Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Maidə Suresi, 5. Ayet:
Bu gün təmiz və yaxşı nemətlər sizə halal edilmişdir. Kitab verilənlərin (yəhudi və xristianların) yeməkləri sizə halaldır. Sizin yeməkləriniz də onlara halaldır. Azad və iffətli mömin qadınlar və sizdən əvvəl kitab verilmişlərdən azad və iffətli qadınlar namuslu olub zina etməmək və aşna saxlamamaq
şərtilə,
mehrlərini də verdiyiniz təqdirdə (onlarla evlənməyiniz sizə halaldır). Kim iman etməkdən üz çevirərsə, onun əməli boşa getmişdir və o, axirətdə zərər çəkənlərdən olacaqdır....
Maidə Suresi, 13. Ayet:
Biz onları lənətlədik və əhdlərini pozduqlarına görə ürəklərini sərtləşdirdik. Sözləri öz kontekstindən çıxararaq təhrif edirlər, nəsihət ediləni götürməyi unudurlar, bir neçəsini çıxmaq
şərtilə,
həmişə xəyanət etdiklərini görərsən. Buna baxmayaraq, imtina edin və etdiklərinizə əhəmiyyət verməyin. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir....
Bəqərə Suresi, 240. Ayet:
Sizlərdən vəfat edib özlərindən sonra arvadlarını qoyub gedən şəxslər həmin qadınlara öz evindən çıxarılmamaq
şərtilə,
bir il müddətində baxılmasını (vərəsələrinə) vəsiyyət etməlidirlər. Əgər onlar (öz arzuları ilə) çıxıb gedərlərsə, o zaman onların qəbul olunmuş qayda üzrə (şəriətə müvafiq) öz barələrində görəcəkləri işlər üçün siz günahkar deyilsiniz. Allah yenilməz qüvvət, hikmət sahibidir!...
Tövbə Suresi, 91. Ayet:
Allaha və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək)
şərtilə,
acizlərə (qocalara və anadan gəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə (cihadda öz xərcini təmin etməyə qadir olmayanlara döyüşə getməməkdə) heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir!...