə gələ bilərəmmi?” – dedi....
Maidə Suresi, 13. Ayet:
Biz onları lənətlədik və əhdlərini pozduqlarına görə ürəklərini sərtləşdirdik. Sözləri öz kontekstindən çıxararaq təhrif edirlər, nəsihət ediləni götürməyi unudurlar, bir neçəsini çıxmaq
şərtilə
, həmişə xəyanət etdiklərini görərsən. Buna baxmayaraq, imtina edin və etdiklərinizə əhəmiyyət verməyin. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir....
Bəqərə Suresi, 180. Ayet:
Sizin hər birinizi ölüm haqlayan zaman qoyub gedəcəyiniz maldan valideynlərinizə, yaxın qohumlarınıza verilməsi üçün ədalət üzrə (malın üçdə birindən çox olmamaq
şərtilə
) vəsiyyət etməyiniz zəruridir. Müttəqilərə (bu) vacibdir....
Bəqərə Suresi, 226. Ayet:
Övrətlərinə yaxınlaşmamağı and içən kimsələr üçün dörd ay gözləmə müddəti vardır, əgər bu müddət içərisində andlarından dönsələr, Allah (onları kəffarə vermək
şərtilə
) bağışlayandır, rəhm edəndir....
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq
şərtilə
, bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!...
Tövbə Suresi, 91. Ayet:
Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək)
şərtilə
, acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!...
Maidə Suresi, 95. Ayet:
Ey iman gətirənlər! Ehramda olarkən ovu (əti yeyilən heyvanları) öldürməyin. Sizdən ovu qəsdən öldürən hər bir kəsin boynuna cəza və ya kəffarə düşür. Onun cəzası içərinizdən olan iki ədalətli şəxsin hökmü ilə öldürdüyünə bənzər (onun qiymətinə bərabər) bir heyvanı Kəbəyə çatası (Kəbənin yaxınlığında kəsilib oradakı yoxsullara paylanacaq) qurban etmək, kəffarəsi isə, gördüyü işin zərərini, acısını dadsın deyə, (öldürdüyü heyvanın dəyəri müqabilində) yoxsullara yedirtmək, yaxud ona bərabər (hərəs...
Nəhl Suresi, 115. Ayet:
Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən (bismillah deyilmədən) kəsilmiş heyvanı haram buyurmuşdur. (Özgənin malına əl uzatmamaq
şərtilə
) başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah (bəndələrini) bağışlayandır, rəhm edəndir!...
Kəhf Suresi, 66. Ayet:
Musa ondan soruşdu: “Öyrədildiyin doğru yolu göstərən elmdən mənə öyrətmək
şərtilə
sənə tabe olummu?”...
Nur Suresi, 33. Ayet:
Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub (özlərini zinadan) saxlasınlar. Kölələrinizdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən müəyyən məbləğ pul qazanıb ağasına vermək
şərtilə
köləlikdən azad olmaq) istəyənlərlə - əgər onlarda bir xeyir (müqavilədəki şərtlərin yerinə yetirilməsi üçün qüdrət) görürsünüzsə - mükatəbə edin. Onlara Allahın sizə verdiyi maldan verin. (Zəkatdan onlara o qədər ver...
Təhrim Suresi, 8. Ayet:
Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq
şərtilə
) tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi (ağacları) altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların (iman) nuru (qıl körpüsü üstündə onlara yol göstərmək üçün) önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: “Ey Rəbbimiz! Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, ...
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən ölən və (özündən sonra) zövcələr qoyub gedən kimsələr zövcələrinə bir ilin tamamınadək (evlərindən) çıxarılmamaq
şərtilə
baxılmasını vəsiyyət etməlidirlər. Əgər onlar (öz istəkləri ilə) çıxıb getsələr, (şəriətə) müvafiq qayda üzrə özləri barəsində etdiklərinə görə sizə günah gəlməz. Allah Qüdrətlidir, Müdrikdir....
Kəhf Suresi, 66. Ayet:
Musa ona dedi: “Sənə öyrədilmiş doğru yolu (göstərən elmdən) mənə öyrətmək
şərtilə
sənin arxanca gələ bilərəmmi?”...
Əhzab Suresi, 60. Ayet:
Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar (öz fəsadlarından) əl çəkməsələr, mütləq səni onların əleyhinə qaldırarıq (ki, onların sürgün olunması əmrini verəsən). Bu zaman onlar bu şəhərdə yalnız az bir müddəti çıxmaq
şərtilə
səninlə qonşu ola bilməzlər....
Maidə Suresi, 5. Ayet:
Bu gün sizə təmiz və gözəl şeylər halal buyuruldu. Kitab əhlinin yeməkləri sizə, sizin də yeməkləriniz onlara halaldır. İffətli mömin qadınlarla və sizdən əvvəlki Kitab əhlindən olan iffətli qadınlarla mehirlərini verməyiniz
şərtilə
evlənmək, zina etmədiyiniz və aşna saxlamadığınız təqdirdə sizə halaldır. Kim imanı inkar edərsə, bütün əməlləri boşa çıxar. Axirətdə də o, ziyana uğrayanlardandır....
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən kimsələr vəfat edib arvadları qalarsa, arvadlarına il tamam olana qədər, evlərindən çıxarılmamaq
şərtilə
baxılması vəsiyyət olunmalıdır. Əgər arvadlar özləri (evdən) çıxsalar, onların qəbul olunmuş qayda üzrə özləri etdikləri işlərə görə sizə günah düşmür. Allah qüvvət və hikmət sahibidir !...
Nisa Suresi, 12. Ayet:
Əgər onların [ölən qadınların] övladı yoxsa, etdikləri vəsiyyət və ya borc (ödənildikdən) sonra qoyduqları mirasın yarısı sizindir, əgər övladı varsa, onda dörddə biri sizindir. Əgər sizin övladınız yoxdursa, etdiyiniz vəsiyyət və ya borc (ödənildikdən) sonra qoyduğunuz mirasın dörddə biri onlarındır [arvadlarınızındır], övladınız varsa, onda səkkizdə biri onlarındır. Əgər miras qoyan nə övladı, nə də valideyni olan bir kişi və ya qadındırsa və onun anabir tək qardaşı və ya bacısı varsa, etdiyi ...
Maidə Suresi, 5. Ayet:
Bu gün sizə pak nemətlər halal edildi. Kitab bəxş olunanların yeməkləri sizə halaldır və sizin yeməkləriniz onlara halaldır. Namuslu olub zina etməmək, məşuqə saxlamamaq
şərtilə
ismətli mömin qadınlar və sizdən əvvəl Kitab bəxş olunmuş ismətli azad qadınlar mehrlərini verdiyiniz təqdirdə sizə halaldır. Kim imanı danarsa, əməli zay olar və o, axirətdə zərərə düşənlərdən olar....
Kəhf Suresi, 66. Ayet:
Musa ona dedi: "Sənə öyrədilmiş düz yolu mənə öyrətmək
şərtilə
sənin ardınca gəlimmi [sənə tabe olummu]?"...