Axtarış Nəticələri
Ana Səhifə
Surələr
Məallər
Blog
Bəqərə Suresi, 105. Ayet:
Nə
əhli-kitab
dan olan kafirlər, nə də müşriklər Rəbbinizdən sizə bir xeyir göndərilməsini istəyərlər. Halbuki Allah Öz rəhmətini dilədiyi kimsəyə məxsus edər. Allah böyük lütf sahibidir....
Bəqərə Suresi, 213. Ayet:
İnsanlar tək bir ümmət idi. Allah müjdə verən və xəbərdarlıq edən peyğəmbərlər göndərdi. Onlarla birlikdə haqq olaraq kitabı da nazil etdi ki, ixtilafa düşdükləri məsələlərdə insanlar arasında hökm versin. Özlərinə açıq-aşkar dəlillər gəldikdən sonra aralarındakı kin ucbatından ixtilafa düşənlər kitab verilənlərdən başqası deyildi. Allah Öz izni ilə iman gətirənləri, onların (
əhli-kitab
ın) ixtilafda olduqları həqiqətə yönəltdi. Allah dilədiyi kimsəni doğru yola yönəldər....
Ali-İmran Suresi, 75. Ayet:
Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu miqdarda (mal) əmanət etsən, onu sənə olduğu kimi qaytarar. Onlardan eləsi də var ki, əgər ona bir dinar əmanət etsən, başının üstündə möhkəm durub tələb etməyincə onu sənə qaytarmaz. Bu ona görədir ki, onlar belə demişdilər: “Ümmilərə görə bizə hər hansı bir günah yoxdur”. Onlar bilə-bilə Allaha qarşı yalan söyləyirlər. (Bu ayədəki “ümmi” kəlməsi “
əhli-kitab
dan olmayan ərəblər” mənasındadır.)...
Furqan Suresi, 4. Ayet:
Kafirlər: “Bu (Quran), onun (Mühəmmədin) uydurduğu yalandan başqa bir şey deyildir. Ona bu işdə başqa bir tayfa (
əhli-kitab
dan bəziləri) kömək etmişdir!” - dedilər. Beləcə onlar haqsızlığa və yalana əl atdılar....
Ənbiya Suresi, 7. Ayet:
(Ey Peyğəmbər!) Biz səndən əvvəl də məhz özlərinə vəhy etdiyimiz kişiləri peyğəmbər göndərdik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun! (Təfsirçilərə görə, bu ayədəki “zikr əhli” ifadəsi ilə Tövrat və İncil haqqında doğru və kifayət qədər biliyə sahib olan
əhli-kitab
alimləri nəzərdə tutulur.)...
Bəqərə Suresi, 105. Ayet:
(Ey möminlər!) Nə
əhli-kitab
dan olan kafirlər, nə də müşriklər sizə Rəbbiniz tərəfindən heç bir xeyir göndərilməsini istəməzlər. Halbuki Allah Öz mərhəmətini istədiyi kimsəyə məxsus (bəxş) edər. Allah böyük mərhəmət (nemət) sahibidir!...
Bəqərə Suresi, 105. Ayet:
Nə
əhli-kitab
dan inkar edənlər, nə də Allaha şərik qoşanlar Rəbbinizdən sizə bir xeyir gəlməsini istəyərlər. Halbuki Allah rəhmətini istədiyinə bəxş edər. Allah böyük lütf sahibidir....
Ənkəbut Suresi, 47. Ayet:
Və bax beləcə Biz, sənə Kitabı nazil etdik və özlərinə Kitab verdiyimiz kəslər Qurana inanırlar. Və
əhli-kitab
ın xaricindəkilərdən/ərəblərdən də inananlar var. Və Bizim ayələrimizi ancaq kafirlər [Allahın məbud və rəbb olduğunu bilərək ört-basdır edən kəslər] bilə-bilə rədd edər....