Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Hud Suresi, 85. Ayet:
Ey qövmüm, ölçüdə və çəkidə
ədalətə
riayət edin, insanların əşyalarını əskik verməyin və yer üzündə fitnə-fəsad törədərək pis işlər görməyin!...
Rəhman Suresi, 9. Ayet:
Tərəzidə
ədalətə
riayət edin və çəkini əskiltməyin!...
Hədid Suresi, 25. Ayet:
Şübhəsiz ki, Biz peyğəmbərlərimizi açıq-aydın dəlillərlə göndərdik. İnsanlar
ədalətə
riayət etsinlər deyə onlarla birlikdə kitab və mizanı (tərəzini) nazil etdik. İnsanlar üçün bir çox faydası olan möhkəm dəmiri də Biz nazil etdik. Bu, Allahın görmədiyi halda Ona və peyğəmbərlərinə yardım edənləri bilib ayırd etməsi üçündür. Şübhəsiz ki, Allah güclüdür, qüdrətlidir....
Ənam Suresi, 152. Ayet:
Həddi-büluğa çatana qədər yetimin malına ancaq ən gözəl şəkildə (yetimin mənafeyinə uyğun) yaxınlaşın! Ölçüdə və çəkidə
ədalətə
riayət edin! Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız....
Nisa Suresi, 3. Ayet:
Əgər yetimlər barəsində ədalətli ola bilməyəcəyinizdən qorxursunuzsa, iki, üç və ya dörd qadınla evlənin. Əgər o halda
ədalətə
riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, onlardan biri və ya and içdiyiniz şəxslə evlənin. Bu, ədalətsizliyin qarşısını almaq üçün ən uyğun yoldur....
Ali-İmran Suresi, 21. Ayet:
(Ya Rəsulum!) Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları
ədalətə
çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver!...
Nisa Suresi, 3. Ayet:
Əgər yetimlər haqqında
ədalətə
riayət edə bilməyəcəyinizdən qorxsanız, o təqdirdə xoşunuza gələn (sizə halal olan digər) qadınlardan iki, üç, dörd nəfərlə nikahlanın. Lakin əgər (onlarla da) ədalətlə davrana bilməyəcəyinizdən qorxsanız, o zaman bir nəfər ilə və ya əlinizin altındakı sahib olduqlarınızla (cariyələrinizlə) kifayətlənin. Bu, haqsızlıq etməməyiniz üçün daha uyğundur....
Ali-İmran Suresi, 21. Ayet:
Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və
ədalətə
çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ....
Nisa Suresi, 3. Ayet:
Əgər yetim qızlar barəsində (həmin dövrün adət-ənənəsinə uyğun evlənəcəyiniz təqdirdə)
ədalətə
riayət etməyəcəyinizdən qorxsanız, onda meyliniz olan (başqa) qadınlardan ikisi, ya üçü və ya dördü ilə evlənin. Və əgər birdən ədalətlə rəftar etməyəcəyinizdən qorxsanız, onda, yalnız bir qadınla, ya aldığınız bir kənizlə kifayətlənin. Bu iş sizin yolunuzu azmamağınıza və zülm etməməyinizə daha yaxındır....
Nisa Suresi, 9. Ayet:
Özlərindən sonra (yaş və ya ruhi cəhətdən) zəif övladlar qoyacaqları təqdirdə onların (gələcəyi) barəsində qorxan şəxslər gərək (başqalarının yetimlərinə zülm etməkdən və vəsiyyətlərində öz övladlarının haqqını zay etməkdən də) qorxsun. Buna görə də Allahdan qorxsunlar və (başqalarının yetimləri ilə) doğru-düzgün söz danışsınlar (və malların sərf olunması və vəsiyyət edilməsində
ədalətə
riayət etsinlər)....
Nisa Suresi, 129. Ayet:
Siz hər nə qədər çox istəsəniz də, heç vaxt arvadlar arasında (batini meyllərdə)
ədalətə
riayət edə bilməzsiniz. Buna görə də (heç olmasa, zahiri vəzifələrdə) onların birindən tamamilə üz döndərib onu qeyri-müəyyən şəraitdə (havada) qoymayın. Əgər sülh və barışıq etsəniz və təqvalı olsanız, şübhəsiz Allah həmişə bağışlayan və mehribandır....
Maidə Suresi, 8. Ayet:
Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və
ədalətə
şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır....
Əraf Suresi, 29. Ayet:
De: «Rəbbim
ədalətə
əmr etmişdir. Və «üzünüzü və diqqətinizi hər səcdə və namazda, hər namaz vaxtı və hər bir məsciddə (Allaha) yönəldin və din və itaəti yalnız Onun üçün xalisləşdirərək Onu çağırın» (deyə buyurmuşdur). Sizi əvvəldə yaratdığı kimi (Qiyamət günü) qayıdacaqsınız» (cisminizi torpaqdan yaratdığı kimi ölümdən və cisminizdə parçalanma yarandıqdan sonra, yenidən onun səhnəsinə qayıdacaqsınız. Öz əzəli elmində sizin xoşbəxt və bədbəxt olmağınız hökmünü verdiyi kimi həmin iki halın gerçə...
Nəhl Suresi, 76. Ayet:
Allah (başqa) bir məsəl çəkdi. İki kişinin biri anadan gəlmə laldır, (nə başa düşür, nə də başa sala bilir) heç nəyə qadir deyil və öz ağasının çiynində bir yükdür, hara göndərsə bir xeyir gətirməz. Məgər o, daim
ədalətə
əmr edən və özü düz yolda olan (sağlam və kamil) şəxslə birdir? (Allahın şərikləri də Onunla müqayisə edilə bilməz.)...
Bəqərə Suresi, 282. Ayet:
Ey iman edənlər! Müəyyən müddətə bir-birinizə borc alıb verdiyiniz zaman bunu yazın. Aranızda bir katib ədalətlə yazsın. Katib Allahın ona öyrətdiyi şəkildə yazmaqdan boyun qaçırmasın, (hər şeyi olduğu kimi doğru-düzgün) yazsın. Üzərində haqq olan (borclu) da yazdırsın və Rəbbi olan Allahdan qorxub çəkinsin ki, borcdan heç bir şeyi əskik etməsin (hamısını tam yazdırsın). Əgər borclu ağılsız və ya zəif bir kimsədirsə ya da yazdıra bilmirsə, vəlisi ədalətlə yazdırsın. (Buna) şahidliklərinə güvəndi...
Ali-İmran Suresi, 21. Ayet:
Allahın ayələrinə inanmayanlara, haqsız olaraq peyğəmbərləri öldürənlərə, insanlar içərisindən
ədalətə
çağıranları öldürənlərə üzücü əzab xəbərini ver....
Nəhl Suresi, 76. Ayet:
Allah iki adamı da misal çəkdi; onlardan biri laldır, heç nəyə qadir deyil və onu saxlayan kəsə bir yükdür. O [himayəçisi], onu haraya göndərsə, bir xeyirlə qayıtmaz. Məgər o, düz yolda olub
ədalətə
dəvət edən kəslə eynidir?...