Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Əhqaf Suresi, 21. Ayet:
Ad qövmünün qardaşını (Hudu) da yada sal! Bir zaman o, özündən əvvəl də, sonra da peyğəmbərlərin gəlib-getdiyi
Əhqafda
olan qövmünü belə xəbərdar etmişdi: “Allahdan başqasına ibadət etməyin! Həqiqətən, mən sizin böyük günün əzabına düçar olmağınızdan qorxuram”. (Bu ayədə keçən “Əhqaf” kəlməsi “yüksək qum təpələri” mənasına gəlir. Hud əleyhissəlamın göndərildiyi Ad qövmü Yəməndə dəniz kənarındakı qum təpələri arasında məskunlaşdığı üçün həmin əraziyə “Əhqaf” deyilmişdir.)...
Əhqaf Suresi, 21. Ayet:
Adın qardaşını xatırla!
Əhqafda
öz qövmünü xəbərdar etdiyi zaman. Bundan əvvəl və sonra dedi: "Allahdan başqasına ibadət etməyin! Mən sizin üçün böyük günün əzabından qorxuram". Çoxlu xəbərdarlıqlar gəldi və keçdi....
Əhqaf Suresi, 21. Ayet:
(Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş
Əhqafda
(yüksək qumsal təpələrdə) olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”...
Əhqaf Suresi, 21. Ayet:
Ad qövmünün qardaşını xatırla!
Əhqafda
kı qövmünü xəbərdar etmişdi. Ondan əvvəl və sonra ‘Allahdan başqasına qul olmayın!’ deyə xəbərdar edən bir çox nəzirlər gəlib getmişdir. Həqiqətən mən böyük günün əzabının sizə üz verəcəyindən qorxuram....
Əhqaf Suresi, 21. Ayet:
Ondan əvvəl və sonra xəbərdar edənlərin gəlib-keçdiyi Ad qövmünün qardaşını (Hudu) xatırla. Bir vaxtlar
Əhqafda
kı qövmünü: “Sadəcə Allaha ibadət edin, çünki mən sizin adınıza böyük bir günün əzabından qorxuram”, – deyə xəbərdar etmişdi....
Əhqaf Suresi, 21. Ayet:
Adın qardaşını [Hudu] xatırla. O zaman o,
Əhqafda
(yaşayan) öz tayfasına xəbərdarlıq etmişdir: "Ancaq Allaha ibadət edin, mən sizin üçün böyük bir günün əzabından qorxuram." - deyə Huddan əvvəl də, sonra da belə xəbərdarlıq edən peyğəmbərlər gəlib keçmişlər....
Əhqaf Suresi, 21. Ayet:
Ad [qövmünün] qardaşı Hudu da xatırla! O zaman o,
Əhqafda
öz qövmünə xəbərdarlıq etmişdi. -Onun əvvəlində və arxasında [hər tərəfində], "Allahdan başqasına ibadət etməyin. Şübhəsiz ki, mən sizin üçün böyük bir günün əzabından qorxuram" deyə xəbərdarlıq edənlər gəlib-keçmişdi.-...