Nəhl Suresi, 70. Ayet: Allah sizi yaratmışdır, sonra da (əcəliniz çatanda) öldürəcəkdir. Sizin bir qisminiz ömrün ən rəzil (ixtiyar) çağına (80-90 yaşlarına) çatdırılar ki, (vaxtilə) bildiyi hər şeyi unudar. (İnsan qocalığın ən düşkün dövründə bildiyini unudar, xasiyyətini dəyişib uşaq kimi olar. Bu, əsasən, kafirlərə aiddir. Lakin Quran oxuyan, oruc tutub namaz qılan, sidq-ürəkdən ibadət edən şəxsin isə ixtiyar çağında belə, ağlı başında olar, uzun ömür onun qiymətini və kəramətini Allah yanında daha da artırar). Həq...
Mömin Suresi, 15. Ayet: Dərəcələri yüksəldən (mələklərin, peyğəmbərlərin, övliyaların və möminlərin mərtəbələrini ucaldan, yaxud hər şeydən uca), ərşin sahibi Allah öz əmrindən olan vəhyi bəndələrindən istədiyinə nazil edir ki, (o, insanları) görüş günü (yer və göy əhlinin, ibadət edənlə ibadət olunanın, zalımla məzlumun bir-birilə görüşəcəyi, ruhla bədənin qovuşacağı qiyamət günü) ilə qorxutsun!...
Bəqərə Suresi, 231. Ayet: Onda ki, talaq verdiniz qadınlara və yetişdi əcəlləri
onların, saxlayın onları mərifətlə, ya buraxın mərifətlə Və
saxlamayın onları zorla, həddi aşmaq üçün. Və kim fəaliyyət
edərsə bunu, fəqət zülm etdi öz nəfsinə. Və götürməyin
ayətlərini Allahın əyləncəyə. Zikr edin nemətini Allahın
üzərinizə sizin və nə ki, nazil etdi üzərinizə sizin kitabdan və
hikmətdən, nəsihət sizə onunla. Və qorxun Allahdan və bilin
ki, həqiqətən, Allah külli şey ilə Alimdir!...
Bəqərə Suresi, 235. Ayet: Yoxdur günah üzərinizdə sizin, nədə ərz
etdiniz onunla xitabdan qadınlara, ya gizlədəsiniz öz
nəfsinizdə. Bildi Allah, həqiqətən, siz zikr edəcəksiniz onları və
lakin vədələşməyin onlarla sirli, ancaq ki, deyəsiniz söz
mərifətli. Yoxdur əzminiz nigah bağlmağa, ta yetişə kitab
əcəlinə onun və bilin , həqiqətən, Allah bilir nə ki, nəfsinizdədir
sizin və həzər edin Ona. Bilin, həqiqətən, Allah Ğəfurdur,
Həlimdir!...
Mücadilə Suresi, 11. Ayet: Ay o kəslər ki, inanırsınız! Onda ki, sizə dedilər:
«Məclisdə yer açın!» - siz onlara yer verin ki, Allah sizə geniş
yer versin. Onda ki, deyirlər: «Qalxın!» - onda qalxın. Allah
sizlərdən o kəsi ki, inanırlar və o kəsləri ki, onlara elm verilib,
ucaldır müxtəlif dərəcələrlə. Allah nə ilə ki, əməldəsiniz,
Xəbirdir!...
Əraf Suresi, 143. Ayet: Musa təyin etdiyimiz yerə gəlib, Rəbbi də onunla danışdıqda: “Rəbbim! Mənə (özünü) göstər, sənə baxım”, – dedi. Allah isə: “Məni (dünyada) qətiyyən görə bilməzsən. Lakin (o) dağa bax, əgər o, yerində durarsa, sən məni görə bilərsən”, – dedi. Rəbbi dağa təcəlli etdikdə onu darmadağın etdi. Musa da özündən gedib yıxıldı. Oyandıqda: “Səni nöqsanlardan uzaq tuturam, Allahım! Sənə tövbə etdim. Mən inananların ilkiyəm”, – dedi....
Əraf Suresi, 143. Ayet: Musa, təyin etdiyimiz vaxtda gəldikdə, Rəbbi ona söz dedi. Musa, "Ey Rəbbim! Göstər mənə Özünü, baxım Sənə!" dedi. Rəbbi ona dedi ki: "Məni sən əsla görə bilməzsən, lakin bu dağa bax, əgər o yerində qala bilsə, sən də Məni görəcəksən." Daha sonra Rəbbi dağa təcəlli etdikdə, onu parça-parça etdi, Musa da huşunu itirerek yerə sərildi. Ayılıb özünə gəldikdə: "Sən pak və uzaqsan, Sənə qayıtdım; tövbə etdim və mən, iman gətirənlərin birincisiyəm." dedi....