Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Zümər Suresi, 24. Ayet:
Qiyamət günü (əlləri bağlı olduğu üçün) üzü ilə əzabın
şiddətindən
qorunmağa çalışan (ondan əmin olan ilə birdirmi)? Zalımlara: “Qazandıqlarınızı (günahlarınızın cəzasını) dadın!” - deyilər....
Müzzəmmil Suresi, 18. Ayet:
Səma o günün
şiddətindən
çatlayacaq və parçalanacaq və Onun xəbərdarlığı yerinə yetəcəkdir....
Ənam Suresi, 125. Ayet:
Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının
şiddətindən
) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!...
Bəqərə Suresi, 19. Ayet:
Yaxud (onların hekayəti) səmadan yağan və qaranlıqlar, göy gurultusu və şimşəyi olan doluya (düşmüş şəxslərin hekayətinə) bənzəyir. Onlar ölümdən qaçmaq üçün ildırımın
şiddətindən
barmaqlarını qulaqlarına tıxayarlar. Allah bütün kafirləri (elm və qüdrət baxımından) əhatə etmişdir....
Yusif Suresi, 31. Ayet:
Beləliklə, (Əzizin arvadı) onların məkrli sözlərini eşidəndə, arxalarınca (adam) göndərdi və onlar üçün mütəkkə hazırladı. Hər birinin əlinə (meyvə soymaq üçün) bir bıçaq verdi və (salam vermək və qonaqlara qulluq etmək bəhanəsilə Yusufa) dedi: «Onların məclisinə çıx». Qadınlar Yusufu gördükdə onu böyük hesab etdilər və (gözəlliyinə elə valeh oldular ki,) əllərini bərk kəsdilər və (təəccüb və heyranlığın
şiddətindən
) dedilər: «Pakdır Allah! Bu, bəşər deyildir! Bu, yalnız möhtərəm bir mələkdir!»...
İsra Suresi, 7. Ayet:
Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir. Digər (itaətsizliyin cəzasının) vəd edilmiş vaxt(ı) çatanda, üzlərinizi (məğlubiyyətin və əzabın
şiddətindən
) qəmli və qara etmək, birinci dəfə daxil olduqları kimi, məscidə (Məscidül-Əqsaya) daxil olmaq və əllərinə keçəni məhv etmək üçün (üzərinizə düşmənlər göndərərik)....
Kəhf Suresi, 6. Ayet:
Bəlkə sən, bu sözə (bu kitaba) iman gətirməyəcəkləri təqdirdə onların (üz döndərmələrinin) ardınca qəm-qüssənin
şiddətindən
özünü həlak edəcəksən?!...
Kəhf Suresi, 29. Ayet:
Və de: «Haqq sizin Rəbbiniz tərəfindən olandır. Buna görə də istəyən iman gətirsin, istəyən küfr etsin. Şübhəsiz, Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, pərdələri onları əhatə edəcəkdir. Və əgər (susuzluğun
şiddətindən
) imdada çağırsalar, mis kimi əridilmiş (və) üzləri bişirən bir su ilə dadlarına çatılar. Necə də pis içkidir və necə də pis bir məkandır!»...
Məryəm Suresi, 90. Ayet:
Az qalır ondan (onun
şiddətindən
) göylər parçalansın, yer yarılsın və dağlar (yerindən qopub) tökülsün....
Ənbiya Suresi, 100. Ayet:
Onlar orada möhkəm ah-nalə edərlər və (qoxrudan, əzabın
şiddətindən
və dünyada haqqı eşitməməyin cəzası olaraq) heç nə eşitməzlər....
Əhzab Suresi, 10. Ayet:
O zaman (şəhərinizin) yuxarı və aşağı tərəfindən sizə üz tutmuşdular. O zaman gözlər (qorxunun
şiddətindən
bayılmış adamların gözləri kimi) əyilmiş və ürəklər ağıza gəlmişdi və (siz) Allah (barəsində) nalayiq gümanlara düşmüşdünüz....
Casiyə Suresi, 28. Ayet:
(Həmin gün) bütün ümmətləri (qorxunun
şiddətindən
) bir yerə toplaşmış və diz çökmüş görərsən. Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə və ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) «etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür).»...
Münafiqun Suresi, 4. Ayet:
Onları gördükdə (yaraşıqlı) cüssələri (boy-buxunları) səni heyrətləndirir və (elə yağlı dilləri var ki,) danışdıqları zaman sözlərinə qulaq asırsan, (amma imansız və mənəviyyatsız olduqları üçün) elə bil ki, dayaq verilmiş kötüklərdir! (Qorxaqlığın
şiddətindən
) hər bir fəryadın (səs-küyün) öz əleyhlərinə olduğunu zənn edirlər; onlar (həqiqi) düşməndirlər, onlardan özünü gözlə; Allah onları öldürsün! (Haqdan) necə və haraya döndərilirlər?!...
Mülk Suresi, 8. Ayet:
Az qala qəzəbin
şiddətindən
parça – parça olsun; hər hansı bir dəstə oraya atıldıqları zaman gözətçilər onlardan soruşarlar: «Məgər (dünyada) sizə bir qorxudan (peyğəmbər) gəlməmişdimi?»...
Məaric Suresi, 11. Ayet:
Qohum qohuma göstərilər, (lakin dəhşətin
şiddətindən
bir-birlərinə fikir verməzlər,) günahkar arzu edər ki, kaş o günün əzabından (qurtarmaq üçün) fəda edə biləydi öz oğullarını,...
Müzzəmmil Suresi, 17. Ayet:
Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun
şiddətindən
) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!...
Müzzəmmil Suresi, 18. Ayet:
O günün
şiddətindən
göy belə parçalanacaq. Onun verdiyi vəd yerinə yetəcəkdir....