Bəqərə Suresi, 104. Ayet: Ey iman gətirənlər! “Raina” deməyin (bu söz ərəb dilində “bizi qoru”, “bizdə gözün olsun”, “bizə bax”, “bizi gözlə”, “bizə qayğı və ehtiram göstər”, mənalarında işləndiyi halda, ibrani dilində yuxarıdakı mənalarla yanaşı, “bizə çobanlıq et”, “bizim çobanımız”; “ay səfeh” mənalarında da işlədilir. Yəhudilər həmin sözdən Peyğəmbərə qarşı bir istehza vasitəsi kimi istifadə edirdilər), “unzurna” söyləyin! (Allahın hökmünü) eşidin! Kafirləri şiddətli əzab gözləyir....
Bəqərə Suresi, 177. Ayet: Üzlərinizi şərq və qərb tərəfinə çevirməyiniz (həqiqi imanı göstərən) birr (sizi əbrar edəcək davranış biçimi) deyil. Lakin birr insanın Allaha, yəvm'il axıra (hidayət gününə, vüslət gününə) mələklərə, Kitaba və peyğəmbərlərə iman etməsi və sevdiyi maldan qohumlara, yetimlərə, miskinlərə (çalışa bilməyən qocalara), yolda qalmış yolçulara, istəyən (möhtaclara), kölə və (xilas olmaları üçün) əsirlərə verməsi və namazı qılması, zəkatı verməsidir. (Allah və insanlarla) əhd bağladıqları zaman əhdləri...