Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Səff Suresi, 6. Ayet:
Bir vaxtlar Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək
Əhməd
adlı bir peyğəmbəri müjdələyən elçisiyəm!” - demişdi. İsa onlara açıq-aşkar möcüzələr gətirdiyi zaman onlar: “Bu açıq-aydın bir sehrdir!” - dedilər....
Səff Suresi, 6. Ayet:
O zaman Məryəm oğlu İsa dedi: "Ey İsrail oğulları! Mən sizin əlinizdə olan Tövratı təsdiq edən və məndən sonra gələcək
Əhməd
adlı bir elçi ilə müjdə verən Allahın elçisiyəm". dedi. O, onların yanına açıq-aydın dəlillər gətirdikdə: “Bu, açıq-aydın bir sehrdir!” – dedilər. onlar dedilər....
Səff Suresi, 6. Ayet:
Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək
Əhməd
adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!” Sonra (İsa, yaxud Muhəmməd əleyhissəlam) onlara açıq-aşkar möcüzələr gətirdikdə onlar: “Bu, açıq-aydın sehrdir!” – dedilər....
Səff Suresi, 6. Ayet:
Məryəm oğlu İsa (ə.s) belə demişdi: ‘Ey İsrail oğulları! Şübhəsiz ki, mən əlimdəki Tövratda olan hər şeyi təsdiq edən və məndən sonra gələcək
Əhməd
adlı Rəsul ilə sizi müjdələyən, sizə göndərilmiş Allahın Rəsuluyam.’ Lakin onlara bəyyinələr (möcüzələr, dəlillər) gətirdiyi zaman onlar: ‘Bu açıq-aşkar sehrdir.’ dedilər....
Səff Suresi, 6. Ayet:
Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl (naziledilmiş) Tövratı təsdiqləyən və məndən sonra gələcək
Əhməd
adlı elçisi ilə (sizi) müjdələyən bir elçisiyəm!” (Allahın elçisi) onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər....
Səff Suresi, 6. Ayet:
Onda Isa Məryəm oğlu dedi: «Ay Israil oğulları! Mən sizin tərəfinizə Allah rəsuluyam. Təsdiq edirəm nə ki, Tövratdan əlinizdədir sizin aranızda və bəşarət verirəm sizə rəsul ilə, gələcək məndən sonra, ismi onun
Əhməd
dir!» Amma elə ki, gəldi onlara bəyanatlarla, dedilər: «Bu, sehrdir aşkar!...
Səff Suresi, 6. Ayet:
Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «
Əhməd
» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (
Əhməd
– səlləllahu ələyhi və alihi və səlləm) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir»....
Səff Suresi, 6. Ayet:
Bir vaxt Məryəm oğlu İsa: “Ey İsrail oğulları! Şübhəsiz, mən Allahın sizə məndən əvvəl gələn Tövratı təsdiqləyən və məndən sonra gələcək
Əhməd
adında bir peyğəmbəri müjdələyən (olaraq göndərdiyi) peyğəmbəriyəm”, – demişdi. Lakin (İsa) onlara açıq-aydın möcüzələri gətirdikdə: “Bu, açıq-aşkar bir sehrdir”, – dedilər....
Səff Suresi, 6. Ayet:
O zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail övladları, mən Allahın sizə göndərdiyi, məndən əvvəl gələn Tövratı təsdiq edən, məndən sonra gələcək
Əhməd
[Məhəmməd] adlı bir peyğəmbərin müjdəsini verən bir peyğəmbərəm." O [Məhəmməd], onlara aşkar dəlilləri gətirəndə isə dedilər: "Bu, aşkar bir sehrdir."...
Səff Suresi, 6. Ayet:
Və bir vaxt Məryəm oğlu İsa: "Ey İsrail oğulları! Şübhəsiz ki, mən, Tövratdan iki əlimin arasındakıları təsdiqləyən və məndən sonra gələcək, adı,
Əhməd
[olan]/tərifə başqalarından daha layiq [olan] bir elçini müjdələyən, Allahın bir elçisiyəm" demişdi. Sonra İsa onlara açıq-aşkar dəlillərlə gəldikdə, onlar: "Bu, açıq-aşkar bir sehrdir!" dedilər....